Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

  8 
Dərs  vəsaitinin  özünəməxsus  cəhətlərindən  biri  də  onun  üslub  və  məzmun 
baxımından  Avropada  və  Amerikada  tədris  edilən  «Ekonomiks»  dərsliklərinə 
uyğunluğudur.  Lakin,  son  illər  müxtəlif  dillərdən  dilimizə  tərcümə  edilən  həmin 
dərsliklərdən  fərqli  olaraq  bu  dərs  vəsaitində  konkret  hadisə  və  proseslərlə  bağlı 
istifadə  olunan  misal  və  nümunələr  bizim  gündəlik  üzləşdiyimiz  hadisələrdən 
götürülüb ki, bu da 
kitabın ruhunu oxuculara daha da yaxınlaşdırır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


  9 
Birinci 
fəsil 
 
Bu 
fəsli oxuyarkən aşağıdakı 
termin 
və anlayışlara diqqət yetirin: 
 

 
İqtisadiyyat nədir? 
 

 
Məhdudluq 
 

 
İstehsal imkanları əyrisi 
 

 
Alternativ 
dəyər 
 

 
Seçim 
 

 
İstehsal amilləri 
 

 
Fayda 
və səmərəlilik 
 
 
İnsan  həyatını iqtisadiyyatsız təsəvvür  etmək  olmaz.  Hərçənd, bizim çoxumuz, 
hətta  müəyyən  qədər  təhsil  görmüş  olsaq  da,  iqtisadiyyatın  həyat  tərzinin  əsasını 
təşkil etdiyini nəzərimizə gətirmirik. Robinzon Kruzonu xatırlayırsınızmı? O, gəmisi 
qəzaya uğrayıb kimsəsiz bir adaya düşənədək, iqtisadi çətinliyi dəf etmək haqqında 
düşünmürdü. Ancaq zərurət onu bunu anlamağa vadar etdi. Və ən maraqlısı budur 
ki, insan bu 
barədə - iqtisadiyyat qanunları haqqında müəyyən biliyə sahib olmadan 
iqtisadi 
tələblərə əməl etməli olur. Yaşayış bunu tələb edir. 
Bax, 
bizlər orta məktəbi bitirməmiş sərbəst yaşamaq, müstəqil olmaq istərdik. 
Elə  ki,  orta  təhsili  başa  çatdırdıq,  özümüzə  sənət  seçmək,  ömür  yolumuzun 
sonrakı illəri haqqında çətin fikrə gəlməli oluruq. Kimisi elm adamı, başqası rəssam, 
kimlər isə sahibkar və ya həkim, jurnalist və ya menecer olmaq istəyir. Doğrusu, bu 
peşələr haqqında anlayışımız çox bəsit olur. Əslində, həkim olmaq istəyən kəs heç 
öz  orqanizminin 
funksiyalarını yaxşı bilmir. Çünki, biz bu peşələr haqqında hələlik 
ümumi 
anlayışa malikik. 
Bundan 
narahatçılıq  keçirməyə  dəyməz,  hər  şeyin  öz  vaxtı  var.  Elə  iqtisadi 
bilikləri  qavramağın,  istəkləri  reallaşdırmağın  özü  də  bəşəri  bir  tələbdir. 
Bəşəriyyətin  səhəri  açılandan,  lap  ibtidai  dövrlərdə  də  adamlar  yaşamaq  üçün 
müəyyən  məqsədlər,  vasitələr,  üsullar  axtarıb  tapmalı  olmuşlar.  Yaşamaq  üçün 
mübarizə həmişə olub, var və olacaqdır. Bunsuz həyat amorf-ətalət siqlətli, mənasız 
bir 
şey olardı. 


 10 
Belə  müdrik  söz  var:  iştah  dişin  altındadır.  Götürək  iqtisadiyyatı.  Biz  
iqtisadiyyatın nə olduğunu o zaman dərk edirik ki, pul qazanırıq və onu xərcləməli 
oluruq. 
Necə qazanmalı və necə xərcləməli - bu həyata maraq doğurur. 
Çoxəsrlik bəşər tarixi bu suallara saysız-hesabsız, bir-birinə bənzəməyən cavab 
axtarışı ixtiyarındadır. 
İnsanlar yaşamaqla bağlı istəklərini reallaşdırmaq üçün hər şeyə əl atıblar: qanlı, 
talanlı müharibələr ediblər. Lap elə bu günümüzə nəzər salaq. Qarabağ müharibəsi -
xalqımızın  ağrılı-acılı,  yaralı  yeridir.  Erməni  separatçıları  namərdlik  edərək,  öz 
çoxdankı  istəklərinə  qovuşmaq  üçün  -  ərazi  iddialarını  reallaşdırmaq,  münbit 
torpaqları  ələ  keçirmək  məqsədilə  qonşusu  Azərbaycanın  ərazisinin  beşdə  birini 
işğal  etmişlər.  Bu  ədalətsiz  istəkdir.  İmperiya  -  iddialı  hakim  dairələr  xalqları 
dəfələrlə  belə  fəlakətlərə  düçar  etmiş,  sonda  özləri  də  məhvə  məhkum  olmuşlar. 
Tarix 
güzəranın  yaxşılaşması  üçün  müharibələrin  labüd  olmadığını  çoxdan  sübut 
edib. 
Əmin-amanlıqda  yaşamaq  üçün  mütərəqqi  məqsədlər  və  vasitələr  var:  insan 
əməyini yüngülləşdirmək, zəhmət müqabilində daha çox fayda-mənfəət əldə etmək 
üçün yeni texnika, texnologiya ixtira 
etmək, biologiyanı insanın sağlam böyüməsinə 
yönəltmək, tibbi nailiyyətlərlə nahaq ölümlər üzərində zəfər çalmaq və s. 
Bir 
sözlə, elm və həyat təcrübəsi sübut edir ki, rifahın, dolanışığın səviyyəsi-ölkə 
vətəndaşlarının əmtəə istehsalının, xidmətinin yaxşı təşkili ilə bağlıdır. Yalnız belə 
olduqda insanlar rahat, 
təhlükəsiz həyat sürə bilər və hərtərəfli təmin olunar. 
Nəinki,  iqtisadçı  alimlərin  nəzəri  fikirləri,  lap  bizim  gözümüz  qarşısında  baş 
verən möcüzəli hadisələr-sıçrayışlı inkişaflar da bunu təsdiq edir. 
Bir  vaxtlar 
ölkənin  varı  -  təbii  sərvətlərin,  resursların  zənginliyi  ilə,  münbit  
torpaqların çox olması ilə, bol suyun, meşələrin mövcudluğu ilə müəyyən edilirdi. 
İkinci  dünya  müharibəsi  başa  çatdıqdan  sonra  ictimai-iqtisadi  inkişafın  yeni 
vüsəti  bu  fikrə  ciddi  düzəliş  verdi.  Cənubi-Şərqi  Asiyanın  təbii  sərvətlər  cəhətdən 
heç 
də  zəngin  olmayan  ölkələrində  bənzərsiz  sıçrayışlar  qeydə  alındı.  Doğrudur, 
təbii  sərvətlərin  çoxluğu  həyat  tərzinin  yüksəlməsi  üçün  mühüm  istehsal 
amillərindən  biridir.  Ancaq  nəinki  bu  resurslar  tükənəndən  sonra,  hətta  bunların 
mövcudluğu  şəraitində  də  belə  ölkələr  zamanın  inkişafı  ilə  ayaqlaşa  bilirlər.  İki 
ölkənin  həyatına  -  zəngin  sərvətli  şimal  qonşumuz  Rusiyanın  və  təbii  sərvətlər 
sarıdan  kasıb-kasad  ölkə  sayılan  Yaponiyanın  inkişaf  səviyyəsinə  nəzər  salaq: 
birində rifah səviyyəsi aşağı, digərində isə yüksəkdir. 
Bəs, rifah səviyyəsi özü nə deməkdir? 
 
 
 
 
 
 
Rifah 
səviyyəsi - əhalinin həyat şəraitinin və tələbatlarının ödənilməsinin sosial-
Рифащ сявиййяси - юлкя 
вятяндашларынын ямтяя, хидмят, 
ращат вя тящлцкясиз щяйат тярзи 
иля тямин олунма
 
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə