Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

49
Əsas Məqamlar
1     Hədəf müştərilər baxımından rəqiblərinizin güclü və zəif
cəhətlərini təhlil edin. Hansı rəqabət şəraitində
rəqiblərinizi üstələyəcəyinizi, hansında isə bunu bacara
bilməyəcəyinizi qərarlaşdırın.
    Əvəzedici məhsulların yaratdığı rəqabət təhlükələrini
qabaqcadan görün - onları digərlərindən öncə aşkar edin.
    Müştərilərin hazırkı məhsul və ya xidmət vasitəsilə
ödənilən ehtiyaclarını dərk edin. Müştərilərlə dialoq qurun.
    Digər insanları sizinlə rəqabət aparmaq üçün şəxsi
biznesə başlamaqdan çəkindirən səbəb nədən
ibarətdir? Onların qərarlaşmağa müvəffəq ola bilmədiyi
pilləyə necə nail ola bilərsiniz?
    Rəqabət şəraitini sxemləşdirin. Rəqibləriniz arasında
hansı yerdəsiniz? Özünüz üçün daha hansı mövqeyi
seçə bilərsiniz?
    Soruşun: Başqa biri ilə müqayisədə müştərilərin hansı
ehtiyaclarını daha yaxşı təmin edə bilərik?
    Rəqibləriniz ilə müqayisədə, müştərilərin müəssisəniz
haqqında təsəvvürləri nədən ibarətdir?
    Əgər müştərilər "Bəs sonra?" sualını ünvanlayırsa, o
zaman siz faydadan deyil, xüsusiyyətlərdən söhbət
açmalısınız.
    Hansı hallarda rəqiblərinizlə əməkdaşlıq edə bilərsiniz?
Rəqiblərin əməkdaşlığı haqqında düşünün.
10   Siz yaradıcılıq klasterinin bir hissəsi hesab
olunursunuzmu? Ola bilərsinizmi?


Gerçəkləşən İdeyalar
ESP Multimedia
CD/DVD Disklərin Hazırlanması və Video/Audio
Məhsulların İstehsalıProduction
50
"ESP Multimedia Ltd" şirkəti CD ROM/DVD
disklərin hazırlanması, habelə video/audio
məhsulların istehsalı sahəsində ixtisaslaşmış və
KİV-in inkişafına dəstək məqsədilə yeni
yaradılmış şirkətdir. O, Devid Hyus və Devid
Harriyə məxsusdur. Onun nüfuzlu müştəriləri
sırasına Warner Bros, BBC, Sky, Toyota,
Smirnoff və Film Four daxildir.
ESP şirkətini təsis etməzdən əvvəl Deyv Hyuz
digər bəstəkarla birlikdə “Kartlar, pullar və iki
silah” filminin musiqini yazıb, bir az sonra isə Los
Ancelesdə baş rolda Rene Zelveqerin çəkildiyi
Subay filmi ilə işləyib. Deyvin sözlərinə görə, bu
cür genişmiqyaslı layihələr heç də həmişə
yüksək gəlir gətirmir. "Sky Televiziyasının musiqi
fonotekasının yaradılması kimi "kommersiya"
layihələri daimi gəlir gətirir və yaradıcılıq
baxımından heç də az əhəmiyyət kəsb etmir",
Deyv təkidlə bildirir.
Devid Harri öz istedadını multimedia sahəsinə
yönəldib proqramçı və konsultant kimi fəaliyyət
göstərməzdən əvvəl 90-cı illərin hit mahnılarının
ifaçısı "Oceanic" musiqi qrupunun üzvü idi.
ESP şirkətinin biznes düsturu güclü yaradıcılıq
layihələrini və Deyvin "çörək pulu" adlandırdığı
fəaliyyəti (böyük layihələr, məsələn, DVD və CD
disklərin hazırlanması və çoxaldılması zamanı
meydana gələn maliyyə vəsaitlərinin qorunub
saxlanıldığı kiçik iş yerləri) özündə birləşdirir.
İlk olaraq, tərəfdaşlıq şəraitində həyata keçirilsə
də, hal-hazırda şirkətin CD disklərinin istehsalı
biznesi sahibkarlar üçün biznes risklərinin
azaldılması məqsədilə məhdud məsuliyyətli
cəmiyyətin daxilində təşkil olunur.
"CDDuplicator.co.uk" hələ də ayrıca brend
hesab olunur, Deyv onun fəaliyyətini "ESP"
şirkətinin texniki ixtisaslaşmalarının və peşəkar
media xidmətlərinin geniş diapazonunu
müştərilərə təqdim etmək üçün "giriş qapısı"
adlandırır.
Digər gəlir axını isə müəllif hüquqları üzrə
ödənilən qonorarlar vasitəsilə təmin olunur. Deyv
Hyus BBC-nin "Funland" teleserialı ilə bağlı
müəyyən işlər görmüşdür. Teleserial Birləşmiş
Krallıqda yayımlandıqdan sonra o, proqramın
bəzi DVD buraxılışlarında və istənilən digər satış
üsullarında ona məxsus nəşriyyat hüquqlarının
qorunub saxlanılması barədə razılığa gəlmişdir.
Genişmiqyaslı layihələr həyata keçirməsinə və
çoxsaylı müştərilərə xidmət göstərməsinə
baxmayaraq, Deyv iddia edir ki, təsis etdikləri
yaradıcılıq müəssisəsinin fəaliyyətinin əsas
xəttini həyat keyfiyyəti, başqa sözlə desək,
"lifestyle" biznes təşkil edir.
www.espmultimedia.com
www.cdduplicator.co.uk


Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
      Tərəfdaşlıq və Şirkət strukturları 
(səhifə 75-ə baxın)
      "Kommersiya" və "Yaradıcılıq" bir yerdə mütləq münaqişə yaratmır  
(səhifə 8-ə baxın)
      Gəlir axınlarının yaradılması üçün müəllif hüququnun qorunub saxlanılması
(səhifə 58-ə baxın)
      Brendlər 
(səhifə 53-ə baxın)
      "Lifestyle" Biznes 
(səhifə 9-a baxın)
Devid Hyus iş başında


6
Yaradıcılığınızın Müdafiəsi
—  Bu fəsildə İnformasiya Dövründə qeyri-maddi aktivlərin artan əhəmiyyəti
şərh edilir.
—  Əqli Mülkiyyətin əhəmiyyəti və müəllif hüququ, sənaye mülkiyyəti
hüquqları, ticarət nişanları və patentlər vasitəsilə ideyalarınızı qorumağın
qaydası barədə danışılır.
—  Ən əsası isə, parlaq ideyaları gəlir mənbələrinə çevirmək üçün əqli
mülkiyyət hüquqlarından necə istifadə edilməsi müzakirə olunur.
52


Yeni  minillik  “İnformasiya  Dövrü”  adlandırılır  və
sənayeləşmə  dövründən  keçid  dövrü  kimi  xarakterizə
edilir  və  bu  dövr  bir  neçə  əsr  bundan  qabaq  kənd
təsərrüfatı dövründən sənayeləşməyə keçidlə eyni dərəcədə
əlamətdar sayılır. Nə vaxtsa hakimiyyət və sərvət torpaqdan
fabriklərə keçdiyi kimi, indi də müvafiq olaraq informasiya
və ideyalara keçir.
Qeyri-maddi aktivlər Dövrü
Yeni dövrü ona görə Qeyri-maddi Aktivlər dövrü adlandırmaq
olar ki, hakimiyyət və sərvətin böyük hissəsi brendlər, bazar
haqqında  məlumatlar,  "know-how"  və  ideyalar  kimi 
qeyri-
maddi aktivlərlə 
sıx bağlıdır. Qeyri-maddi aktivlərə toxuna
bilməsək də, onları torpaq sahələri yaxud maşınlar kimi almaq
və satmaq olar və onlar dünya sərvətinin getdikcə daha çox
hissəsini  təşkil  edir.  Əgər  siz  "Microsoft"  şirkətində  səhm
alırsınızsa,  aldığınızın  kiçik  bir  hissəsini  torpaq  sahələri,
binalar və kompüter texnikası, əsas hissəsini isə "Microsoft"
şirkətinin  brendlərində,  lizensiyalarında,  sistemlərində,
əməkdaşlarının  təcrübəsi  və  mənəvi  vəziyyətində,  başqa
sözlə desək, gə ləcəkdə gəlir gətirəcək qeyri-maddi elementlərdə
olan  payınız  təşkil  edir.  Adi  mühasibat  uçotu  qeyri-maddi
aktivlərin dəyərinin hesablanmasının effektiv üsulunu tapmağa
imkan vermir, bazar isə bunu nəzərə alır və balans hesabatında
təqdim edilmiş məbləğdən daha çox vəsait ödəməyə hazırdır.
Bu  isə  mağazanı  daşınmaz  əmlakların  və  mağazanın
səhmlərinin  dəyərindən  daha  yüksək  qiymətə  satın  alan
zaman həmin gizli işgüzar nüfuz üçün əlavə ödənişin edilməsinin
çoxmilyardlı ekvivalentidir.
Əqli Mülkiyyət (ƏM)
Yaradıcı ideyalar hələ ilk təkər düşünülüb yaradılandan da
xeyli müddət əvvəl mövcud olmuşdur, lakin yaradıcılıq üzərində
mülkiyyət  hüququ  heç  vaxt  təbii  sərvətlər  və  ya  istehsal
vasitələri  üzərində  olan  mülkiyyət  hüququ  kimi  aydın  ifadə
edilməmişdir və bu vəziyyət hələ də davam edir. Yaradıcılıq
üzərində  mül kiy yət  hüququ  Qeyri-maddi  aktivlər  Dövründə
yaşayan  yaradıcı  sahibkarlar  üçün  heç  vaxt  bu  səviyyədə
əhəmiyyətli olmayıb. Yaradıcılıq üzərində mülkiyyət hüququ
53


Qeyri-maddi aktivlər
Йарадыcылыг
цзяриндя мцлкиййят
щцгугу щеч вахт
бу сявиййядя
ящямиййятли
олмайыб


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə