Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   2   3   4   5   6   7   8   9   ...   32

1
Yaradıcılıq və Biznes
—  Birinci fəsildə Yaradıcılıq və Biznes arasındakı aşkar ziddiyyət nəzərdən
keçirilir və onların yaradıcı şəkildə bir araya gətirilməsi yolları göstərilir. 
—  Burada sizin niyə yaradıcı biznesdə olmağınız və ya olmağı
planlaşdırmağınızın səbəbi haqqında fundamental suallar verilir.
—  Burada, həmçinin biznesə fərqli yanaşmalar, dəyərləriniz və
məqsədlərinizin dəqiq olmasının vacibliyi müzakirə olunur.
6


Yaradıcılıq, yoxsa Biznes?
Bəziləri yaradıcılıq və biznesin yağ və suya bənzədiyini, heç
bir vəchlə qarışmayacağını düşünür. Onların fikrincə, yara -
dıcılıq və biznes arasından mütləq hansısa biri seçilməlidir.
Mən bununla razı deyiləm. 
Mənim yaradıcılıq mövzusu ilə bağlı iştirak etdiyim bir kon-
fransda bəzi adamlar yaradıcılığı ancaq sənət adamlarına
məxsus  olan  "incəsənət"  kimi  başa  düşürdülər.  Onların
hamısı futbolka geyinmişdi. Bu sənət adamları anlayırdılar
ki,  bəzən  paralel  dünyanın,  yəni  biznes  dünyasının  fərqli
düşüncə  sahibi  olan,  qəribə  dildə  danışan  və  əlbəttə  ki,
onları  başa  düşməyən  kostyum  geyinmiş  sakinləri  ilə  iş
görməli olurlar. Mən isə biznes və yaradıcılığın əks qütblər
olması  fikrini  qəti  qəbul  etmirəm.  Həmin  konfransda  mən
özümün həm şeirləri dərc olunan bir şair 
5
, həm də biznesin
idarə edilməsi üzrə magistr 
6
olduğumu deyərək bir neçə
adamın bir anlıq çaşqınlıq yaşamasına səbəb oldum. Mən
bir az irəli gedərək onlara söylədim ki, yaradıcılığım şairliyimdə
deyil,  mənim  ən  uğurlu  yaradıcılığım  biznes  aləmindəki
ixtiraçı lığımda,  beynəlxalq  səviyyədə  müxtəlif  sahələr,
sektorlar  və  mədəniyyətlər  arasındakı  hüdudları  aşmaq
üçün  yeni  ideyalar  və  metodları  uyğunlaşdırmaq  ba -
carığımdadır. Digər iştirakçılar da mühəndislik firmalarında
bəzi reklam agentliklərindən daha çox yaradıcılıq gördüklərini
deyərək  mənim  fikrimi  təsdiq  etdilər.  Yaradıcılıq  –  "sənət
adamları"nın inhisarlaşdırdığı bir sahə deyil; o, daha geniş
anlayışdır və ona təhsildə, elmdə, bir sözlə, hər yerdə rast
gəlmək  olar.  Yaradıcılıq  bizim  hər  birimizin  daxilində  və
7


Йарадыcылыг
"сянят
адамлары"нын
инщисарлашдырдыьы
бир сащя 
дейил


ətrafındadır.
Yaradıcı Kimyagərlik
Mənim fikrimcə, ən maraqlı yaradıcılıq üzdə bir-birinin əksi
kimi görünən “incəsənət” və “elm” anlayışlarının bir kimyagər
kimi  qarışdırılmasıdır.  Əslinə  qalanda  isə,  onlar  heç  də
aralarında  seçim  etməli  olduğumuz  əks  qütblər  deyil,  bir
bütövün hissələridir. Bu kitab, yaradıcılıq və biznesin bir itti-
faqda  birləşdirilməsi  haqqındadır.  O,  yaradıcı  biznesdə
futbolka və kostyumların ən yaxşı ideyalarının birləşdirilməsi
və yaradıcı istedadın gəlir mənbəyinə çevrilməsi haqqındadır.
Müvəffəqiyyətli  yaradıcı  sahibkarlar  həm  yaradıcılıq,  həm
də biznesə diqqət göstərirlər. Ola bilsin ki, onlar biznes jar-
qonundan istifadə etmirlər, yaxud gəlir onların əsas məqsədi
deyil. Bəzən onlar addımlarını instinktiv olaraq atırlar, ya da
uğurlarını bəxtlərinin gətirməsi ilə izah edirlər, lakin boyunlarına
alsalar  da,  almasalar  da,  onların  bu  aşkar  çılğınlığının
arxasında bir metod dayanır.
Biznes sənəti konkret müştərilərin ehtiyac duyduğu xüsusi
məhsul  və  ya  xidməti  bir  araya  gətirmək  üçün  sonsuz
variantlar çoxluğundan seçim edib maliyyə üstünlüyü qazan-
maqdan ibarətdir. Nəticə isə müvəffəqiyyətli müəssisə üçün
unikal 
biznes düsturunun 
əldə edilməsidir.
Yaradıcı  müəssisələr,  bir  qayda  olaraq,  məhsul  və  xid -
mətləri ilə əlaqədar yeni ideyaların bolluğu ilə seçilir.
Ən müxtəlif sahələrdə uğur qazanmış təşkilatlarda əsas biznes
elementləri yaradıcı şəkildə birləşdirilir. Müvəffə qiyyətli yaradıcı
müəssisələrin yaradıcı məhsul və ya xidmətləri olmalıdır; onlar
eyni zamanda biznesin bütün vacib komponentlərini birləşdirən
özünəməxsus işlək düstur ixtira etməlidir.
"Özünə xəyanət etməmək" Sənəti
Çox vaxt məndən soruşurlar, doğrudanmı incəsənət və ya
yaradıcılıq üzərində biznes fəaliyyəti qurmaq mütləq bədii
təfək kürə  xəyanət  etmək,  başqa  sözlə  desək  "satılmaq"
deməkdir. Cavab verirəm ki, bu belə ola da bilər, olmaya da.
Məsələnin müsbət həlli yuxarıdakı formulda da göstərildiyi
kimi,  konkret  məhsullara  /  xidmətlərə  və  xüsusi  diqqətlə
seçilərsə  uğur  düsturunun  əsas  komponentinə  çevrilən
konkret müştərilərə bağlıdır. Siz məhsul və ya xidmətlərinizi
yanlış müştərilərə təklif etsəniz, bu uyğunsuzluq sizi ya biz-
8


Biznes Düsturu
səhifə 97-yə baxın
Мцвяффягиййятли
йарадыcы
сащибкарлар
фяалиййятляриндя
щям йарадыcылыг,
щям дя бизнеся
диггят
эюстярирляр


nesinizi  satmaq,  ya  da  müflis  olmaq  seçimi  ilə  üz-üzə  qo -
yacaq. Həmişə hər kəsə hər şeyi satmaq mümkün deyil, lakin
portfelimizdən müvafiq məhsulları seçsək, eyni zamanda həm
hesabatları  düzgün  aparıb,  həm  də 
müştərilərin  düzgün
seçilməsinə
bir  az  yaradıcılıqla  yanaşsaq,  reallaş dırılması
mümkün olan biznes düsturu tapa bilərik.
Uğur
"Uğur"  anlayışının  mənasını  mən  yox,  siz
 müəyyən ləş dir mə lisiniz. Bu kitabda "uğur"un konkret nə ola
bilməsi haqqında subyektiv fikirlər verilməyib. Ən böyük heç
də həmişə ən yaxşı demək deyil, çox zaman kiçik daha gözəl
olur.  Siz  yaradıcı  müəssisənizi  gələcəkdə  harada  görmək
istədiyinizə özünüz qərar verməlisiniz. Necə deyərlər, "harada
olmaq  is tədiyini  bilmirsənsə,  hansı  yolu  seçmək  lazım
olduğunu  heç  vaxt  anlamazsan".  Deməli,  uğura  gedən
yolunuz sizin isti qa mə tinizdən – gələcəkdə olmaq istədiyiniz
yerdən – sizin 
Baxışınızdan 
asılıdır.
Mənfəət?
Mənfəət  heç  də  həmişə  əsas  məsələ  deyil,  lakin  xərclər
ümumi gəlirdən çox olduqda hətta qeyri-kommersiya təş ki -
latları  belə  yaşaya  bilməz.  13  alt-sektordan  ibarət  olan
7
yaradıcılıq və mədəniyyət sahələrində mənfəət axtarışında
olan kommersiya müəssisələri, qeyri-kom mersiya və ya xey -
riyyə təşkilatları və sosial müəssisələr kimi müxtəlif iqtisadi
modellər mövcuddur. Buna görə də, mən yaradıcılıq və mə -
dəniyyət sahə lərindən bəhs edərkən "mütləq mənfəət əldə
etmək" əvəzinə "arzu olunan maliyyə nəticəsi" haq qın da da -
nı şıram. Bir çox mədəniyyət təşkilatları xey riyyəçiliklə məş -
ğuldur  və  on ların  gəliri  qrant  və  maliyyə  yardım larından
ibarətdir. Sosial müəssisələr uğurlarını 
Üçlük Vəhdəti yanaş -
ması
ilə müəyyən edir. Bu zaman uğur üç amilə: maliyyə,
sosial və ətraf-mühitə əsasən müəyyən edilir. Bəzi yaradıcı
müəssi sələr həm də "sosial sahib karlar"dır.
Lifestyle
"Lifestyle" tipli biznes öz sahibləri üçün həm gəlir mənbəyi,
həm  də  dolğun,  yüksək  keyfiyyətli  həyat  təmin  edir.  Bir
başqaları üçün uğurun mənası gəlir gətirən biznes qurmaq,
sonra  onu  idarə  etməyə  ehtiyac  qalmayanda  bu  biznesi
9
Üçlük Vəhdəti Yanaşması
səhifə 99-a baxın
Doğru müştərilərin seçilməsi
səhifə 36-ya baxın
Baxış
səhifə 11-ə baxın


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə