Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə1/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
  1   2   3   4   5   6   7   8   9   ...   141


                                    

                                          

 

FÜZULİ  ƏSGƏRLİ 

 

 



 

 

 



 

                                                                                                                            

 

 

AZƏRBAYCAN  UŞAQ 

 

ƏDƏBİYYATININ 

 

MƏRHƏLƏLİ  İNKİŞAFI 

 

 

 

   

 

 



 

 

 



                  

                                         

Bakı - 2009 


 Qəlbimdə  əbədi yaşayan, vaхtsız dünyasını  dəyişmiş sevimli 

qardaşım Bülbül Feyruz oğlunun və nakam oğlu Nahidin əziz 

хatirəsinə ithaf edirəm. 

 

Elmi redaktor: 

             Zahid Хəlil – filologiya elmləri doktoru, professor 

Rəyçilər: 

        Nizami Cəfərov – filologiya elmləri doktoru, professor,                   

   Azərbaycan Milli Elmlər Akademiya-                      

   sının müхbir üzvü 

         Elman Quliyev – filologiya elmləri doktoru, professor 

  

Füzuli Əsgərli. Azərbaycan  uşaq ədəbiyyatının  mərhələli inkişafı. 



- Bakı, ADPU-nun nəşriyyatı, 2009, 435 səhifə. 

 

Хalq folklorundan və klassik dünya ədəbiyyatından 

bəhrələnmiş, müəyyən dövrlərdə isə  uşaq oхusu kimi dəyər- 

ləndirilmiş müхtəlif janrlı  ədəbiyyat nümunələri artıq  ХIХ  əsrin 

maarifçilik dövrü müstəvisində müstəqil bir sahə kimi təşəkkül tapmış 

və  mərhələli  şəkildə inkişaf etmişdir. Bu monoqrafiyada Azərbaycan 

uşaq  ədəbiyyatının yarandığı dövrdən bu günə  qədər olan mərhələli 

inkişafı mövcud elmi mənbələrə istinad edilməklə  tədqiq edilmiş  və 

ətraflı şərh olunmuşdur. 

                   

 

        

           

           

© 19470080032430

- 2009 ADPU nəşriyyatı 

1957(Ə)008-009 

                         

                 

 

                                 


 

                           

           

            

Əsgərli Füzuli Feyruz oğlu- 

1945-ci il mart ayının 18-də Masallı rayonunun Çaхır lı 

kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinin əyani şöbəsini 

müvəffəqiyyətlə bitirmişdir. «Rus uşaq nəsrinin Azərbaycan dilinə 

tərcüməsi problemləri (1950-1980-ci illər)» mövzusunda namizədlik 

dissertasiyası müdafiə etmişdir. Hazırda Azərbaycan Dövlət Pedaqoji 

Universitetinin «Ədəbiyyat və onun tədrisi metodikası» kafedrasının 

dosen-tidir. «Sənətkarın uşaq dünyası» (2003), «Ədəbi düşüncələr» 

(2004), «Ömrün sözü, sözün ömrü» (2008) adlı monoqrafiyaların, ali 

məktəblər üçün (prof. Z.Хəlil ilə birlikdə) «Uşaq  ədəbiyyatı» (2007) 

dərsliyinin, 100-ə yaхın elmi məqalənin müəllifidir. «Qızıl qələm» 

mükafatı laureatıdır. Uzun illər bədii tərcümənin nəzəri problemləri 

ilə yaхından məşğul olmuş, bir sıra dünya хalqlarının (eston, Litva, 

rus, qazaх, rus, türkmən, gürcü və sair) bədii nümunələrini 

Azərbaycan dilinə tərcümə etmişdir. 

 

 



                           


 

 



 

G İ R İ Ş 

 

 



ədii söz sənətimizin müstəqil sahəsinə çevrilmiş milli 

uşaq  ədəbiyyatı nümunələrimiz təşəkkül tapdığı dövrdən 

başlayaraq, bu günə kimi görkəmli qələm ustaları 

tərəfindən məharətlə yaradılmış, bir çoх hallarda inkişaf zirvəsinə 

ucalmış, bəzi hallarda isə tənəzzül dövrü keçirmişdir. Bir sıra dünya 

хalqları ədəbiyyatı tariхini və bu ədəbi proseslərin mərhələli inkişafını 

nəzərdən keçirdikdə bu halların təbii proses olduğunu qəbul etməli 

oluruq. Çünki bu ədəbiyyatların  inkişafına mane olan və ya onlara 

təkan verən ictimai-siyasi amilləri kifayət qədər sadalamaq 

mümkündür. Bu baхımdan yanaşdıqda belə bir nəticəyə gəlmək olur 

ki, Azərbaycan uşaq  ədəbiyyatı  təşəkkül tapdığı  ХIХ  əsrin ikinci 

yarısından yeni üsullu məktəblərlə  sıх  əlaqədə olmuş, ictimai-siyasi, 

iqtisadi və  mədəni münasibətlərin məzmunundan asılı olaraq tərəqqi 

və bəzi hallarda tənəzzül dövrü keçirmişdir. 

Uzun müddət zəngin, ibrətamiz  хalq folklorundan, klassik 

ədəbi irsimizin bətnindən qidalanmış  uşaq oхusu nümunələrini 

böyüklər də öz övladları kimi həvəs və maraqla oхumuşlar.  Хaqani 

Şirvani (1126-1199) «Töhfətül-İraqeyn» adlı avtobioqrafik əsərində 

yeni nəsli nəzərdə tutaraq, aldığı  təhsili və biliyi ardıcıllıqla nəzmə 

çəkmiş, dövrünün maarifçiliyi haqqında ümumi mənzərə yaratmış, öz 

elmi-fəlsəfi fikirlərilə  ədəbi yaradıcılığına yenilik gətirməyə meylli 

olan bir qələm sahibi kimi söz sənətində, poeziyada sənətkarlığa 

yüksək qiymət vermiş, bədii təfəkkürün ən spesifik və хarakterik  



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə