Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   2   3   4   5   6   7   8   9   ...   32

Gerçəkləşən İdeyalar
Şeron Matç
Fotorəssam
14
Şeron Matç işini ürəkdən sevən və işgüzar
düşüncəyə malik bir rəssamdır.
Onun bədii hissiyyatı başına gələn bir hadisədən
sonra yaranıb. O deyir: "Rəssamlıq üzrə
təhsilimin ikinci ilində uşaqlıqdan kənar hamiləlik
keçirərək az qala ölmüşdüm. Mən bu təcrübəni
fotoqrafiyada ifadə etməyə başladım. Həmin
vaxtlar üzərində işlədiyim əsərlərin çoxu qadın
şəkilləri idi. "Feminae in Vitro" (Şüşədəki Qadın)
bu əsərlərdən ibarət kolleksiyanın adıdır."
Təhsilini tamamladıqdan sonra Şeronun əsərləri
bəzi məşhur fotoqrafların qalereyalarında
nümayiş olundu. Şeron həmin vaxtlarını belə
xatırlayır: "Əslinə qalsa, mən vaxtı bir az
qabaqlamışdım. Mən işlərimin bədiilik, məzmun
və məna dərinliyi baxımından güclü olduğunu
dərhal başa düşmüşdüm. Onu da anlamışdım ki,
işlərimin emosional simvolikası sosial statusu,
baxışları və şəxsi təcrübəsindən asılı olmayaraq
bir çox qadının zəif damarından tutub. İşlərim
kifayət qədər diqqət mərkəzində olsa da, hər şey
o qədər sürətlə baş verirdi ki, mən özümün
"incəsənət dünyasına" aid olduğumu hiss
etmirdim."
Doqquz il sonra, o, işlərinin üzərindən tozlu örtüyü
götürdü, bizneslə məşğul olmaq üçün vaxtın
gəldiyini anladı və fərdi sahibkar kimi fəaliyyətə
başladı. O, bunu belə izah edir: "Mən həm
rəssamam, həm də özümün meneceri və agenti.
İş komissiya tariflərinə, qalereya təqdimatlarına
və marketinqə gəldikdə mənim işgüzar düşüncə
tərzim həlledici amil olur." Şeronun işgüzar ağlı
dünyanın Nyu-York, London və Paris kimi əsas
sənət bazarlarına yanaşmaq qərarına da gəldi.
Britaniya Konsulluğu ilə məsləhətləşmədə onların
"qalereya təqdimatları üçün dünyanın ən çətin
sənət səhnələri" olması Şerona bildirilsə də, o,
artıq bütün səylərini Nyu-Yorkun Çelsi və Soho
rayonlarının qalereyalarında nümayiş olunmağa
yönəldərək daha kiçik imkanlara "yox deməyə"
hazır idi.
Şeron hədəflərinin nə qədər çətin olmasından
xəbərdar idi, amma onu da bilirdi ki, burada uğur
qazanarsa, başqa sərgi və satışlar özünü çox
gözlətməyəcək. O, strategiyasını düşünüb
hazırladıqdan sonra ilk öncə masa arxasında,
sonra internet saytlarında axtarışlar və
qalereyaların üstünlük verdiyi meyarların təhlili ilə
seçdiyi bazarları araşdırdı. Birləşmiş Krallığın
Ticarət və İnvestisiya Departamentinin "İxrac
üçün Pasport" sxeminin köməyi və Nyu-Yorkdakı
Britaniya Konsulluğunun dəstəyi ilə Nyu-York "Art
Expo"da iştirak etdi və portfoliosunu qalereyalara
təqdim etdi. Nəticədə iki qalereyadan sərgi təklifi
gəldi və o, "Viridian Artists Gallery"ni seçdi.
Şeronun əsərləri 2005-ci ilin iyul-avqust aylarında
orada nümayiş olundu.
Bu uğur yalnız yaradıcılıq həvəsi və istedadın
nəticəsində deyil, həm də mürəkkəb və gəlirli Nyu-
York bazarına daxil olmaq üçün işgüzar ağlın istifadə
edilməsinin sayəsində əldə edilib və şübhəsiz ki,
başqa sərgi və satışlara da səbəb olacaq.
www.sharonmutch.com


     
"Futbolka və Kostyum"un ən yaxşı keyfiyyətlərinin
birləşdirilməsi
(səhifə 8-ə baxın)
     
Biznesə başlamaq üçün doğru vaxt
(səhifə 12-yə baxın)
     
Konkret bazara / müştərilərə hədəflənmək
(səhifə 36-ya baxın)
     
Bazarın Tədqiqi
(səhifə 38-ə baxın)
     
Yox Demək
(səhifə 92-yə baxın)
"Çıxılmazlıq Gəmisi" © Şeron Matç
Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:


2
Özünü Tanı
—  Bu fəsildə biz güclü və zəif keyfiyyətlərinizin obyektiv qiymətləndirilməsi
metodlarını həyata keçirilməsi mümkün olan biznes düsturunuzun tapılması
prosesinin tərkib hissəsi olaraq nəzərdən keçirəcəyik.
—  Burada biz sizin öz yaradıcı müəssisənizi qurmaq üçün istifadə edə biləcəyiniz
əsas bacarıqlara nəzər salacağıq.
—  Bundan başqa, bu fəsildə təlim, təhsil və davamlı peşəkar inkişaf haqqında
bəzi fikirlər verilmişdir.
16


Çinli  müharibə  strateqi  Sun  Tzu  "Müharibə  Sənəti"
kitabında  yazır:  "Düşmənini  və  özünü  tanıyırsansa,
qələbənə şübhə etməyə bilərsən".
8
Biznesi bir növ müharibə hesab etsəniz də, etməsəniz də,
9
Sun Tzunun fikrincə, birinin güclü və zəif cəhətlərini bilməyiniz
sizə nə vaxt, necə və haraya irəliləməyinizə qərar verməyə
kömək edəcək. Bu, sizin müştəriləri, rəqabəti və sizə uyğun
gələn və ya gəlməyən şəraiti tanımağınıza yardım edəcək.
Bununla belə, çatışmazlıqlarımız və xüsusi keyfiyyətlərimizi
obyektiv  və  tənqidi  qiymətləndirməyimiz,  yəni  “özümüzü
tanımaq” çox çə tindir. Başqasının müəssisəsini qiymətləndirmək
özü müzünkünü qiymətləndirməkdən daha asandır, buna görə
də, özümüz haqda obyektiv məlumat almaq istəyiriksə, kənar
şəxslərin rəyini öyrənmək daha faydalıdır.
Özünü  tanımaq  yalnız  şəxsi  yaradıcılıq,  bacarıq  və
qabiliyyətlərinizə  aid  deyil.  Biz  biznes  və  ya  təşkilatımızın
güclü və zəif tərəflərini başa düşmək üçün bu işdə marağı
olanların hamısını, o cümlədən böyük köməkçi və məsləhətçilər
ordusunu  və  əsas  komandaya  daxil  olan  bütün  adamları
nəzərə almalıyıq. Eyni zamanda aktivlərimizi, nüfuzumuzu,
bazar və əqli kapital haqqında biliklərimizi də qiymətləndirməliyik
.
Güclü və Zəif Cəhətlərin
Qiymətləndirilməsi
Bütün  güclü  və  zəif  cəhətləri  yazmağa  çalışmaq  əvəzinə,
sadəcə  olaraq  boş  kağız  parçası  üzərində  də  düşünmək
mümkündür.  Növbəti  səhifədəki
PRIMEFACT  Yoxlama
Siyahısı
hərtərəfli təhlil üçün lazım olan strukturu təqdim edir.
Mən bu yoxlama siyahısını, məxsusi olaraq, yaradıcılıq və
mədəniyyət sahələri üçün hazırlamışam və bir çox müştəri
ilə uğurla sınaqdan keçirmişəm.
17


PRIMEFACT yoxlama siyahısı
Дцшмянини
вя юзцнц
таны


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə