236
nin işçilərinin professional fəaliyyətinin təkmilləşdirilməsi üçün deyil, həm
də xalqın həyat rifahı və keyfiyyətinin yüksəldilməsi, dövlətin davamlı sosi-
al, siyasi və iqtisadi inkişafı, onun beynəlxalq nüfuzu və təhlükəsizliyi üçün
böyük əhəmiyyətə malikdir.
Milliyyətindən, dinindən, doğulduğu yerdən yaxud peşəsindən asılı olma-
yaraq, insan mədəniyyətinin inkişafı beş əsas amil ilə: təbii-coğrafi şərait,
anadangəlmə mədəni keyfiyyətlər, sosial mühit, tarixi şərait və mədəni mü-
badilə ilə müəyyən olunur. Sadalanan bütün vacib amillərdə mədəniyyətin
inkişafı üçün sosial mühit müəyyənedici əhəmiyyətə malikdir. O, üç səviyyə
ilə təmsil oluna bilər: ailə, kollektiv, cəmiyyət. Hər üç səviyyəyə milli mə-
dəniyyətin inkişafına yardım edən yaxud mane olan dövlətin siyasi rejimi
böyük təsir göstərir.
Dövlətin fiskal siyasətinin uğuru və cəmiyyətdə vergi mədəniyyətinin sə-
viyyəsi əsasən aşağıda göstərilənlərlə şərtlənir:
Cəmiyyətin siyasi inkişaf şəraiti və qanunverici fəaliyyət mədə-
niyyəti ilə.
Dövlət idarəçiliyi, o cümlədən vergi fəaliyyəti sahəsində, mədə-
niyyəti ilə.
İqtisadi, intellektual, etik, hüquq və idarəçilik mədəniyyətinin qa-
baqlayıcı inkişafını təmin edən prioritetləri harmonik surətdə özündə
birləşdirən dövlət strategiyası ilə.
Effektiv milli insan kapitalının, qanunların yüksək icra mədəniyyəti-
nin formalaşdırılmasını və “Homo sapiens” tipli insandan “Homo cultu-
ralis” tipli insana tədrici kecidi nəzərdə tutan əhalinin kulturoloji maarif-
ləndirilməsi ilə.
Vergilərin ödənilməsindən yayınma haqqında məsələyə sistemli kulturo-
loji yanaşmadan danışarkən, nəzərə almaq lazımdır ki, burada başlıcası, və-
təndaşların cəmiyyətdə davranışına, o cümlədən, onların vergi ödənişinə
münasibətinə təsir göstərən əsas amil kimi, şəxsiyyətin ruhi mədəniyyətinin
vacibliyini dərk etməsinə gətirilir. Vergi hüquq pozuntularının səbəbləri və
şəraitinin təhlili göstərir ki, insanların vergilərdə qənaət etmək arzusu ilə
şərtlənən vergi ödənişindən yayınmanın iqtisadi səbəbləri qanun qarşısında
qorxu hesabına deyil, vətənpərvərliyi, yüksək sosial mədəniyyəti və qanun-
ların icrası mədəniyyətini nəzərdə tutan, vətəndaşların ruhi mədəniyyətinin
inkişafı hesabına aradan qaldırıla bilər və qaldırılmalıdır. Burada azərbay-
cançılıq ideologiyasının həyata keçirilməsi indikatoru kimi, cəmiyyətdə
yüksək ruhi mədəniyyətin tələb edilməsinin formalaşdırılmasını nəzərdə tu-
tan sosial şəraitin dəyişməsi həlledici əhəmiyyət qazanır. Vətəndaşların mə-
dəni inkişafı üçün əlverişli şəraitin formalaşdırılması və inkişafı yüksək iqti-
237
sadi, intellektual, hüquq, estetik və idarəçilik mədəniyyətini istənilən edir.
Onlar olmadan Azərbaycanda yenilənən milli resurs kimi, insan kapitalının
inkişafı haqqında, “biliklər cəmiyyəti” və biliklər iqtisadiyyatı”nın qurulma-
sı haqqında ciddi danışmaq çətindir.
Mədəni insanın – biliklər, bacarıqlar, mütəşəkkillik, etika və yaradıcı fəa-
liyyət kimi beş əsas indikatolarından məhz etik mədəniyyət cəmiyyətin
vergi mədəniyyətinin inkişafında həlledici amildir. İnsan sivil ola bilər, yəni
özündə biliklər, bacarıqlar, mütəşəkkillik, etika və yaradıcı fəaliyyəti təcəs-
süm etdirə bilər, lakin bu zaman destruktiv təzahürlər daşıyıcısı olan eqoist
ola bilər, bunlardan biri də vergi hüquq pozuntularıdır. Bu münasibətdə,
ənənələr və innovasiyaların permanent sintezini ifadə edən kulturogenez qa-
nunlarına əsaslanaraq, Azərbaycan milli mədəniyyətinin ən yaxşı ənənələri-
ni qorumaqla, qərb ölkələrinin məsuliyyət mədəniyyəti, düzgünlük və şəx-
siyyətə hörmət kimi pozitiv etik mədəniyyət prioritetlərini fəal surətdə mə-
nimsəmək və tətbiq etmək çox vacibdir.
Əhalinin vergi mədəniyyəti səviyyəsinin yüksəldilməsi insanların hüquq
və etik mədəniyyətinin formalaşması və inkişafına daimi diqqəti tələb edir.
Mədəni insanın əsas keyfiyyətlərindən biri – mütəşəkkillik, şəxsiyyətin hü-
quq və etik mədəniyyətinin müəyyən səviyyəsini, onun qaydaya, nizama,
hüquqa, məsuliyyətə, qanunların aliliyinə bağlılığnı nəzərdə tutur. Hüquqi
və fiziki şəxslərin vergi öhdəliklərini icra mədəniyyətinin təkmilləşdirilməsi
üçün ölkədə vətəndaş mədəniyyətinin ümumi səviyyəsinin, o cümlədən,
əhalinin vətənpərvərliyi ilə sıx surətdə bağlı olan, insanların dövlət qarşısın-
da şəxsi və sosial məsuliyyətinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan Respublikasında vergi mədəniyyətinin insanın şüuru, dav-
ranışı, fəaliyyəti, sosial münasibətlərinin ayrılmaz hissəsi olması üçün çox
işlər görülür. Bununla yanaşı, daimi dəyişikliklər şəraitndə əhalinin
permanent kulturoloji maariflənməsinin, vergi xidməti mədəniyyəti hesabı-
na vergi ödəyicilərinin kommunikasiya şəraitinin yaxşılaşdırılmasına, vergi
ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı münasibətlərin bütöv sis-
temi kimi, pozitiv vergi mentalitetinin formalaşdırılmasına yardım edən xü-
susi treninqlərin, izahedici xarakterli konsultasiyalar və dəyirmi masaların
keçirilməsinin əhəmiyyəti artır. Azərbaycan Respubliksının Vergilər Nazir-
liyi tərəfindən vergi mədəniyyəti problemləri üzrə, həmçinin etik, hüquq,
idarəetmə, iqtisadi mədəniyyətin, əmək mədəniyyəti və effektiv
menecmentin əsasları üzrə xüsusi kulturoloji mühazirələr və treninqlərin
keçirilməsi Azərbaycan vergi ödəyicilərinin ictimai şüurunda pozitiv dəyi-
şikliklərə nail olmaq imkanını verəcək və fiskal siyasət obyektləri kimi on-
ların davranışına təsir edəcəkdir.
Dostları ilə paylaş: |