Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

 11 
iqtisadi  xarakterist
ikasıdır. BMT-nin tövsiyələrinə əsasən rifah səviyyəsi aşağıdakı 
elementlərin  sistemini  əks  etdirir:  sağlamlıq,  o  cümlədən  demoqrafik  şərait, 
qidalanma,  geyim,  istehlak 
və  yığım  fondları;  əmək  şəraiti,  məşğulluq,  əməyin 
təşkili;  təhsil,  o  cümlədən  savadlılıq;  mənzil  təminatı;  sosial  təminat;  insan 
azadlıqları.  Rifah  səviyyəsinin  beynəlxalq  (ölkələrarası)  müqayisəsi  üçün  BMT 

İnsan İnkişafı İndeksi (İİİ)” adlanan göstəricidən istifadə edir.  
Bu indeksin 
hesablanması üçün 3 göstərici əsas götürülür: 
-
adambaşına düşən ÜDM; 

savadlılıq səviyyəsi; 
-orta ömür 
müddəti. 
Birinci  
göstərici  üzərində sonrakı fəsillərdə geniş dayanacağıq. 
BMT 
İnkişaf  Proqramının  Qlobal  İnsan  İnkişafı  (Qİİ)  hesabatlarında 
Azərbaycan  İİİ-nin  reytinqinə  görə,  1995-ci  ildə  110-cu  (həmin  ildə  Türkiyənin 
reytinqi 69, 
Rusiyanın 72, Gürcüstanın 108, Ermənistanın isə 99 olub), 1997-ci ildə 
103-cü, 1998-ci 
ildə 107-ci, 1999-cu ildə 110-cu, 2000-ci ildə 90-cı, 2001-ci ildə 79-
cu, 2002-ci 
ildə 88-ci, 2003-cü ildə  91-ci yerdə dayanıb.  
İİİ-nin səviyyəsinə görə ölkələr 1-dən (insan inkişafının ən yüksək səviyyəsi) 
174-
dək (insan inkişafının ən aşağı səviyyəsi) aralığında sıralanır. 
Bəs, dolanışığın səviyyəsi nə ilə müəyyən edilir? Bu suala iqtisadiyyatın bəzi 
anlayışlarını öyrənəndən sonra cavab axtaracayıq. 
 
M
ƏHDUDLUQ 
 
B
əllidir  ki,  dünyada  heç  bir  dövlət  və  heç  kim  bütün  istədiklərinə  sahib  ola 
bilmir.  S
adəcə  olaraq,  nemətlər  hamıya  çatmır.  Çünki, hamımızın   istəkləri  qeyri-
məhduddur. Xatırlayın ki, siz hər dəfə maüazada olanda  çoxlu və müxtəlif çeşidli 
mal   almaq 
istəyində  olursunuz.  Amma  məhdud  miqdarda  mal   almaq  imkanınız 
olur. Yaxud, biznesmen h
ər hansı bir məhsulu daha çox istehsal etmək istəyir, ancaq 
h
ər dəfə  ona nə isə mane olur. Bəzən, xammal, bəzən pul, bəzən də xırda bir hissə 
ç
atışmır.  Resursların  elə  bir  həddi  mövcuddur  ki,  yalnız  o  çərçivədə  insanların 
tələbatını  ödəmək,  maddi  nemətlərin  istehsalını  və  xidmətlərin  fəaliyyətinı  təşkil 
etmək  mümkün  olur.  Başqa  sözlə,  ölkənin  bütün  əhalisi  mövcud  təbii  və  digər 
resurslardan 
istifadə  etsə bu  zaman  istehsal  nə  vaxtsa dayana bilər. Bəs, nə  etmək 
lazımdır?  Yeganə  çıxış  yolu  hər  hansı  bir  məhsuldan  çox  istehsal  etməklə 
kifayətlənmək  deyil,  mövcud  resurslardan  səmərəli  istifadə  yolu  ilə  fasiləsiz 
isteh
salın  yeni  sahələri  işə  salınmalıdır.  Deməli,  insanların  tələbatı  sonsuz,  onları 
təmin  etmək  üçün  zəruri  olan  resurslar  isə  məhduddur.  Hər  bir  cəmiyyət, hər  bir 
insan  h
əmişə  resursların  və  imkanların  məhdudluüu  problemi  ilə  rastlaşır.  Onların 
h
ər birinin qarşısında daimi seçim problemi durur. 
Seçim bizim h
əyatımızın əsasıdır.  
Seçimin 
zərurətini ilk növbədə, bizim gəlirlərimiz, həyat şəraitimiz şərtləndirir. 
Əksər ailənin gəliri məhdud ölçüdədir. Kimdənsə borc götürməklə, eləcə də əmanətə 


 12 
qoyulmuş  vəsaitlərdən  istifadə  etməklə  vaxt  darlıüı  yaranır.  Firmalarda  da  ailədə 
olduüu  kimidir, 
onların  da  gəlirləri  məhduddur.  Onlar  da  kredit  alır,  dövlət 
büdcəsinə vergilər ödəyirlər.  
 
 
 
 
 
 
İndi  isə  iqtisadiyyatın əsas anlayışlarından daha birini öyrənmək üçün belə bir 
misala 
nəzər salaq. 
Tutaq  ki, 
saatınız  yoxdur və  onu  almaq üçün pul  yıümaq  qərarına  gəlmisiniz. 
Siz  pul  toplamaqda  olduüunuz  vaxt fotoqrafiyaya 
aludə  olursunuz  və  fotoaparat 
almaq 
fikrinə düşürsünüz. İndi tutaq ki,  sizin pulunuz var. Lakin,  vəsaitiniz ya saat
ya  da  fotoaparat  almaüa 
bəs  edir, hər  ikisini  almaüa  çatmır.  Siz  seçim  qarşısında 
qalırsınız.  Əgər  saat  alsanız,  onda  fotoaparatla  şəkil  çəkmək  həzzindən  imtina 
etməlisiniz. 
İqtisadçılar əldən verilmiş imkanların miqdarını alternativ dəyərlə ifadə edirlər.  
 
 
 
 
 
Seçim problemi 
dövlətin, firmanın, eləcə də insanların ən çətin problemlərindən 
biridir. B
elə ki, istəklərin çoxluüu, resursların isə məhdudluüu sizi  həmişə müxtəlif 
 variantlar 
arasından birini və ya bir neçəsini seçməyə məcbur edir. Firma öz məhsul 
və  xidmətini  qəzetdə,  radioda,  televizorda  reklam  edə  bilər.  Amma,  çox  nadir 
hallarda firma h
ər üç informasiya vasitəsindən istifadə edir. Çünki bunun üçün çoxlu 
xərc  tələb  olunur.  Televiziyanı  seçirsə,  onda  radioda  da  yerləşdirilmiş  reklamın 
səmərəsi azalır.  
Hökumət  də  bütün  dövrlərdə  seçim  qarşısında  durur.  Büdcə  vəsaitlərini  hara 
xərcləməli?  Hazırki  şəraitdə  büdcə   vəsaiti  küçələrin  işıqlandırılmasına  və  ya 
ordunun  möh
kəmləndirilməsinə  yönəldilməlidir?  Lakin  bunun  hər  ikisinə  pul 
ç
atmır.  Belə  olan  halda,  silahlı  qüvvələrini  möhkəmlədən  hökumət  küçələrin 
işıqlandırılması  imkanlarını  itirir  və  yaxud  da  əksinə.  Bu  da  seçimin  alternativ 
dəyəridir. Siz hərdən həyətdə futbol oynamaq qərarına gəlirsinizsə, sabahkı dərslərə 
h
azırlaşmaq  imkanlarını  itirirsiniz.  Deməli,  oyunun  ləzzətinin  alternativ  dəyəri  
sabah 
dərslərdən qeyri-kafi qiymət almaüa səbəb olur.  
 
 
 
 
İг
t
иса
d
иййа
t
 - 
бизим  сonсуз 
исtяклярим изля м яhdуd 
им каnларым ызы даща йахшы неъя 
бирляшдирмяк щаггында 
елм dир.  
 
S
ечими
n d
яйяри - еля эялири, hяйаtи 
nем яtляри, ям tяя вя xиdм яtляри 
xаракtеризя еdир ки, биз сечdийим из 
башг а вариаntларdа fяалиййяtя 
цсtцnлцк верdийим изя эюря onлары 
ялdя еdя билм ирик.  
 
A
л
t
ер
n
а
t
ив 
d
яйяр - сизиn еhtийаtdа 
саxлаdыüыnыз вя алм аг  исtяdийиnиз 
м алыn  г ийм яtиля юлчцлцр. 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə