Futbolka və Kostyum Yaradıcı Biznesə Səyahət Devid Perriş



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix01.09.2018
ölçüsü1,57 Mb.
#66429
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

vələri 
də imkan və ya təhlükə qaynağı ola bilər.
Digər tərəfdən, bəzi hallarda aşkar rəqiblər də əməkdaşlıq
edə bilərlər. Bu zaman 
Rəqiblərin Əməkdaşlığı 
ideyasının
istifadə  edilməsi  rəqiblərin  tərəfdaşlara,  təhlükələrin  isə
imkanlara çevrilməsinə səbəb olar.
Şanxayda kompüter oyunları istehsalı ilə məşğul olan "Shanda
Entertainment"in  prezidenti  Timoti  Çen  proqram  təminatları
piratlığının geniş yayıldığı bir mühitdə işləyir. Proqram təminatları
piratlığı böyük təhlükə idi, lakin "Shanda"nın biznes modelini
dəyi şən Çen müştərilərin onlayn oyunlar üçün mütləq ödəniş
etmələrini təmin etməklə onu imkana çevirdi. Beləcə, proqram
təminatının  pirat  surətlərinin  yayılması  əslində  daha  çox
adamın sistemə daxil olub ödəniş edən müştəriyə çevrilməsinə
səbəb oldu.
12
Online  Originals
yalnız  internet  üzərindən  yayımlanan
elektron kitablar nəşr edən ilk müəssisəni yaratmaq üçün
xarici mühitdəki dəyişikliklərdən (xüsusilə də, İnnovasiyadan)
yararlanmışdır.
Yoxlama siyahısından mümkün qədər çox müsbət və mənfi
amillər  müəyyən  etmək  üçün  istifadə  etmənizdən  sonrakı
addım 
95:5 Qaydasının
köməyi ilə hər bir amil üzrə vacib
olan azlığı tapmaqdır. Xarici imkanların sadəcə 5%-i gələcək
uğurunuzun 95%-nə səbəb ola bilər. Sadəcə bir böyük təhlükə
müəyyən  edilmiş  digər  çoxsaylı  təhlükələrdən  iyirmi  dəfə
daha vacib ola bilər.
Təhlükələrə gəldikdə isə, ən pis ehtimalları proqnozlaşdırın,
daha  sonra  onlarla  necə  mübarizə  aparacağınıza,  yaxud
onları  necə  aradan  qaldıracağınıza  qərar  verin. 
Risklərin
Təhlilinə
də baxın.
Risklərin Təhlilinin əksi İmkanların Təhlilidir. Risklərin Təhlili
ilə  bənzər  prinsiplərə  əsaslanan  İmkanların  Təhlili  biznesə
xeyir gətirmək ehtimalı daha yüksək olan imkanların və bu
imkanların  hər  birinin  mümkün  müsbət  təsirinin  biznes
prioritetlərinin  müəyyən  edilməsi  üçün  qiymətləndirilməsi
texnikasıdır.
Yekun olaraq, ICEDRIPS yoxlama siyahısı sizə yeni imkanları
rəqiblərinizdən öncə müəyyən edərkən təhlükələrindən uzaq
durmaq  və  ya  onlardan  qorunmaq  üçün  erkən  xəbərdarlıq
sistemini, özün
üzün
Biznes Radarınızı
hazırlamaq imkanı
verir.
30
95:5 Qaydası
səhifə 20-yə baxın
Rəqiblərin Əməkdaşlığı
səhifə 48-ə baxın
Risklərin Təhlili
səhifə 100-ə baxın
Biznes Radarı
səhifə 27-yə baxın
Gerçəkləşən İdeyalar 
— 
səhifə 32-yə baxın


31
Əsas Məqamlar
1     Nəzarət edə bilmədiyimiz xarici qüvvələr
bizneslərimizə müsbət və ya mənfi təsir göstərə bilər.
2     Biz dəyişikliklərə reaksiya verməklə kifayətlənməyib
onları proqnozlaşdıra bilməliyik.
3     Xarici mühitdə müəssisənizə təsir edə biləcək
qüvvələri tapmaq üçün "biznes radarı" kimi
ICEDRIPS yoxlama siyahısından istifadə edin.
    Bir, yaxud iki xüsusi imkanı və potensial təhlükələri
müəyyən etmək üçün xarici mühiti diqqətlə nəzərdən
keçirin.
5     Təhlükələr imkanlara çevrilə bilər.
    95:5 Qaydasını yadda saxlayın və vacib olan azlığı
lazımsız çoxluqdan ayırın.
    Ən pis ehtimalları proqnozlaşdırın, sonra isə onlarla
necə mübarizə aparacağınıza, yaxud onları necə
aradan qaldıracağınıza qərar verin.
8     Həmişə sayıqlıq göstərin.


Gerçəkləşən İdeyalar
Online Originals
Elektron Kitabların nəşri ilə məşğul olan 
İnternet Nəşriyyat Evi
32
Yalnız internet üzərindən yayımlanan elektron
kitablar nəşr edən ilk nəşriyyatçı "Online
Originals" e-kitabların nəşriyyatının pioneri olmaq
üçün texnoloji mühitdəki bəzi dəyişikliklərdən
faydalanmışdır. Onlar sektorda baş vermiş bir
çox ilklərin səbəbkarı olublar. PDF faylların
e-kitabların standart formatı kimi istifadə
edilməsi, e-kitablar üçün ISBN nömrələrinin
verilməsi və kütləvi mətbuatda e-kitablara
resenziya yazılması onların sayəsində başlayıb.
Bundan başqa, onlar "Buker Mükafatı"
nominasiyası almış ilk elektron kitabı nəşr ediblər.
"Online   Originals"ın nəşrlərində kitab formatlı
bədii ədəbiyyat, elmi ədəbiyyat və dramaturgiya
yer alıb.
1995-ci ildə Devid Qetmen və həmtəsisçi
Kristofer Makann oxucuların müxtəlif müəlliflərin
əsərlərinin rəqəmsal versiyasını fərdi
kompüterlər, Apple Mac kompüterləri və Palm
əməliyyat sistemi ilə işləyən fərdi rəqəmsal
vasitələrlə  oxuması üçün İnternetdən e-ticarət
paylanma kanalı kimi istifadə edilən tamamilə
yeni növ nəşriyyat müəssisəsinin yaradılması
üçün imkan yarandığını anladılar.
Ənənəvi nəşriyyatlarda kitabı çıxan müəlliflərin
əksəriyyətinin elektron nəşriyyat hüquqlarına
naşirlər tərəfindən qoyulmuş qadağanın əsiri
olduğu bir vaxtda Online Originals zirəklik və
çeviklik göstərərək müəlliflərlə, o cümlədən
bestseller yazıçı Frederik Forsayt ilə "yalnız
elektron hüquqlar"ı əhatə edən sövdələşmələrə
başladı. Bu cür razılaşmalar müəlliflərə adi kitab
nəşriyyatları ilə də müqavilələr bağlamaq azadlığı
verirdi.
Online Originals nəşriyyat anlayışını kökündən
dəyişdi və ənənəvi nəşriyyat işinin çap etmə,
anbarda saxlama, fiziki olaraq paylanma və
satılmamış məhsulların ucuz qiymətə satılması
kimi xərclərin çoxuna qənaət edən, əvəzində
demək olar ki, tamamilə qeyri-maddi aktivlərə
əsaslanan yeni biznes modeli yaratdı. Bu yeni
biznes modeli sayəsində nəşriyyat korporasiyaları
üçün kommersiya baxımından maraqlı olmayan
aztirajlı əsərlərin nəşri iqtisadi baxımdan daha
məqsədəuyğun oldu. Üstəlik, "Online Originals"ın
yeni iqtisadi düsturu satışlardan əldə edilmiş xalis
mənfəətin tam 50%-nin qonorar kimi müəlliflərə
ödənilməsinə imkan verir.
Ənənəvi naşirlər e-kitablar ucbatından kağız
kitabların satışının azalacağından qorxur, elektron
"Online Originals" nəşriyyatı isə məsələyə başqa
tərəfdən yanaşır. Onlar həm fəlsəfi və işgüzar
məqsədləri nəzərə alaraq şifrələmə
texnologiyasından imtina etdilər, bu da rəqəmsal
kitabların dostlar və tanışlar arasında maneəsiz
paylanmasına, e-kitab bir oxucudan digərinə
ötürüldükcə "Online Originals" haqqında
məlumatın virus marketinqində olduğu kimi
yayılmasına səbəb oldu.
Vençur sərmayələrinin köməyi ilə “Online
Orijinals” hətta əlyazmalarla işdən tutmuş rəy
yazılması kimi sırf nəşriyyat proseslərinin bir
çoxunu da son texnologiyalardan istifadə edərək
avtomatlaşdırıb. Bu, əsər təqdimatı üçün
yaradılmış, artıq mövcud olan müəlliflər birliyinin
yeni imzalar üçün bir növ “qapı” rolunu oynadığı
unikal ekspert sisteminin avtomatlaşdırılmasına
imkan yaradır. O, həm də virtual bir təşkilatdır
(nəşriyyatın harada yerləşməsi haqqında heç bir
məlumat yoxdur, çünki bu vacib deyil), onun
korporativ mərkəzə, anbara və ya pərakəndə
satış obyektlərinə ehtiyacı yoxdur, o biznesini
əsasən kiber-məkanda həyata keçirir.
www.onlineoriginals.com


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə