Fuad Məmmədov



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə8/109
tarix29.09.2017
ölçüsü0,71 Mb.
#2406
1   ...   4   5   6   7   8   9   10   11   ...   109

19 
psixologiya  simvolizə  olunmuş  predmetləri  “somatik”  ölçüdə,  yəni  insanın 
bioloji orqanizmi ilə qarşılıqlı əlaqədə nəzərdən keçirirsə, kulturologiya, ob-
yektiv  dünya  haqqında  ekstrasomatik  (üstbioloji  –  F.M.)  elm  kimi  insanın 
həyat  fəaliyyəti  ilə  bağlı  olan  simvolik  predmetlər  və  təzahürlərin  bütün 
tamlığını  öyrənməlidir.  Maddi  predmetləri  mədəniyyət  komponentləri  qis-
mində tanımayan antropoloqların yanaşmalarını maddi mədəniyyətin inkarı-
nı absurd hesab edən etnoqraflar və arxeoloqların yanaşmaları ilə sintezləş-
dirərək,  Uayt  ilk  dəfə  ideyalar  və  münasibətləri,  xarici  təsir  və  maddi 
predmetləri daxil edən ruhi və maddi reallıq olan mədəniyyət haqqında bü-
töv təsəvvür verməyə nail oldu. Bununla  yanaşı belə  yanaşma  mədəniyyə-
tindən asılı olaraq  insanın davranışının mahiyyəti və xarakterini açmaq im-
kanını  verdi.  Uayt  tərəfindən  o  “nə  vaxtsa  Kopernikin  heliosentrik  sistemi 
yaxud bütün həyat formalarının hüceyrə əsasının kəşfi ilə bir sırada dayana-
cağı” kimi qiymətləndirildi.   
Uaytın düşüncələrinin ədalətliliyi və məntiqliyi sosiologiyanın atası, orta 
əsr müsəlman alimi, görkəmli kulturoloq adlandırmağın qanunauyğun oldu-
ğu  İbn  Haldunun  (1332-1406)  baxışları  ilə  təsdiqlənir.  İbn  Haldun  qeyd 
edirdi  ki,  insana  düşünmək  qabiliyyəti  (intellekt  –  F.M.)  verməklə,  Allah 
onu “insanın kamilliyinin əsası, nəcibliyinin ən yüksək zirvəsi və hər şeydən 
üstün  etmişdir”.  Əgər  heyvanlar  ətraf    aləmi  istisna  olaraq  eşitmə,  görmə, 
qoxubilmə, dadbilmə və təmas hissləri vasitəsilə mənimsəyirlərsə də, öz ağlı 
sayəsində “insan bundan başqa, hissi qavramasının ardınca gələn təfəkkürü 
vasitəsilə özündən xaricdə olanı  mənimsəmək qabiliyyətinə malikdir...” Bu 
təfəkkür  üç  növ  ola  bilər.  Birincisi  –  insan  tərəfindən  təbii  hadisələrin  və 
özünüidarə məqsədilə cəmiyyətdə qoyulan qaydaların dərk edilməsini, yaşa-
maq üçün vəsait əldə etmək, faydalı və zərərli olanı ayırd etmək bacarığını 
ifadə edən “fərqləndirici qabiliyyət” (adi təfəkkür - F.M.). İkincisi – insanla-
rın həyatına praktik fayda gətirən, sosial təcrübənin mənimsənilməsinə əsas-
lanan təfəkkür – “təcrübəyə əsaslanan təfəkkür”. Üçüncüsü – hissi qavrama 
ilə  birbaşa  əlaqəsi  olmayan,  elmi  idrakın  və  yeni  elmi  biliklərin  işlənməsi 
sayəsində ümumi və xüsusi təsəvvürlərdə mövcud olan haqqında təfəkkürün 
kamilliyi ilə xarakterizə olunan -  “abstrakt  yaxud “təmiz” təfəkkür”. Belə-
liklə, burada “insanın kamilliyi, nəcibliyi və üstünlüyünün başlanğıcı” kimi 
onun əqli, intellektual mədəniyyətinin başlıca əhəmiyyəti göstərilmişdir.    
Bütöv sosial sistem kimi mədəniyyətin inkişaf problemlərinin kulturoloji 
təhlili, bu məqsədlə Lesli Uayt tərəfindən təklif olunan sistemli yanaşma ol-
madan  mümkün  deyil.  Həyat  göstərdi  ki,  qarşılıqlı  əlaqəli,  qarşılıqlı  asılılı 
və  ziddiyyətli  dünyaya  xas  olan  fasiləsiz  hərəkət  və  dəyişikliklər  –  onların 
vaxtında korrektə edilməsi və obyektiv həyat tələbatlarına uyğun olaraq tək-


20 
milləşdirilməsinə  imkan  verən  insan  cəmiyyətinin  inkişaf  proseslərinin  za-
man və məkan daxilində permanent (daimi) sistemli təhlilini tələb edir. Bü-
tövlük, quruluş iyerarxiyası, strukturlaşdırma, çoxluq və sistemlilik prinsipi-
nə  əsaslanan  sistemli  yanaşmanın  dəyəri  ondan  ibarətdir  ki,  o,  obyekti  bü-
töv, qarşılıqlı əlaqəli sistem kimi nəzərdən keçirməklə, insanın həyat fəaliy-
yətinin  inkişaf  problemlərinin  daha  səmərəli  və  harmonik  həlli  məqsədilə, 
qanunauyğunluqları  və  qarşılıqlı  əlaqələri  aşkara  çıxarmağa  imkan  verir. 
Baniləri  -  A.A.  Boqdanov,  L.  Fon  Bertalanfi,  Edvard  de  Bono,  Lindon  la 
Ruş, Q. Saymon, P. Druker və başqalarının olduğu hesab edilən sistemli ya-
naşmanın yaradılması XX əsrin birinci yarısına aid edilir. Keçən əsrin 50-ci 
illərindən başlayaraq sistemli yanaşma qərb ölkələrinin dövlət idarəçiliyi nə-
zəriyyəsinin  də  əsası  oldu.  Öyrənilən  problemə  sistemli  yanaşmanın  üstün-
lüyü  ondan  ibarətdir  ki,  o,  tədqiqat  predmetini  -  onun  bütün  ölçüləri,  pro-
yeksiyaları, əlaqələri və situasiyalarında müfəssəl, həcmli şəkildə görmə im-
kanını verir ki, bu da problemin düzgün qiymətləndirilməsi və düzgün həlli-
nə  yardım edir. Həmçinin sistemli  yanaşmaya alternativ hələlik sadəcə ona 
görə yoxdur ki, bütün təbiət və insan aləmi, hətta vaxtilə “bölünməz” olan 
atom da sistemlərdən ibarətdir.  
Tədqiq  olunan  obyektlərin  təhlilinə  sistemli  kulturoloji  yanaşmanın  sə-
mərəliliyinin  ən  parlaq  nümunələrindən  biri,  görkəmli  alman  alimi  Maks 
Veberin  (1864-1920)  yaradıcılığının  nəticələridir.  İdarəçilik  nəzəriyyəsi  in-
zibati məktəbinin nümayəndəsi olmaqla o, həm sosioloq, həm iqtisadçı, həm 
tarixçi, həm filosof, həm kulturoloq, həm hüquqşünas idi. Kulturologiyanın 
hələ elm kimi yaranmasından xeyli əvvəl Maks Veber idarəetmə mexanizm-
lərinə  kulturoloji  baxışı  ilə    fərqlənirdi  və  təşkilati  proseslərin  kulturoloji 
şərhinə əsaslanırdı.    
Kulturologiyanın  yüksək  elmi  və  prakrik  əhəmiyyətini,  hər  yerdə  möv-
cudluğunu görkəmli Amerika alimi, kibernetikanın banisi, təfəkkürü və  ya-
naşmasının bizim seçimimizə də təsir etdiyi Norbert Vinerin timsalında da 
müşahidə  etmək  olar.  Qeyd  etmək  maraqlıdır  ki,  1948-ci  ildə,  təxminən 
Lesli  Alvin  Uayt  mədəniyyətin  bütöv  sosial  sistem  kimi  anlamının  əsasını 
qoymuş  “Mədəniyyət  haqqında  elm”  kitabını  dərc  etdirərkən  (1949), 
Norbert Viner yeni elmin – kibernetikanın yarandığını göstərən “Kiberneti-
ka, yaxud heyvanda və maşında idarəetmə” məşhur kitabını nəşr etdirmişdir. 
Universal  bilikləri,  pozitiv  dünyagörüşü  və  azad  yaradıcılığı  ilə  fərqlənən, 
geniş profilli “alim-romantik” kimi, Viner – riyaziyyat, biologiya, fiziologi-
ya, tibb, psixologiya, sosiologiya və s. kimi müxtəlif elmlərin nümayəndələ-
rini  birləşdirən    seminarlarda  həvəslə  iştirak  edirdi  ki,  bu  da  onda  müasir 
elmin problemlərinə geniş (kulturoloji – F.M.) yanaşmanın formalaşmasına 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə