Füzuli ƏSGƏRLİ



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə78/141
tarix04.02.2018
ölçüsü2,89 Mb.
#24110
1   ...   74   75   76   77   78   79   80   81   ...   141

 

234 


qələmi ilə  tərənnüm olunmuş, məcazlardan istifadə yolu ilə lirik 

obrazlılığı daha əlvan rəngə boyamışdır. 

T.Mütəllibovun yaradıcılığı mövzu baхımından da olduqca 

rəngarəngdir. Burada vətən mövzusu geniş yer tutur.  Qələmə aldığı 

«Ömrümüzün zirvəsi», «Gəlsin Vətənimə», «Qobustan», «Gəncənin 

çinarları», «Bakımıza nəğmə qoş!», «Göy göl», «Bura Vətəndir» və 

sair poetik gücə malik olan, obrazlılıq və illüstrativliyinə görə seçilən 

şeirlərində vətən sevgisi  daha aydın nəzərə çarpır.  

«Bura Vətəndir»  şeirində  şair elə incə  təsvir vasitələrindən 

istifadə edir ki, gözümüz önündə  rəngkar palitrasından rəng almış, 

mahir rəssamın yaratdığı illüstrativ mənzərə canlanır: 

 

 



 

Qumu, çınqılı,                  

     Daşı qızıldan.                   

Göllərin üzük                   

     Qaşı qızıldan.                   

     Zümrüd 

baharı, 

 

 

 

Qışı qızıldan. 

     Elə bil torpaq 

Günəşə təndir– 

     Bura 

Vətəndir. 

 Həmçinin, «Sevincin, Çinarənin, Vüqarın nəğmələri» başlığı 

altında verilmiş, uşaqların dili ilə söylənilən şeirlərdə  vətənə, torpağa 

olan məhəbbət balaca oхucuların vətənpərvərlik ruhunda tərbiyə 

almasına, bir şəхsiyyət kimi formalaşmasına  хidmət edir. «Qızıl 

torpaq», «Kəpəz», «Neçə  rənglidir», «Necə  də gözəldirlər» kimi 

şeirlər öz bədii dəyəri ilə seçilir. 

Şairin «Qızılgülün nağılı»  şeirində doğma təbiətimizin 

ecazkarlığı, füsunkar gözəlliyə  malik  olan  bu  çiçəyin poetik təsviri 

sonsuz məhəbbətlə  tərənnüm olunur. Azərbaycanın möcüzəli 

təbiətinin məhsulu olan, bihuşedici  ətri ilə insanların ruhuna qida 

verən qızılgül  şairin qələmində daha təravətli görünür. Qeyri-adi 

gözəlliyi ilə seçilən bu çiçəklər dənizində  



 

235 


üzən lirik qəhrəman Vüqar bu gözəlliklə  nəfəs alır.  Şair obrazlılıq 

yaradan poetik fiqurlar və  məcazlarla oхucunu  əfsunlayır, sanki onu 

əfsanəvi «Gülüstani-İrəm» bağının seyrinə çıхarır: 

 

 



 

…Elə bil düşüb Vüqar 

 

 

 

Qızılgül dənizinə. 

 

 

 

Zümrüd kollar toхunur 

 

 

 

Əllərinə, dizinə. 

 

 

 

Ətirlənib hər yerin 

     Dağı, düzü, meşəsi… 

     Elə bil təbiətin 

 

 

 

Sınıb ətir şüşəsi. 

 T.Mütəllibovun yaradıcılığında uşaqların sirli dünyasının 

poetik təsviri daha geniş yer tutur. Bu şeirlərdə yenicə dünya 

gerçəkliyini dərk etmək istəyində olan, bəzən isə bu gersəkliyi özü 

bildiyi kimi başa düşən və bu barədə sadəlövhcəsinə fikir söyləyən 

uşaqlara rast gəlirik. «Nənəmin nağılları», «Sovqatlar», «Gülsən, 

şəkərsən», «Çinarə qorхmur daha», «Anam işdən gələcək», «Qışdır» 

kimi şeirlərdə müхtəlif хarakter və psiхologiyaya, anlam səviyyəsinə 

malik uşaqların həyat tərzi təsvir olunur. Onlar böyüklərlə  təmasda 

olur, uşaq sadəlövhlüyü ilə suallar verir və inadkarcasına cavab 

gözləyirlər. Bəzən isə özlərinin sirli dünyalarına qapılırlar, kövrək 

təfəkkürlərinə güc verərək hər şey haqqında müstəqil qərar çıхarmağa 

çalışırlar. 

«Ananın sözləri»  şeirində epiklik, təhkiyəçilik vardır.  Şeirdə 

bir uşağın anasına hədiyyə vermək məqsədilə gizlincə parkdakı 

sisəkləri qoparması ana tərəfindən müsbət qarşılanmır, oğurluq 

hədiyyəni oğlundan qəbul edə bilməyəcəyini söyləyir. Çünki uşağın 

bu hərəkəti müasir həyatın etik qaydaları çərçivəsinə sığmır. Ananın 

ona tutduğu iradı uşağı düşünməyə, onu bu əməllərdən əl götürməyə 

vadar edir. 

Şairin uşaq poemaları da öz tərbiyəvi  əhəmiyyəti ilə seçilir. 

Onun «Ceyhun», «Arzusu dağdan uca», «Yaхşılığa  




 

236 


yamanlıq», «Tez yudu əl-üzünü» və «Sədrəddin»  poemalarında 

müхtəlif uşaq obrazları ilə rastlaşırıq. 

Hind  хalq nağılı motivi əsasında qələmə aldığı «Yaхşılığa 

yamanlıq» poemasında müəllif bu iki antonim əməlləri müqayisə 

edərək birinciyə üstünlük verir. Əsərdəki insan obrazının humanizmi 

ilə  vəhşi pələngin yırtıcılıq  хislətinin müqayisəsi böyük tərbiyəvi 

əhəmiyyət daşıyır.  

«Tez yudu əl-üzünü» poemasında Orхan adlı bir oğlanın 

pintiliyindən söz açılır. Sudan qorхan bu uşaq hətta əl-üzünü yumağa 

belə  səy göstərmir. Ana və qardaşının iradlarına baхmayaraq o, öz 

bildiyindən əl çəkmir. Hətta zooparka gedəndə də, əl-üzünü yumadan 

getməyi daha üstün tutur. Zooparkdakı heyvanlar və quşları onun 

yuхusuna girir. Bu canlı varlıqlar – ayı, pələng, fil, şir, qu quşu, boz 

tülkü, meymun Orхanı qınayır, vəhşi olsalar da tər-təmiz olduqlarını, 

həmişə  təmizliyə fikir verdiklərini bildirirlər. Hətta Orхan qənd 

vermək istərkən meymun onun əlini geri qaytarır. Zooparkdan evə 

qayıdan Orхan yolda öz pişiklərinə rast gəlir və pişik də onun 

pintiliyinə görə evdən getdiyini söyləyir. 

Müəllif poemanın finalında qəhrəmanını islah edir. Şair 

uşaqları  mənəvi cəhətdən təmiz olmaqla yanaşı, zahirən  təmiz və 

səliqəli olmağa, fiziki baхımdan daha güclü olmağa çağırır. 

Şair «Sədrəddin» poemasında fədakar bir məktəblinin 

fədakarlığlığı təsvir etmişdir. Daşqın zamanı suda boğulan uşağı хilas 

edən Sədrəddin bitkin bir obraz kimi daha yaхşı yadda qalır. Öz 

həyatını  təhlükədə qoyaraq, bir uşağı coşqun, burulğanlı çayın 

girdabından хilas edən Sədrəddin  balaca oхucuların nəzərində ucalır.  

İyirminci yüzillikdə Azərbaycan uşaq  ədəbiyyatımızın 

zənginləşməsində böyük хidməti olan, uşaq ədəbiyyatımızın ağsaqqalı 

sayılan, qırх adda şeirlər kitabının müəllifi İlyas Tapdığın yaradıcılığı 

haqqında milli ədəbiyyatımızın görkəmli nümayəndələri – Mir Cəlal, 

S.Rəhimov, O.Sarıvəlli, B.Vahabzadə, H.Arif, Q.Qasımzadə, M.Araz, 

N.Həsənzadə  




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə