Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
 
 
   
 
 
Kitabda yer alan müvafiq ideya və mövzulara keçidlər:
       Doğru müştərilərin seçilməsi
(səhifə 36-ya baxın)
      Hədəf aldığınız istiqaməti  – Baxışınızı bilin
(səhifə 11-ə baxın)
      Əsas Bacarıqlarınızı tanıyın
(səhifə 19-a baxın)
      Ştatlı və ştatdankənar işçilərin qarışığı
(səhifə 84-ə baxın)
Fotoşəkil: Mark Maknalti


3
Sayıq olmaq
—  Bu fəsildə dəyişən dünyada müəssisənizə yaxşı və ya pis təsir göstərə biləcək
imkanlar və təhlükələri izləmək üçün biznes "radar"ından istifadə etməyinizin
üstünlükləri təsvir olunur.
26


Ehtiyatlı olun! Ətrafınızda biznesinizin yaxşı getməsinə,
ya  da  müvəffəqiyyətsizliyə  uğramasına  səbəb  ola
biləcək hadisələr baş verir. Dünya sürətlə dəyişir, biz
isə baş verənlərə, misal üçün, texnologiya, iqtisadiyyat
və qaydalardakı dəyişikliklərə birbaşa nəzarət etmək
iqtidarında deyilik. Xarici mühitdəki bu cür dəyişikliklər
bizneslərə  və  təşki latlara,  hətta  bütün  sənayeyə
dərindən təsir göstərə bilər.
Son  bir  neçə  ildə  mobil  telefonlar  ünsiyyət  tərzimizi
kökündən dəyişib, İnternet qlobal bazarların açılmasına
səbəb olub. Avropa İttifaqının normativ aktları getdikcə
daha  çox  dövləti  əhatə  edir  və  genişlənən  sərhədləri
daxilində yaşayan hər bir vətəndaşa təsir edir. Dəyişikliklər
daimidir.
"Radar"dan istifadə
Hadisələri qabaqlamaq istəyiriksə, dəyişikliklərə sadəcə
reaksiya  verməyimiz  kifayət  etmir.  Biz  dəyişiklikləri
proqnozlaşdırmalıyıq. Bu isə xarici mühitin daim nəzarətimiz
altında olmasını tələb edir. Mən bunu durmadan təhlükə
və  kömək  axtarışında  olan,  ekranlarında  yaxınlaşan
gəmiləri və gözlənilən tufanları göstərən gəmi radarına
bənzədirəm. Biz, təbii ki, yaşadığımız dünya ilə təmasda
oluruq və yeniliklər haqqında televiziyadan, dostlarımızdan,
nəşrlərdən və bir çox başqa mənbələrdən məlumat alırıq.
Lakin 360º effektivliyi olan 
Biznes Radarına 
sahib olmaq
üçün imkanlar və təhlükələrin axtarışında daha sistemli
hərəkət etmək lazımdır. Bu cür nəzarətə Xarici Audit (və
ya  Ətraf  mühitin  Təhlili)  deyə  bilərik. PEST  Təhlilində
imkan və təhlükələri izləmək üçün bizim dörd istiqamətə
– siyasi (P), iqtisadi (E), sosial (S) və texnoloji (T) sahələrə
baxmağımız tələb olunur. Daha hərtərəfli yanaşma kimi
növbəti  səhifədəki 
ICEDRIPS  yoxlama  siyahısından
istifadə edərək səkkiz istiqamətdə axtarış edə bilərik. Bu
akronimi  mən  düşünmüşəm  və  bir  çox  təşkilatlara
bizneslərinin  və  ya  sosial  müəssisələrinin  qarşısında
duran  imkan  və  təhlükələri  müəyyən  etməyə  kömək
edərkən bu yoxlama siyahısından istifadə etmişəm. 
Win-
27


Gerçəkləşən İdeyalar
— 
səhifə 102-yə baxın
ICEDRIPS yoxlama siyahısı
Biznes Radarı
Щадисяляри
габаглайын


dows Layihəsinə
baxın.
ICEDRIPS yoxlama siyahısı
İnnovasiyalar (I) –
kompüter texnologiyaları və İnternet və (əlbəttə ki) biologiya
elmləri və nəqliyyat sahəsindəki digər yeniliklər.
Rəqabət (C) –
yalnız rəqiblərdən deyil, bazarın yeni iştirakçıları və əvəzedici
məhsullar kimi digər Rəqabət Qüvvələrindən qaynaqlanan
təhlükələr.
İqtisadiyyat (E) –
inflyasiya, valyuta məzənnələri, sənayedə tənəzzül, dövlət
büdcəsi xərcləri və s. kimi iqtisadi amillər.
Demoqrafiya (D) –
əhalinin yaşlanması, miqrasiya, məşğulluq sahəsindəki
təmayüllər, sosial siniflər və s.
Qanun və normalar (R) –
yeni qanunlar, protokollar, müqavilələr, konvensiyalar və
sənaye normaları, misal üçün, Radio, Televiziya və
Kommunikasiya haqqında Qanun və Təhsildə Standartlar
İdarəsinin məktəb yoxlamaları.
İnfrastruktur (I) –
telekommunikasiya şəbəkələri, nəqliyyat, ictimai xidmətlər
və kommunal xidmətlər.
Tərəfdaşlar (P) –
Digər şirkətlər və ya təşkilatlarla strateji ittifaqlar (Rəqiblərin
Əməkdaşlığına da nəzər yetirin).
Sosial təmayüllər (S) –
texnologiyaların mənimsənilməsi, asudə vaxtdan istifadə,
dəblər və dəyişən inanclar.
Yuxarıda qeyd olunan amillər yoxlama siyahısında əhəmiyyətlilik
dərəcəsinə görə deyil, yalnız yadda saxlanılması asan olan
28
Rəqabət Qüvvələri
səhifə 47-yə baxın
Rəqiblərin Əməkdaşlığı
səhifə 48-ə baxın
Gerçəkləşən İdeyalar 
— 
səhifə 32-yə baxın
Gerçəkləşən İdeyalar  
— 
səhifə 78 və 102-yə baxın


akronimə əsaslanaraq sıralanıb.
Y
oxlama siyahısından istifadə etməyin ən yaxşı yolu dün -
yada baş verən və ya baş verə biləcək 100, ya da buna yaxın
hadisənin siyahısını hazırlamaqdır. (On il ərzində kos mik
fəzada olmuş bir həmkarınıza danışmaq istəyəcə yi niz hər
şeyi bu siyahıya daxil edin!)
Nəticədə ortaya bütün təşkilatlar üçün faydalı olan ümumi
siyahı  çıxacaq.  Siyahıdakı  Rəqabət  və  Tərəfdaşlıq  ele -
mentləri daha çox müvafiq biznes və ya təşkilata aid olacaq.
Daha sonra siyahıya sektorunuz üçün səciyyəvi olan bütün
xüsusi xarici amilləri əlavə edin. Belə amillərə texniki inkişaf,
dövlət təşəbbüsləri və ya sənaye məsələləri aid ola bilər.
Onların hamısını yazın, sonra isə biznesiniz üçün imkan və
təhlükə qaynağına çevrilə biləcək amilləri diqqətlə seçib-
ayırın.
Misal üçün, ucuz beynəlxalq reyslər (infrastruktur) və en di ril -
məsi mümkün olan musiqi faylları (innovasiya) bəzi müəs si -
sələrə əlavə imkanlar qazandırır, digər tərəfdən isə məhkəmə
çəkişmələrinin sayının artması ehtimalı (qanun və normalar)
və bazara Avropa İttifaqına yeni qəbul olunmuş ölkələ sisələr
üçün təhlükə mənbəyinə çevrilir.
Mövqeyinizdən asılı olaraq dəyişikliklər inkişafa və ya fəlakətlərə
səbəb ola bilər; dəyişikliklər sizə necə təsir etmələrindən asılı
olaraq, xeyrinizə və ya zərərinizə olan qüvvələrə çevrilə bilər;
dəyişikliklər onlara göstərdiyiniz münasibətdən asılı olaraq,
imkan  və  ya  təhlükə  qaynağı  ola  bilər.  Birləşmiş  Krallıqda
Əlilliyin  Diskriminasiyası  haqqında  Akt  memarlara,  veb-
dizaynerlərə, reklamçılara və digər yaradıcı bizneslərə eyni
dərəcədə  təsir  edir.  Bəziləri  bunu  biznesləri  üçün  problem
hesab edəcəklər, lakin "hadisələri qabaqlayanlar" yeni tələblərə
sürətlə uyğunlaşacaq və rəqabət üstünlüyü əldə edəcək.
Unutmayın ki, dəyişən rəqabətli mühitdə sizin necə hərəkət
etməyinizdən asılı olaraq, birbaşa rəqiblərinizlə yanaşı, alıcı
və təchizatçıların nisbi qüvvəsi, o cümlədən bazarın yeni
iştirakçıları və əvəzedici məhsullar kimi digər 
Rəqabət Qüv -
29


Rəqabət Qüvvələri
səhifə 47-yə baxın
Дяйишикликляр
имкан вя йа
тящлцкя
гайнаьы 
ола биляр


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə