Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   2   3   4   5   6   7   8   9   10   ...   32

sizə yaxşı xəbərimiz də var, onların heç də hamısını aradan
qaldırmaq lazım deyil. Güclü cəhətlərdən istifadə zəif cəhətlər
ucbatından bəzi şeyləri itirmək ehtimalını da nəzərdə tutur.
Biznes düsturunuza nəyi etməmək haqqında qərar verməyiniz
də daxildir. Siz yalnız biznes strategiyanızın təhlükə altında
qalmasına  səbəb  ola  biləcək  zəif  cəhətlərinizi  aradan
qaldırmalısınız. 
Fəsil  11-ə  –  "Uğura  Aparan  Yolunuz"a
baxın. 
Bacarıqlar: Təlim, yoxsa Təhsil?
Təhsil  almaq  üçün  təlim  kurslarına  getməkdən  başqa  da
yollar var. Müəssisənizin ixtisaslaşdığı əsas sahənin (əsas
bacarığın) aydınlaşdırılmasından əlavə, həmin bacarıqların
təkmilləşdirilməli  olduğu  sahələr  də  mövcuddur.  Dəyişən
xarici  mühiti  və  müştərilərin  dəyişən  tələblərini  nəzərə
alsaq, təhsil müvəffəqiyyətin labüd komponentidir. Biznes
strategiyası  üçün  vacib  olan  bilik  və  bacarıqların
qiymətləndirilməsi üçün müəyyən analitik təlimlər keçirilə
bilər, lakin şəxsən mən biliyi(təhsili) bacarıqdan(təlimdən)
üstün  tuturam.  Təhsil  təlimdən  daha  geniş  anlayışdır.
Öyrənməyə həvəs yaratmaq təlimə pul ayırmaqdan daha
vacibdir.
"Həyatı  boyu  öyrənmək"  sadəcə  təmtəraqlı  sözlər  deyil,
həya tın tələbidir. 
Davamlı Peşəkar İnkişaf (DPİ)
proqramı
müəssisənin fəaliyyətində mühüm yer tutan şəxslərin bilik
və bacarıqlarının biznes və müştərilər üçün aktual vəziyyətdə
olmasını təmin etmək üçün çox vacibdir. Eynilə 
The Team
üzvlərində olduğu kimi, hər kəsin də Fərdi İnkişaf Portfeli
21
Davamlı Peşəkar
İnkişaf
Gerçəkləşən İdeyalar
— 
səhifə 86-ya baxın


Эцcлц 
вя зяиф
тяряфляринизи
рягибляринизля
мцгайисядя
гиймятляндирин


və planı (FİP) ola bilər.
Öyrənən Təşkilat
K
orporativ  səviyyədə 
Öyrənən  Təşkilat
yaratmaq  üçün
onun müəyyən fəlsəfəsi olmalıdır. Mən bunu belə təsəvvür
edirəm: Bu elə bir institut və ya təşkilatdır ki, orada hər kəs
hamıdan,  –  müştəridən,  rəqiblərdən  və  həmkarlarından
daim nəsə öyrənir. Baxın 
The Team.
Əldə olunmuş biliklərin
həmkarlarla paylaşılması və sistemləşdirilmiş şəkildə təşkilat
daxilində "təşkilatdaxili əqli kapital" kimi yayılması mədəniyyəti
isə  daha  da  vacibdir.  Firmadakı  bu  "know how"  fərdlərin
məcmu  təcrübəsindən  daha  üstündür  və  orada  işləyən
adamlardan  daha  çox  təşkilata(o  cümlədən  işçilərə  də)
məxsusdur.
Yaradıcı  müəssisədə  daimi  təhsil  və  biliklərin  artırılması
Biznes  Göstəriciləri  Panelinin
tərkib  hissəsi  olmalı  və
uğurun  maliyyə  göstəriciləri  ilə  eyni  səviyyədə  nəzarətdə
saxlanılmalıdır.  Qeyd  etmək  lazımdır  ki,  təhsil  prioritetləri
fərdlərin şəxsi seçimlərinə deyil, ümumi biznes strategiyasına
uyğunlaşdırılmalıdır.
22
Gerçəkləşən İdeyalar 
— 
səhifə 86-ya baxın
Biznes Göstəriciləri Paneli
səhifə 99-a baxın


Öyrənən Təşkilat
Тящсил
тялимдян
даща
эениш
анлайышдыр


23
Əsas Məqamlar
1     Özünüzün və biznesinizin, o cümlədən bütün maraqlı
tərəflərin güclü və zəif cəhətlərini qiymətləndirin.
    PRIMEFACT yoxlama siyahısından istifadə edin.
    Kənar şəxslərdən kömək istəyin, çünki onlar sizin
görmədiyiniz güclü və zəif cəhətləri görə bilərlər.
    Bütün zəif cəhətlərin aradan qaldırılması zərurətinin
olmadığını unutmayın.
    Uğurunuzu təmin edən əsas bacarıqlarınızı müəyyən edin.
    Hansı işi dünya səviyyəsində görə biləcəyinizi tapmaq
üçün kirpi strategiyası haqqında düşünün.
    Güclü və zəif cəhətlərinizin ən vacib 5%-ni müəyyən
etmək üçün 95:5 Qaydasından istifadə edin.
    Biznes strategiyasının dəstəklənməsi üçün lazım olan
əlavə təhsil və bacarıq ehtiyaclarını müəyyən edin.
    Öyrənməyə həvəs yaratmaq təlimə pul ayırmaqdan
daha vacibdir.
10   Təhsil almaq üçün təlim kurslarına getməkdən başqa
da yollar var. Bilik və bacarıqlarınızı artırmaq üçün
yeni imkanlarınızın olmasını istəyirsinizsə, "təlim"
haqqında deyil, "təhsil" haqqında düşünün.


Gerçəkləşən İdeyalar
"Peppered Sprout" şirkəti / "Plastic Rhino"sayağı 
Reklam
24
"Məhsuldan o dərəcədə xoşumuz gəldi ki, onu
parça-parça etdik." Kris Morris özünün "
Peppered Sprout" şirkəti üçün Böyük
Britaniyanın Puma brendindən iş almağa
hazırlaşmaları haqqında danışarkən mənə
(təxminən) bu sözləri demişdi. Kris və biznes
partnyoru Piter Kellett qərara gəldilər ki, "Puma"
onların hədəf müştərisidir və ekssentrik
yaradıcılıqları ilə onların yadında qalmalıdırlar.
Bunun üçün onlar "Plastic Rhino" jurnalında
Puma ayaqqabılarının tük qədər nazik zolaqlara
parçalanmış şəkillərini dərc etdilər. Nə qədər
qəribə səslənsə də, onlar istədiklərinə nail
oldular.
Dünya şöhrəti qazanmış "Ogilvy and Mather"
reklam agentliyinin əsasını qoymuş Devid
Oqilvinin yolu ilə gedən Kris zolaqlı köynək
geyinənlər stereotipinə uyğun gəlmir və daha
çox Manhettenli işgüzar adamı xatırladır. Onun
gündəlik geyimi və sadə davranışının arxasında
iti işgüzar ağıl dayanır. Devid Oqilvi kimi Kris və
Piterin də birlikdə işləmək istədikləri hədəf
müştərilərin siyahısı var və onlar məqsədlərinə
doğru aktiv şəkildə irəliləyirlər. Onlar reklam
etmirlər. Onlar tenderlərdə iştirak etmirlər. Onlar
bütün mümkün yollarla hədəflərinə çatmağa
çalışırlar.
Kris özü də etiraf edir ki, "Plastic Rhino" jurnalı
başlanğıcda "dəlilik"dən başqa bir şey deyildi.
Amma reallıqda jurnal onların özlərini təşviq
etmələri üçün ən effektiv üsula – 8 əməkdaşın
və müxtəlif ölkələrdən olan ştatdankənar
rəssamların ideyalarının vitrininə çevrildi.
15 ölkədə yayılan "Plastic Rhino"
özü-özlüyündə böyük uğurdur.
Kris özünün və Piterin qarşısında duran biznes
məqsədləri üzərində ilk vaxtlar necə işlədikləri
haqqında danışarkən deyir: "Gördüyümüz ən
yaxşı iş qabiliyyətimizin nümayişi oldu". Onlar
naşir idilər və ancaq bu işlə məşğul olacaqlarına
qərar verib bütün diqqətlərini "Plastic Rhino"nun
nəşr edilməsinə yönəldə bilərdilər. Lakin onlar
əsas bacarıqlarının ideyaların müştərilərə
çatdırılması olduğunu başa düşdülər və jurnal
sadəcə olaraq bu qabiliyyətin təzahürü oldu.
Beləcə, onların yaradıcılıq qabiliyyəti
instalyasiyalar, foto və illüstrasiyalar, hazır və
sifarişli nəşrlər vasitəsilə müştərilərinə reklam
ötürən "Peppered Sprout"un qanadı altında
gizlənir.
"Peppered Sprout" komandası öz istiqamətini
bilir, güclü tərəflərindən istifadə edir, hansı işlə
məşğul olduğunu və yaradıcı müəssisələrini
seçilmiş istiqamətdə inkişaf etdirmək üçün
hansı müştəriləri qazanmaq istədiyini başa
www.pepperedsprout.com


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə