Fxslxgghpxn-nxplhkxn-ncpxl



Yüklə 4.01 Mb.
səhifə12/16
tarix11.09.2018
ölçüsü4.01 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16
Əgər o (Peyğəmbər) özündən bəzi sözləri uydurub Bizə istinad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! heç biriniz (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.”

Allaha hamıdan yaxın olan peyğəmbərlər və arif insanlar daim günah işlərdən həzər etdikləri bir halda, bu şəxs hansı qeyri-adi xüsusiyyətlərə malik olmuşdur ki, hər nə günah iş görmüşsə də Allah ona “Ey bəndəm, günah et” demiş və o da tövbəsini dəfələrlə sındırmaqla günahda israr etmişdir?

Bəli! Əbu Hüreyrənin bu məzmunda uydurduğu hədis istənilən qədərdir. O başqa bir yerdə Peyğəmbər(s)-dən belə bir hədis nəql edir: “Mələkul-Movt (Həzrəti Əzrayıl) (can almaq üçün) ölüm ayağında olan bir şəxsin yanına gəlir. Onun heç bir xeyirli əməl sahibi olmadığını görüb qəlbini yarır, amma bir şey tapmayır. Məcbur olub ağzını aralayır və dilinin bir tərəfində “la ilahə illəllah” kəlməsini görür.

Həmən şəxs elə bu səbəbdən də Allah-təalanın rəhmət dərgahına qovuşur.”1

Əbu Hüreyrənin Peyğəmbərlər haqqında uydurduğu digər hədislər:

1-”İqamə deyilib səflər düzüldü. Peyğəmbər (s) namaz üçün mehrabından çıxdığı zaman yadına düşür ki, cünub halındadır.2

Pak və məsum Peyğəmbərimiz (s) bu sözləri buyurur: “Dəstəmaz üzərindən yenidən dəstəmaz almaq nura nur verən başqa bir nurdur.”

Bütün İlahi peyğəmbərlər Əbu Hüreyrənin uydurduğu bu iftiralardan pak və münəzzəhdirlər. Onların davamçıları olan əməli saleh möminlər və ariflər də həmçinin. Bu xüsusiyyətləri isə Əbu Hüreyrə yaxşı olardı ki, özündə və özünün timsalında olan şəxslərdə axtaraydı.

Həzrəti Məhəmmədin bütün peyğəmbərlərdən üstünlüyünü qadağan edən uydurma hədislər:

2-”Həzrəti Məhəmməd (s) Yunis ibni Mətadan (Yunis ibni Məta-həmin Yunis peyğəmbərdir) üstün və əfzəldir-demək yalan və iftiradır.”3

Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd(s)-in bütün peyğəmbərlərdən üstün və şərəfli olması hamıya məlumdur. İslam dininin zəruri hesab etdiyi bu məsələni sübuta yetirmək üçün əldə istənilən qədər sənəd və rəvayət vardır. Əbu Hüreyrənin nəql etdiyi bu əsassız hədisləri isə yalnız özü kimi sadəlövh və nadan insanlar qəbul edər.

3-”Heç bir insanın dünyada gördüyü xeyirli işlər onun cənnətə daxil olmasına səbəb olmayır. Ondan soruşduqda: “Sizin əməlləri-nizdəmi?” “Bəli! Mənim əməllərim də-deyərək cavab vermişdir.”4

Amma Qur”ani kərim bu haqda bizə tam başqa bir məlumat verir:

Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah dərgahında) qəbul olunur.”5

4-”Çobanlardan savayı kimsə Allah tərəfindən peyğəmbərliyə göndərilməmişdir.”

5-”Həzrəti İbrahim yetmiş yaşında dülgər baltası ilə xətnə (sünnət) edilmişdir.”1

6-”İsa ibni Məryəm (ə) oğrunu iş başında tutub deyir: “Oğurluq edirsənmi?” Oğru deyir: “And olsun o bir olan Allaha ki, oğurluq etmirəm!” İsa (ə) onun dediyinə inanır və özünün səhvə yol verdiyini başa düşür.”2

7-Allah insanı xəql etdiyi zaman əli ilə onun kürəyinə sığal çəkdi. O andan qiyamət gününə qədər dünyaya gələcək insanlar insanın belindəki zərrəciklərdən vücuda gələcəkdir. Sonra bütün insanların iki gözünün ortasında nur yerləşdirdi və onları Adəm(ə)-a təqdim etdi. Adəm (ə) Allah-təaladan soruşdu: İlahi, bunlar nədir?

Ona belə bir nida gəldi: “Onlar səndən törəyəcək nəsillərdir.” öz nuru ilə hamıdan fərqlənən bir şəxs Adəm(ə)-ı heyrətə saldı və Allah-təala tərəfindən nida gəldi: “O sənin oğlun Davuddur.” Adəm (ə) soruşdu: “İlahi! O bu dünyada neçə il yaşayacaqdır?”

Allah-təala tərəfindən nida gəldi: “Altmış il, ya Adəm!” Adəm (ə) dedi: “Ya Rəbbim! Mənim ömrümdən qırx il əksildib onun ömrünə əlavə et ki, yüz il yaşaya bilsin.” Allah-təala tərəfindən nida gəldi: “(Sənin istədiyin şey) elə indicə yazılıb və heç zaman əvəz edilməyəcəkdir. Adəm(ə)-ın ömrü sona çatdıqda Həzrəti Mələkul-Movt (Əzrail(ə)) ruhunu bədənindən ayırmağa gəlir. Adəm (ə) təəccüblə ondan soruşur: “Məgər mənim ömrümdən hələ qırx il qalmayıbmı?” Mələk cavab verir: “Sən ki, onu övladın Davud(ə)-a bəxş etdin!” (Bunu eşitdikdən sonra) Adəm (ə) və onun övladları hər şeyi inkar etdi.3

Başqa bir hədisdə peyğəmbərlərin şə”ninə xas olmayan xüsusiyyətlər zikr etmişdir. Məsələn, Adəm (ə) və Musa(ə)-ı cəbri* və qədəri* kimi qələmə vermiş və onlar arasında baş vermiş mübahisənin Adəm(ə)-ın xeyrinə sona çatdığını isbat etməyə çalışmışdır.4

Qeyd etdiyimiz kimi Əbu Hüreyrə tərəfindən bu məzmunda nəql edilmiş hədislər istənilən qədərdir. Lakin biz bu bölümdə yalnız onlardan ikisinə işarə edirik.

1-(Əbu Hüreyrə deyir:) Ə”la ibni Həzrəmi və mən min nəfərlik bir dəstə ilə Bəhreynə gedirdik. Yolda qarşımıza kimsənin keçə bilmədiyi bir gölməçə çıxdı. Ə”la atın yüyənindən yapışıb, suya tərəf getdi. Onu müşahidə edən min nəfərlik qoşun da onun ardınca hərəkət etməyə başladı. And olsun Allaha! Nə bir kəsin başmağı və nə də bir atın dırnağı (su üzərindən keçərək) islanmadı.1

Əgər bu hədis mötəbər olsaydı onu min nəfərlik ordudan heç olmasa bir nəfər başqası da nəql edər və hədis mütəvatir hədislər sırasında olardı. Amma görünür, bu hadisəni tək Əbu Hüreyrə görmüş və hədisi nəql etmək təkcə ona nəsib olmuşdur.

2-Əbu Hüreyrə “səfər xurcunu” dastanını nəql edərkən deyir: Müsəlman olduqdan sonra kimsənin qarşılaşmadığı üç böyük müsibətlə üzləşdim.

Həzrəti Peyğəmbər(s)-in vəfatı, mən o zaman çox gənc və fəal idim və daim o həzrətin xidmətində olardım, sonra Osmanın ölümü və onun ardınca baş vermiş “Xurcun əhvalatı”. “Xurcun əhvalatı nədir?”-deyə soruşulduqda Əbu Hüreyrə bu rəvayəti nəql edərdi: Peyğəmbər(s)-in ordusunda idim, bir qədər yol getdikdən sonra Peyğəmbər (s) məni yanına çağırıb soruşdu: Ey Əbu Hüreyrə! Yeməyə bir şeyin varmı?

Dedim: Bəli, ya Rəsuləllah! Xurcunda bir qədər xurma vardır.

Buyurdu: Gətir onları.

Mən də xurmaları çıxarıb ona verdim. Həzrəti Peyğəmbər (s) əlini xurmalara vurub dua etdi və sonra dedi: On nəfər çağır gəlib xurmalardan yesinlər.

Dediyi kimi də etdim. Bu iş dəfələrlə təkrar oldu. Nəhayət bütün ordu yeməklə təmin edildi. Xurmanın qalanını isə mən yenə xurcuna qoydum. Peyğəmbər (s) buyurdu:

Ey Əbu Hüreyrə, istədiyin zaman əlini xurcuna salıb xurma götürə bilərsən.

Mən o xurmalardan həzrəti Peyğəmbər(s), Əbu Bəkr, Ömər və Osman sağ olduqları müddət ərzində istifadə edirdim və xurmalar əsla azalmayırdı.

Osman vəfat etdiyi zaman həmən xurma kisəsi yoxa çıxdı. Bilmək istəyirsinizmi mən o kisədən nə qədər xurma yedim? (Desəm, bəlkə də inanmayacaqsınız). İki yüz dəvə yükü!!!

Peyğəmbər(s)-in az miqdar yeməklə ordunu doydurmasında heç bir şəkk və şübhə ola bilməz. Çünki, bu onun peyğəmbərlik nişanələrindən biri olmuşdur.

Amma bu hədis Əbu Hüreyrənin Bəni Üməyyə xilafətinə yaxınlaşmaq üçün uydurduğu hədislərdən biridir. Çünki Bəni Üməyyənin fəziləti haqqında hədis nəql etmək onun xilafət qarşısında insaniyyət və bəlkə də şəri borcu olmuşdur. Əhli sünnət kitablarında Əbu Hüreyrədən nəql edilmiş digər hədisləri bu “dastan” ilə müqayisə etdikdə hədisin batil olduğu dərhal nəzərə çarpır.1

Əbu Hüreyrənin kisəsində xurma yox, başqa şeylər var idi. Bu kisə onun elm xəzinəsi idi!

O istədiyi zaman istədiyi əşyanı onun içindən götürüb kimsədən çəkinmədən istifadə edərdi. Bu səbəbdən də ondan “Bu dediyin sözləri Peyğəmbər(s)-dən eşitdinmi?”-deyə, soruşuqda “Xeyr! Bu Əbu Hüreyrənin kisəsindəndir”-deyərək cavab verərdi.

Bizim kisəmiz isə Əbu Hüreyrənin nəql etdiyi əsrarəngiz hədisləri bəyan etmək üçün çox kiçikdir. Elə buradaca bəyan etmək niyyətində olduğumuz mətləbə son qoyuruq və bununla kifayətlənirik. Şükr olsun Allahın birliyinə!



12-ci fəsil

Əbu Hüreyrənin adəti üzrə başqalarından eşitdiyi hədisləri heç bir vasitə və əlamət olmadan birbaşa Peyğəmbər(s)-ə nisbət verər və Peyğəmbər(s)-in özündən eşitdiyi hədislərlə onların arasında heç bir fərq qoymadan nəql edərdi. Bu səbəbdən də onun nəql etdiyi bütün hədislər mürsəl* hədislər hökmündədir və bu hədislərdən sənəd və dəlil kimi istifadə etmək olmaz.

Əgər onda bu adətin olub-olmamasında şəkk edirsinizsə aşağıdakı hədislərə diqqət yetirin:

1-”Peyğəmbər (s) əmisi Əbu Talibə dedi: “Allahdan başqa məbud yoxdur”-de ki, qiyamət günü (Onun dərgahında) sənin üçün şəhadət verim.” Dedi: Əgər Qureyş...”2

Alim və təhqiqatçılar bunu yaxşı bilirlər ki, Əbu Talib Əbu Hüreyrənin Məkkəyə gəlməsindən on il əvvəl vəfat etmişdir. Deməli, Əbu Hüreyrə şəxsən orada olmamış və onların arasında baş vermiş söhbəti eşitməmişdir. Amma Əbu Hüreyrə bu hədisi elə nəql edir ki, sanki şəxsən orada olmuş və bu söhbətlərin canlı şahidi olmuşdur.

2- (Və ən yaxın qohumlarını qorxut) ayəsi nazil olduqda Peyğəmbər (s) ayağa qalxıb buyurdu: “Mən sizi Allahdan ehtiyacsız etməyirəm və...”3

Hamıya məlumdur ki, bu ayə islamın zühur etdiyi ilk günlərdə (hətta islam dininin Məkkənin özündə yayılmasından öncə) Məkkə şəhərində Allah elçisinə (s) nazil olmuşdur. O zaman Əbu Hüreyrə Yəmən müşriklərindən biri idi və iyirmi il sonra Hicaza gəlib İslamı qəbul etmişdir.

Göründüyü kimi Əbu Hüreyrə hədisi elə bir tərzdə nəql edir, sanki şəxsən özü o məclisdə olmuş və baş vermiş əhvalatın canlı şahidi olmuşdur.

3-”Peyğəmbər (s) namaz qılarkən qunut tutaraq bu duanı oxuyardı: “İlahi! Səlmə ibni Hişamı, Vəlid ibni Vəlidi, Əyyaş ibni Əbu Rəbiəni və hicrət etmələrinin qarşısı alınan bütün məzlum və möminləri bu çətinlikdən azad et!”1

Peyğəmbər (s) onların azad olması və bu çətinliklərdən yaxa qurtarmaları üçün dua edərkən Əbu Hüreyrə islamı qəbul etməmiş cahil bir ərəb idi. O bu hadisədən yeddi il sonra islam dinini qəbul edib, müsəlmanların sırasına qoşuldu. Bəs necə olur ki, Əbu Hüreyrə Peyğəmbər(s)-in namaz qıldığını görür və onun qunutda oxuduğu duanı belə yadında saxlaya bilir?!

4-”Əbu Cəhl dedi: “Aya Məhəmməd (s) sizin yanınızda üzünü yerə sürtür?” Dedilər: “Bəli.”2

Əgər Əbu Cəhl belə bir söz söyləmiş olsaydı bu Əbu Hüreyrənin Hicaza gəlməsindən iyirmi il əvvəl olmalı idi. O zaman Əbu Hüreyrə Hicazda nə edirdi?! Bu sual bizə hələ də qaranlıq qalır! Axı necə olur ki, Əbu Hüreyrə “Rəci”“ hadisəsində şəhid olmuş sərkərdə Asim Ənsari ibni Sabiti öz gözləri ilə görmüş və onun haqqında rəvayət nəql etmişdir?3

Bir halda ki, bu hadisə dördüncü hicri ilində, yəni Əbu Hüreyrənin islamı qəbul etməsindən üç il əvvəl baş vermişdir.

Sözün qısası, əgər Əbu Hüreyrənin hədis söyləmək sənətinə diqqət yetirsəniz siz də bizim əldə etdiyimiz nəticəyə gələcəksiniz. Dediklərimizi sübuta yetirmək üçün bir neçə dəlillə kifayətlənirik.

Müasir Misir təhqiqatçısı Əhməd Əmin apardığı təhqiqatlardan belə nəticəyə gəlmişdir. O deyir: “Belə məlum olur ki, Əbu Hüreyrə Peyğəmbər(s)-dən eşitdiyi hədislərlə kifayətlənməyib başqalarından eşitdiyi hədisləri də o həzrətdən nəql edərdi.”4

Mənə belə gəlir ki, Əbu Hüreyrə özü də bu həqiqəti etiraf etmişdir. O, Peyğəmbər(s)-dən nəql etdiyi hədislərdən birində deyir: “Hər kim Ramazan ayında səhər açılana kimi cünub halında qalarsa o günün orucunu tutmamalıdır.” Ayişə və Ümmə Sələmə isə onun uydurduğu bu hədisi rədd edərək Əbu Hüreyrəyə öz etirazlarını bildirdikdə. Əbu Hüreyrə Fəzl ibni Abbasa (o zaman artıq vəfat etmişdi) üzünü çevirib dedi: Peyğəmbər(s)-dən yox, Fəzldən. Sizdə belə bir sual yarana bilər ki, mötəbər ravi* başqalarından eşitdiyi hədisi vasitəçinin adını çəkmədən birbaşa Peyğəmbər(s)-ə istinad etməkdə məgər səhvə yol vermiş olurmu?

Cavabında biz deyəcəyik: Bunun heç bir eybi yoxdur, amma həmən hədisi hər hansı bir mövzu üçün dəlil və sübut hesab etmək olmaz və belə hədislər ravinin adil olmasına baxmayaraq “səhih”* hədis hesab edilməyir.

Hədisi nəql edən şəxslərin (vasitəçilərin) adı və onların adil olmaları məlum olmayınca hədis mürsəl hesab olunur. Deməli, hədisin “səhih” olması üçün ravilərin adil olmaları əsas şərtlərdən biridir və buna diqqət yetirmək olduqca mühümdür. Belə bir nəticəyə gəlirik ki, Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxu (ravilərin adı və ədaləti göstərilmədiyi üçün) mürsəl və etibarsızdır və onlardan sənəd kimi istifadə etmək olmaz. Bu mürsəl hədislər sənədli hədislərlə qarışdırıldığı üçün qəbul olunmuş qaydalara əsasən sənədli və mötəbər hədisləri də şübhə altına düşür və onun nəql etdiyi bütün hədisləri etibarsız edir.



13-cü fəsil

Olmadığı yerlərdə olduğunu iddia etməsi

Əbu Hüreyrə deyir: “Günlərin biri Peyğəmbər(s)-in qızı (Osmanın həyat yoldaşı) Rüqəyyənin evinə getdim. Rüqəyyə əlində daraq qarşıma çıxdı və dedi: Elə indicə Peyğəmbər (s) burada idi və mən onun saçını darayırdım.

Sonra məndən soruşdu: Əbu Əbdullah (Osman) necə adamdır?

Dedim: O yaxşı adamdır.

Buyurdu: Onu hamıdan əziz tut. Xasiyyət baxımından mənə hamıdan yaxın olan odur.

Hakim özünün “Əl-Mustədrək” adlı kitabında bu rəvayəti nəql edərkən deyir:1 Bu hədis sənəd baxımından etibarlı, mətn baxımından isə bir o qədər də dəqiq deyildir. Çünki Rüqəyyə hicrətin 3-cü ilində Bədr döyüşü ərəfəsində vəfat etmişdir. Əbu Hüreyrə isə hələ o zaman islamı qəbul etməmişdi. O islamı yalnız Xeybər döyüşündən sonra qəbul edib müsəlman oldu.

Zəhəbi özünün “Təlxisul-Mustədrək” adlı kitabında bu hədisə işarə edərək Hakimin sözlərini olduğu kimi bəyan etmişdir.

Əbu Hüreyrə Peyğəmbər(s)-in yol verdiyi səhv(!) haqqında deyir: “Günorta (zöhr) ya ikindi (əsr) namazını Peyğəmbər(s)-lə birlikdə qılırdıq. O ikinci rükətdən sonra salamları deyib namazı bitirdi. Zülyədəyn Peyğəmbər(s)-in yanına gəlib ondan soruşdu: Ya Rəsuləllah! Namazı özünüz bilərəkdən iki rükət qıldınız, ya yadınızdan çıxdı?

11-ci fəsildə bu mətləbi şərh edərkən dedik ki, Zülyədəyn Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl Bədr döyüşündə şəhid olmuşdur.1

O çox vaxt fəxr edərək deyərdi: “Xeybər qalasını fəth etdik, amma oradan qənimət məqsədi ilə qızıl-gümüş götürmədik. Oradan əldə etdiyimiz yalnız bir neçə baş inək, dəvə və başqa əşyalar oldu.”2 Bir halda ki, o Xeybər döyüşündən sonra islamı qəbul etmiş və bəzi döyüşlərdə (nəzərə çarpmaz dərəcədə) iştirak etmişdir. Bu səbəbdən də “Səhiheyn”ə şərh verən hədis alimləri Əbu Hüreyrənin belə çaşdırıcı hədisləri ilə qarşılaşarkən heç bir bəhanə tapa bilməyib deyirlər: “Xeybər qalasını fəth etdik” dedikdə onun məqsədi tək özü yox, müsəlmanlar olmuşdur və burada hədisin məcazi mənasına diqqət yetirmək lazımdır.3

Başqa bir yerdə deyir: “Xeybərdə Peyğəmbər(s)-lə birlikdə idik. Peyğəmbər (s) onunla birlikdə olaraq müsəlmanlıq iddiası edən şəxs barəsində dedi: “Bu şəxs cəhənnəm əhlindəndir.” Döyüş başlayan zaman həmən şəxs ağır yaralandı. Deyilənlərə görə bu səhnəni görən bəzi şəxslərdə Peyğəmbər(s)-ə qarşı inamsızlıq yarandı. Yaralanmış şəxs gücünün tükəndiyini və ağrılarının dözülməz olduğunu görüncə ox qabından bir ox çəkib özünü öldürdü.4

Halbuki:


1-Əbu Hüreyrə Xeybərdə olmadığı bir halda orada olduğunu və döyüşdə iştirak etdiyini iddia edir. Bu səbəbdən də şərhçilər çarəsiz qalıb deyirlər: “O bunu məcazi mənada demişdir. Onun məqsədi burada tək özü deyil, müsəlmanlardır. Çünki o, islam dinini Xeybər döyüşündən sonra qəbul etmişdir.” (Qəstəlaninin nəzəri)5

2-özünü öldürən şəxs Qəzman ibni Hərs münafiq və qələbə əzmində olan bir döyüşçü idi.6

Amma bu hadisə Ühüd döyüşündə, yəni Əbu Hüreyrə islamı qəbul etməzdən əvvəl baş vermişdir. Ərəblər arasında məşhur olan bir atalar misalında deyilir: “Habil ilə Qabili səhv salıb,1 axırda böyük bir yalan əmələ gəlib.”

Başqa bir yerdə deyir: Süffə səhabələrindən yetmiş nəfəri çox acınacaqlı bir vəziyyətdə idi. Onların əyinlərinə geyinməyə bir dəst paltarları belə yox idi.2 O yetmiş nəfərin hamısı “beri məun” günündə şəhid oldu və Peyğəmbər (s) bu hadisədən çox kədərlənib, bir ay namazlarında onların qatillərinə lə”nət oxudu.

Bu hadisə hicrətin dördüncü ilində, yəni Əbu Hüreyrənin müsəlman olmasından bir neçə il əvvəl baş vermişdir. O bu vaxtlar hələ Yəməndə yaşayır və Hicaza köçməyi belə fikirləşməyirdi. Amma bütün bunlara baxmayaraq o Peyğəmbər(s)-in namazda etdiyi duaları da eşidir və onun səhabələri ilə yaxından da tanış olur!

Qəstəlani deyir: Əbu Hüreyrənin dediyi yetmiş nəfər, şəhid olmuş həmən yetmiş nəfər səhabədir. Daha doğrusunu Allah bilir.

Göründüyü kimi bu hadisələrin heç birində Əbu Hüreyrə şəxsən iştirak etməmiş, Peyğəmbər(s)-in (şəxsən) özündən hədis eşitməmişdir.

O Kə”bul Əhbar kimi etibarsız şəxsdən belə eşitdiyi hədisləri Peyğəmbər(s)-ə aid etmişdir. Misal olaraq: “Allah insanı özünə oxşar surətdə yaratdı. Onun uzunluğu altmış zira, eni isə yeddi zira idi.”3

Bu səbəblərdən də Allaha iman gətirmiş hər bir müsəlman onun nəql etdiyi hədislərdən mümkün qədər uzaq olmağa çalışmalıdır.

Belə məntiqsiz hədislərə “Səhiheyn” və digər hədis kitablarında çox rast gəlmək olur. Məsələn, Müslüm (Səhihi-Müslümdə) Əbu Süfyanın fəziləti haqqında Əkrimət ibni Əmmar Yəmamidən belə rəvayət edir: “Müsəlmanlar Əbu Süfyanla oturub durmudular. O Peyğəmbər(s)-in yanına gedib dedi: Ya Rəsuləllah! Səndən xahişim budur ki, bu üç şeyə razılıq verəsən.

Buyurdu: Olsun! (İstədiklərini de!)

Dedi: Ərəb qadınlarının içində ən gözəli və ən xoş xasiyyətli olan qızım Ümmü Həbibəni sənin ilə evləndirim.

Buyurdu: Bəli, razıyam.

Dedi: Müaviyəni öz yanında katibliyə götür. Buyurdu: Götürdüm.

Dedi: Mənə cihad əmri ver və mən də bundan belə əvvəllər müsəlmanlarla vuruşduğum kimi bundan sonra kafirlərlə döyüşüm.

Buyurdu: Buna da razıyam (Döyüş!)1

Müslüm Əbu Süfyanın fəziləti barəsində bu hədislə kifayətlənmiş və şükr olsun Allaha ki, bundan başqasını tapa bilməmişdir. Bu hədis əksər tarix və şərhçilərin nəzərinə görə batil və əsassızdır.

Çünki, Əbu Süfyan Məkkə fəth olduqdan sonra müsəlman olmuş və bundan qabaq o Peyğəmbər(s)-in qatı düşmənlərindən biri hesab olunurdu. Onun qızı “Rəmlə” isə hicrətdən əvvəl müsəlman olmuş və qohum-əqrəbasından ayrılaraq Həbəşəyə mühacirət edən yeni müsəlmanlardan idi və Rəmlə atasının xəbəri olmadan Peyğəmbər(s)-lə ailə qurmuşdu. Peyğəmbər(s)-lə qatı düşmənçilik mövqiyyətində duran Əbu Süfyan bu xəbəri eştidikdə dedi: Bu şəxs aradan getməyəcək (yəni məğlub olmayacaq).

O Peyğəməbərlə barışıq elan etmək üçün Mədinəyə tərəf yola düşdü. Mədinəyə çatdıqda qızı Ümmi Həbibənin evinə getdi. O Peyğəmbər(s)-in yerində oturmaq istərkən qızı kilimi onun altından çəkdi. Əbu Süfyan təəccüblənərək soruşdu. Məndən qaçırsan? Dedi. Bəli! Bura Peyğəmbər(s)-in yeridir. Sən isə murdar və müşriksən.

Bütün islamşünas alimlər bu əhvalatı doğru hesab edir. Əgər bu barədə geniş məlumat əldə etmək istəsəniz Ümm Həbibənin şərhi halı haqqında yazılmış əsərlərə və tərcümə olunmuş kitablara müraciət edin.

Müslümin “şərh halında” bu hədisin izahında Nəvəvinin söylədiklərinə diqqət yetirsəniz kifayət edər.

Şükr olsun Allaha ki, bizləri haqqa hidayət edib aqil və alim insanlardan qərar vermişdir. Salam olsun həzrəti Məhəmməd(s)-ə və onun Əhli-Beytinə.



14-cü fəsil

Əbu Hüreyrə hədis nəql etməkdə özü üçün elə bir yol seçmişdir ki, onun nəql etdiyi hədisləri oxuyan hər bir şəxs dərhal şəkkə düşərək onlardan uzaq olmağa çalışır. Hələ o özü sağ olarkən nəql etdiyi hədisləri tənqid atəşinə tutan şəxslər onu rahat burxmayırdılar. O bu etirazları eşidərkən deyərdi: Deyirlər Əbu Hüreyrə çox danışan və çərənçidir. Allah özü daha yaxşı bilir, hamı ilə o özü haqq-hesab edəcək. Deyirlər nə üçün mühacir və ənsar onların söylədiklərini deməyirlər (təsdiq etməyirlər).

Gördüyünüz kimi, o özü hədislərinin başqaları tərəfindən inkar və tənqid olunduğunu etiraf edir və narahatçılıqla deyir: “Allah özü daha yaxşı bilir və istədiyinə əzab verən də məhz onun özüdür.” Onun fikrincə hədis nəql etmək onun dini vəzifəsi olmuşdur və əgər bu onun dini (şəri) vəzifəsi olmasaydı onların pis fikrə düşməmələrinə görə hədis nəql etməzdi. Başqa bir yerdə deyir: “And olsun Allaha, əgər bu ayə nazil olmasaydı.

“Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən şəxsləri Allah və bütün lə”nət edənlər onlara lə”nətlyir”, ağzımı açıb sizinlə kəlmə kəsməzdim.”1

Əbu Rəzi deyir:2 “Günlərin biri Əbu Hüreyrə əllərini alnına vura-vura bizim yanımıza gəlib dedi: Ey camaat! Elə güman edirsiniz ki, Peyğəmbər(s)-ə yalan qoşmaqla özüm haqq yoldan çıxıb sizləri haqqa hidayət edirəm?!

O “Amul-Cəmaət” də Müaviyə ilə birlikdə İraqa gəldi və böyük kütlənin onların pişvazına çıxdığını gördükdə heyrətə gəldi. Kufə məscidinə gedərək dizi üstə oturub, əllərini zərb ilə başına vura-vura dedi: Ey İraq camaatı! Yoxsa güman edirsiniz ki, Allaha və Onun Peyğəmbərinə yalan qoşmaqla özümü cəhənnəm oduna atıram?!” (Hədisin ardını isə Əli(ə)-ın düşmənlərinə yaxın olmaq üçün o həzrətin əleyhinə nəql etmişdir.)3

Bunu bilmək kifayətdir ki, Peyğəmbər(s)-ə yaxın olan böyük səhabələr onun nəql etdiyi hədisləri rədd edir və onun özünü isə tənqid atəşinə tutardılar. Əhməd Əmin Əbu Hüreyrə haqqında deyir: Səhabələrdən bir qismi Əbu Hüreyrəni Peyğəmbər(s)-dən hədis nəql etməkdə ifrata vardığı üçün tənqid edirdilər.4

Hətta “Səhihi-Müslüm”də də Əbu Hüreyrəyə qarşı tutulan irad və tənqidlər haqqında iki hədis nəql edilmişdir.

Müasir Misir alimi Mustafa Sadiq Rafii bu haqda deyir: “Əbu Hüreyrə yalnız üç il Peyğəmbər(s)-in yanında olmasına baxmayaraq bütün səhabələrdən çox hədis nəql etmişdir. Bu səbəbdən də Əli(ə), Ayişə, Ömər və Osman daim onu tənqid edir və ifrata varmaqda günahlandırırdılar. Ayişə onu hamıdan çox tənqid edirdi.1

Həmçinin Nizam deyir: “Əli (ə), Ayişə, Ömər və Osman Əbu Hüreyrəni yalançı hesab edirdilər.”

Bir halda ki, İbni Qüteybə Əbu Hüreyrəni müdafiə etmək üçün Nizama qarşı çıxmış, amma onun sözlərini qəbul etməkdən başqa bir çıxış yolu görməmişdir.

İbni Qüteybə deyir:2 Nizam bu sözləri Əbu Hüreyrənin şəxsiyyətini ləkələmək məqsədi ilə demişdir. Əli(ə), Ayişə, Ömər və Osman Əbu Hüreyrəni tənqid edərək onun sözlərini qətiyyətlə rədd edirdilər. O təqribən üç il Peyğəmbər(s)-in yaxın səhabələrindən biri olmuşdur. Bu müddət ərzində o özündən islamı tez qəbul etmiş səhabə və digər şəxslərdən daha çox hədis nəql etmişdir. Bu səbəbdən də onun bu işinə görə tənqid edir və yalançı hesab edirik.3 Ona bəzən deyərdilər: Axı sən tək başına necə bu qədər hədis nəql edirsən? Sənin tək bu qədər hədis nəql edən ikinci bir şəxs varmı? (O yenə deyir:) Ayişə hamıdan çox onu bu iş üçün tənqid edir və onun bu işdən çəkinməyini dəfələrlə təkid edirdi. Ömər də ifrata varan ravilərə və şahidsiz hökm verən şəxslərə qarşı sərt mövqe tutar və onlarla mübarizə edərdi.

Allah həqiqəti ibni Qüteybənin dili ilə aşkar etdi və özü istəmədən Nizamın dediklərini qəbul etdi. Haqq necə olursa-olsun aşkara çıxmalı və öz yerini tutmalıdır. Ancaq ibni Qüteybə elə düşünür ki, səhabələrin ondan uzaq olub ona qarşı acıqlı olmalarının səbəbi odur ki, Peyğəmbər onun böyük bir məqam sahibi olmasını vurğulamışdır. Ona qarşı olan paxıllıq üzündən onun sözlərini dəyərsiz və puç saymışlar. Əgər böyük səhabələr onun tam dəqiqliyini tanısaydılar və əgər onların yanında doğru danışanlardan olsaydı onu yalançı və iftiraçı kimi tanımaz və ittiham etməzdilər. Qeyd etdiyimiz kimi, Əbu Hüreyrə demişdir:4 “Aclığın şiddətindən minbər ilə Ayişənin otağı arasında taqətdən düşüb yerə yıxıldım. Bir nəfər məni dəli bilib ayağını mənim boynuma qoydu. Halbuki mən dəli deyildim; aclıqdan bu hala düşmüşdüm.”

Əlbəttə, bu sözlər ibni Qüteybənin onun barəsində danışdığı dəyərlər və tutduğu məqam ilə üst-üstə düşür.

Xülasə, böyük səhabələrin və tabeinin Əbu Hüreyrənin əleyhinə olan tənələri və inkarları barəsində heç bir kəsin şəkk-şübhəsi yoxdur. Axır zamanlar sünnülər bütün səhabələrin istisnasız olaraq ədalətli olmasını qəbul etmişlər. Bu səbəbdən də heç vaxt onların yaşayış tərzlərini araşdırmamış və onlara tabe olmağı vacib saymışlar. Beləliklə də öz ağıllarını qandallamış, göz, qəlb və qulaqlarını fəaliyyətdən salmış və aşağıdakı Qur”an ayəsinin bariz nümunəsinə çevrilmişlər.




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə