Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   2   3   4   5   6   7   8   9   ...   32

satıb  bir  baş qası,  daha  yenisi  ilə  məşğul  olmaqdır.  Bəzi
adamlar  isə  öz  yara dıcılıqları  ilə  tamamilə  ayrı  sahədə
qurduqları karyeraları ilə paralel olaraq hobbi kimi məşğul
olmağa üstünlük verirlər.
Nə üçün?
Yaradıcı  sahibkarlıq  fəaliyyətinə  yeni  başlamaq  istəyənlər
üçün ilk sual bu cür səslənməlidir: Nə üçün? Biznes nə üçün
ya radıcılıq həvəsinizin əsasında qurulmalıdır? Yəqin ki, ca -
vab "yaradıcılıq qabiliyyətini reallaşdırmaq və eyni zamanda
yaxşı həyat yaşamaq üçün" olmalıdır. Hər şey bu qədərmi
sadədir?  Bu  kitabda  biznesə  təsir  edən  bir  sıra  problemli
məsələlər  əks  olunur  və  problemlərin  həlli  üçün  bəzi
istiqamətləndirici tövsiyələr verilir. Bu yolda bir çox maneələr
dəf edilməli, güzəştlər edilməli və çətin qərarlar verilməlidir.
Beləliklə, ilk öncə yaradıcı müəssisənizin mərkəzində nəyin
durduğunu, bu işi nə üçün etdiyinizi və ya etməyi planlaş -
dırdığınızı ayıq başla qiymətləndirməlisiniz.
Yaradıcılığın biznesə çevrilməsində məqsədlərinin məhz yaradıcılıq
üçün daha çox imkan yaratmaq olduğunu deyənlərin bəziləri
bizneslə məşğul olmağa başladıqdan sonra yaradıcılığa vaxtlarının
qalmamasından şikayət edirlər. Bir başqalarının fikrincə, onlar
pul  qazanmaq  üçün  adi  işə  keç məlidirlər  ki,  biznesin
məhdudiyyətləri və təzyiqi olmadan sırf yaradıcılıqla məşğul ola
bilsinlər.
Bəlkə də yaşamaq üçün pul qazanmağı və yaradıcılığı bir-
birindən ayrı tutmaq lazımdır ki, biri o birinə mane olmasın
və hər iki iş layiqincə yerinə yetirilsin. Yaradıcılığınızın biznes
tərəfindən məhdudlaşdırılacağı riski mövcuddurmu? Əlbəttə
ki, siz bu sualın belə bir kitabda verilməsinin yerinə düşmədiyini
düşünə  bilərsiniz,  lakin  bu  məsələ  sizin  indi  üzləşdiyiniz,
yaxud,  çox  böyük  ehtimalla  gələcəkdə  üzləşəcəyiniz
problemdirsə, onunla indidən məşğul olmaq daha yaxşıdır.
Bəli, düzgün biznes düsturunu tapmasanız, məşğul olduğunuz
biznesin  yaradıcılığınıza  ziyan  verməsi,  habelə  yaradıcılıq
potensialınızın reallaşdırılmasının 
biznesin mənfəətliyinə
zərər  verməsi  riski  mövcuddur.  Misal  üçün,  hobbi  üçün
istifadə edə biləcəyiniz maliyyə düsturu, bir qayda olaraq,
biznes üçün münasib olmayacaq, çünki bu zaman işçilərin
əmək haqqını və digər xərcləri ödəmək üçün daha böyük
məbləğlər tələb olunacaq.
10


Biznes Düsturu
səhifə 97-yə baxın
Бу иши 
ня цчцн
етдийинизи, 
йахуд 
етмяйи
планлашдырдыьынызы
айыг башла
гиймятляндирин


Harada?
Gələcəkdə harada olmaq istəyirsiniz? Gələcək həyatınızda
özünüz üçün xüsusi bir tarix və ya dövr seçin (əslində bu,
"beş  il  sonra"  şəklində  olmamalıdır,  amma  belə  də  ola
bilər). Biznesinizin necə olacağını təsvir edin. Müştəriləriniz
kim olacaq? Biznesinizdə nə qədər adam işləyəcək? Hansı
səviyyədə gəlir əldə edəcəksiniz? Məqsədlərinizin planını
hazırlayın. Ambisiyalı olun! Əliniz çatmasa da, gözünüzlə
gördüyünüz bir hədəf seçin. Bu sizin 
Baxışınızdır.
Nə?
Hansı bizneslə məşğulsunuz? Bu suala cavab verəcək ən
ideal adamlar müştərilərinizdir. Bəlkə də, siz internet saytlarının
dizaynı ilə məşğul olduğunuzu düşünürsünüz, amma müş tə -
ri ləriniz sizi marketinq məsləhətçisi kimi görür; bəlkə də, siz
özünüzü  teatr  şirkəti  hesab  edirsiniz,  amma  müştəriləriniz
sizə sosial məsələlər haqqında ismarışları ictimaiyyətə çatdıran
vasitəçi  kimi  baxır.  Müştərilərin  sizin  hansı  xüsusiyyətinizə,
sözün əsl mənasında dəyər verdiklərini öyrənmək üçün 
onları
dinləyin.
Siz müştərilərinizə nə kimi fayda verir və dünyanı
daha yaxşı etmək üçün nə edirsiniz? Onlar üçün nə etdiyinizi
öyrənmək  üçün  müştərilərinizin  "Bu,  mənə  nə  verəcək?"
sualına  cavab  verin.  Bu  sizin
Missiyanızdır.
Sizə  "missiya
bəyannaməsi" (xüsusən də, səlis dili olmayan bəyannamə)
elə də lazım deyil, lakin müştərilərinizin sizin biznesdə nəyə
dəyər verdiyini və əslində nə üçün pul ödədiklərini mütləq
başa düşməlisiniz.
Necə?
Biznes fəaliyyətinizi necə aparırsınız, yaxud inanclarınız,
adətləriniz və etikanız nədən ibarətdir?
Dəyərləriniz.
Bu
keyfiyyətlərə biz o qədər alışmışıq ki, bəzən onları görə
bilmirik, yaxud adi bir şey hesab edirik. Misal üçün, müştəri -
lərim mənim qulaq asmaq, başqalarının baxışlarına hörmət
etmək və onların məqsədlərinə öz bildikləri kimi çatmasına
yardım  etmək  qabiliyyətlərimə  xüsusi  dəyər  verdiklərini
deyirlər; lakin bunlar xarakterimin o dərəcədə ayrılmaz his -
səsidir ki, mən bu keyfiyyətləri görə bilmirəm. Mən əvvəllər
11
Müştəriləri dinləmək
səhifə 38-ə baxın
Dəyərlər
Missiya
Baxış


buna heç fikir verməmişdim, amma bu peşəkar keyfiyyətləri
insanlarla ünsiyyət üzə çıxartdı. Özünüzü və biznesinizi
daha yaxından tanımaq üçün başqalarına – tərəfdaşlara,
dostlara, həmkarlara, xüsusilə də müştərilərə sual verin.
Fəsil 2-yə – "Özünü Tanı"ya baxın.
12
Gerçəkləşən İdeyalar 
səhifə 14-ə baxın
Mümkünlük Filtri
səhifə 89-a baxın


13
Əsas Məqamlar
     Bəzi adamlar düşünürlər ki, yaradıcılıqla biznesi bir-birinə
qarışdırmaq olmaz. Mən bununla razı deyiləm. Düşünün ki,
biznes və yaradıcılıq rəqib deyil, tərəfdaşdırlar.
     Yaradıcı istedadınızı gəlir mənbəyinə çevirmək üçün
"Futbolka və Kostyum"un ən yaxşı ideyalarını bir araya
gətirin.
     Heç də hər bir yaradıcı istedadın biznesdə avtomatik uğur
qazanması "labüd deyil". Bütün yaradıcı ideyaların da
mütləq biznesə çevrilməsi mümkün deyil.
     Nə qədər ki, düzgün biznes düsturundan istifadə edirsiniz,
yaradıcılığı biznesə çevirmək "özünüzə xəyanət
etməyinizə" səbəb olmayacaq.
     Siz yaradıcı məhsul və ya xidmətlərlə yanaşı, unikal və
həyata keçirilməsi mümkün olan biznes düsturu da
yaratmalısınız.
     Uğur anlayışının sizin üçün nə olmasını özünüz üçün
aydınlaşdırın. Baxışınızı – harada olmaq istədiyinizi bilin.
     Biznesinizin Missiyasını bilin.
     Dəyərlərinizi tanıyın və onlara sahib olun.
     İşə başlamaq və ya biznesi genişləndirmək üçün indi düzgün
vaxt olub-olmamasına qərar verin.
10    Bu prinsiplər həm qeyri-kommersiya, həm də kommersiya
təşkilatlarına aiddir.


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə