Фуат рясулов



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə67/67
tarix13.11.2017
ölçüsü3,32 Kb.
#10140
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   67

 170 
 
 
 
 
Biz 
hər gün televiziya ekranlarında nümayiş etdirilən onlarla reklamlarda xarici 
malların  təbliğ  edildiyinin  şahidi  oluruq.  Biz,  bununla  yanaşı  həmçinin 
qonşularımızın, dost və tanışlarımızın maşın alarkən əvvəlkitək  rus modelinə deyil, 
alman,  yapon,  koreya,  amerikan 
və  digər  ölkələrin  avtomobillərinə  üstünlük 
verdiyini 
də  görürük.  Qəzetlərdə  də  tez-tez  xarici  firma  və  şirkətlərin  ölkəmizdə 
fəaliyyət  göstərdiyi,  filiallar  və  nümayəndəliklər  açdığı  haqqında  məlumatlarla 
rastlaşırıq. 
Belə  xəbərlər  bəzən  bir  qrup  adamları  qıcıqlandırır,  narahat  edir.  Lakin   
iqtisadçılar bir az fərqli düşünür və hesab edirlər ki, beynəlxalq ticarət ölkələr üçün 
faydalıdır. Heç bir ölkə özünü dünyadan tədric etməklə yaşaya bilməz. 
Buna 
oxşar  siyasəti  Sovetlər  Birliyi  Stalinin  hakimiyyəti  dövründə  aparırdı. 
Lakin 
belə  siyasət  iqtisadi  cəhətdən  səmərəli  deyil.  Axı  ayrı-ayrı  ölkələr  iqlim 
şəraitinə,  təbii  ehtiyatlarının  zənginliyinə,  vətəndaşlarının  təhsil  səviyyələrinə  və 
digər  cəhətlərinə  görə  biri-birindən  fərqlənir.  Ona  görə  də  ölkələr  arasında 
beynəlxalq  əmək  bölgüsünün  nəticələri  əsasında  ticarət  mübadiləsi  hökm  sürür. 
Beləliklə də beynəlxalq və ya xarici ticarət qurulur. Ölkənin göndərdiyi malların və 
xidmətlərin  məbləği  onun  ixracını,  kənardan  gətirdikləri  isə  idxalını  təşkil  edir. 
(
Təəccüblənməyin  xidməti  də  idxal  eləmək  mümkündür.  Məsələn,  əgər  xarici 
nəqliyyat  şirkəti  Azərbaycan  firmasına  öz  məhsullarının  digər  ölkəyə  daşınması 
işini təşkil edirsə, bu artıq xidmətin idxalı sayılır ). 
İdxal  və  ixracın  cəmi  xarici  ticarət  dövriyyəsini  təşkil  edir.İdxal  və  ixrac 
arasındakı  fərqə  xarici  ticarətin  saldosu  (qalığı)  deyilir.  Əgər  ixrac  idxaldan 
çoxdursa  saldo 
müsbət  və  ya  aktiv,  əksinə  olduğu  halda,  yəni  ixrac  idxaldan  az 
olduqda saldo 
mənfi və ya passiv adlanır.  
Saldonun 
müsbət  və  ya  mənfi  olmasına  istinadən  ölkənin  inkişaf  səviyyəsinə 
qiymət vermək düzgün deyil. 
Tələb  və  təklif  qanunu  xarici  ticarət  sferasında  da  fəaliyyətdədir.  Əgər  ölkədə 
xarici 
ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət  təşkilatlararası  
münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa, 
onda 
belə  siyasəti  azad  ticarət  (free  trade)  siyasəti  adlandırırlar.  Əksinə  gedən 
proseslər  isə  himayəçilik  prinsiplərinə  əsalandığından  ona  xarici  ticarətdə 
himayədarlıq siyasəti deyilir. 
Himayədarlıq (proteksionizm) dövlətin  tarif və qeyri-tarif tənzimləmə alətlərinə 
söykənərək,  yerli  firmaları  xarici  şirkətlərin  rəqabətindən  qorumaq  məqsədilə 
apardığı xarici  ticarət siyasətidir.  
Bəs,  görəsən  xarici  ticarətə  qoşulmaq,  beynəlxalq  əmək  bölgüsündə  iştirak 
etmək üçün ölkə hansı siyasətə üstünlük verməli və hansı məhsulların  istehsalı üzrə 
ixtisaslaşmalıdır?  


 171 
Adam Smit hesab edir ki, bu suala bazar cavab 
verə bilər, lakin bu zaman hər bir 
ölkənin  təbii  və  qazanılmış  üstünlüklərini  nəzərdən  qaçırmaq  olmaz.  Belə  ki,  hələ 
vaxtilə  Smit  də  əsərlərində  sübut  edirdi  ki,  əgər  ticarət  məhdudlaşdırılmırsa 
azaddırsa,  onda  hər  bir  ölkə  rəqabətdə  üstünlük  qazandığı  malların  istehsalı  üzrə 
ixtisaslaşır. Beləliklə də bu  ölkələrin resursları rentabelli sahələrə axır  və  nəticədə 
ölkə qeyri-rentabelli sahələrlə rəqabət apara bilmir. 
Bu 
sualın cavabını taparkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar 
olan 
məsrəflərə  nəzər  yetirməli  və  o  məhsulu  seçmək  lazımdır  ki,  onun  həmin 
ölkədə  buraxılışı  ucuz  başa  gəlir.  Məsələn,  biz  hamımız  təsdiq  edərik  ki, 
Azərbaycanda  ananasın  istehsalına  çəkilən  xərc  Ekvadordan  xeyli  çoxdur.  Çünki, 
ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, bu da çoxlu xərc  və 
xüsusi  qulluq 
tələb  edir. Amma Ekvadorda ananas təbii  yetişir. Bu o  deməkdir ki,  
Ekvador  ananas 
istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador 
qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli, 
isti tropik 
ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və 
digər tropik meyvələr gətirə bilərik.  Bunu  ilk dəfə olaraq məhşur ingilis iqtisadçısı 
David Rikardo 
müqayisəli üstünlüklər vasitəsilə sübuta yetirmişdir. 
Beləliklə, Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo 
inkişaf  etdirərək  müqayisəli  üstünlüklər  nəzəriyyəsini  yaratdı.  O  təsdiq  edirdi  ki, 
ticarətdə  onsuz  da  uduş  var,  lakin  bunun  üçün  ölkə  daha  effektiv  məhsulların 
istehsalı üzrə ixtisaslaşmalıdır. 
 
Mütləq üstünlüklər 
Bir 
ölkə digər ölkə ilə müqayisədə resursların miqdarından asılı olaraq daha çox 
məhsul istehsal edə bilər. 
Nisbi üstünlük 
Bir 
ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal 
edə bilər. 
İqtisadçılar  müqayisəli  üstünlüklər  barəsində  danışarkən  ayrı-ayrı  insanların 
müxtəlif qabiliyyətlərindən misal gətirirlər. 
Təsəvvür edin ki, kiçik bir şəhərdə ən yaxşı ixtisas sahibləri olan menecer eyni 
zamanda 
yazı maşınında sərbəst  işləməyi hamıdan yaxşı bacarır. 
Menecerin texniki assistent 
işini yerinə yetirməsinin iqtisadi mənası varmı? 
Əlbəttə  ki,  yox.  Menecer  enerjisini  öz  işinin  yerinə  yetirilməsinə  sərf  etməklə 
daha  çox  pul  qazana 
bilər,  lakin  bu  zaman  mütləq  ixtisaslı  işçini  –referenti  işə 
götürmək tələb olunur.  
 
Təbii üstünlüklər 
Ölkə təbii resurslarına və iqlim şəraitinə minnətdar olaraq təbii üstünlüklərə nail 
ola 
bilər. 
 


 172 
Qazanılmış üstünlüklər 
İstehsalatda  –texnoloji  üstünlüklərə  və  imkanlara  söykənərək  müxtəlif  və 
mürəkkəb məhsullar hazırlamaq qabiliyyətidir. Məsələn, Yaponiya poladın iki əsas 
komponenti olan 
dəmir və kömürü idxal etməsinə baxmayaraq dünyanın ən iri polad 
ixracatçısıdır.  Bu  müvəffəqiyyətin  əsas  səbəbi  onunla  bağlıdır  ki,  Yaponiyanın 
poladəritmə  zavodları  yüksək  effektli  texnoloji  proseslər  tətbiq  edir,  əməyə  və 
materiala 
qənaətlə yanaşır. 
Oxşar  olaraq  ölkələr  də  ticarətdə  o  vaxt  udur  ki,  öz  resurslarını  daha  effektiv 
istehsalatda 
cəmləyə bilsinlər. 
İndi isə gəlin üstünlüklər nəzəriyyəsinin aparıcı xəttini təşkil edən   resurslardan 
effektiv 
istifadə ilə bağlı vəziyyəti iki ölkənin timsalında nəzərdən keçirək. 
Fərz edək  ki, iki dövlət (ABŞ və Şri-Lanka) çay və buğda istehsalı üçün eyni 
miqdarda resurslara (torpaq, kapital, 
əmək resurslarına) malikdir. 
İstehsalat imkanlarını misallarla aydınlaşdıraq. 
Tutaq  ki, 
ABŞ  Şri-Lanka  ilə  müqayisədə  çay  və  buğda  istehsalında  daha 
effektiv  imkanlara  malikdir.  Bu  o 
deməkdir ki, ABŞ hər iki məhsulun istehsalında 
mütləq üstünlük daşıyır. 
Hər iki ölkənin eyni miqdarda -100 resursu vardır. Əgər adı çəkilən məhsulların 
istehsalını qurmaq üçün ölkələrdən hər biri öz resurslarının yarısını istifadə edirsə, 
onda 
aşağıdakı şəkildə cədvəl tərtib edək: 
Cədvəl 19 
 
ABŞ 
Şri-Lanka 
1.Bütün 
resursların miqdarı 
100 
100 
2.
Məhsulların miqdarı (çay və buğda) 


3.
Hər  bir  məhsulun  istehsalı  üçün  istifadə  edilən 
resursların miqdarı 
 
50 
 
50 
4.  1  ton 
buğdanın  istehsalı  üçün  lazım  olan 
resursların miqdarı  
 

 
10 
5. 1 ton 
çayın  istehsalı  üçün  lazım  olan  resursların 
miqdarı 
 

 
10 
Göründüyü kimi, 
ABŞ-da 1 ton buğdanın  və ya çayın istehsalı üçün lazım olan 
resursların  miqdarı  xeyli  aşağıdır.  Bu  isə  həmin  məhsulların  istehsalının  səmərəli 
qurulmasına işarədir. Belə  ki, yuxarıdakı cədvəl  məlumatlarından göründüyü kimi, 
ABŞ  mövcud resurslar hesabına 10 ton çay (50 resurs: 1 ton çayın  istehsalı üçün 
tələb olunan  5 ədəd resursa) və 12,5 ton buğda (50 resurs: 1 ton buğdanın istehsalı 
üçün 
tələb olunan 4 ədəd resursa),  Şri-Lanka isə 5 ton çay (50 ədəd resurs : 1 ton 
çayın istehsalı üçün tələb olunan 10 ədəd resursa) və 5 ton buğda (50 ədəd resurs : 1 
ton 
buğdanın istehsalı üçün tələb olunan 10 ədəd resursa) istehsal edə bilər. İndi isə 
bu 
şəraitdə  istehsalın  nəticələrinə  nəzər  salaq.  Bu  məqsədlə  növbəti  cədvəl  tərtib 
edək. 
 
Cədvəl 20 


 173 
 
çay 
buğda 
1.
Şri-Lanka 


2.
ABŞ 
10 
12,5 
Cəmi: 
15 
17,5 
 
Şri-Lanka qarşısında ABŞ çay və buğda istehsalında üstünlüyə malikdir. Lakin 
bununla 
yanaşı,  ABŞ-da  buğda  istehsalında  nisbi  üstünlük  mövcuddur.  Bu  onunla 
bağlıdır ki, çayla müqayisədə buğda istehsalı üzrə üstünlüklər nisbətən yüksəkdir. 
Göründüyü  kimi,  onlar 
bütövlükdə  17,5  ton  buğda  istehsal  edə  bilər.  Bu 
məqsədlə buğda istehsalının hamısı ABŞ-da təşkil olunardısa, onda bu ölkə  70 ədəd 
resurs  (17,5  x  4) 
istifadə  edər.  Yerdə  qalan  30  ədəd  resursu  isə  6  ton  çayın 
istehsalına (30:5) yönəltmək  mümkündür. 
Yox, 
əgər  çay  istehsalının  hamısı  Şri-Lankada  təşkil  olunardısa,  onda  bütün 
resurslardan 
istifadə etməklə 10 ton çay istehsal edə bilər. 
 
Belə olan halda hər iki ölkədə buğda istehsalının birlikdə həcmi 17,5 ton olacaq, 
çay 
istehsalı  isə  15  tondan  16  tonadək  (6  ton  ABŞ  çayı+10  ton  Şri-Lanka  çayı)  
yüksələcək. 
Bu 
hesablamanı əksinə də aparmaq olar, onda çay istehsalını dəyişməz saxlayıb, 
bütün 
resursları buğda istehsalına yönəltmək lazımdır. 
 
 
 
 
İ q t i s a d i   f i k i r   t a r i x i n d ə n    
 
 
 
David Rikardo (1772-1873) 
 
İngilis iqtisadçısı David Rikardo klassik siyasi 
iqtisad  elminin 
görkəmli  nümayəndələrindən 
sayılır.  O,  Londonda  birja  maklerinin  ailəsində  
doğulub.  D.Rikardo  əmək-dəyər  nəzəriyyəsini 
yaradıb. Onun fikrincə, məhsulun dəyərinin yeganə 
mənbəyi  işçinin  əməyi  hesab  olunur,  onun  da 
əsasında  cəmiyyətin  müxtəlif  siniflərinin  gəlirləri 
durur. Buradan da 
əmək haqqı ilə kapitalistin gəliri  
arasında  tərs  mütənasibliklə  asılılıq  qanunu 
formalaşır. 
Davidin 12 
yaşı olanda atası onu Amsterdama dayısının yanına göndərir. 
O,  burada  iki  il  
ticarət məktəbində təhsil alır və atasının yanına qayıdandan 
sonra  onun birja 
və ticarət  əməliyyatlarına kömək edir. 
16 
yaşlı  David  yenidən  Hollandiyaya  qayıdır  və  Amsterdamda  birja 
əməliyyatlarının  dövriyyəsindəki  rəqəmlərlə  işləmək  bacarığına  malik  olur. 
 


 174 
Belə  ki,  XİX  əsrdə  London  birjasının  Avropada  oynadığı  rolu  XVIII  əsrdə 
Amsterdam 
birjası oynamışdır. Bu şəxsi səfər Rikardonun həyatını dəyişir və 
onun 
biliklərini xeyli dərəcədə zənginləşdirir.   
Rikardo  bir  müd
dət  atasının  yanında  çalışandan  sonra  sərbəst  şəkildə 
maklerlik edib, 
maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Riyaziyyatın tədrisi ilə 
məşğul  olub,  iki  dəfə  şerif  vəzifəsinə  seçilib. 1819-1823-illərdə  ingilis 
parlamentinin  üzvü 
olduğu  dövrdə  özünün  iqtisadi  baxışlarını  təbliğ  etməyə 
başlayıb,  parlament  tribunasından  həmişə  azad  ticarətin  müdafiəsinə  qalxıb, 
proteksionizmin 
əleyhinə çıxış edib. Onun tədqiqatının nəticələri Rikardonun 
40 
yaşı olandan sonra işıq üzü görüb. Belə ki, o, 1817-ci ildə əsas elmi əsərini 
–  «Siyasi 
iqtisadın əsasları və vergi qoyuluşu» kitabını  dərc etdirib. Rikardo 
dövlətin pul-kredit  siyasətinə də xüsusi diqqət yetirib.  Azad ticarətin lehinə 
xeyli 
arqumentlər  gətirən  Rikardo  müqayisəli  üstünlüklər  nəzəriyyəsinin 
inkişafında xüsusi xidmətlərə malikdir. 
 
 
 
 
Xülasə 
 
1. 
Beynəlxalq ticarətin əsası –ixtisaslaşmadır.  Nə vaxt ki, insanlar və ya 
ölkələr  onların  ticarət tərəfdaşlarına nisbətən aşağı alternativ  dəyərlə  məhsul  
istehsal 
edirsə, bu o deməkdir ki, ticarət onlar üçün sərfəlidir. 
2. 
Zəngin təbii resurslarına və əlverişli iqlim şəraitinə  görə  bir ölkə digər 
ölkə  ilə  müqayisədə  daha  çox  məhsul  istehsal  edə  bilirsə,  bu  onun  təbii  
üstünlüyü hesab  olunur.  
3. 
İstehsalatda  –texnoloji  üstünlüklərə  və  imkanlara  söykənərək  bir  ölkə 
digər  ölkə  ilə  müqayisədə  daha  çox  məhsul  istehsal  edə  bilirsə,  bu  onun 
qazanılmış   üstünlüyü hesab  olunur.  
4. 
Resursların miqdarından asılı olaraq bir ölkə digər ölkə ilə müqayisədə 
daha çox 
məhsul istehsal edə bilirsə, bu onun mütləq  üstünlüyü hesab  olunur.  
5. Bir 
ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul 
istehsal 
edə bilirsə,  bu onun müqayisəli üstünlüyü hesab olunur.
 
 
Müzakirə üçün suallar 
 
1. 
Yaşadığımız  ölkənin  timsalında  beynəlxalq  ticarətin  zəruriliyini 
əsaslandırın  və  əhəmiyyətini  izah  edin.  Bir  anlığa  təsvir  edin  ki,  ölkəmiz 
xaricdən nə mal alır və nə də ki, kənara mal göndərir. Belə olan halda hansı  
nəticələrə malik olduğumuzu qiymətləndirin. 
2. 
Beynəlxalq ticarətin üstünlüklərini sadalayın və müzakirələr aparın. 
3. 
Üstünlüklər  nəzəriyyəsinin  fərqli  cəhətlərini  aşkar  edin  və  onun  hər 
birini 
yaşadığımız  ölkənin  timsalında  müxtəlif  məhsul  növləri  üzrə  
qiymətləndirin. 
 
?
 
 


 175 
 
Test 
11.1.
Aşağıdakı  təriflərdən  hansı  beynəlxalq  ticarət  sferasını  daha 
dəqiq müəyyənləşdirir. 
a) 
dövlət təşkilatları səviyyəsində qarşılıqlı təsərrüfat münasibətləri 
b) 
müxtəlif  ölkələrin  özəl  təşkilatları  səviyyəsində  qarşılıqlı  təsərrüfat 
əlaqələri 
c) iki 
və ya daha çox ölkələrlə aparılan istənilən təsərrüfat əməliyyatları 
 
11.2  Dünya 
ticarəti  sferasında  dəyişikliklərə  səbəb  olan  başlıca 
amillər hesab olunur: 
a) texnologiya 
b) iqtisadi 
şərait 
c) 
müharibə və üsyan 
d) siyasi 
münasibətlər 
e) bütün 
göstərilənlər 
 
11.3. 
Sizcə, aşağıdakılardan hansıları xarici avtomobillərin idxalından 
udur: 
1) yerli avtomobil 
istehsalçıları 
2) avtomobilin 
alıcıları  
3) xarici avtomobil 
şirkətlərinin dilerləri 
4) 
dövlət 
 
Cavab 
variantları 
a) 1-
cilər  
b) 1 
və 2-cilər  
c) 2 , 3 
və 4-cülər  
d)  
hamısı  
 
 
Testlərin cavabları 
 
1.1. 
d 
4.1. 

8.1. 
b 
1.2. 
b 
4.2. 
d 
8.2. 
a 
1.3. 
b 
5.1. 
a 
8.3. 
d 
1.4. 
b 
5.2. 
a 
8.4. 
a 
2.1. 
b 
5.3. 
d 
9.1. 

2.2. 
c 
5.4. 
d 
9.2. 

2.3. 
d 
5.5. 
a 
9.3. 

2.4. 
c 
5.6. 
d 
9.4. 

2.5. 
c 
6.1. 
a 
10.1. 

2.6. 

6.2. 
d 
10.2. 

2.7. 

6.3. 
b 
10.3. 

?



 176 
2.8. 

7.1. 
c 
11.1. 

2.9. 

7.2. 
d 
11.2. 

3.1. 

7.3. 
c 
11.3. 

3.2. 

7.4. 
c 
 
 
 
 
 
 
Tövsiyə olunan ədəbiyyatların siyahısı 
 
1.    Липсиц  Игорь,  Экономика  без  тайн,  Экспериментальный  учебник  для 
10-
11 классов общеобразовательных школ, М., Вита-Пресс, 1994. 
2.  Липсиц  И.В.,  Экономика,  История  и  современная  организация 
хозяйственной  деятельности,  Учебник  для  7-8  классов  общеобразовательных 
школ, М., Вита-Пресс, 1999.  
3.  Экономика, под общей редакцией Л.Б.Азимова,  Д.А.Петрина, Учебное 
пособие для старших классов  общеобразовательных учреждений, М., Олимп: 
ООО «Фирма «Издательство АСТ» 1999. 
4.  Автономов  В.С.  Введение  в  экономику:  Учебник  для  9,  10  классов 
общеобразовательных учреждений, М.: Вита-Пресс, 1998 
5.  Азимов Л.Б., Преподавние курса «Введение в экономику»: Пособие для 
учителья, М.: Вита-Пресс, 1998 
6.  Азимов  Л.Б.  ,  Журавская  Е.В.  Уроки  экономики  в  школе:  Активные 
формы преподавания - М.: Аспект –пресс, 1995. 
7.   Макарова О.Ю., Раев В.А. Тесты  по экономике.- М.: Вита- Пресс, 1995. 
8.   Мицкевич А.А. Сборник заданий по экономике.- М.: Вита- Пресс, 1996. 
9.   
Равичев С.А., Григорьев С.Э., Протасевич Т.А., Свахин А.С. Сборник 
тестовых заданий по экономике.- М.: МЦЭБО, 1997. 
10.  Носова  С.С.  Основы  экономики:  Учеб.  для  студ.  образоват.  учреждений 
сред. проф. образования. – М.: Гуманит. изд. центр ВЛАДОС, 2002.- 272 с. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 177 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Redaktor:  
 
Azər MEHTİYEV 
 
 
Texniki redaktor: 
Samir 
ƏLİYEV 
 
 
Korrektor: 
 
Aysel SÜLEYMANOVA 
 
 
Operator: 
 
Sona 
MƏMMƏDOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilib 10.07.2004 
Çapa 
hazırlanıb 12.09.2004 
Format 60x84 1/8 
Həcmi 25 şərti ç.v. 
Kağız 75 qr. Ofset 
Tiraj 1000 
 
 
 
Kitab “Nurlan” 
mətbəəsində çap  olunub. 
 
 
 

Document Outline

  • А
  • D
  • D
  • D
  • S
  • İ
    • Şəkil 14. Tələbin azalması
    • Şəkil 16. Təklifin azalması
  • Gəlin  nəzərə alaq ki, yoxsulluq hər yerdə yayılmasına baxmayaraq, özünü müxtəlif ölkələrdə fərqli şəkildə büruzə verir. Bu aşağı gəlir, kəskin insani mərhumiyyətlər, resurslarla pis təminat, imkanların reallaşdırıla bilinməməsi və s. xarakterizə olun...
  • Bazarın növləri və onların xarakterik əlamətləri
  • Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir:
    • Əmək vahidi
  • TR
  • Цмуми мящсул
  • Son hədd məhsulu (əmək vahidinə)
    • Baza ili ilə müqayisədə 3 adda məhsulun qiymətləri (manatla)
  • Ширкятляр
  • Ев тясяррцфаты
  • Дювлят
  • фирмалар
  • Б
  • А
  • Д
  • Е
  • Г
  • Ъ
  • Nisbi üstünlük

Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə