Fuad nurullayev



Yüklə 61,39 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü61,39 Kb.
#51080


286

                                                                              Yubileylər, Xatirələr 

Tarix və onun problemləri, № 1 2013 

 

 



FUAD NURULLAYEV 

Bakı İslam Universitetinin dekanı 

AMEA-nın Məhəmməd Füzuli adına 

Əlyazmalar İnstitutunun dissertantı 

e-mail: fuad.nurullah@gmail.com 

 

AKADEMIK VASIM MƏMMƏDƏLIYEVIN 

ICTIMAI HƏYATI VƏ ŞƏXSIYYƏTI HAQQINDA 

 

Açar sözlər:Quran, kolorit, elm-ürfan, surə 



Клюцевые слова:Коран, колорит,наука-урфан, сура 

Keywords:Koran, colority, science-knowledge,sura 

 

Hüsn  və  Cəlal  Sahibi  Böyük  Rəbbimiz  hər  bir  insanın 



taleyini doğuluşundan müəyyənləşdirir və qismət payını Öz kə-

raməti  ilə  bölüşdürür.  Bu  gün  akademik  Vasim  Məmmədəliyev 

kimi  düha  və  zəka  sahibinin  həyat  yoluna,  elmi  fəaliyyətinə, 

ictimai  xidmətlərinə  və  insani  keyfiyyətlərinə  nəzər  saldıqda, 

tam  əminliklə  demək  olar  ki,  Allah-Təala  onu  seçilmişlərdən 

etmiş  və  ilahi  vergisi  ilə  şərəfləndirmişdir.  Necə  ki,  müqəddəs 

kitabımız Qurani-Kərimdə bu barədə buyurulur: “...Şübhəsiz ki, 

lütf  Allahın  əlindədir,  onu  istədiyinə  bəxş  edər.  Allah  çox 

böyük kərəm sahibidir!” (1, əl-Hədid surəsi, ayə 29). 

Vasim  Məmmədəli  oğlu  Məmmədəliyev  27  avqust  1942-ci 

ildə Bakı şəhərində anadan olmuşdur. Bir çox şəxsiyyətlər kimi 

Vasim müəllimin də ömür yolu şərəfli və nəcib bir ailədən başlayır. Onun atası Məmmədəli 

müəllim XX əsr tarixinin şahidi və salnaməçisi idi. Nəsil ağacının ən parlaq budaqlarından biri 

olan akademik  Yusif  Məmmədəliyevi-Azərbaycan Milli Elmlər  Akademiyasının Prezidentini 

təqdim və təqdis etməyə isə, ehtiyac  yoxdur. Belə bir nəslin nümayəndəsi və davamçısı olan 

akademik  Vasim  müəllimin  əzəl  bünövrəsi,  təbii  ki,  milli  ziyalılığımızın  şöhrət  bulağından 

qaynaqlanır. 

Vasim müəllim dünyaya göz açanda ilk tərbiyəsini ana laylasından, beşik nəğmələrindən, 

nənni  yırğasından,  oxşamalardan,  bayatılardan,  bir  də  dağların  vüqarından,  çayların  coşarın-

dan, çeşmələrin zümzüməsindən alıb. Taleyi üzünə gülüb, heyrətli bir dünyaya qovuşub. Üstə-

lik yerli yataqlı, köklü-köməcli, tanınan, sayılan, seçilən nəsildə köklənib, kökü üstə pərvəriş 

tapıb,  ləyaqətli  bir  insan  kimi  boya-başa  çatıb,  böyük  ədəb-ərkan  sahibi  olub.  Ona  görə  də 

nəslə-nəcabətə,  əslə-kökə  minnətdardı,  adət-ənənəyə  sədaqətlidir.  O,  yaxşı  bilir  ki,  el  köçər, 

adət köçməz. (2, səh-22). 

Dünyada hər bir kəsin öz yolu, öz cığırı var. Bu, əzəli məlum, sonu taleyin hökmündən, 

Tanrının qismətindən asılı ömür yoludur. İnsan yaranandan bəri bu yolu tutaraq gedir. Heç kəs 

onun uzunluğunu, dolanbac döngələrini, işıqlı, xoşbəxt keçidlərinin sayını dəqiq bilmir. Dəqiq 

bilməsə də, bəziləri bu yolu inamla, bəziləri də ümidsiz gedir. Bu yolda çox şərəflə, ləyaqətlə, 

inam və imanla addımlayan bir insan da var. O, Azərbaycanın dəyərli oğlu, tanınmış şərqşüna-

sı Vasim Məmmədəliyevdir. Hər bir insan əsli-kökünə bağlı olmalıdır. Bu əsil-kök nəcabətli, 




                                                                          Yubileylər, xatirələr                                                                   287 

Tarix və onun problemləri, № 1 2013 

 

qürurlu,  qüdrətli  olanda  şəcərənin  davamçıları  da  ləyaqətli,  hər  zaman  xalqına  gərəkli  və 



lazımlı insanlar olurlar. Vasim müəllim də belə bir şəcərənin davamçısıdır. (3, səh-15). 

“Qurani-Kərim” bir milyarddan artıq insanın etiqad etdiyi İslam dininin müqəddəs kitabı, 

ərəb  dilinin  ən  möhtəşəm  abidəsi  və  səmavi  kitabların  sonuncusudur.  Quranın  bir  surəsində 

belə  buyurulur:  “Kim  (dünyada)  zərrə  qədər  yaxşı  iş  görmüşdürsə,  onun  mükafatını  ala-

caqdır.” 

Vasim  müəllimin  tərcümə  etdiyi  Quranın  bu  surəsi  sanki  onun  özünə  aiddir.  Vasim 

müəllim yaşadığı həyatda zərrə qədər deyil, dərya qədər iş görmüşdür. Ona görə də bu insan 

Allahın ən xoşbəxt bəndəsi, yer üzündəki insanların ən dəyərlilərindəndir. 

V.  Məmmədəliyev  respublikamızda  əvəzsiz,  dərin  bilikli  ilahiyyatçı,  ərəbşünas  alimdir. 

Ulu öndərimiz H. Əliyev xalqımıza bir sıra dəyərli tövsiyyələr vermişdir. Bunlardan ən əsası 

milli dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsidir. Milli mənəvi dəyərlərimiz 

bizim  dilimiz,  adətimiz,  dinimizdir.  Dinimizin  təbliğində  böyük  rol  oynamaqla  yanaşı,  onun 

nə qədər mütərəqqi din olduğunu bizlərə Vasim müəllim çatdırır. O, Qurani-Kərimin müdrik 

kəlamlarının  sadə  dildə  izahını  verir,  dərin  qatlardakı  mənalardan  hər  kəsi  agah  edir.  Onun 

qiymətli  əsərləri  arasında  daha  məhşuru,  hamının  əli  çatan,  hamının  dərk  edəcəyi  səviyyədə 

yazılmış “Quran və elm” kitabıdır. Burada islam dünyasının, ulu peyğəmbər Hz. Muhəmmə-

din (s) Quranda əks olunmuş fikirləri hamıya eyni dərəcədə çatmır. Çünki uzun müddət sovet 

tərbiyəsi altında  yaşamış xalqımız dinin təbliği, tədrisi ilə  məşğul  olmayıb. Ona görə də orta 

nəslin  nümayəndələri  bu  gün  dini  qavramaqda  çətinlik  çəkirlər.  İndi  dinimizin  səmərəli  və 

faydalı  cəhətlərini  insanlara  çatdırmaq,  gənclərə  öyrətmək,  mahiyyətini,  əhəmiyyətini,  bir 

sözlə, bütün bu işləri Qafqaz Müsəlmanları Cəmiyyəti ilə bərabər Vasim Məmmədəliyev bir 

alim, müəllim, gözəl şərqşünas və nəcib bir insan kimi xalqa çatdırır. 

Vasim  müəllim  qoca  Şərq  dünyasında  dərindən  bildiyi  bir  çox  sahələrdən  öncə,  Azər-

baycan  klassik  ədəbiyyatının,  mədəniyyətinin,  tarixinin  dərin  bilicisudir  və  sözün  həqiqi 

mənasında Azərbaycan ziyalısıdır. Bizim klassik və çağdaş poeziyamızdan, əruz, heca, sərbəst 

vəznli  şerimizdən  saatlarla,  bəlkədə  günlərlə  özünəməxsus  şirin  ahənglə  şer  oxuya  bilər. 

Füzuli,  Nəsimi  dühasının  alt  qatlarını  dürüst  açıqlaya  bilər,  əvəzsiz  musiqimizin,  rənglərini, 

xallarını  sözə  çevirər.  Onun  yüksək  elmi  məclislərdə,  sırf  elmi-nəzəri  əsərlərində  fikirlərini 

professional  alim  dili  ilə  açıqlamaq  məharəti,  tələbə  auditoriyasında  cazibədar  pedaqoq  təh-

kiyəsi,  sadə  adamlarla  xoş  ünsiyyəti,  dərin  fikirləri  sadə  dillə  ifadə  etmək  qabiliyyəti  hamını 

heyran qoyur. 

Vasim müəllim Azərbaycan dilini, dilimizin zəngin koloritini, incəliklərini dərindən bilən, 

duyan söz sərraflarındandır. Bəzən onun başqa dili bu səviyyədə biləcəyi ağıla gəlmir. Lakin 

o,  ərəb  dilində,  hətta  bu  kifayət  qədər  zəngin  və  mürəkkəb  dilin  müxtəlif  ərəb  məmləkət-

lərindəkiləhcələrindən  öz  ana  dili  səviyyəsində  danışır  və  yazır,  bu  dilldə  danışanda  və  ya 

yazanda hətta ərəb ziyalılarının özü belə heyranlıqlarını gizlədə bilmirlər. 

Vasim  müəllim  bütün  müsəlman  dünyasında  tanınan,  hörmət  edilən,  çıxışları  maraqla 

dinlənilən görkəmli ilahiyyatçı alimdir, bir sıra müsəlman ölkələrinin elmlər akademiyalarının 

həqiqi üzvüdür. O, islamın əsl mahiyyətini ən  yüksək kürsülərdən açıqlayan, müqəddəs dini-

mizin  tarixini,  zəngin  mənəvi  dəyərlərini  öyrənən  və  təbliğ  edən  görkəmli  islam  tədqi-

qatçısıdır. 

Sovet hakimiyyəti dövründə SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycanda 

da  ateizm  siyasəti  nəticəsində  dini  dəyərlərimizə  çox  böyük  zərbələr  vurularkən,  onlar 

cəmiyyətin  inkişafına  mane  olan,  insanlarda  kommunizim  şüurunun  formalaşmasına  əngəl 

törədən  zərərli  adət-ənənələr  kimi  yasaq  edilərkən,  dininə,  mənaviyyatına,  qədim  adət-



288

                                                                              Yubileylər, Xatirələr 

Tarix və onun problemləri, № 1 2013 

 

ənənələrinə qəlbən bağlı olan Azərbaycan xalqı, onun yetişdirdiyi Vasim müəllim kimi böyük 



alimlər bütün bu qadağalara baxmayaraq, öz dini dəyərlərini uca tutmuş, insanda fitri şəkildə 

mövcud olan Allah eşqini, Allah sevgisini müqəddəs əmanət kimi həmişə qoruyub saxlamış, 

onu  nəsildən-nəsilə  ötürmüşlər.  Məhz  belə  şəxsiyyətlərin  sayəsində  dini  və  mənəvi  dəyərləri 

qoruyub bu günə çatdıra bilmişik. (2, səh-18). 

Vasim  müəllimin  bu  böyük  irsindən  gənc  alimlər,  tələbələr  zaman-zaman  faydalanırlar. 

Onun  yazdığı  dərslik,  dərs  vəsaitləri,  metodiki  vəsaitlər,  etdiyi  vəsaitlər,  etdiyi  tərcümələr, 

elmi-publisistik  məqalələr  hər  zaman  aktualdır,  dövrlə,  zamanla  səsləşir.  Çünki  bu  əsərlərin 

bir  ucu  tarixi  ənənələrə  söykənirsə,  o  biri  ucu  bu  günkü  həyatın  axarına  uyğundur.  Yeniliyə, 

müasirləşməyə səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz qalmaz. 

Akademik  Vasim  Məmmədəliyevin  elmi,  pedaqoji  və  ictimai  fəaliyyətinin  bir  nəticəsi 

odur  ki,  o,  xalqın  çox  böyük  hörmətini  qazanmışdır.  Vasim  müəllim  Azərbaycan  xalqının 

azad,  firavan  yaşaması  üçün  əlindən  gələni  əsirgəməyən  böyük  bir  ziyalıdır.  Onun  bütün 

fəaliyyəti  xalqımızın  maariflənməsinə,  mənəvi  cəhətdən  inkişafına,  mədəni  yüksəlişinə  həsr 

edilmişdir.  Xalqımız  mənəvi  cəhətdən  kamilləşməsinə,  yüksəlməsinə  can  atan  və  bütün 

fəaliyyətini bu istiqamətdə quran Vasim müəllim yüzlərlə insana rəhbər və yol göstərəndir. 

Akademik  Vasim  Məmmədəliyevin  xalqımız  qarşısındakı  xidmətlərindən  bəlkə  də  ən 

önəmlisi onun akademik Ziya Bünyadovla birlikdə Qurani-Kərimin Azərbaycan dilinə izahlı 

tərcüməsidir.  Olduqca  başa  düşülən,  səlis,  oxunaqlı  olan  Qurani-Kərimin  artıq  bir  neçə  nəşri 

işıq  üzü  görmüşdür.  Vasim  müəllim  təkcə  ərəbcədən  tərcümələrlə  kifayətlənməmiş,  həm  də 

eyni  zamanda  doğma  dilimizdən  ərəb  dilinə  də  bir  sıra  tərcümələr  etmişdir.  Məsələn,  onun 

Mirzə  Cəlilin  “Saqqallı  uşaq”  hekayələr  məcmuəsi,  Fikrət  Əmirov  haqqında  monoqrafiya, 

Həmid araslının “Xaqani Şirvani” kitabını və başqalarını göstərmək olar. (3, səh-25). 

Artıq qeyd etdiyimiz kimi, təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində məşhur 

olan Vasim müəllimin tədqiqatlarına həmişə böyük ehtiyac olubdur. Ona görə də akademikin 

bir sıra elmi tədqiqatları fars, türk, ingilis, rus və gürcü dillərinə də çevrilmiş, böyük əks-səda 

doğurmuşdur. 

1959-cu ildən taleyini Bakı Dövlət Universiteti ilə bağlayan və bu qocaman təhsil ocağı-

nın  sütunlarından  hesab  olunan  Vasim  müəllim  burada  fəaliyyət  göstərdiyi  ayrı-ayrı  vəzifə-

lərdə  həmişə  öz  sözünü  deməyi  bacarmış,  dəyərli  məsləhətləri,  yüksək  elmi  səviyyəsi,  geniş 

erudisiyası  ilə  bütün  kollektivin  rəğbətini  qazana  bilmişdir.  Vasim  müəllim  istər  vaxtilə 

şərqşünaslıq fakultəsinin dekanı kimi, istər həmin fakultədə ərəb filologiyası kafedrasının mü-

diri kimi, istərsə də, hazırda ilahiyyat fakultəsinin dekanı kimi işinin öhdəsindən çox layiqincə 

gəlmiş və gəlməkdədir. 

Bir  məqamı  da  xüsusi  vurğalamaq  lazımdır  ki,  Vasim  müəllim  dərs  verdiyi  tələbələrə 

həmişə  atalıq  qayğısı  göstərmiş,  onların  problemlərini  həll  etməyi  ən  mühüm  vəzifə  hesab 

etmişdir.  Universitetdə  bir  elm  adamı,  müəllim  və  müdrik  insan  kimi  sevilməsi  məhz  onun 

insanı xüsusiyyətlərindən doğur. 

Böyük şövqlə çalışdığı və heç vaxt ayrılmadığı Bakı Dövlət Universitetinin istər ilahiyyat, 

istər şərqşünaslıq fakultəsini, istərsə də ərəb filologiyası kafedrasını Vasim müəllimsiz təsəv-

vür etmək çətindir. Azərbaycan təhsilinin bayraqdarı olan Bakı Dövlət Universiteti onun çox 

doğma məkanıdır. Çünki onun nailiyyətləri, qazandığı hər bir uğur bu elm ocağı ilə bağlıdır. 

(3, səh-38). 

Vasim müəllim məhz buradan elmin zirvələrinə ucalmış, məhz burada şərqşünas kadrların 

hazırlanmasında  xidmətlərinə  görə  “Əməkdar  elm  xadimi”  fəxri  adına  layiq  görülmüş,  məhz 




                                                                          Yubileylər, xatirələr                                                                   289 

Tarix və onun problemləri, № 1 2013 

 

burada 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv, az sonra isə həqiqi 



üzv seçilmişdir. 

Onu dünyanın hər yerində tanıyırlar. Misir, İraq, Suriya, İran, Türkiyə, Səudiyyə Ərəbis-

tanı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Amerika Birləşmiş Ştatları və keçmiş sovet respubli-

kalarında keçirilən elmi konfrans və simpoziumlarda ən ciddi məruzələri ona həvalə edirlər. 

Onu da qeyd etmək lazımdır ki, əməkdar elm xadimi, Azərbaycan MEA-nın həqiqi üzvü 

Vasim  Məmmədəliyevin  rəhbərliyi  ilə  çoxlu  sayda  dissertasiya  işi  müdafiə  edilmişdir.  Onun 

rəhbərliyi  ilə  elmlər  namizədi  alimlik  dərəcəsi  alanlar  arasında  azərbaycanlılarla  yanaşı, 

müxtəlif ölkələrin vətəndaşlarının olması da təqdirəlayiqdir. 

Vasim Məmmədəliyev eyni zamanda musiqi sahəsindəki unikal biliyi ilə musiqişünasları 

heyran qoyur. O, Avropa və Şərq musiqilərini dərindən bilməklə yanaşı, dünya musiqi xəzinə-

sinə  böyük  tövhələr  vermiş  dahi  bəstəkarlar,  ifaçılar  haqqında  hərtərəfli  məlumata  malikdir. 

Muğamlarımızı  bütün  xırdalıqlarına  qədər  bilir.  Klassik  ədəbiyyatımızın  incəliklərinə  dərin-

dən bələddir. Orta əsr şairlərinin ən çətin beytlərinin mənasını açmaqda, izahını verməkdə əsl 

mütəxəssis  təsiri  bağışlayır.  Alimlər,  bəstəkarlar,  xanəndələr  bəzən  çətinə  düşəndə  ona 

müraciət  edirlər.  Ona  görə  də  təsadüfi  deyil  ki,  respubkika  miqyasında  keçirilən,  elm-ürfan 

məclislərində həmişə başda əyləşdirilir və onun orijinal fikirləri böyük marağa səbəb olur. 

V.M.Məmmədəliyev  1949-1959-cu  illərdə  Bakı  şəhər  113  saylı  orta  məktəbdə  oxumuş-

dur. 


V.M.Məmmədəliyev  1959-1964-cü  illərdə  Azərbaycan  Dövlət  Universitetinin  şərqşü-

naslıq fakultəsidə ərəb filologiyası ixtisası üzrə təhsil almışdır. Universiteti fərqlənmə diplomu 

ilə bitirən Vasim müəllim 1964-1967-ci illərdə həmin universitetin aspirantı olmuşdur. 

V.M.Məmmədəliyev  1968-ci  ildə  Tiflis  Dövlət  Universitetində  “Müasir  ərəb  –  Azərbay-

can  ədəbi  dilində  və  İraq  dialektində  felin  zaman  formalarının  müqayisəli  –  tipoloji  təhlili” 

mövzusunda  namizədlik,  1974-cü  ildə  həmin  universitetdə  “Müasir  ərəb  ədəbi  dilində  felin 

zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 

1978-ci ildən professordur. Professor V.M.Məmmədəliyevin elmi nəticələri Ərəb dilçiliyi 

və  ümumi  dilçilik  sahələrində  (eləcə  də  Azərbaycan  dilçiliyində),  islamşünaslıqda,  Ərəb  – 

Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur.  

Akademik  V.M.Məmmədəliyev  Rusiya  Federasiyası  (1978-1981),  Polşa  (1979),  Misir 

(1995-2000),  İndoneziya  (1998),  ABŞ  (1996),  Gürcüstan  (2004-2005),  Səudiyyə  Ərəbistanı 

(2006)  və  digər  ölkələrdə  keçirilmiş  beynəlxalq  və  regional  konfransların  iştirakçısı  olub. 

Akademik  V.M.Məmmədəliyevin  rəhbərliyi  altında  otuzdan  çox  namizədlik  və  doktorluq 

dissertasiyası müdafiə olunmuş, o, otuzdan artıq dissertasiya işinə rəsmi opponentlik etmişdir. 

Akademik  V.M.Məmmədəliyev  İraq  Elmlər  Akademiyasının  (1998),  İslam  Təşkilatı 

Konfransı  nəzdində  İslam  Hüququ  Akademiyasının  (1994),  Misir  Ərəb  Dili  Akademiyasının 

(2003)  üzvü  seçilmişdir.  V.M.Məmmədəliyev  Azərbaycan  Respublikası  Prezidenti  yanında 

Ali  Attestasiya  Komissiyası  rəyasət  heyətinin  üzvüdür.  Azərbaycan-İraq  Dostluq  Cəmiyyə-

tinin  sədridir.  Akademik  V.M.Məmmədəliyev  BDU-nun  şərqşünaslıq  fakultəsinin  dekanı 

(1981-1991), prorektoru (1991-1992) vəzifələrində çalışmışdır. Hazırda BDU ilahiyyat fakul-

təsinin dekanı, ərəb filologiyası kafedrasının müdiridir. Vasim müəllim otuzdan artıq kitabın, 

beş yüzdən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın on beşdən artıq 

ölkəsində çap olunmuşdur. (2, səh-3). 

Akademik  V.M.Məmmədəliyev  1991-ci  ildən  indiyə  qədər  respublika  televiziyasında 

ümumxalq  məhəbbəti  qazanmış  “Haqqın  dərgahı”  adlı  dini  verilişin  aparıcısıdır.  Professor 

V.M.Məmmədəliyev  Türkiyə,  İran,  İraq,  Misir,  Liviya,  Gürcüstan,  Rusiya,  Səudiyyə  Ərəbis-



290

                                                                              Yubileylər, Xatirələr 

Tarix və onun problemləri, № 1 2013 

 

tanı, Suriya, BƏƏ, Küveyt, Kanada, Braziliya və digər ölkələrlə sıx əməkdaşlıq edir. Akade-



mik V.M.Məmmədəliyev akademik Z.M.Bünyadovla sovet rejimi dövründə Qurani-Kərimi ilk 

dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə in-

diyə  qədər  müxtəlif  illərdə  on  iki  dəfə  nəşr  olunmuşdur.  Akademik  V.  M.  Məmmədəliyev 

1992-ci  ildə  Azərbaycanın  “Əməkdar  elm  xadimi”  fəxri  adına  layiq  görülmüş,  2001-ci  ildə 

Azərbaycan MEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. 

V.M.Məmmədəliyev 26 avqust 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab 

Heydər Əliyevin fərmanı ilə ölkənin ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2003-

cü ildə Dağıstan Respublikasının “Əməkdar eım xadimi”, 2009-cu ildə isə BDU-nun 90 illiyi 

ilə  əlaqədar  “Şərəf  ordeni”nə  layiq  görülmüşdür.  V.M.Məmmədəliyev  1997-ci  ildən  ümum-

milli liderimiz Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Qafqaz Müsəlmanları İdarəsi Elmi 

Dini  Şurasının  sədridir.  Azərbaycanın  bir  sıra  görkəmli  alimlərinin  təmsil  olunduğu  Şura 

respublikamızda dinin elmi təbliğ və tolerantlıq sahəsində geniş fəaliiyət göstərir. (2, səh-3). 

Bəli,  Vasim  müəllim  böyük  alimdir.  Azərbaycanın  fəxr  edəcəyi  bir  alimdir.  O,  vətəninə 

elinə,  obasına  bağlı  olan  bir  şəxsdir.  Əminəm  ki,  bu  sevgi  Vasim  müəllimə  hələ  çox  uğurlar 

qazandıracaqdır. 

 

ƏDƏBİYYAT 

 

1.Quran-Kərim. Ziya Bünyadov, Vasim Məmmədəliyev, Bakı, Azərnəşr-1991 



2.Şəxsiyyət, Publisistik ictimai-kütləvi jurnal, Bakı-2010 

3.Akademik Fuad Qasımzadə, Misilsiz təfəkkür sahibi, Bakı, “Ozan”, 2002 

 

ФУАД НУРУЛЛАЕВ 

ОБЩЕСТВЕННАЯ ЖИЗНЬ И ЛИЧНОСТЬ 

АКАДЕМИКА ВАСИМА МАМЕДАЛИЕВА

 

Академик  ВасимМаммедалиев  один  из  передовых  академиков  имеющий  свой 



стиль.  Васим  Маммедалиев  доктор  наук  и  автор  многих  фундаментальных  произве-

дений.  Между  этим  он  является  безупречным  назнователем  Азербайджанский  нацио-

нальный  музыки.  Этот  человек  в  постоянном  поиске.  Телевизионная  передача  «Путь 

Аллаха»  в  который  он  является  ведущим,  очень  бесподобная,  когда  смотрим  эту 

передачу  человек  всѐ  забывает  и  попадает  под  еѐ  влияние.  Это  следует  тому  что 

ВасимМаммедалиев безупречный человек и настоящая личность. 



 

FUAD NURULLAYEV 

ACADEMIC VASIM MAMMADALIYEV'S PUBLIC AND PERSONALITY

 

Academic VasimMammedaliyev  is great scientist of our universe.  He is the doctor of 



filological sciences. He is autor of famous books. Then VasimMammedaliyevlike our national 

folklore musics. This great person is always in searching. This person is autor of TV program 

of “HaqqinDergahi” and when we watch this program we forget another things and we thinks 

about Allah . So, VasimMammedaliyevisgraeat person. 



 

Rəyçilər: i.ü.f.d. Ş.Şərifov, t.e.d.R.C.Süleymanov 

Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universitetinin İslamşünaslıq fakültəsinin 

pedaqoji şurasının 24.01.2013-cü ill tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür 

(pr.08).

 

Yüklə 61,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə