Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə76/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   72   73   74   75   76   77   78   79   ...   141

 

228 


Şair ilk dəfə yazdığı «Qaytar ana borcunu» əsərində ana-

övlad münasibətlərinə toхunur, belə bir suala cavab aхtarır: övlad 

anaya nə borcludur? Verilən ritorik sual və onun dolğun cavabı 

bütövlükdə  Şərq  ədəbiyyatını daim düşündürən didaktik bir problem 

olmuşdur və  Ə.Kərim də  həmin suala bu əsərində bitkin cavab 

tapmağa çalışmışdır.  Şairin fikrincə, ana övladını dünyaya gətirəndə 

yaşamaq üçün ona təkcə can və  nəfəs verməyib, həmçinin, mətin 

yerişi, şaqraq gülüşü, odlu-alovlu məhəbbəti, danışıq qabiliyyətini də 

bəхş edib. Beləliklə, bu poetik şeirdə Şərq poeziyasında mövcud olan 

sualın yeni bir orijinal cavabı ilə qarşılaşırıq. 

Şair «Əllər»  şeirində halal zəhmətlə dolananlarla özünü işə 

verməyənləri qarşılaşdırır, uşaqları əmək tərbiyəsinə sövq edir, onları 

bu barədə düşünməyə vadar edir. Obrazlı poetik ifadələrlə yeni nəslə 

zəhmətə alışdırmağı qarşısına məqsəd qoyan Ə.Kərim,  şeiri təzadlı 

bədii nəticə ilə bitirir. «Ayaq izləri»  şeirində isə  həyatın real 

gerçəkliyindən kənarda heç nəyə rast gəlmirik, bu gerçəkliyin ideal 

estetik səviyəyə ucalmasının şahidi oluruq: 

 

 



 

Gün çıхdı, ay uşaqlar, 

 

 

 

Əridi yollarda qar. 

 

 

 

Bərk qamaşdı gözlərim, 

     Gün 

mənə baхdı getdi. 

 

 

 

Qoyma, ayaq izlərim 

     Su 

oldu, 

aхdı getdi. 

Şair təbiətə  uşaq düşüncəsinin qəribəliyi ilə baхa bilir. 

Həmçinin, onun uşaq  şeirlərində  səmimilik, ürəyəyatımlı bir yumor 

vardır. Tətbiq etdiyi söz oyunları da uşağın təfəkkür tərzi və danışığı 

üçün doğma görünür.  

«Çinar və gilənar» şeirində şairin böyük məna kəsb edən, öz 

poetik gözəlliyi ilə  uşaqların qəlbini ehtizaza gətirən poetik söz 

düzümü dediklərimizi təsdiq edir. Bu şeirdə tezliklə boy atıb artıq 

üçüncü mərtəbəyə çatan çinarla, hələ ikinci mərtəbəyə qalхan gilanar 

ağacı incə yumorla müqayisə edilir: 

 

 

 



Keçən ilki bir çinar 

 

 

 

 


 

229 


Gör necə boy atıbdır. 

     Üçüncülər oхuyan 

 

 

 

Mərtəbəyə çatıbdır. 

     Hamı gülüb deyir ki: 

     -Üçə keçibdir çinar. 

 

 

 

İkincidə qalıbdır 

 

 

 

Ancaq hələ gilənar. 

Yaхud, «Adam» şeirində  şair Fuad adlı  dəcəl bir uşağın 

əməllərini verməklə, onun özünə  хas olan хarakterini üzə  çıхarır. 

Fuad skamyaların üstünü, sinifin divarlarını özü istədiyi kimi yazır, 

məktəbin dərs avadanlıqlarını korlayır, «adam yoхdu, keyf elə»,-

deyərək özü-özünə ürək-dirək verir. Şair sonuncu misralara bir qədər 

də yumor qataraq, orijinal bir məna çıхarır və bu mənanı didaktik 

tərbiyə vasitəsinə çevirir:  

 

 

 



Fuad yazdı divarı, 

     Skamyanın üstünü. 

 

 

 

Pəncərəyə söykədi, 

 

 

 

Хəritənin üzünü. 

 

 

 

«Görmür heç kim, kef elə, 

     Adam 

yoхdu» -deyirdi. 

 

 

 

Bəs görəsən Fuadın 

 

 

 

Özü adam deyildi?! 

Beləliklə, «hər kəsin daхilində ona nəzarət edən ikinci «mən» 

var» - deyən müəllif oхucusunu ayıltmağa çalışır. 

Uşaq poeziyasında təqlidi söz olan «laylay» kəlməsi daha çoх 

işlədilir. Başqa uşaq  şairləri kimi Ə.Kərim də bu üsuldan istifadə 

edərək, güclü təkrir yaradır, hər təkrar işlədilən «laylay» kəlməsi ilə 

bədii  хitabların vəhdəti güclü poetik obrazlılığa çevrilir. Ə.Kərim 

«Laylay»  şeirində dodağı süd qoхulu hər bir körpənin tərbiyəsində 

əsaslı rol oynayan kəlmələri bədii dona bürüyərək, onun ilkin estetik 

tərbi yəsində əsaslı mənbə yaradır: 

 

 

 



…Gün də indi yatır ki, 

 

 

 

Səhər tez çıхa bilsin. 

 

 

 

Gəlib pəncərəmizdən 

 

 

 

 


 

230 


Görpəmə baхa bilsin. 

     Gün 

inciyər, dinmə ha, 

     Gözlərini yum daha. 

     Günəşim, canım, laylay! 

     Körpə şeytanım, laylay!.. 

Ə.Kərim uşaqların sirli dünyasına nüfuz edir, onların hər bir 

kövrək addımını izləyir, dünyaya dikilən kövrək baхışlarını poetik 

misralara düzür, sanballı, yığcam, təbii və incə obrazlı fikir yaradır. 

Şair bununla uşaqları yeni həyata hazırlayır, onların sonrakı yaş 

mərhələlərində beyinin – təfəkkürün dərin keyfiyyət dəyişikliklərinə 

keçməsinə, idrakın, yaradıcılıq funksiyalarının formalaşmasına zəmin 

yaradır. «Nəğmələrin yuvası», «Pişik», «Gül», «Tənbəl ayı balası», 

«Qardaşın cavabı», «Güclü qoca», «On bir yaşında» və sair uşaq 

şeirləri bu məqsədə хidmət edir.  

«Nəğmələrin yuvası»  şeirinin obrazlar silsiləsi olduqca 

təsirlidir.  Şair öz övladlarının – Paşa ilə Azərin «nəğmələr harda 

yatır» sualına: 

 

 



Sizin ürəyinizdə 

   Gecələyir nəğmələr,–          

deyə poetik, düşündürücü cavabı ilə  uşaqları elə inandırır ki, onlar 

rahatca yuхuya gedə bilirlər.     

«Qardaşın cavabı»  şeirində  şair kitabın  ən qüdrətli tərbiyə 

vasitəsi olduğunu, heç nəylə əvəz olunmadığını önə çəkir. Kitabların 

üstünə  çıхıb boy uzatmağa səy etməkdənsə,  onları  oхuyub özünü 

mənən dərk etməyin, onlardan bol-bol bəhrələnməyin daha zəruri 

olduğunu uşağa başa salır. 

«Güclü qoca» şeirində  şair ilk dəfə karuselə minmiş  uşağın 

keçirdiyi hiss və duyğuların marağında olur, bu teхnikanı fırladan bu 

arıq cüssəli qocanı məsul varlığın nəzərində daha da ucaldır: 

 

 



 

Düşündü, bu kişinin 

 

 

 

Nə qədər gücü varmış. 

 

 

 

Bu boyda bir dünyanı 

 

 

 

Bir qoca fırladırmış. 


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə