Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   2   3   4   5   6   7   8   9   ...   32

4
Yaradıcılıq Sahələri Birləşmiş Krallıq iqtisadiyyatı
üçün müstəsna əhəmiyyətə malikdir, gələcəkdə isə
indi olduğundan da vacib olacaq.
Yaradıcılıq Sahələrimizin gələcəyinin parlaq
olmasını istəyiriksə, bizə güclü biznes bacarıqları və
sahibkarlıq bazası olan kiçik və orta ölçülü
müəssisələr lazımdır. Onlar müasir iqtisadiyyatda
inkişaf və çiçəklənmənin əsas hərəkətverici
qüvvəsidir.
Lakin hal-hazırda Birləşmiş Krallıqda Kiçik və Orta
Sahibkarlıq (KOS) biznesinin fəaliyyət göstərdiyi orta
müddət cəmi 24 aydır. Bu, pis düşünülmüş biznes
strategiyasının zəif cəhətlərinin üzə çıxmağa
başladığı dövrdür.
Bəs biz bunun qarşısını necə ala bilərik? Yaradıcı
biznesin ömrünün uzadılmasına və bunun onlar üçün
can atdıqları uğura çevrilməsinə necə nail ola
bilərik? Hökumət bunu 2005-ci ilin sonlarında
əsasını qoyduğumuz Yaradıcı İqtisadiyyat Proqramı
vasitəsilə tədqiq edir.
Biz bu proqramın əsas mövzularının hər biri üçün işçi
qruplar təşkil etmişik. Bunlardan biri biznes dəstəyi
və maliyyə resurslarına çıxışdır. Yaradıcılıq və
biznes bacarıqları heç də həmişə bir-biri ilə
ayaqlaşmır, lakin XXI əsrdə uğur qazanmaq üçün
onların hər ikisi vacibdir. Məsələ ilə bağlı iki düşüncə
məktəbi var. Bunlardan birinin tərəfdarları beynin sağ
və sol yarımkürəsinin mövcud olduğunu və bu
ikisinin bir araya gəlməsinin heç bir vəchlə mümkün
olmadığını düşünür. Digər məktəbin tərəfdarlarının
fikrincə, yaradıcılıq və mədəniyyət sahələrində
işləyənlərin bizneslə məşğul olmamasının səbəbi
onların bunun üçün heç vaxt təlim keçməməsidir. Bu
dilemma onu göstərir ki, bu sahənin idarə
edilməsində çatışmazlıqlar mövcuddur və biz bu
problemi həll etməliyik.
"Futbolka və Kostyum" kitabının idarəetməyə
yanaşma tərzi yaradıcı düşüncə və biznes
bacarıqlarının bir araya gətirilməsidir. "Futbolka və
Kostyum" kitabında yaradıcı və işgüzar beyinlərin
uğurlu müəssisələrə həyat vermək və onların
fəaliyyətini təmin etmək üçün necə birləşə bilməsi
barədə misallar gətirilib. Kitab, ən yaxşı biznes
ideyaları və konsepsiyalarının yaradıcı müəssisələr
tərəfindən necə istifadə edilə bilməsini təsvir edir.
Devid Perriş yaradıcı sahibkarlara ünvanladığı
başlıca biznes prinsiplərini aydın çatdırmaq və təsvir
etmək üçün öz bilik və təcrübəsindən istifadə
etmişdir. "Futbolka və Kostyum" kitabı yaradıcı
sahibkarların idarəetmə bacarıqlarının inkişafına və
nəticə etibarilə onların müəssisələrinin uğuruna çox
böyük töhfə verir.
Mən bu faydalı işgüzar təlimatı ümumən yaradıcılıq
sahələrinə və ayrı-ayrı müəssisələrə töhfə verdikləri
üçün Devidi və Merseyside ACME
1
şirkətini təbrik
etmək istərdim. Bu kitabı oxuyanların ondan fayda
götürəcəklərinə şübhə etmirəm
Britaniya Parlamentinin üzvü Şon Vudvord
Britaniya Parlamentinin üzvü, Yaradıcılıq Sahələri və
Turizm üzrə nazir Şon Vudvord tərəfindən yazılmış Ön Söz


5
Qarşınızda sizin üçün ilham mənbəyi ola biləcək,
praktiki bir kitab var. Bu kitabda yaradıcı bizneslərin
yaradılması üçün bəzi ideyalar verilir, eyni zamanda
bunun heç də asan olmaması vurğulanır. Bu kitab
fəaliyyətə yeni başlayan və artıq fəaliyyət göstərən
böyük və kiçik müəssisələr üçündür. Məqsədimiz
kitabın ümumilikdə oxunaqlı olması və lazım gəldikdə
kitabın fəsillərinə ayrılıqda istinad edilməsinin
mümkün olmasıdır. Bu kitabdan sizin üçün faydalı
olan hər şeyi istədiyiniz vaxt götürün, qalanını isə
başqalarına və başqa bir günə saxlayın.
Növbəti səhifələrdə yazdıqlarımın çoxunu mən öz
səhvlərimdən öyrənmişəm. Mən ən böyük
nailiyyətlərimi elm və ya fəaliyyət göstərdiyim sahədə
deyil, birbaşa iş başında duraraq, iş görərək, səhvlər
edərək, hərdən isə doğru yolu taparaq qazanmışam.
Mən, yaradıcılıq sektorunda işçi kooperativlərinin,
sosial müəssisələrin və bizneslərin idarə edilməsində
"yaradıcılıq sahələri" anlayışının yaranmasından
çox-çox əvvəllər iştirak etmişəm. Bu kitabdakı bütün
məsələlərlə bu və ya digər şəkildə özüm məşğul
olmuşam və hələ də öyrənməyə davam edirəm.
Hazırda mən həm kostyum, həm də futbolka
geyinirəm.
Mən məsləhət və təlimə mühazirə kimi yox, yeni
ideyaları stimullaşdırmaq, imkan və bacarıqların
gücləndirməsi üçün müəyyən fikirlərlə bölüşmək və
təcrübəmdən misallar gətirməklə onların öz
müəssisələrinə uyğun fərdi qərarlar qəbul edə
bilməsini asanlaşdırmaq kimi baxıram.
Bu kitabı da yazarkən eyni yanaşmanı rəhbər
tutmuşam. Bu təlimatı oxuyarkən nəzərə alın ki,
yazılanların heç biri mütləq həqiqət deyil. Hər hansı
bir ideya sizin şəraitə və ideallarınıza
uyğunlaşdırılmalıdır. İstənilən ideya yekun nəticə
deyil, başlanğıc nöqtəsi kimi təklif edilir. Hansısa
fikirlə razı deyilsinizsə, çox yaxşı. Bu ideya sizi daha
effektiv həll yolu tapmağa vadar edirsə, ondan da
yaxşı! Bu kitabın məqsədi sizə işinizi necə aparmalı
olmanızı diktə etmək deyil, sadəcə sizə kömək üçün
bəzi ideyalar təklif etmək və dəstək verməkdir.
Mən bu kitabı yazarkən uzun illər yaradıcılıq
sahələrində birlikdə işlədiyim və məsləhətləşdiyim
yüzlərlə adamdan ilham almışam.
Yaradıcılıq Sahələrinin köməyi ilə istedadın
sayəsində yaradılan əqli mülkiyyət öz sahibləri üçün
gəlir mənbəyinə çevrilir. Hazırda Böyük Britaniya
Yaradıcılıq Sahələri üzrə dünya lideridir və Britaniya
Hökuməti inkişafda olan bu iqtisadiyyat sahəsini
dəstəkləməkdədir. Bu sahədə Britaniya dünyaya çox
şey təklif edə bilər, ona görə də "British Council"
yaradıcılıq sahələri ideyasını bütün dünyada təbliğ
edir. İnkişaf etməkdə olan ölkələrdə Mədəniyyət
Sahələrini UNESCO da dəstəkləyir.
Yaradıcılıq sahələri həm futbolkalara, həm də
kostyumlara ehtiyacın duyulduğu çox böyük
biznesdir.
(Yaradıcılıq Sahələri haqqında daha
ətraflı məlumat almaq üçün Əlavə 1-ə baxın.)
Ən son işlərimdən bəzilərini artıq fəaliyyət göstərən
və tamamilə yeni yaradıcı müəssisələrin bir çoxunu
dəstəkləyən Merseyside şirkətinin "Yaradıcı
Üstünlük"
2
layihəsi çərçivəsində həyata keçirmişəm.
Bu kitab həmin işlərin uğuruna əsaslanır. Bu
təlimatda gəldiyim nəticələrin bəziləri haqqında
təsəvvür yaratmaq üçün Merseyside şirkətinin
işlərinə əsaslanmışam. Lakin kitabın mövzusu daha
geniş olduğundan mən YSİX
3
, YSİA
4
və digər
təşkilatlarla birgə işlərimdən, habelə Çin, Cənubi
Afrika və Hindistan kimi ölkələrdəki konsultasiya və
təlim təcrübəmdən də misallar gətirmişəm.
Mən sizdən bu kitaba rəylərinizlə birlikdə daha yaxşı
təcrübələrdən nümunələr, həmçinin verdiyim
məsləhətlərdə, təlim seminarlarında və yaradıcı
sahibkarlara dəstək layihələrində paylaşa biləcəyim
başqa ideyalar da eşitmək istəyərdim.
Devid Perriş, noyabr 2005-ci il.
david.parrish@t shirtsandsuits.com
Giriş


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə