Fxslxgghpxn-nxplhkxn-ncpxl



Yüklə 4,01 Mb.
səhifə1/16
tarix11.09.2018
ölçüsü4,01 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16


SAXTA HƏDİSLƏRİN YARANMASI

Seyyid ƏbdülHüseyn Şərəfuddin Amili

Bismillahir-rihmanir-rəhim

MÜƏLLİFİN HƏYATINA QISA BİR BAXIŞ


Bu gün İslam dünyası öz bərəkətli ömrünü müsəlmanların ümumi mənafeyi yolunda vəqf edən böyük şəxsiyyət-Seyyid ƏbdülHüseyn Şərəfuddinin adını əzəmətlə yad edir. Onun şəxsiyyəti nə qədər ki, sağ idi, hamının nəzərində əzəmətli idi. Dövrün keçməsi onun həyat səhifəsini vərəqlədi. Amma onun elmi, ondan qalan dəyərli əsərlər, xeyriyyə müəssisələri, Allah və din yolunda etdiyi böyük xidmətlərin qapısı hələ də açıqdır. O, öz iftixarlı həyatında heç vaxt mübarizədən əl çəkməzdi. özünün gözəl xitabələri ilə, çoxlarının iştirak etdiyi məclislərdə, həmçinin yazdığı kitablarda daim müsəlmanları, öz cərgələrində vəhdət yaratmağa, nəzəriyyələrdə yekdil olmağa və yersiz təəssüblərdən uzaq olmağa çağırırdı. Müəllifin təqribən yarım əsr bundan qabaq yazdığı ilk kitab Əl-sulül-mühimmətukitabı idi.

Mərhum Şərəfuddin İslam ümmətinin ittihadı yolunda qarşılaşdığı problemləri bu kitabında qəlmə almış, aydın bəyan və qət”i sübutlarla onu aşkar etmiş, heç kəs üçün şəkk və tərəddüd yeri qoymamışdır. Bu kitab elə həqiqətlərdən söhbət açır ki, müəllif özünün dərin elmi, söz ustalığı (fəsahət və bəlağəti), ədəbi və nurani üslubu ilə müsəlmanları ittihad və vəhdət bayrağı altında birləşdirmək üçün o həqiqətləri aşkar etmişdir.

İncə təfəkkür tərzi, dolğun mənalı ibarələrlə və çox aydın şəkildə yazılan bu kitab o gündə İslamı mütaliələr ətrafında yazılaraq camaatın ixtiyarına qoyulan ilk kitab idi. Bu kitabın nəşr olunmasından iki il sonra əziz müəllif Misrə səfər etdi ki, özünün dəqiq və gözəl xitabələri ilə müsəlmanların vəhdəti yolunda təsirli addımlar atmış olsun. Misirdə onunla “Əl-əzhər” universitetinin rektoru (sünnü məzhəblidir) arasında müəyyən müzakirələr və yazışmalar olmuşdur. (Bu müzakirələr sonradan “Əl-muraciat” adlı kitab şəklində çap olunmuşdur.) Müəllif “Əl-muraciat” kitabının əvvəllərində iki sünnü və şiə alimi arasında olan müzakirələri son dərəcədə gözəlliklə qələmə almışdır və o, bu işi İslamı daha yaxşı təqdim etmək, müsəlmanların birliyi yolunda daha da irəliləmək üçün lazım və zəruri bilirdi.

Elə görkəmli müəllif ömrünün sair dövrlərində də bu böyük əndişə əsasında əməl edirdi. Bu da onun ömrü boyu daimi apardığı İslam cihadından ibarət idi. Gördüyümüz kimi, müsəlmanların müxtəlif qrupları ona hörmət qoyur, onun adını hər yerdə ehtiramla yad edirlər, müxtəlif çapxanalar onun dərin təfəkkürlü və faydalı əsərlərini rəğbətlə qarşılayıb camaatın ixtiyarına qoyurlar.

İndi son dərəcədə ixtisarla, öz həyatını müsəlmanların mənafeyinin qorunub-saxlanması, aralarında ittihad yaranması, ayıqlıq, qardaşlıq ideyasının yaranması üçün sərf edən bu böyük alimin iftixarlı həyatını əziz oxuculara çatdırırıq.1

TƏVƏLLÜDÜ VƏ ALİLƏSİ

Müəllif 1290-cı hicri qəməri ilində (1869) dini şəhər olan Kazimeyndə Əli (əleyhis-salam)ın nəslindən olan bir ata-anadan dünyaya gəlmişdir. Atası böyük alim Əllamə Seyyid Yusif Şərəfuddin, anası isə Ayətullah mərhum Hacı Seyyid Sədrin qızı Zəhra idi. (Ayətullah mərhum Seyyid Hadi Sədr məşhur mərcəyi-təqlid Seyyid Həsən Sədrin atasıdır.)

Bu böyük seyyidin ata və ana tərəfdən nəsli 7-ci İmam Həzrət Musa Kazim (əleyhissalam)-a gedib çatır. Digər tərəfdən, bu sülalənin Birinci Məhəmməd adı ilə tanınan ilk övladı–böyük müctehid Seyyid İbrahim Şərəfuddin “Sədr” və “Şərəfuddin” ailələrinin babasıdir. Hər iki ailə o dövrdə “Hüseyn Qəti”i sülaləsi” adı ilə məşhur böyük şiə alimləri Seyyid Mürtəza və Seyyid Rəzi onların nəslindəndir.

Seyyid Şərəfuddin öz babasının evində dünyaya göz açmışdır. Babası onu hamıdan çox əzizləyir və nəvaziş göstərirdi. Dayısı Seyyid Məhəmməd Hüseyn Sədr onunla eyni yaşda olan, bir yerdə dərs oxyan, bir yerdə böyüyüb boya-başa çatan dostlarından idi.



TƏLİM-TƏRBİYƏSİ

Seyyid Şərəfuddin 8 yaşında olarkən atası öz dərslərini təkmilləşdirdikdən və İraqın böyük fəqihlərindən ictihad icazəsini aldıqdan sonra Cəbəl Amilə (Livanın cənubundadır) qayıdır.

Kiçik yaşlı Əbdül Hüseyn atasının ünsiyyət bağladığı diyarda ərəb dilinin müqəddimati dərslərini, bəlağəti, fiqh və üsulu atasından öyrənir. O, həmin dövrlərdə yaşıdlarının içərisində son dərəcədə fitri istedadı ilə məşhur idi. Dərsdə yaranan çətin sualları və müşkül məsələləri müəllimlərindən, xüsusilə babası Hacı Seyyid Sədrdən soruşurdu.

17 yaşına çatarkən atası onu əmisinin qızı ilə evləndirir, sonra İraqa göndərir ki, təhsilini davam etdirsin və dərin elmə yiyələnib kamala çatsın. O, ali təhsilini başa vurduqdan sonra böyük fəqih və mərcəyi-təqlidlərdən olan Ayətullah Xorasani, Şeyxuş-Şəri”ə İsfahani, Seyyid Məhəmməd Kazim Yəzdi, Seyyid İsmail Sədr, öz dayısı Ayətullah Seyyid Həsən Sədr və başqa müctehidlərin elmi dərslərində iştirak edir.

32 yaşına çatmamış şərəfli ictihad məqamına yetişir. O zaman Nəcəf şəhərində Cəbəl Amil ruhaniləri içərisində onun fəzilət və şöhrətinə çatacaq və ümumxalq tərəfindən bu qədər hörmətə layiq görüləcək bir kəs yox idi.

Onun bu dövrdəki təhsili Nəcəfi-Əşrəfdəki təhsili ilə xülasələnmirdi; o həm də Kazimeyn, Samirra, Kərbəla şəhərlərinə gedir, bu şəhərlərin böyük alimlərinin elmindən faydalanırdı. Onun adı bu şəhərlərin elmi yığıncaqlarında məşhur idi, hər elmi-ədəbi məclisdə özünə yer tutmuşdu.

O, özünün dərin biliyindən əlavə, əsrinin görkəmli şairi də hesab olunurdu. Yazdığı şerlər riqqətli, dərin mənalı olub söz gözəlliyi ilə zinətlənmişdi.

LİVANA QAYITMASI

Seyyid Əbdül Hüseyn Şərəfuddin təhsilini başa vurub ictihad icazəsini aldıqdan sonra Cəbəl Amilə qayıdır və öz alim atası və qardaşı Seyyid Məhəmməd Əli Şərəfuddin ilə bir yerdə (o, “Əbu Talib–Şeyxul Əbtəh” kitabının müəllifidir) yaşamağa başlayır.

Onların ailəsində vaxtaşırı alim ata və oğlanlar arasında müxtəlif sahələrdə elmi müzakirələr və bəhslər davam etməkdə idi. Hər üçü sanki “ailəvi hövzə” təşkil etmişdilər. Amma çox keçmədən Seyyid Əbdül Hüseyn əvvəlcə atasını, az sonra isə qardaşını əldən verdi və dərin qəm-qüssəyə, kədərə batdı.

Şərəfuddin öz dayısının və əmi oğlanlarının vətəni, habelə özünün təvəllüd məkanı olan İraqa daha çox rəğbət bəsləyirdi. Amma İraqın böyük alimləri onun Cəbəl Amilə getməsi üçün israr edib deyirdilər ki, Cəbəl Amildə onun kimi böyük müctehidə daha çox ehtiyac duyulur. Buna görə də onların sözlərini qəbul edərək ana vətəninə qayıtdı.

Onun Cəbəl Amilə daxil olması tarixi günlərdən biridir. Camaatın müxtəlif təbəqələri Livanın cənubundakı Əl-cəbəl məntəqəsinə yığışaraq Seyyidin pişvazına çıxdılar və onu təntənəli şəkildə Sur şəhərinə qədər müşayiət etdilər.

Livanın cənubunda yaşayayn şiələr onu xüsusi ehtiramla qarşıladılar. O da zamanın ötüb keçməsi ilə insanların qəlbinə nüfuz edə bildi, özünün elmi-əxlaqi məziyyətləri ilə tez bir zamanda hər yerə səs saldı.

Əvvəlcə atasına ehtiram əlaməti olaraq camaatın şəri suallarına cavab verməkdən çəkinirdi. Camaat da fətva almaqda və hökmlərin icrası üçün məcburən atası ilə kifayətlənirdi. Camaat Şəqra məntəqəsində Livanın mərcəyi-təqlidi olan Seyyid Əli Əminə müraciət edirdilər. Amma sonralar o, Seyyid Yusif Əminə bir məktub yazıb bildirdi ki, oğlun Seyyid Əbdül Hüseyn mütləq və adil müctehiddir, bu gün Cəbəl Amil müctehidləri arasında heç kəs onun misli ola bilməz.

Beləliklə, camaat yavaş-yavaş şəri hökmləri almaqda Seyyid Əbdül Hüseynə müraciət etməyə başladılar. Hətta atası da müşkül məsələ və hökmlərdə ona müraciət edirdi. Çox keçmədən onun şöhrəti hər yerə səs saldı və bütün müsəlmanların mərcəyi-təqlidi oldu. Hamı fətva almaqda ona müraciət edirdi.



MİSRƏ SƏFƏR

O, Misrə iki dəfə səfər etmişdi: Birinci dəfə 1901-ci ildə, ikinci dəfə isə 1920-ci ildə. İkinci dəfə o zaman səfər etmişdi ki, Suriya və Livanı işğal edən fransız müstəmləkəçilərinə qarşı cihad hökmü vermişdi və fransızlar da onu edama məhkum etmişdilər.

Birinci səfərində Seyyid Şərəfuddin Misrin “Əl-Əzhər” universitetinin o zamankı rektoru Şeyx Səlim Bişri ilə elmi-tarixi müzakirələr aparmışdı. Sonralar bu müzakirələr məktublaşma şəklində davam etmiş və “Əl-muraciat” adlı kitab şəklinə salınmışdır. Onun 8-ci çapı dünyada yayılmaqdadır.1

İkinci dəfə isə fransalıların onun Livanda mövcudluğunu özlərinin mənfur istismarçı-müstəmləkəçi siyasətlərinin qarşısında böyük bir əngəl görürdükdə bu vəziyyətdən Misrə pənah aparmışdı. Bu səfərdə Misrin islami ziyalıları, ədiblər və alimlər (birinci səfərində onun elmi məqamını tanıdıqları üçün) pişvazına çıxıb ehtiramla qarşıladılar.

Orada bütün müsəlmanları yadellilərin müqabilində müttəfiq olmağa dəvət edərək buyurdu: “Sünnü ilə şiəni siyasət bir-birindən ayırmışdır və elə siyasət də onları bir yerə yığmalıdır.”2

Seyyid Rəşid Rza bu cümlələri özünün “Əl-mənar” jurnalında çap etdirmişdir.



VƏTƏN YOLUNDA CİHAD

Seyyid Əbdül Hüseyn Şərəfuddinin Osmanlı dövründəki cihadı yalnız dini cihad idi. Çünki Livanın dövləti müsəlman dövləti idi və İslam şüarlarına ehtiram qoyurdu. Amma fransız müstəmləkəçiləri Suriyanı işğal etdikdən sonra ölkəni fəsada, əxlaqsızlığa çəkdilər, dini hökmləri ləğv etdilər, camaata o qədər təzyiq göstərdilər ki, hamının səbir kasası doldu.

Bu zaman Seyyid Şərəfuddin işğalçılara qarşı cihad (mübarizə) bayrağını qaldırdı, camaatda, xüsusilə ruhani təbəqəsində vətənpərvərlik, müstəmləkəçilər əleyhinə mübarizə ruhiyyəsini həyəcanlandıraraq işğalçılar əleyhinə qiyamın vacib olduğunu hamıya xatırlatdı.

Bu məqsədlə Vadil-Hüceyrdə konfrans təşkil edərək Livanın bütün alimlərini oraya dəvət etdi. Bütün tayfalardan olan ruhanilər, qəbilə başçıları onun dəvətini qəbul edib həmin yerə toplaşdılar. Seyyid Şərəfuddin o mühüm konfransda fransız müstəmləkəçiləri əleyhinə cihad hökmünü verdi, konfransa gələnlərin hamısı bu hökmü təsdiqlədilər. Sonra konfrans iştirakçılarının hamısı öz şəhərlərinə qayıtdılar və Fransanın əleyhinə mübarizəyə başladılar.

Seyyid Şərəfuddinin evinə gediş-gəliş günbəgünə artmaqda idi; onlar uzun siyahılar təşkil edərək fransızların təşkil etdiyi hökumətin ləğv edilməsini, ölkənin tam istiqlaliyyətə nail olmasını istəyirdilər.

Fransalılar bu məsələdən agah olduqdan sonra Sovr əhalisindən olan ibnil Həccac adlı bir məsihini Şərəfuddinin evinə göndərirlər ki, evini işğal edib özünü də tutsun, habelə orada Livanın istiqlaliyyətini tələb edən bütün siyahıları özü ilə gətirsin.

Mərhum Şərəfuddin belə bir vəziyyəti əvvəlcədən ehtimal verdiyinə görə, dərhal bütün sənədləri anasına təhvil vermiş, o da bütün bunları gizlətmişdi. Odur ki, ibnil Həccac heç bir şey əldə etmədən, rüsvayçılıqla geri qayıtdı.

Camaat Seyyid Şərəfuddinin evinin işğal olunmasından agah olduqdan sonra Livanın cənubundan Sovr şəhərinə axışmağa başladı. Seyyid Şərəfuddin də onlara təşəkkür edib bu işlərini təqdirəlayiq hesab etdi, onların yüksək milli ruhiyyəsini təriflədikdən sonra təkid etdi ki, hamısı öz vətənlərinə qayıdıb növbəti hökmün verilməsini gözləsinlər. Camaat dağılışdıqdan sonra fransalılar Seyyidin məqsədindən agah oldular. Ona görə də qüvvələrinin bir qismini Şəhur şəhərinə göndərdilər, (çünki Seyyid ora getmişdi.) Orada Seyyidin evini yandırdılar. Bundan əvvəldə onun Sovr şəhərindəki evini yandırmış, ən dəyərli kitablarını qarət etmişdilər. Amma Seyyid fransız qüvvələrinin Şəhur şəhərinə daxil olmasından xəbərdar olub, dərhal şəhərdən çıxdı və yaxınlıqdakı mağaraya sığındı və bütün günü orada qaldı.

Fransızların şəhərdən çıxıb getdiklərini yəqin etdikdən sonra gecə ikən mağaradan çıxıb Şəhura qayıtdı, gecəni qalıb sonra paltarını dəyişərək Şama getdi. Orada Suriyanın padşahı Məlik Feysələ qonaq oldu, padşah əziz qonağını bağrına basdı və yaxşı yer verdi.

Seyyid Şərəfuddin bir müddət Şamda qaldıqdan sonra öz ailəsini və qohum-əqrəbasını Şama dəvət etdi. Elə burada da öz vəzifəsini davam etdirməyə başladı, (o zamanlar Seyyidin şöhrəti hər yerə yayılmışdı) münasib fürsətlərdə ümumxalq təfəkkürünü aydınlaşdırmaqda, camaatı cihad üçün hazırlamaqda sə”y edirdi.

Fransalılar Şamı işğal etdikdən sonra o, Fələstinə gedib ailəsini və qohum-əqrəbasını Cəbəl Amilin əmin-amanlıq məntəqəsində yerləşdirdikdən sonra Misrə gedir. Bu, onun Misrə ikinci səfəri idi.

1338-ci hicri ilinin axırlarında Misirdən çıxıb, vətəni yaxın olsun deyə, bir daha Fələstinə gəldi (o zamanlar Fələstini ingilislər işğal etmişdi) və Cəbəl Amilə yaxın olan Üləma məntəqəsində məskunlaşdı. Sovrdakı evində olduğu kimi, Üləmadakı evi də camaatın və qonaqların gediş-gəliş mərkəzinə çevrildi. Ehtiyacı olanlar ona üz gətirir, o da camaatın çox olduğu yerlərdə iclaslar təşkil edərək elm, ədəb, siyasət və s. kimi işlərdən söz açırdı.

Təsadüfi hadisələrdən biri də bu idi ki, Seyyid Əbdül Hüseyn Şərəfuddin Fələstinin Üləma kəndinə fransız işğalçılarının əlindən qaçmışdı. Onun dayısı oğlu Seyyid Məhəmməd Sədr isə ingilislər tərəfindən təqib olunurdu və Livanda yaşayırdı. Hər iki dini rəhbər müstəmləkəçilərə və işğalçılara qarşı vuruşurdu, hər ikisi də edama məhkum olunmuşdu.

Seyyid Şərəfuddin bir müddətdən sonra dayısı oğlunun vasitəçiliyi ilə Livana qayıtdı. Onun Livana qayıdışını cənubda yaşayan əhali son dərcə hərarətlə qarşıladılar; onu qarşılamağa çıxanların sayı və keçirdikləri həyəcan hissləri Livan tarixində misilsiz idi.

İndi artıq Seyyid Əbdül Hüseyn Şərəfuddin Livan əhalisinin dini və milli rəhbəri, hamının mərcəyi-təqlidi, şiələrin rəşadətli fətva verəni idi. Onun mübarizə tarixi, vətənindən uzaq düşməsi, habelə elm və əməl baxımından nüfuzlu şəxsiyyət olması ona gözəl bir mövqe bəxş etmişdi.

HƏDİS ELMİNDƏ DƏRİN BİLİYİ

Seyyid Şərəfuddin təkcə Peyğəmbər və onun pak Əhli-beytindən nəql olunan rəvayətlərdə deyil, həm də sünnü alimlərinin təriqi ilə nəql olunan hədislərdə dərin elmə malik idi. Bunlar sadəcə iddialar deyil, əksinə, elə mətləblərdir ki, hər kəs onun yazdığı kitablara baxsa, onu əyani surətdə görəcək və etiraf edəcəkdir.

Sünnü məzhəblərindən onun icazəsi ilə fətva məqamına çatanlar çoxdur. O, özünün “Səbtül-əsbat fi silsilətir-rovat” adlı qiymətli kitabında onların hamısının adını qeyd etmişdir. Mən inanıram ki, onun şiə məzhəbinin haqq olmasını isbat etmək üçün yazdığı kitablar məhz sünnü hədislərindən istifadə edilmiş və bizim əsrimizdə misilsiz kitablardır.

Onun qələmə aldığı son əsər ömrünün 80-cı ilində yazdığı “Ənnəssu vəl-ictihad” kitabıdır. Əziz oxucular onu mütaliə etdikdən sonra mütləq etiraf edəcəklər ki, o böyük alim təfəkkür və bəyan qüdrətinin son zirvəsində olmuş, hədis və münazirədə dərin biliyə sahib olmuşdur. Həmçinin görəcəksiniz ki, onun təfəkkürü və gözəl ibarələrindən, təhqiq üslubu və mətləbə əhatəliliyindən əsla qocalığı hiss olunmur.



TARİXİ MƏKTUBLARI, NƏSR, XİTABƏ VƏ ŞERLƏRİ

Onun bə`zən Nəcəfi-Əşrəfdə oğluna, habelə müxtəlif padşahlara, dövlət başçılarına, siyasi rəhbərlərə, məs”uliyyətli şəxslərə yazdığı məktublar son dərəcədə bəlağətli və gözəl söz üslubuna malik olmuş, aydın hədəfli, elmə, ədəbə, vəhdətə çağırış, fiqhi məsələlər, tarixi öyüd-nəsihət və moizə ilə doludur. Onun Hicazın əmiri Şərif Hüseynə yazdığı məktub onun ərəb dilində ən gözəl söz ustalığı ilə yazılan məktubudur (məktub onun vəhhabilər tərəfindən hakimiyyətdən salınmasından sonra yazılmışdı).

Bu məktub çox genişdir və Əhli-beyt yolu ilə gəlib çatan tarixi sənədləri və müsibətləri əhatə edir. Şərif Hüseynin cavabı da son dərəcə minnətdarlıq və təşəkkürlə doludur. O, öz məktubunu bu şerlə başlayır.

Qəbilənin şərafətliləri məndən razı olanda,



Onun rəzilləri həmişə mənə qarşı qəzəblidir.”

Onun mühüm tarixi məktublarının bəziləri əmioğlusunun, həmçinin xüsusi katibi Seyyid Əli Şərəfuddinin vasitəsi ilə üzündən köçürülərək yadigar saxlanmışdır.

Bunların hamısı o böyük şəxsiyyətin dəyərli əsərlərindəndir, nə vaxtsa çap olunacaq, kitabxanalar onun parlaq ədəbi üslubu ilə zinətlənəcəkdir.

Seyyid Şərəfuddinin yazdığı nəsr əsərləri son dərəcədə dolğun, parlaq, möhkəm və bir-biri ilə qırılmaz şəkildə bağlı idi. Belə ki, hətta ən qüdrətli yazıçılar belə onun bir kəlməsini dəyişdirə bilməzdi. Çünki o, yazmamışdan əvvəl çox fikirləşir, seçdikdən sonra bəyan edir və ya yazırdı.

Onun nəsr əsərləri elə əhatəlidir ki, agah oxucu ibarələrinə baxan kimi dərhal Şərəfuddinin yazısı olduğunu ayırd edə bilir. O bu əsərləri son dərəcədə dolğun mənalı və söz ustalığı ilə yazmışdır və bu məziyyət onun əsərlərindən aşkar şəkildə görünməkdədir.

Böyük alim söz bəyanı baxımından da çox güclü və mahir idi. O hər vaxt xütbəyə qabaqcadan hazırlaşmadan başlayar, son dərəcə dolğun və gözəl mənalarla, məharətli söz ustalığı ilə bəyan edərdi. Onun xitabələri və yazıları söz ustalığı baxımından adi danışıq terminlərindən xali idi.

Onun gözəl əxlaqi xasiyyəti, misilsiz nəfsani və batini xüsusiyyətləri sözündə və əməlində gözəl şəkildə sezilirdi. Mən 1350-ci hicri qəməri ilində Livana səfər edəndə o, məhərrəmliyin ilk on günündə həmişə axşam çağı “Came məscidində çıxış edirdi. Hər günkü çıxışında “Ali-Muhəmməd... və Ali-Muhəmməd kimdir” adı altında Qur”an və sünnədən Peyğəmbər Əhli-beytinin əzəmətini şərh edirdi. “Aşura” gününü Həzrət İmam Hüseyn (əleyhissalam)-a həsr edir, onun qiyamının əsas səbəblərini araşdırır, hədəflərinin böyüklüyünü və o Həzrətin İslamın böyük və əzəmətli saxlanılması, dinin möhkəmləndirilməsi yolundakı misilsiz xidmətlərini bəyan edirdi. Çıxışı adətən 3 saat davam edirdi. Əgər bu çıxışlar bir yerə toplanarsa, Əhli-beyt əleyhimussalamın fəzilətlərini bəyan edən böyük bir kitab olar.

Onun Beyrut, Dəməşq, Fələstin və Misirdəki tarixi xitabələri heç vaxt unudulmaz. Onların çoxu elə həmin vaxtlar müxbirlər tərəfindən yazılıb bəyan olunmuşdur, bəziləri isə onun xüsusi katibinin yanındadır və məktublarına əlavə olunubdur. Qeyd etdiyimiz kimi, əziz müəllifin şerin təhlil edilməsi və onun incəliklərinin dərk olunması sahəsində dəqiq nəzəriyyələri vardı. Yaxşı şerlərdən çoxunu əzbər bilirdi. Hər bir ədəbi mövzu ilə əlaqədar olaraq şer oxuyur, özü də şer qoşurdu. Onun qoşduğu şerlər dərin duyğulardan və ülvi hisslərdən nəş”ət tapır və əsas etibarı ilə cavanlıq vaxtlarını xatırladırdı.



USTADIN GÖZƏL ƏXLAQİ SƏCİYYƏLƏRİ

Seyyid Şərəfuddin gözəl əxlaqlı, səxavətli bir insan idi; həm böyüklərə, həm də kiçiklərə ehtiram qoyur, kasıblara, yoxsullara əl tuturdu. Ona pislik edənlərə güzəştə gedir, nalayiq əməllərinə göz yumur, günahlarını bağışlayırdı.

Bütün iftixarlı həyatı boyunca–cavanlıq yaşlarından qocalıq vaxtlarına qədər bu gözəl xüsusiyyətləri əməli olaraq icra edirdi. Onun nəfsinin paklığı və şəxsiyyətinin böyüklüyü həyatının bütün dövrlərində gözə çarpmaqdadır. Bu mənanı onunla bir yerdə olanlar etiraf edir və bu barədə müxtəlif hadisələri nəql edirlər.

Elm və qələm əhlini ehtiramla yad edir, onlara hörmət edilməsində son dərəcə çalışırdı. Yaranan hər fürsətlərdə alimləri, elm əhlini, qələm sahiblərini və müəllifləri tərifləyərək onların məqamlarını yüksək tutur, şəxsiyyətlərini dəyərləndirirdi.



ƏSƏRLƏRİ

Seyyid Şərəfuddin özündən sonra çoxlu qiymətli (fikri və ideoloji) əsərlər yadigar qoymuşdur ki, hər biri onun böyük elmi şəxsiyyətinin göstəricisi olub əsrlər boyu insanların xatirələrində canlanacaqdır. İndi onların bəzilərinin adını qeyd edirik:

1-”Əl füsulül-mühimmətu fi təlimil-ümməti”;

Müəllif bu əsəri müsəlmanlar arasında ittihad və yekdillik yaratmaq məqsədi ilə yazmışdır. İki dəfə Livanda və iki dəfə Nəcəfi-Əşrəfdə çap olunmuşdur.1

2-”Əl-muraciat”;

Bu, müəllifin misilsiz və öz növbəsində möcüzəli nəsr əsərlərindən biridir. Müəllifin sağlığında iki dəfə, vəfatından sonra isə 4 dəfə (həmçinin cənab Sədrin məqaləsindən sonra bir neçə dəfə) çap olunmuş, fars, ingilis ordu, azərbaycan dillərinə tərcümə olunmuşdur.

3-”Əcvibətu Musa Carullah”;

Bu kitab, sünnü alimi Musa Carullahın 20 sualına cavabıdır və Seyda şəhərində çap olunmuşdur.

4-”Əl-kəlimətul-ğərrau fi təfziliz-Zəhra (əleyha salam)”;

Bu, Həzrət Zəhra əleyha salamın yüksək məqamını və sair qadınlardan üstünlüyünü isbat edən kitabdır. Əvvəlcə “Əl-füsulül-mühimmətu” kitabının ikinci çapına əlavə olunmuş, sonradan ayrıca kitab şəklində çap edilmişdir.

5-”Əl-məcalisul-faxirətu fi məatimil-itrəti”;

Bu kitab (onun müqəddiməsi Seyda və Nəcəf şəhərlərində çap olunmuşdur) Həzrət İmam Hüseyn (əleyhissalam)ın qiyamının sirlərini, habelə bu qiyamın İslam və müsəlmanlar üzərində olan haqqını bəyan edir.

6-”Əbu Hüreyrə”; (Bu kitab Azərbaycan dilinə də tərcümə olunmuşdur.)

Bu, Əbu Hüreyrə barəsində yazılmış çox maraqlı və misilsiz bir kitbadır. (Əbu Hüreyrə sünnülərin məşhur rəvayətçisidir.) Seyda və Nəcəf şəhərlərində çap olunmuşdur.

Bu kitabların nəşr olunmasından sonra Misrin məşhur sünnü alimi Mahmud Əbu-riyə Əbu Hüreyrə barəsində “Şeyxul Məzirə” adlı başqa bir kitab yazaraq mətləbi lazımınca çatdırmışdır.

7-”Fəlsəfətul-misaqi vəl-vilayət”;

Bu iki dəfə Seydada çap olunmuşdur. Kiçik həcmli olmasına baxmayaraq, son dərəcədə mənalı kitabdır.

8-”Məsailul-fiqhiyyə;

Bu fiqhi-müqarindir (yəni sünnü məzhəbləri və şiəlik arasında fiqhi məsələləri müqayisəli şəkildə araşdırır) və müəllifin son dərəcədə məlumatlı olmasını, elmi qüdrətini bəyan edir. Seydada, Misirdə və Beyrutda çap olunmuşdur.

9-”Hovlər-rö”yə;

Bu kitab Allah-taalanın gözlə görünməsinin heç vaxt mümkün olmadığını bəyan edir. Kitab Seydada “Fəlsəfətul-misaq vəl-vilayət” kitabı ilə bir yerdə çap olunmuşdur.

10-”İləl-məcməil-elmiyy”;

Bu, şiələrə atılan böhtanları və onların cavablarını əhatə edir. Seydada çap olunmuşdur.

11-”Səbtul-əsbat fi silsilətir-rovat”;

İki dəfə Seyda şəhərində çap olunmuşdur.

12-”Zeynəbi Kubra (əleyha salam)”;

Bu kitab müəllifin Həzrət Zeynəb əleyha salamın məqbərəsinin yanında və elə o Həzrətin barəsində söylədiyi xütbənin şərhindən ibarətdir ki, Seydada çap olunmuşdur.

13-”Ənnəssu vəl-ictihad” (hazırkı kitabın ərəbcə mətni);

Bu hazırkı əsrdə ən dərin və ən ətraflı İslami bəhsləri əhatə edir. İndiyə qədər üç dəfə: əvvəlcə müəllifin sağlığında Nəcəfi-Əşrəfdə, sonra müəllifin oğlunun vasitəsi ilə və atasının tərəfindən edilən əlavələrlə birlikdə, üçüncü dəfə isə Nəcəfdə “Darun-Nö”man” müəssisəsi tərəfindən çap olunmuşdur.

14-”Büğyətür-rağibin” (əl yazma); Bu, Sədr sülaləsinin alimlərinin həyatından bəhs edir.



TƏLƏF OLMUŞ KİTABLARI

Qeyd olunduğu kimi, Fransanın işğalçı qoşunları Seyyidin evini və kitabxanasını yandırmış, çox dəyərli və nəfis kitablarından bir neçəsini tamamilə məhv etmişlər. Müəllif həmişə bu kitabları yad edəndə son dərəcə təəssüf hissi keçirir, narahat olurdu. İndi biz həmin kitabların adının müəllifin həyat tarixinə düşməsi üçün qeyd edirik. Müəllifin özü də “Əl-kəlimətul-ğərra” kitabının haşiyəsində onları belə sadalayır:

1-”Şərhut-təbsirə”; Bu, istidlali fiqhdə yazılmış və dörd cilddən ibarətdir ki, təharət, qəza, şəhadət və irsin hökmlərini bəyan edir.

2-”Təliqətun ələl-istishab”; Bu, böyük fəqih Şeyx Ənsarinin bir cildli kitabına yazılan təliqədir.

3-”Risalətun fi münəccizatil-məriz”;

4-”Səbilil-möminin”;

Bu, imamət barəsində yazılan üç cildlik kitabdır. Müəllifin mənə buyurduğu kimi, bu onun bərəkətli qələmi ilə yazılan ən mühüm kitablardan idi.

5-”Ənnüsusül-cəliyyə; Bu kitabda imamət barəsində sünnü və şiə alimlərinin hər birindən 40 hədis nəql etmişdir.

6-”Tənzilul-ayatil-bahirə”; Bu, imamlarımız barəsində 100 Qur”an ayəsi və mötəbər rəvayətləri ehtiva edir.

7-”Töhfətul-mühəddisin fi ma xərəcə fihis-sünnətu minəl-müzə”əfin”;

8-”Töhfətul-əshab”; Əhli-kitabın hökmləri barəsin-dədir.

9-”Əzzəri”ətu fir-rəddi ələl-bədi”ə”;

Nəbhaninin “Əl-bədi”ə” kitabına cavab yazmışdır.

10-”Əl-məcalisul-faxirə”; 4 cildlik kitabdır ki, 1-ci cildi Peyğəmbərin, 2-ci cildi Həzrət Əli, Həzrət Zəhra və İmam Həsənin, 3-cü cildi İmam Hüseynin və 4-cü cildi sair İmamların (əleyhimussalam) həyatı barəsindədir.

11-”Müəllifuş-şiəti fi sədril-İslam”;

Bu kitabın bəzi fəsilləri “İrfan” jurnalında çap olunmuşdur.

12-”Buğyətul-faiz fi nəqlil-cənaiz”;

Bu kitabın da əksər hissəsi “İrfan” jurnalında çap olunmuşdur.

13-”Sirru buğyətis-sail ən ləsmil-ənamil”; Bu, sünnü və şiə təriqi ilə nəql olunan 80 hədisə şamildir.

14-”Zəkatul-əxlaq”; Onun bəzi hissələri “İrfan” jurnalında nəşr olunmuşdur.

15-”Əl-fəvaidu vəl-fəraid”;

16-”Təliqətun əla “Səhihi Buxari”;

17-”Təliqətun əla “Səhihi-Muslim”;

Bu iki kitab müəllifin bütün hədis mənbələrinə olan əhatəsini və güclü mühakimə istedadını göstərir.

18-”Əl-əsalibul-bədiətu fi ruchani məatimiş-şiə”. Bu, şiə aləmində əzadarlıq məsələsinin müstəhəb bir iş olduğunu, habelə onun əqli və nəqli dəlillərini araşdırır.

Seyyid Şərəfuddinin özü bu barədə deyirdi:övlad itkisindən yaranan qəm-ssə aradan gedir, amma yeni təfəkkürlərin itirilməsindən yaranan qəm-ssə ömrün axırına qədər davam edir.”

Amma müəllif sonrakı kitabları ilə bunların əvəzini çıxmış, çox dəyərli və qiymətli əsərlər yazaraq həmişəlik yadigar qoymuşdur.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə