Füzuli poetik şeirinin açarı (Mir Cəlalın «Füzuli sənətkarlığı» əsəri)



Yüklə 89,63 Kb.
tarix25.06.2018
ölçüsü89,63 Kb.
#51787


ÄRAŞdlRMA  --------------------------------------------------------------------------------

Füzuli poetik şeirinin açarı

(Mir Cəlalın  «Füzuli  sənətkarlığı»  əsəri)

A

zərbaycan  fuzulişünaslığında  M.Füzulinin  poeti­

kası  haqqında  monoqrafiyanı  Mir  Cəlal  Paşayev 

yazmışdır.  Əsər  ilk  dəfə  1940-cı  ildə  EA-nın Azərbaycan 

Filialı  (Az.F)  nəşriyyatında  «Füzulinin  poetik  xüsusiyyət­

ləri»  adı  ilə  çap  olunub.  Bu monoqrafiya sonralar üç  dəfə 

1958,  1994 və 2007-ci illərdə «Füzuli sənətkarlığı» adı ilə 

təkrar nəşr edilib.  Azərbaycan  fuzulişünaslığının təşəkkül 

mərhələsinin yekunlaşdıran bu  qiymətli əsər,  həm də Fü­

zulinin poetik dərk mərhələsinin əsasını qoydu. Təəssüflər 

olsun ki,  Azərbaycan fiizulişünaslığı bu xətt üzrə getmədi, 

bəlkə də ədəbiyyatşünaslığımızın buna gücü çatmadı, ədə­

biyyatşünaslığımız  tarixi-materializm  mövqeyinə  keçdi, 

formalizm əla dini poetikaya etinasız qaldı.  Bir qədər mü­

bahisəli görünsə də, deməliyik ki, sovet dönəmində M.Fü- 

zulinin poetikasını  açmaq üçün  ədəbiyyatşünaslığımız nə­

zəri-metodoloji baxımdan hazır deyildi.  Bununla belə,  ob­

yektivlik naminə deməliyik ki,  professor Mir Cəlalın «Fü­

zuli  sənətkarlığı»  Azərbaycan  'füzulişünaslığının  hər  üç 

mərhələsində  iştirak etdi  və  öz  orijinal  funksiyasını  qoru­

ya bildi.  Mir Cəlal bu kitabdan sonra da M.Füzulinin poe­

tik sənəti  haqqında maraqlı  məqalələr çap etdirdi.  (Məsə­

lən, bax: Füzuli şeirlərindəki elmi və bədii məntiq haqqın­

da EA Az.F.  Xəbərləri,  1941,  №1,  s.25-34;  Məhəbbət və 

sənət. «Azərbaycan»j,1958, №3, s. 121-141). XX əsrin 80- 

ci  illərində  M.Füzulinin  yenidən  (poetik)  dərkə  marağın 

artması təkcə şairin yaxınlaşmaqda olan 500 illiyi ilə bağlı 

deyildi.  «80-ci  illərin ortalarında Füzuli yaradıcılığına ma­

rağın  artmasını  milli  şüurun  yeni  dirçəlişi  ilə  izah  etmək 

mümkündür.  1985-ci  ildə  V.Feyzullayevanın  «Füzulinin 

qəsidələri»,  1986-cı  ildə  isə  S.Əliyevin  «Füzulinin  poeti­

kası»  monoqrafiyaları  çapdan çıxır.  Bu əsərlər ədəbiyyat­

şünaslığın son nailiyyətləri  əsasında yazılaraq sələflərinin 

bir  sıra  obyektiv  və  subyektiv  nöqsanlarını  təshih  etmək 

məqsədini də güdürdü» (  1,  s.  15).

M.Füzulinin  poetik dərki  sahəsində  XX  əsrin  80-90- 

cı  illərində  yazılan  tədqiqatlar  ilk  növbədə  Mir  Cəlalın, 

H.Araslınm,  Məmməd  Cəfərin,  Ə.Cəfərin,  M.Quluzadə- 

nin ənənələrinə və ideyalarına istinad edirdi.

Mir Cəlalın «Füzuli sənətkarlığı» monoqrafiyası M.Fü­

zulinin poetik dərk mərhələsində böyük rol oynadı. 80-ci il­

lərdə dahi  şairin poetikasına müraciət edənlər fuzulişünas- 

lığın tarixilik mərhələsini  adlayaraq Füzuli  poetikasına  ilk 

monoqrafik qaynaq kimi müraciət etdilər.

Görkəmli  yazıçı  və  alim  Mir  Cəlal  1958-ci  ildə 

kitabın təkmilləşdirilmiş nəşrinə  yazdığı m üəllif sözündə 

qeyd edir ki, indiyədək Füzulinin «dühasını ləyaqətlə təh­

lil,  təyin  edən  mühüm  bir  elmi  əsər  yaradılmamışdır».

Alim  bunun  səbəbini,  ilk  növbədə,  Füzuli  sənətinin 

ecazkarlığmda  görür,  insanlar  o  cümlədən,  tədqiqatçılar 

«Füzuli  misralarından  aldıqları  tükənməz  mənəvi  estetik 

zövq ilə yaşamağı bu misralar üzərində təhlil aparmaqdan 

daha  fəzlə,  daha  münasib  sayırdılar»  (2,  s.3)  deyir.  Mir 

Cəlal  öz  əsərini  də  qiymətləndirərək  (oxucuya  təqdim 

edilən  bu  kitabı  Füzuli  sənəti  haqqında  mükəmməl  əsər 

saymaq  fikrində  deyilib)  (2,s.4)  qənaətinə  gəlir.  Müəlli­

fin  bu  təvazökar  mülahizəsinin  arxasında  çox  ciddi  bir 

səbəb  dayanır.  Alim  yazır:  «Füzuli  sənətinin  qüdrətini 

miqyasını,  məziyyətlərini  təhlil  və  təyin  etmək  bir nəfə­

rin,  bir elmi  məktəbin,  hətta,  bəlkə  də  bir elmi  nəslin  işi 

deyildir» (2.  s.4).

Bu  sətirlərdə  alimin  dahi  M.Fizuli  sənətinə  hörmət 

və  ehtiramı,  sevgisi,  eyni  zamanda,  Füzuli  sənətinin əzə­

məti, irakdan gələn vahiməsi ifadə olunur. XI əsrin böyük 

ədəbiyyatşünası Xəbib Təbrizi yüksək poeziyanı nəzərdə 

tutaraq «Şeir haqqında şeir yazmaq çətindir» deyirdi.  Mo­

noqrafiyanın  «başlanğıc»mda  müəllif öz  əsərinin  ayəsini 

ifadə  edərək yazır:  «Oxuculara təqdim  olunan  bu kitabda 

Füzulinin  bütün  yaradıcılığı  təhlil  edilmir,  burada  böyük 

şairimizin əsərlərində rast gəldiyimiz bir sıra xarakter b ə­

dii üsul və vasitələr nəzərdən keçirilir»  (2,  s.9)

Beləliklə, müəllif özü əvvəlcədən kitaba münasibətin 

metodoloji  miqyaslarım  müəyyənləşdirir.  M.Füzuli  irsi­

nin  poetik  təcrübəsini  «şeirin  müasir  vəzifələri  üçün 

səfərbər  etm əb)  Mir  Cəlalın  əsas  məqsədlərindən  biri 

kitabın nəzəri əhəmiyyəti ilə müvazi təcrübi əhəmiyyəti­

ni əks  etdirən cəhət idi.

«Füzuli  sənətkarlığı»  monoqrafiyasını  fərqləndirən, 

daha  doğrusu,  onun  füzulişünaslıqda  dəyərini,  yerini  və 

rolunu  müəyyən  edən  üç  ümumi  metodoloji  xüsusiyyəti 

qeyd etməliyik:  1)  Füzuli  şeirinin poetikasını açmaq üçün 

şairin istinad etdiyi ədəbi-bədii mirasın təcrübəsi əsas gö­

türülür;  2)  M üəllif M.Füzuli  nəzəriyyədən,  hazır  poetik 

kanonlarla  gəlmir,  şairin  poeziyasından,  bu  poeziyanın 

fərdi dərk imkanlarından müraciət edir;  3) Monoqrafiyada 

ənənəvi akademik əsillər qoymur,  essevari sərbəst poetik 

mündəricat verir; 4) Dövrünün bütün ideoloji tələb və təz­

yiqlərinə  baymayaraq tarixi-sosioloji  təhlillərdən  maksi­

mum uzaqlaşmağa çalışır və buna əsasən nail ola bilir.

Özündən  əvvəlki  dövrün  poetik  ənənələrinə  yaradıcı 

istinad hər bir böyük şairin yaradıcılığı üçün səciyyəvidir. 

Fəqət, şair məhz o zaman sayılıb seçilir ki, özündən əvvəl­

ki  ənənələrin cazibəsini  dəf edir,  buxovunu parçalayır və 

öz fərdi üslubunu təsdiq edir.  Məhz bu cəhət böyük şairli­

yin, əsl sənətkarlığın imkan göstəricisidir.  M.Füzuli özün-

yeni

mədəni-maarif jurnalı  3  - 2009

6 8



dən  əvvəlki  poetik  tilsimi  çox  tez  sındırdı.  Buna  səbəb, 

hər  şeydən  əvvəl,  M.Füzulinin  ilahi  vergisi  olan  istedadı 

və  bu  istetedada  dözmək əzabı  idi.  Bununla  bərabər,  biz 

Füzuli poetikasına açar olan bir mühüm cəhəti də qeyd et­

məliyik: Füzuli öz bədii istedadını elmlə süstləndirə, elmin 

möhtəşəm pyedstahna qaldıra bildi. Füzulinin sənətindən, 

şeirinin poetikasından yazan bütün alimlər - istər Türkiyə, 

istər  Avropa  və  Rusiya,  istərsə  də  Azərbaycan  fuzulişü- 

naslan  onun  məşhur bir düsturundan açar salmışlar:  «Zira 

ki,  elmsiz şeir əsası yox  divar olur və əsassız divar qayət- 

də  bietibar  olur»  (3,  s.27).  Mir  Cəlal  da Füzulinin poetik 

sənətini  təhlil  edərkən  bu  başlanğıcı  əsas  qəbul  edir. 

M.Füzulini  «lirik  şerimizin  atası»  hesab  edən  Mir  Cəlal 

M.Füzulinin  özünütəsdiqini  şərh  edib  yazır:  «Füzulinin 

böyük sənətkarlıq hünəri orasındadır ki, o, işlənmiş söz və 

ifadə formalarına da tamam yeni, orijinal şəkil, yeni məna, 

yeni məzmun və xarakterdə verir.  Predmetə,  obyektə,  h ə­

yati hadisəyə heç bir şairin yanaşmadığı bir dəqiqliklə ya­

naşır.  Predmetə  yanaşanda,  onun kölgədə qalmış bədii fa- 

narla  hələ  indiyə  qədər  işıqlandırılmamış  tərəfini  işıqlan­

dırır» (2, s.9).  Bunun üçün M.Füzuli həm də elminə borclu 

idi.  Şair  şer  sevdasına  ürcah  olandan  sonra  elmə  üz tutur. 

Elmlə şeirin, elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti Fü­

zuli  şeirinin  əsas  zəmini  -   qüdrət  mənbəyi  idi.  Kitabının 

«Füzuli  şeir haqqında» bölməsində Mir Cəlal belə qənaə­

tə gəlir ki,  «Füzuliyə görə, bədii  əsərdə söz adi,  sadə m ə­

nasından çox-çox yüksək məna gözəlliyinə və təsir qüdrə­

tinə  malik  olmalıdır.  Ədəbi-bədii  əsər  xüsusi  bir  fəsahət 

və  bəlağətlə  yazılmalıdır.  Vəznə,  qafiyəyə  salınmış  hər 

yazıya bədii əsər deyilə bilməz.» (səh  14).

Yeri  gəlmişkən,  qeyd  edək  ki,  müəllif  M.Füzuliyə 

bəzən  bu  tipli  subyektiv  zövqün  məhsulu  olan  sərbəst 

şərhlər də verir ki,  bunlar da müəyyən qədər sənəti mate­

rialist izah xarakteri daşıyır.

Mir Cəlal göstərir ki, M.Füzuli şairdən azadlıq və cə­

sarət  tələb  edir.  Bunu  şeirin  səmimiyyəti  üçün  əsas  şərt 

sayır,  səmimi  olmayan  nəzmi  şeir  hesab  etmirdi.  Füzuli­

nin  sənət  duyğuları  səmimiyyətdən,  fikirləri  elm və  hik­

mətdən  yoğrulmuşdu.  Mir  Cəlal  M.Füzulinin  nəzəri  gö­

rüşlərində  şeir  sənətinin  elmi  əsaslarının  yaradılmasını 

şairin  böyüklüyü  hesab  edirdi.  Mir  Cəlalın  Füzuli  sənət 

konsepsiyası  ilə  bağlı  sənəti  materialistcəsinə  yozan mü­

lahizələrindən  biri  də  belədir:  «Füzuli  şeirdə məzmun və 

mündəricəyə tabe olduğunu təsdiq edir. Onun fikrincə sə­

nətkar söz vasitəsi  ilə  qəlbin  daxili  aləmini  açır,  o  aləmi 

bədii şəkildə ifadə edir. Məzmun etibarı ilə bir şey demə­

yən,  varlığı,  insanı  və  insan  hisslərinin  surətini  ifadə  edə 

bilməyən  əsər  əsər  deyil»  (s.  21).  Biz  belə  hesab  edirik 

ki,  əsərində  dərin məzmun əks  etdirməyən şair,  heç  vaxt 

mükəmməl  bədii  forma  da  tapa  bilməz.  Əgər  sənətkar 

hətta adi  fikri  belə  yüksək formada ifadə  edə  bilirsə,  de­

məli, o,  artıq dəyərli bədii əsər yaradıb. Forma şairin var­

lığında məzmunla birlikdə doğulur, şair qayğıkeş ana kimi 

onu  geyindirir,  bəzəyir,  süsləyir.  Mir Cəlalın əksər müa­

mədəni-maarif jurnalı  3  - 2009

sirləri (məsələn,  M.Quluzadə)  belə  fikirdə idilər ki,  guya 

Füzulini  sufi  hesab  edən tədqiqatçıların  günahı  bunda idi 

ki, onlar (məsələn, M.F.Köprülüzadə) Füzulini Məcnunla 

eyniləşdirirdilər.  Bu  məsələdə  Mir  Cəlal  düzgün mövqe­

də  dayanır.  «Leyli  və  Məcnun»da  Füzuli  Leyli  və 

Məcnunun  başına  gələn  bəlalar  üçün  fələyi  ittiham  edir. 

Mir  Cəlal  «Leyli  və  Məcnun»dan  gətirdiyi  misala  istina­

dən  yazır:  «Buna  qarşı  «fələk»  də  şairi  müqəssir  görür. 

Çünki  Leylini  də,  Məcnunu da yaradan,  onları əzablı yol­

lardan  keçirən,  münasibətlərə  salan,  başlarında  min  cür 

bəla təsvir edən  özüdür...günahkar  da Füzulinin  özüdür» 

(səh.22).  Fikrimizcə,  Mir  Cəlal  buradan  çıxış  edib, 

yaradıcıya, sənətkara, Füzulinin öz sözü ilə böyük qiymət 

verir:  «sənətcə  yararadıcının  bədii  niyyəti,  uydurması, 

icadı çox mühüm bir məsələdir.  SƏNƏTKAR bir «xaliq» 

kimi  «əmvatə can  verməlidir»  (s.  23).

Mir Cəlal «Füzuli  sənətkarlığı»nda «Qəzəl haqqında» 

adlı  xüsusi  bir  bölmə  verir.  Bir janr kimi  qəzəl  və  Füzuli 

qəzəlinin  poetikasından  bəhs  edən  bu  maraqlı  hissədə 

müəllif aşiqanə  qəzəldən  bəhs  edərkən  birdən-birə  fuzu- 

lişünaslıqda mübahisəli problemlərdən olan Füzuli eşqinin 

mahiyyəti  məsələsini  qoyur.  Lakin,  gəlin,  əvvəlcə  Mir 

Cəlalın  qəzəl  haqqında  nəzəri-poetik  qənaətlərini  nəzər­

dən keçirək.  Bu, poetika üçün zəruri  məsələdir.

Mir Cəlal  ana dilində yaranmış  «lirik şeirin böyük ba­

nisi,  ölməz dahisi adlandırdığı M.Füzulinin dühasının daha 

çox  «Leyli  və  Məcnun»  poemasıda  və  qəzəllərində  ifadə 

olunduğu  qənaətinə  gəlir.  Müəllif  Füzulinin  qəzəllərini 

təkcə Azərbaycan ədəbiyyatının deyil,  bütün Şərq lirikası­

nın ən yaxşı nümunələri hesab edir.  Müəllif yazır:  «Qəzəl 

janrı qədim janrdır.  O,  bizim ədəbiyyata ərəblər və farslar 

vasitəsilə  keçmişdir»  (s.25).  Məlumdur  ki,  Şərq 

ədəbiyyatında  qəzəlin  üç  zirvəsi  -  üç  dahi  yaradıcısı  var: 

ərəb  poeziyasında  Əbu  Nüvas,  fars  poeziyasında  Hafiz, 

türk şeirində M.Füzuli.  Orta Asiya türkləri içərisində qəzə­

li şeirin tacı mənziləsinə Əlişir Nəvai qaldırmışdır. Mir Cə­

lal,  çox doğru olaraq,  belə nəticəyə  gəlir ki,  Füzulinin liri­

kası məhəbbət lirikası, aşiqanə lirikadır: «Aşiqanə qəzəllər 

Füzuli lirikasının canıdır».  Ona görə şairin tərənnüm etdiyi 

eşq, sevgi «yalnız aşiq-məşuq məhəbbəti, yalnız qız və oğ­

lan arasında olan adi,  fərdi,  cinsi  sevgi deyildir»...

Füzulinin qəzəllərində, ya «Leyli və Məcnun» poema­

sında qəlbin,  bəşər mənəviyyatının əhvali-ruhiyyəsinin ən 

zərif, ən incə və ən yüksək əlvan həyatını görürük.  Bu liri­

kanı  yalnız qəlb  ilə,  yalnız  bir subyektin  öz aləmi  ilə  izah 

etmək mümkün olmaz. Çünki, bu lirika, obyektiv həyat ha­

disələrinin,  ictimai  həyatın şair qəlbində oyatdığı hiss,  hə­

yəcan və təsirlərdən başqa bir şey deyildir» (s.  26).

Həmin ziddiyyətli fikirlər, materialist münasibət tərzi 

ilə  də  Mir Cəlal  Füzulinin  eşqinə  yanaşır,  M.F.Köprülü- 

zadənin  ilahi  konsepsiyasını  «yanlış  iddia»  deyə  dəyər­

ləndirir.  O,  bir yandan Füzuli  eşqin  adi,  cinsi  eşq olmadı­

ğını,  yəni  qeyri-adi  olduğunu  iddia  edir.  Digər  tərəfdən, 

M.F.Köprülüzadəni inkar edərək «hər «ətə və kəmiyə su­



samayan»  eşqi  mistik-ilahi  eşq adlandırmağa  heç  bir əsas 

yoxdur»  (s.  27) deyir.

Alim  belə  düşünür  ki,  Füzuli  lirikasında  eşq  anlayışı 

ətrafında insana məxsus  bütün  duyğu və  qabiliyyətlər tə­

rənnüm olunmuşdur.  Eşqin  ifadəsi  üçün  şairin  istifadə et­

diyi surətlər və bədii vasitələri m üəllif «tamam real, mad­

di  həyat  hadisələri»  hesab  edir.  Beləliklə  də,  Mir  Cəlal 

M.Füzuli eşqini  sufi mistik eşq,  ilahi eşq kimi mənalandı- 

ranlarla razılaşmır,  onu sırf insani eşq,  real  -  həyat ictimai 

münasibətlərin  məhsulu»  adlandırır.

M.Füzuli  eşqinin  «ilahi»  adlandırılmasının  səbəbi 

olaraq  maraqlı  bir  yozum  irəli  sürür:  «Şairin  hiss  və 

həyəcanları o qədər dərin və incədir ki, onun qəlbə vaqif- 

liyi  o  qədər  heyrətləndiricidir  ki,  insan  oxuduqda  başqa 

və  yüksək  bir  aləmə  çıxdığını  güman  edir.  Füzuli  eşqini 

real zəmindən ayıraraq sırf «ilahi» adlandıranları çaşdıran, 

yanıldan da bu cəhətdir»  (s.  28).

Əlbəttə,  belə  bir  izaha  güvənərək  Füzuli  eşqinin  tə- 

səvvüfı mahiyyətini inkar etmək olmaz.  Füzulinin fanatiz­

mə qarşı mübarizə  apardığını  qəbul  və təsdiq edən müəl­

lif Füzulini  öz şeirlərini  fanatiklərin  hücumlarından  qoru­

maq  üçün  təsəvvüfı  obrazlara  müraciət  etdiyini  söyləyir. 

Eşqin  qeyri-adiliyini  isə  adi,  sadə  yox,  qeyri-adi  insana 

məxsus  olması  ilə  izaha  çalışır.  Digər  maraqlı  və 

mübahisəli bir fakt.  Füzuli yazıb:

Məcnun oda yandı şöleyi-ah  ilə pak 

Vamiq suya batdı eşqdən oldu həlak.

Fərhad həvəs ilə yelə verdi ömrün 

Xak oldular onlar,  mənəm  indi ol xak.

Mir  Cəlal  bunu  yunan  materialist  fəlsəfəsinin  təsiri 

ilə izah edib dörd ünsür -  kainatın -  su, od, hava və torpa­

ğın  vəhdəti  kimi  mənalandırır  (səh.  32-33).  Halbuki, 

M.Füzuli özünü özündən əvvəlki üç böyük aşiqlə müqayi­

sə edib,  onları  özündə  əritdiyini,  beləliklə,  onların  hamı­

sından  qüdrətli  aşiq olduğunu söyləyir.

Bütün tədqiqatı boyu Mir Cəlal M.Füzuli şeirini izah, 

şərh etməyin çətinliyindən  bəhs edir,  göstərir ki,  bu poe­

ziyanı  məntiq  dili  ilə  izah  etmək  çətindir.  «Bu  lirika 

sarsıdıcı təsiri  ilə  insanı  valeh  edən,  onu  hər  şeydən  ayı­

ran  musiqiyə  bənzəyir.  Belə  bir  musiqidən  təsirlənən 

adam  öz  həyəcanını,  hissiyyatını  başqasına  verə  bilməz. 

Buna söz və ifadə tapmağa çətinlik çəkər. Füzuli qəzəllə­

rinin şərhi də eyni dərəcədə çətindir... Adama elə gəlir ki, 

bu şerlər təhlil üçün,  izah üçün yazılmamış,  oxumaq,  ləz­

zət almaq,  zəngin mənalar duymaq,  yüksəlmək üçün, kö­

nülləri  fəth etmək üçün yaradılmışdır» (səh.  34).

Bizcə,  nəzəri-estetik  fikrin  M.Füzuli  poetikasına gec, 

çəkingən  münasibətinin,  bir növ  onun  qarşısında vahimə 

keçirməsinin səbəbi də  elə məhz budur.  Füzuli poeziyası 

heç  bir  qəlibə,  çərçivə  və  formaya  tabe  olmamış,  bütün 

standartları,  bədii  formaları  öz  istədiyi  şəklə  salmışdır. 

Ona  görə  də,  M.Füzulinin  poetikasına  artıq  kanonlaşmış 

bədii ölçülərlə, nəzəri-estetik meyarlarla yanaşmaq müm­

kün  deyil.  Bəlkə  elə  buna  görə  də  Mir  Cəlal  M.Füzuli 

poetikasına sənətin əbədi tilsimi,  materiyası olan dil vasi­

təsilə açar salmağa üstünlük verir.  Nəzəriyyədə artıq afo­

rizmə  çevrilmiş  bir  fikir  var:  sənətkarlıq  dilə  münasi­

bətdən  başlanır!  Ədəbiyyat  tarixində  hazır  dilə  yiyələn­

miş sənətkarlar var və bir də bədii dil yaradan sənətkarlar 

var. M.Füzuli ikincilərdəndir.  Təbii ki, M.Füzuli özündən 

əvvəl ana dilində yazmış sənətkarların - ana dilində yega­

nə  qəzəli  məlum olan İzzəddin Həsənoğlunun,  Qazi  Bür- 

hanəddinin, Nəsiminin,  Xətainin  ədəbi-bədii  dil  sahəsin­

dəki böyük icadlarından səmərəli  şəkildə faydalanmışdır. 

Fəqət,  Füzuli  öz  üslubunu,  öz  bədii  dilini  yaratdı,  XVI 

əsrdə türk dilini ən mükəmməl poetik fiiqurlar, mübaliğə, 

təşbeh,  cinas  yaratmaq  səviyyəsinə  qaldırdı.  M.Cəlal  öz 

kitabının  Füzulinin  bədii  dil  xüsusiyyətlərindən  bəhs 

edən və fikrimizcə, monoqrafiyanın poetologiya baxımın­

dan  ən  zəngin  bölməsində  Füzuli  poetikasında  dilin  yeri 

və  rolu  problemini  nəzərdən  keçirir.  Alimin  təhlilləri 

«Füzuli çətin dildə yazmışdır» kimi müasir baxışa qarşı ta­

rixi həqiqətin sübutundan başlanır.  XVI əsrdə Şərqin elm, 

ədəbiyyat  və  fars  olması  kimi  məlum  məntiqdən  çıxış 

edən Mir Cəlal  M.Füzulinin Azərbaycan  dili  sahəsindəki 

kəşflərini  konkret misallarla sübuta nail  olur.

M.Füzuli  «Nəzmi-nazik  türk  ləfziylə  ikən  dişvar 

olur...  Məndə tövfıq olsa bu dişvarı asan eylərəm» deyirdi. 

Şair həqiqətən hünər göstərib  bu dişvarı asan etdi.  O,  bu­

na  xalq  dili  sayəsində  nail  oldu.  Mir  Cəlal  yazır:  «Füzuli 

şerində  xalq  ruhu,  xalq  ifadə  formaları  əsas  alınmışdır. 

Hətta çox yerdə  canlı  danışıq dilinin  xüsusiyyətləri  saxla­

nılmışdır...  Füzuli yalnız özündən əvvəlki klassik Şərq di­

linə,  ədəbi  dilə  yox,  eyni  zamanda  və  ən  çox xalq  dilinə 

əsaslanmışdır» (s 41-42). M.Füzuli canlı xalq dilini şeir di­

limizin  arsenalına  gətirir.  Bu  onun  poetikasının  yığcamlı­

ğını və  dinamikasını təmin edir.

Mir Cəlal Füzulidə işlənən «ney», «sayə», «şəm», «su­

rət», «qəmzə» kimi sözlərin hansı poetik məqamlarda, han­

sı  poetik  (fəlsəfi)  tutumda  işlənməsini  çox  mənalı  şəkildə 

təhlil edib belə nəzəri qənaətə gəlir:  «şeirin, ifadənin, söz­

lərin  izahına  hansı  cəhətdən  yanaşırsan  yanaş,  gətirilən 

məfhumlar arasındakı uyğunluq, ya təfavütün hansı cəhəti­

ni alırsan al, şairin bədii lövhə çəkmək niyyətinə cavab ve­

rir, onun dediyini deyir. Lövhə həm bədii,  həm də məntiqi 

dərinliyi  və  ətraflılığı  ilə  bitkinliyini,  yüksəkliyini  sonuna 

qədər saxlayır» (s. 48)

Mir  Cəlal  Füzuli  sözünün  gücünü  onun  poetik  fiqur­

lar, xüsusilə təşbehlər yaratmaq imkanı ilə müəyyənləşdi­

rir.  Alimə  görə  mürəkkəb,  çoxqatlı  və  çoxlaylı  məcazlar 

yaratmaq, həm  də şairin bədii təfəkkür qüdrətini əks etdi­

rir.  O məcazlar və epitetlər vasitəsi ilə əşyanı bir neçə cə­

hətdən əks etdirən bədii surət yaradır.  M üəllif doğru,  dü­

rüst deyir ki, «Söz, Füzulinin əlində əşyanı işıqlandıran çı­

raq kimidir. Həmin əşyaya hər tərəfdən yanaşmağa, onun 

bütün daxili, zahiri məna xüsusiyyətini işıqlandırmağa im­

kan verir» (s.  50). Mir Cəlal Füzulinin sözə münasibətinin 

miqyas və imkanlarını şairin istedadı ilə əlaqələndirir. Fü­

zulinin  poetikasında  təşbeh  (ümumən  bədii  vasitələr  və 

fiqurlar)  «bədii  zərurət»  kimi  işlədilir.  Füzuli  təşbehləri 

tərənnüm və təsvir etdiyi aləmin, predmetin özündən alır. 

Bədii qayə, poetik məqsəd aydınlığı da məhz buradan do­

mədəni-maarif jurnalı  3  - 2009



ğulur.  Bu baxımdan Mir Cəlalın mübaliğə  ilə bağlı müla­

hizələri və Füzuli mübaliğələrinin poetik açımı maraq do­

ğurur.  «Məlumdur  ki,  klassik  ədəbiyyatı  mübaliğələrlə 

çox  zəngindir.  Doğrudur,  bəziləri  bu  xüsusiyyəti  əfsanə 

təsiri,  puç etiqadlar ilə  izaha çalışırlar.  Lakin heç  bir əsa­

sa  söykənmirlər.  Mübaliğə  insanı  xəyalı  üçün  təzə,  təsa­

düfi  məsələ  olmadığı kimi  köhnə  məsələ  də  deyildir.  Ən 

materialist  və  münəvvər  adamın  təsəvvürlərində  belə 

m übaliğələr,  m übaliğəli  cəhətlər  olur  və  vardır. 

Mübaliğə  insan  zehni  və  xəyalının  təbii  xassəsidir. 

Mübaliğə  yaradıcı  xəyalın  qüdrətini  göstərir.  Bu  xəyalın 

bir sifətidir» (s.  63).

Həqiqətən  də,  mübaliğə poeziyanın poetik imkanları­

nı əks etdirən,  insan qəlbinin  hiss,  həyəcan və arzularının 

hüdudsuzluğunu  ifadə  edən  poetik  fiqurdur.  Füzulinin 

mübaliğələri  yeni,  orijinal,  tizfəhm  olmaqla  yanaşı,  həm 

də şairin bədii (və elmi) təfəkkür imkanlarını,  onun poetik 

qürurunu əks etdirən bədii  ifadə vasitəsidir.

M.Füzulinin  bədii  lövhələrindən,  təbiət  m ənzərələ­

rindən  bəhs  edən  M.Cəlal  şairin  dərin  fəlsəfi  məzmunlu 

«Su» rədifli qəsidəsini, «Sübh» rədifli qəzəlini təhlil edə­

rək  göstərir ki,  burada həm  su,  həm də  sübh  Aşiq obrazı 

kimi verilir.

M.Cəlalın  «Füzuli  sənətkarlığı»  monoqrafiyasında 

diqqəti  cəlb  edən  hissələrdən  biri  də  M.Füzulinin  şeir 

mədəniyyətinə (şeir texnikasına!) həsr olunmuş bölmədir. 

M.Füzuli  şairliyə  başlayanda  Şərq  klassizminin  mükəm­

məl  poetik  kanonları  mövcud  idi  və  şair  təbii  ki,  bu  ka­

nonlara  əməl  etməli  olmuşdur.  O,  lirik  şeirin  ən  yüksək 

bədii forması olan qəzəli hər üç dildə şeirin zirvəsinə qal­

dırmağa  nail  oldu.  Həm  mövcud  poetik  qəlibləri  pozma­

maq, həm də qəzəl vasitəsilə insan qəlbinin bütün sirləri­

ni  heyrətamiz  bir  aydınlıqla  bədii  sözün  nüvəsinə  gətir­

mək M.Füzuli poetikasının əsas qayəsi idi. M.Cəlal yazır: 

«Füzuli elə bir sənət zirvəsi idi ki, ona çatmaq heç bir şai­

rə qismət olmamışdır.

Füzuli  sənətinin  yüksəkliyini  yalnız  şairin  dühası, 

alimliyi, həyatı bilməsi ilə izah etmək kifayət deyil, Füzu­

linin  yüksək  şeir  mədəniyyətini  də  mütləq  nəzərə  almaq 

lazımdır»  (s.  84).  Qeyd edək ki,  yüksək şeir mədəniyyəti­

nə nail olması da məhz şairin dühasını əks etdirən vacib bir 

cəhətdir. Biz belə hesab edirik ki, M.Füzuli öz poeziyasın­

da əruz vəznini  türk dilinə  ən yüksək şəkildə uyğunlaşdı­

ran türk şairidir.  Bu baxımdan o,  öz qəzəllərinin poetikası 

ilə böyük Ə.Nəvaidən də  artıq uğurlar əldə  etmişdir.  M ə­

lumdur  ki,  M.Füzuli  daha  çox  əruzun  ağır,  ləngərli 

bəhrlərindən  -  həcəz  və  rəməl  bəhrlərindən  istifadə  et­

mişdir.  Bu da şairin şeirlərinə həm poetik,  həm də  fəlsəfi 

silqət  gətirmiş,  oxucunun  təfəkkür,  dərketmə  imkanlarını 

genişləndirmiş,  estetik zövq qabiliyyətini yüksəltmişdir.

Mir Cəlal M.Füzulini söz-söz, misra-misra, beyt-beyt 

açır,  onun  misilsiz  sənətinin  poetik  çətinliklərinə  daxil 

olur,  onun  möhtəşəm  mənasını  aydınlaşdıraraq,  həm 

müasir  oxucunun,  həm  də  çağdaş  poeziyanın  xidmətinə 

təqdim edir. M.Füzuli əlvan rədiflər işlətməkdə mahir sə­

nətkar idi.  «Rədiflər Füzuli  şeirində  həm misranın,  eləcə

mədəni-maarif jurnalı  3  - 2009

də  bütün  şeirin  məzmunu  və  ahəngi  ilə  bağlı  və  vəhdət 

şəklində  verilmişdir  ki,  oxucu  rədifi  öz-özünə  təkrar  et­

mək istəyir. Rədiflər Füzulidə həmişə bədii təkrar qüvvə­

sinə malik kəlmələrdir.  Bunlar şairin  hiss  və  həyəcanının 

ifadəsində davamlı  və  qətiyyət  deyən,  təsir göstərən söz­

lər kimi  işlədilir»  (s.  90).  Tədqiqatçılara  yaxşı  məlumdur 

M.Füzulinin  rədifləri,  ondan  sonra  gələn  şairlərə  - 

Nəbatiyə, Vaqifə,  Seyid Əzimə və  böyük Sabirə ciddi tə­

sir göstərmişdir.  M.Füzulidən  sonra  yazılan  satirik poezi­

ya Füzuli  rədifinin  poetik  imkanlarına  istinad etmişdir.

M.Füzulidə  daxili  qafiyə  də  güclü  poetik  imkanlara 

malik idi.  Klassik ədəbiyyatda az işlənən, Azərbaycan aşıq 

şeirində  qoşayarpaq  qafiyə  adlanan  bədii  sistem  M.Füzuli- 

də poetik fiqur kimi mühüm əhəmiyyətə malik idi. Mir Cə­

lal  qeyd  edir ki,  M.Füzuli  həm  də  cinas  yaradan  ustad  idi. 

Müəllif,  həm  də  təyin  edir ki,  «Füzulidə  biz  hətta klassik 

şeirdə  nadir  sayılan  üsula  -  bir cümlənin  bir misrada veril­

məsinə də rast gəlirib) (s.  96).

M.Cəlal  sübut  edir ki,  M.Füzuli  adi  türk  sözünün bə­

dii  imkanlarını  genişləndirən,  sözün  açılmamış mənalarını 

kəşf edən,  nə  mövctid ənənələrlə,  nə  də  hökmfərma  poe­

tik  kanonlarla  məhdudlaşmayan  şair  idi.  Tarixə,  orta 

əsrlərin tələblərinə  bələd olmadan  nəinki  M.Füzuli  poeti­

kasını,  heç  onun  işlətdiyi  adi  sözün  belə  mənasını  açmaq, 

şərh etmək mümkün deyil.  Görkəmli  alim M.Füzuli  poeti­

kasının estetik mahiyyətini ümumiləşdirərək yazır:  «Yük­

sək  şeir poetikasını,  texnikasını,  zəriflik,  bəlağət,  fəsahət 

qaydalarını ən incəliklərinə qədər bilir,  məharətlə işlədir­

di.  Şübhəsiz  ki,  Füzuli  bununla  kifayətlənmirdi,  heç  bir 

zaman özündən əvvəl açılmış cığır ilə, yaranmış ənənələr­

lə kifayətlənməmişdir.  Füzuli şeir sənətində yeni aləm aç­

dı.  İnsanın duyğusuna,  qəlbin ən incə  titrəyişlərinə aydın­

lıq gətirdi,  zəngin  həyat,  zəngin  bədii  fəza verdi.  Bunları 

etmək  üçün  də  şeiriyyətin,  sənətkarlığın  orijinal,  yüksək 

nümunələrini yaratdı» (s.  99).  Məhz bu icadkarlığı, bu da­

hiyanə  fədakarlığı,  bu  sənət  hünərini  alim  öz dəyərli  mo­

noqrafiyasının  Füzulidə məntiq,  Füzulinin  lirikası, Nizami 

irsi  ilə  Füzuli  sənətinin  müqayisəli  təhlili  «Leyli  və 

Məcnun»a həsr olunmuş «Ölməz m əhəbbət dastanı», alle­

qoriyalarına  həsr  olunmuş  bölmələrində  izləyir,  40-cı  il­

lərdə M.Füzulini böyük mənəvi müasirimiz kimi nəzərdən 

keçirir,  poetik  imkanlarına  istinad  edərək  sübut  edir  ki, 

M.Füzuli  sənətinin  qüdrəti  bundadır  ki,  o,  hər  bir  nəslin 

müasiri  kimi  onu  düşündürən  poetik,  estetik  və  bədii-fəl­

səfi suallara cavab verir.



•   Gülşən ƏLİYEVA,

ADMIU-nun  ədəbiyyat kafedrasının  müdiri, 

filologiya elmləri namizədi,  dossent

Ə d ə b i y y a t

1.  Əliyeva  A.  «Füzuli  irsinin  nəşri  və tədqiqi»,  «Məhəm­

məd Füzuli  500»  (biblioqrafik göstəricisi).  B.,  1986

2.  Mir Cəlal.  Füzuli  sənətkarlığı.  B.,  «Maarif»,  1994.

3.  Füzuli.  Əsərləri.  6 cilddə,  I cild.  B., «Azərbaycan» nəş­

riyyatı.  1996.



mm

Yüklə 89,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə