Fxslxgghpxn ncplhkxn ncpxl



Yüklə 3,89 Mb.
səhifə8/20
tarix02.03.2018
ölçüsü3,89 Mb.
#28627
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

DAR DÜŞÜNCƏLİLƏR


Dünyada mövcud olan sirlərin kəşfi yolunda alimlərin yüksək sə᾿y göstərmələrinə və misilsiz elmi tərəqqiyə nail olmalarına baxmayaraq, hələ də bəşər üçün çoxlu məsələlər məchul olaraq qalır. İnsanın əldə etdiyi mə᾽lumatlar bilmədiklərinin müqabilində müqayisəolunmaz dərəcədə azdır.

Böyük mütəfəkkirlər ictimai, siyasi, iqtisadi həyatın əlifbasını tanımaqda çətinliklərlə üzləşirlər və bu barədə müxtəlif əqidələrə sahibdirlər. Bu cəhətdən də dünya bir-biri ilə tam zidd olan iki qütbə bölünmüşdür. Bu alimlərin hər bir dəstəsi öz əqidələrinin düzgünlüyünü və qarşı tərəfin səhvlərini sübut etmək üçün minlərlə məqalə və kitablar yazmışlar. Onların hər biri digər tərəfin əqidəsini bədbəxtlik və hərc-mərclik səbəbi kimi qələmə verir, öz yollarını isə səadətə aparan yeganə düzgün yol sayırlar. Aydındır ki, bütün bu ziddiyyətli nəzəriyyələr düzgün ola bilməz. Eyni zamanda hər iki dəstə elm və sənaye sahələrində diqqətəlayiq müvəffəqiyyətlər əldə etmişlər.

Qərb millətlərinin müasir elm yolu ilə misilsiz tərəqqiyə çatmaları ilə bərabər, layiqli insan yaşayışına nail olmalarını fikirləşənlər çox səhv edirlər. Heç vaxt bir cəmiyyətin hansısa sahədə inkişaf etməsi, onların yaşayış üsulunun tamamilə düzgünlüyünə dəlalət etmir. Mümkündür ki, mahir bir fizik və ya görkəmli bir cərrah me᾽marlıq haqqında çox cüz᾽i mə᾽lumata malik olsun. Eləcə də müasir sənaye texnologiyalarına yiyələnərək inkişaf etmiş bir cəmiyyətin həyat tərzində, ictimai və fərdi əxlaq sahəsində, habelə mə᾽nəviyyatda tənəzzül etməsi də mümkündür. Qərb dünyasındakı müxtəlif çatışmazlıqları müşahidə edərək başa düşürük ki, onlar mədəniyyət, fikir, elm, din, hökumət və əxlaq sahələrində düzgün istiqamətlərdə inkişaf etməmiş və hələ də təkamülə çatmamışlar.

Doktor Karel müasir mədəniyyətin nöqsanları haqqında belə deyir: «Müasir mədəniyyət çox çətin bir mövqedə yerləşib. Bu bizim həqiqi mahiyyətimizlə uyğun deyil və yalnız elmi kəşfləri, xalqın müxtəlif təmayüllərini və cürbəcür nəzəriyyələri doğurmuşdur. Bu mədəniyyət bizim öz sə᾿ylərimiz nəticəsində gerçəkləşsə də, əsil vəziyyətimizlə mütənasib deyildir. Biz insanı hər şeyin miqyası kimi qəbul etməliyik. Amma qərbdə bunun əksini edirlər.

Həmin cəhətdən də dəqiq elmlər humanitar elmlərə nisbətən çox böyük fərqlə inkişaf etmişdir və bu da bəşəriyyətin ən böyük cinayətlərindəndir. Biz əslində uduzmuş adamlarıq və əxlaqi, habelə əqli nəzərdən tənəzzülə uğramışıq. Əgər biz inkişaf etmiş sənaye ölkələrinə nəzər salsaq görərik ki, orada dəqiq elmlərin səviyyəsi çox yüksəlmiş, əxlaq və mə᾽nəviyyat isə vəhşi insanlar səviyyəsində qalmışdır».

Müxtəlif sahələrdə insanın təkamülü həyat gerçəkliklərinə əsaslanan, cəmiyyəti səhvlərdən qoruyan düzgün və silsiləvari tə᾽limlər əsasında mümkündür. Bu da Allahın vəhyi ilə təchiz olunmuş peyğəmbərlər vasitəsi ilə həyata keçirilə bilər.

Əgər əxlaq təbiətin fövqündə dayanan bir qüvvəyə əsaslanmırsa, heç vaxt inkişaf edə bilməz. Bəşər dünyaya qədəm qoyub mədəniyyətin özülünü qoyduğu zamandan, onun vücudunun dərinliklərindən din adlı həqiqət baş qaldırmışdır ki, bu da əxlaqi qayda-qanunların və dəyərlərin qorunması deməkdir.

İnsanlığa zidd olan faciələr, haqsızlıqlar, cinayətlər və dünyadakı müharibələr belə bir həqiqəti sübuta yetirir ki, heç vaxt dövlətlər və onların qanunları insanın imanının və yüksək mə᾽nəvi hisslərinin yerini tuta bilməz. Dinə bağlı olmayan elm və bilik problemlərin həllində, insanların mə᾽nəvi faciələrdən nicat tapmasında həlledici rol oynaya bilmir. Amerikalı sosioloq Vil Dürant deyir:

«Məgər belə bir böyük iqtisadi qüdrətə malik olan dövlət xalqın mə᾽nəvi və əxlaqi dəyərlərini qoruya bilərmi? Onu artırıb, inkişaf etdirməyə qadirdirmi? Gələcək nəsillərə həmin dəyərləri ötürə bilərmi?

Nə üçün Amerikanın ən böyük şəhərlərini ən «kiçik» kişilər idarə edir? Nə üçün seçkilərdə saxtakarlıq və pulun hökmranlığı baş alıb gedir? Nə üçün bu dövlət sülh haqqında danışa-danışa müharibə planları hazırlayır? Bu həmin dövlətdir ki, xalq ayrı-ayrı fərdlərin və ümumilikdə cəmiyyətin qorunmasını onun öhdəsinə qoymuşdur?».

Qərb cəmiyyəti müəyyən vaxta qədər əxlaqi hərc-mərcliyə dözə bilər. Amma bunun davamı həyəcan siqnalını xatırladır. Çünki mədəniyyət səbəb, hədəf və qüdrətin müvazinəti bərqərar olduqda, öz ideyalarına əsaslanıb möhkəmlənir. Amma bu müvazinət pozulduqda şiddətli tənəzzül başlayır. Heç bir xalq şəhvətpərəstlik, əxlaqi pozğunluqlarla öz daimi qüdrətini qoruyub saxlamağa qadir deyildir.

Rum imperiyası bu cür əxlaqi hərc-mərclik üzündən süqut etmişdi. Yunanlar əsrlərdən bəri malik olduqları qüdrət və əzmətlərini əxlaqsızlığa yuvarlandıqları üçün əldən vermişdilər. Şəhvət və ehtirasların əsiri olan Fransa ilk zərbədən sonra diz çökdü. O dövrdə yaşamış fransız generallarından biri ölkəsinin Almaniya qarşısında qısa bir müddətdə məğlub olmasının səbəbini, millətinin ifrat dərəcədə cinsi pozğunluqlara qurşanmasında görürdü.

Alman alimi Şpiger qərb mədəniyyətinin süqutunu təhlil edərək deyir ki, gələcəkdə mədəniyyət öz ilkin beşiyində, yə᾽ni Şərqdə parlayacaq. Hər bir mədəniyyətin məhvi, ona bağlı millətlər üçün əlverişli bir fürsət yaradır ki, onlar Allahın əmr etdiyi düzgün həyat formasına qayıda bilsinlər. Amma həmin millətlər Allahın onlara bəxş etdiyi fürsətdən düzgün istifadə etməyib, ilahi proqramlarla yaşamağa başlamasalar, günbəgün yeni-yeni fəsadlara qurşanacaq və nəhayətdə öz insanlıqlarını itirib məhv olacaqlar.

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün qərbin sənaye sahəsindəki müvəffəqiyyətləri ilə yanaşı, onların əxlaqi tənəzzül əlamətləri də şərq həyatının bir çox sahələrində görünməkdədir. Bə᾽zi müsəlmanların təfəkkürünə qərb mədəniyyətinin puç adət-ən᾽ənələri elə nüfuz edib ki, onlar hər şeyə bu mədəniyyətin gözüylə baxmağı üstün tuturlar. Belə müsəlmanlar inkişaf və «tərəqqi» qazanmaq üçün addımba-addım qərblilərin yaşayış tərzini, adətlərini, əxlaqını və qanunlarını təqlid edirlər. Onlar qərb həyat tərzinin atributlarını kor-koranə qəbul edir və bunların sonradan hansı faciələrə gətirib çıxaracağı haqqında düşünmürlər. Belə bir hal müsəlmanların maddi və mə᾽nəvi qüvvələrini məhv edə bilən, onlara bədbəxtlik, zillət və əsarət gətirəcək amillər yaratmağa qadirdir. Bu müsəlmanlar qərbin elm və biliyinin bəşərin mə᾽nəviyyatla bağlı problemlərinin həllində aciz olmasını görmək istəmirlər. Aydındır ki, bu cür dar düşüncəlilər İslami təfəkkür tərzi ilə həyata baxa bilmirlər və ya əslində saf, yüksək əxlaqi dəyərlərə bağlı baxışlar onlara sərf etmir. Belələri islam cəmiyyətində yaşadıqlarına baxmayaraq, dinlərini əldən verirlər. Onlar İslam dinindən və mədəniyyətindən uzaqdırlar. Bununla belə, öz dini dəyərlərimizi qərb mədəniyyətinin təzahürləri ilə müqayisə etməyə çalışırlar. Görkəmli İslam mütəfəkkirlərindən biri deyir: «Əgər yad bir mədəniyyət ölkəmizdə ictimai «ədaləti» bərqərar etsə, beynəlxalq aləmdə bizə «yer» versə, əcnəbi dövlətləri bizə hakim tə᾽yin etsə, onda üzürxahlıq üçün heç bir bəhanə gətirə bilmərik. Bütün problemlərimizi öz mövcud imkanlarımız vasitəsi ilə həll etmək imkanında ola-ola, hər yoldan ötəndən köpək payı uman zəlil dilənçilər kimi yadlara əl açmağımıza heç bir şey haqq qazandıra bilməz. Ölkələrimizi qərblilərin ixtiyarına qoysaq, onlar bizim təbii sərvətlərimizi mənimsəyəcək, sonra isə «humanitar yardım» adı altında bizim sərvətlərimizdən qazandıqları pullar hesabına dilənçi payı şəklində bizə «kömək» edəcəklər. Mən təəccüb edirəm ki, insan öz əli ilə özünü şərəfli mövqedən zillət və alçaqlığa necə sürüyə bilər?! Dövlətli bir şəxs özünü dilənçi vəziyyətinə salmağa necə razı olar? Mən başa düşə bilmirəm, qüdrətli bir insan həqarəti necə qəbul edə bilər?

Şübhə yoxdur ki, bizim mədəniyyətimiz ümumbəşəri svilizasiyaya qiymətli töhfələr bəxş etməyə qadirdir. Qərb mədəniyyəti isə bizə təlqin etməyə çalışır ki, İslam mədəniyyəti irticadan başqa bir şey deyil. Eləcə də bizi və ümumiyyətlə, hamını belə düşündürməyə açlışırlar. Qərb mədəniyyətinin ünsürləri geyimimizdən, yeməklərimizdən tutmuş, təfəkkür tərzimizə, əxlaqımıza qədər nüfuz etməkdədir. Ölkələrimizdə qərb dövlətlərindən eyni ilə götürülmüş qanunları tətbiq edirik. Amma fikirləşmirik ki, o ölkələrdə hansısa qanun tə᾽yin edilən zaman, həmin ölkənin dini, əxlaqi, mə᾽nəvi, ictimai, siyasi və iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla bu iş icra edilir. Biz isə həmin qanunu bir müsəlman ölkəsində tətbiq etmək istəyirik və düşünmürük ki, müsəlmanlarla fransızlar arasında çox böyük fərqlər mövcuddur. Belə hallar müsəlmanlara nəinki heç bir fayda gətirmir, əksinə islami cəmiyyətlərdə əxlaqsızlıq, mə᾽nəviyyatsızlıq və maddiyyata pərəstiş meyillərini gücləndirir. Qərblilərin qanunlarını müsəlmanlara hakim etmək istəyənlər isə xalqın bütün ehtiyaclarına biganə olan, öz dini köklərindən ayrı düşmüş bir qrup adamlardır. Əgər qanun müsəlmanların ruhiyyəsinə ziddirsə və onların ehtiyaclarını tə᾽min etmirsə, onun heç bir faydası ola bilməz».

Harvard universitetinin professoru Hakinq özünün «Dünya siyasətinin ruhu» adlı kitabında belə yazır: «İslam ölkələrinin inkişaf yolu Qərbdən kor-koranə təqlid etməkdən asılı deyil. Bə᾽ziləri soruşa bilərlər: Məgər İslamda yeni fikirlər yaradan qüvvə varmı və bəşəriyyətin ehtiyaclarını tə᾽min edəcək, müasir həyatın tələblərinə uyğun qanunları bu din ortaya çıxara bilərmi? Cavabında deyə bilərik: İslamda inkişaf və təkamül üçün kifayət qədər potensial qüvvələr vardır. İslamın bəşər həyatındakı dəyişikliklərə cavab vermək qüdrəti bütün dinlərdən daha artıqdır. Müsəlman ölkələrinin problemləri İslam ayinində inkişaf vasitələrinin olmaması üzündən meydana çıxmayıb. Geriliyə səbəb həmin ölkələrdə bu inkişaf vasitələrindən lazımi qaydada istifadə edilməməsidir. Mən tam yəqinliklə deyə bilərəm ki, İslam dininin üsul və qanunlarında cəmiyyətin inkişafı və səadəti üçün bütün yollar açıq-aşkar göstərilmişdir».



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə