Fxslxgghpxn-nxplhkxn-ncpxl


Onlar kar, lal və kordular.”



Yüklə 4.01 Mb.
səhifə13/16
tarix11.09.2018
ölçüsü4.01 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16
Onlar kar, lal və kordular.”

Əhli beyt (ə) heç vaxt səhabələrə, onların özlərinin bir-biri barəsindəki nəzərlə baxırdılar. Onların Əbu Hüreyrə barəsində nəzərləri Əli(ə), Ömər, Osman və Ayişənin nəzəri ilə müxalif deyildir. Onların ardıcılları və bütün şiələr Əli(ə)ın vaxtından indiyə qədər o həzrətlərin tutduğu yoldan nə bir addım artıq, atmış nə də geri qalmamışlar. Şiələrin nəzəri elə Əhli-betin nəzəridir. Bəlkə də mötəzililərin əksəriy-yətində də nəzəri elə bu cürdür İmam Cə”fər İskafi deyir: Bizim böyük alimlərimizin nəzərində Əbu Hüreyrə ağılsız, onun rəvayətləri isə etibarsızdır. Ömər onu qamçı ilə vurub dedi: “Çoxlu rəvayət nəql edirsən, Allahın elçisi barəsində yalan söyləmə! Süfyan, Suri Mənsurdan, İbrahim Teymidən belə nəql edir:

“Əbu Hüreyrənin yalnız behişt və cəhənnəm barəsində söylədiyi hədisləri qəbul edirdilər. (Yenə davam edərək deyir:) Əbu Üsamə öz əmisindən rəvayət edir ki, İbrahim doğru hədis söyləyən idi, elə ona görə də eşitdiyimiz hər hədisi ona söyləyirdik. Bir gün Əbu Salehin Əbu Hüreyrədən nəql etdiyi bir hədisi ona söylədim. İbrahim dedi: “Əbu Hüreyrəni kənara qoy!” Onlar onun çox sözlərini rədd etmişlər. İskafi deyir: “Əli (ə) buyurub: Ən böyük yalançı və Peyğəmbər(s)-in adından yalan danışan şəxs Əbu Hüreyrədir.”

İskafi Əbu Yusifdən nəql edir ki, Əbu Hənifəyə dedim: Əgər Peyğəmbərdən bizim rə”yimizlə uyğun gəlməyən bir hədis və ya fikir eşitsəm nə etməliyəm?

Əbu Hənifə dedi: Əgər o xəbəri inanılmış və etibarlı ravidən eşitsən gərək ona uyğun əməl edək, öz rə”yimizi geri götürək.

Dedim: Ömər və Əbu Bəkr barəsində nə deyirsən?

Dedi: Onların söylədikləri qəbul olunur.

Dedim: Əli (ə) və Osman necə?

Dedi: Onlar da həmçinin.

Elə ki, gördü bir-bir səhabələrin adını çəkirəm, dedi: Bütövlükdə səhabələrin hamısı adildir-bir neçə nəfərdən başqa.

Sonra həmin bir neçə nəfərə misal olaraq, Əbu Hüreyrə və Ənəs ibni Malikin də adlarını çəkdi.

Məlum oldu ki, Əbu Hənifə və onun səhabələrinin rə”yləri Əbu Hüreyrənin söylədiyi hədislə zidd olardısa, onun sözünü rədd edərdilər. Belə ki, onun “Misrat” barəsində söylədiyi hədisi də rədd etmişlər. (Misrat-yəni dəvəni, inəyi və ya qoyunu bir neçə gün sağmırlar ki, onu satan zaman müştəri onun çoxlu süd verəcəyini fikirləşsin.) Əbu Hənifə və onun səhabələri onun bu hədisinə əməl etməmişlər.

Əbu Hüreyrə Peyğəmbər(s)-dən nəql edir: “Dəvə və qoyunu satan zaman onların döşlərini südlə dolu saxlamayın. Əgər bir şəxs belə bir heyvanı alırsa, onun südünü sağandan sonra iki yoldan birini seçməlidir: ya al-verin düzgünlüyünü qəbul etməli, ya da bir qab xurma ilə birlikdə qaytarmalıdır.”

Əbu Hənifənin davamçıları ona əhəmiyyət verməyərək belə dedilər: Əbu Hüreyrə fəqih (şəriət alimi) deyil, onun söylədiyi hədis bizim rə”ylə üst-üstə düşmür. Heyvanın südünü sağmaq təcavüz sayılır. Təcavüzün də müqabilində ya gərək malın (əmtəənin) özünü qaytarasan, ya da onun dəyərini ödəyəsən. Amma Əbu Hüreyrənin söylədiyi söz (bir qab xurma ilə heyvanı geri qaytarmaq) dediklərimizdən heç biri ilə uyğun gəlmir.1

Biz həmçinin bilirik ki, Əbu Hənifə və bütövlükdə onun səhabələri belə bir əqidədədirlər ki, əgər namaz qılan şəxs səhvən və ya namazı qurtardığını küman edərək artıq bir söz işlədərsə, onun namazı batil olar. Əbu Hənifə fiqhi Süfyan Surinin nəql etdiyi rəvayətə əsasən bu məsələdə həmin əqidədədirlər. Belə məlum olur ki, Əbu Hüreyrənin sözü onlar üçün dəyərsizdir. Belə ki, onun nəql etdiyinə görə Allahın elçisi dörd rükətli namazın ikinci rükəti bitdikdən sonra səhvən salam verib, namazı bitirmiş və durub otağına gedərək, yenidən geri dönmüşdür. Camaat ondan “Namazı sındırdın, ya ki, unudaraq axıra yetirmədin”-deyə soruşduqda buyurdu: “Heç biri deyil.” Camaat yenidən dedi: “Siz namazı iki rükət qıldınız.” Allahın elçisi (s) söhbətdən sonra xatircəm olub, onlarla yenidən iki rükət namaz qılaraq iki səhv səcdəsi yerinə yetirdi.2 Buna görə Malik, Şafei, Əhməd, Ovzəi və başqaları demişlər ki, əgər namazda səhvən bir söz işlətsə namazı batil etməz. Lakin, Əbu Hənifə Əbu Hüreyrənin sözlərini dəyərli saymayıb belə namazın batil olmasına fitva vermişdir.3

Sonda Əbu Hüreyrənin səhabələr arasında olan məqamını bariz şəkildə göstərəcək hədislərə işarə edəcəyik.

1-Əbu Hüreyrə deyir: Elə ki, mən söyləyən hədis Ömərin qulağına çatdı məni yanına çağırtdıraraq belə dedi: Filan kəsin evində olarkən sən də bizimlə idinmi?

Dedim: Bəli. Allah Peyğəmbəri (s) həmin gün belə buyurdu:1

Hər kəs mənə qəsdən yalan nisbəti versə, yeri cəhənnəmdir.”

Buradan belə məlum olur ki, Əbu Hüreyrə Ömərin yanında söz söyləyə biləcək bir şəxs deyildi və ya Öməri məcbur edə bilməzdi ki, oturub onun söylədiklərinə qulaq assın. Ömər Əbu Hüreyrənin söylədiyi hədisləri başqa-larının dilindən eşidib, təəccüblənərək onu bu işdə günahlandırmışdır. O, bu hərəkəti ilə Əbu Hüreyrəni cəhənnəm atəşindən qorumaq istəyirdi.

2-Yenidən Ömər onu tənbih edərək dedi:2 “Peyğəmbər(s)-dən hədis söyləməkdən əl çəkəcəksən, ya da səni Dusa və ya Qirədəyə sürgün edəcəyəm!”

3-Ömər Əbu Hüreyrəyə Peyğmbər(s)-in adına yalan qoşaraq hədis söyləməsinə görə şallaq vurub dedi:3 “Nə qədər danışmaq olar! Səni Peyğəmbər(s)in adına yalan qoşmaqdan çəkindirərəm!”

4-Ona şallaq vuraraq yaraladı və mənimsədiyi on min dinarı ondan alaraq rüsvay edib, Bəhreynin valiliyindən uzaqlaşdırdı. Həmçinin sərt sözlərlə onu danladı.4

5-Peyğəmbər(s)-in sağlığında da Ömər onu o qədər vurdu ki, arxası üstə yerə yıxıldı.5

6-Əbu Hüreyrə barəsində Əli(ə)-dan sual etdikdə, belə buyurdu:6 “Bilin ki, o, camaatın ən çox yalan söyləyənidir. İnsanlar arasında Peyğəmbərə (s) ən çox yalan qoşan şəxs Əbu Hüreyrədir.”

7-Həzrəti Əli(ə)-a dedilər ki, Əbu Hüreyrə... Həzrət buyurdu:7 “Onun sözünü qəbul etmirəm və onunla müxalifəm.”

8-Əbu Hüreyrə rəvayət nəql edərkən hərdən bu sözlərdən istifadə edərdi: “Mənim dostum Peyğəmbər (s) və ya dostum Peyğəmbər (s) mənə dedi...” Elə ki, Əli (ə) bu sözləri eşitdi ona belə buyurdu:

Ey Əbu Hüreyrə! Allahın elçisi haçandan səninlə dost olub?

Əli (ə) onu təkzib edib, hədislərini qəbul etməzdi, çünki, onun sözlərini məqbul saymırdı. Bəli, Əli (ə) Qur”an ilədir, Qur”an da Əli (ə) ilə. Onlar bir-birindən Peyğəmbərin(s)-in yanına gedənəcən ayrılmayacaqlar.1 Əli (ə) haqq ilədir, haqq da Əli (ə) ilə.2

9-Elə ki, Ayişə Əbu Hüreyrənin söylədiyi hədisi eşitdi onu yanına çağırıb dedi: “Peyğəmbər(s)-dən söylədiyin bu hədislər nədir? Olmaya Peyğəmbər(s)-dən bizim eşitdiklə-rimizdən başqa bir şey eşitmisən?! Ya bizim gördüyümüzdən əlavə bir şey görmüsən?!”

Əbu Hüreyrə ona dedi: Anacan, güzgü və sürmə qabı səni ona diqqət etməkdən yayın-dırıb.3

10-Əbu Hüreyrə nəql etdiyi hədislərin birində deyir ki, it, arvad və qatır namazı batil edər. Ayişə bu sözü eşitdikdə onu yalançı adlandıraraq dedi: Allahın elçisi (s) taxtın üstündə namaz qılarkən mən taxtın üstündə onunla qiblə arasında otururdum.

11-Əbu Hüreyrə bir tay ayaqqabı geyinməyi qadağan olması barədə hədis söyləyir. Ayişə bu sözü eşitdikdə ayaqqabının bir tayını geyinib yola düşür və belə deyir: İstəyirəm Əbu Hüreyrənin sözünün əksinə çıxam.

12-Əbu Hüreyrə Peyğəmbər(s)-dən belə nəql edir ki: “Hər kəs səhər cünub halında (cənabətli) oyansa, oruc tutmasın.” Ayişə və Həfsə onun bu sözünü təkzib etmişlər. Əbu Hüreyrə həmçinin onların sözünün düz və özünün səhv etməsini etiraf etmiş, sözünü geri götürərək belə demişdir: “Mən bu hədisi Peyğəmbər(s)-dən yox, Abbasın oğlu Fəzldən eşitmişəm.” Halbuki, Fəzl o vaxt dünyasını dəyişmişdi.

13-İki şəxs Ayişənin yanına gəlib ona dedilər: Əbu Hüreyrə deyir ki, Peyğəmbər (s) buyurub: Qadınlar və dörd ayaqlıların falı pisdir, onlar nəhsdirlər. Ayişə coşaraq dedi: “And olsun Qur”anı Peyğəmbər(s)-ə göndərənə ki, yalan deyir. Peyğəmər (s) belə söz deməyibdir.”4

14-Əbu Hüreyrə Ayişənin otağının kənarında əyləşib Peyğəmbər(s)-dən danışırdı. Bu vaxt Ayişə namaz qılmaqla məşğul idi. Namazı sona çatdırdıqdan sonra ona belə dedilər: Əbu Hüreyrə səni təəccübləndirmir ki, oturub otağın kənarında Peyğəmbər(s)-dən hədis nəql edir?

Ayişə cavabında dedi: Əgər namazım qurtarınca burada qalmış olsaydı onun sözlərini təkzib edər və yaxşıca danlayardım.1

15-Peyğəmbərdən belə bir rəvayət nəql etmişdir ki, “Əgər sizlərdən biriniz yuxudan oyanıb əlini su dolu qaba salıb yumazdan əvvəl bilməyə əli harada olub...”

Ayişə onu danlayaraq sözlərini rədd etdi2 və dedi: Bəs onda “mihras”ı3 nə edək?

16-Əbu Hüreyrə Peyğəmbər(s)-dən nəql edir ki, cənazəni aparanda dəstəmaz alın.

İbni Abbas onun sözlərini təkzib edib dedi: Quru taxtaları aparanda (yəni cənazəni) dəstəmaz lazım deyil.4

17-Ömərin oğlu Peyğəmbər(s)-dən rəvayət edir ki, ov itindən və qoyun itindən başqa bütün itləri öldürün. Ona dedilər: Əbu Hüreyrə deyir ki, əkin sahəsini qoruyan iti də öldürməyin. Ancaq o Əbu Hüreyrənin sözünə əhəmiyyət verməyərək onu rədd edib dedi: Əbu Hüreyrənin özünün belə bir iti var, ona görə də onu Peyğəmbər(s)-in hədisinə əlavə edib ki, həm öz itini, həm də əkin sahəsini qorumuş olsun. Bu hədisi Müslüm də nəql etmişdir.5

Həmçinin “Səhihi-Müslüm”də6 eyni bu hədisə oxşar bir hədis nəql olunmuşdur: “Hər kəsin ov itindən, sahəni qoruyan itdən və qoyun itindən başqa iti olsa hər gün bir qirat onun savabından azalar. Bu sözləri Ömərin oğluna söylədikdə, o cavabında dedi: Əbu Hüreyrə bədbəxtin əkin sahəsində bir iti var. Onu da Peyğəmbər(s)-in hədisinə əlavə edib ki, öz mənfəətini qoruya bilsin.

Salim ibni Abdullah ibni Ömər də Müslümün nəql etdiyi rəvayətə əsasən onu bu işdə ittiham etmişdir.7

18-İbni Ömər Əbu Hüreyrənin kirpi barəsində söylədiyi hədisi təsdiq etməyərək bu məsələyə şübhəli yanaşdığını bildirmişdir.

19-İbni Ömər eşitdi ki, deyirlər: Dəfn mərasimində iştirak edən şəxs bir qirat (250 ml. q) savab qazanar. O Əbu Hüreyrənin sözünü qəbul etməyərək dedi: “Əbu Hüreyrə həddən artıq söz danışır.” Ayişənin yanına gedərək bu barədə ondan da soruşdu. Ayişə təsdiq edəndən sonra qəbul etdi.1

Amir ibni Şürəyh ibni Hani Əbu Hüreyrədən “Hər kəs Allahın görüşünə tələsərsə, Allah da onu görməyə tələsər. Və hər kəs Allahdan üz döndərsə Allah da onunla görüşmək istəməz” hədisini eşitdikdə qəbul etmədi. Ona görə də bu hədis barəsində Ayişədən soruşduqda, Ayişə ona bu hədisi nəql edərək, Peyğəmbər(s)-in bu hədisdən məqsədini və məramını dolğun şəkildə izah etdi.2

Əgər səhabələrin Əbu Hüreyrənin söylədiyi hər bir hədisə olan münasibətlərini sadalasaq, çox vaxt aparar. öz sözümüzü sübuta yetirmək üçün bu qədər kifayətdir.

Bunu bilmək kifayətdir ki, Ömər, Osman, Əli (ə) və Ayişə onu təkzib edərək, sözünü qəbul etməmişlər. Bütövlükdə hədis nəql edən alimlər bu əqidədədirlər ki, təarüz yarandığı zaman bir şəxsin ədalətli olması əsas tutulur. Ancaq burada təarüz yoxdur.

Səhabələrin ilk baxışda (qayda üzrə) ədalətli olması barəsində demək lazımdır ki, bu müddəanın isbata yetməsi üçün heç bir dəlil yoxdur. Səhabələr belə bir qaydanı tanımırlar. Əgər belə bir fərziyyəni (yəni qayda üzrə ədalətli olmağı) qəbul etməli olsaq, bu ancaq halı naməlum olan bir şəxs barəsində deyilə bilər. Amma bu Ömər, Osman, Əli (ə) və Ayişənin təkzib etdiyi bir şəxsə aid ola bilməz. Biz tam qətiyyətlə bilirik ki, Əbu Hüreyrənin ədalətsiz (fasiq) olması üçün əlimizdə olan dəlillər kifayətdir. Şiələrin səhabələr barəsində sözü həmişə orta mövqedən olub. Bu əqidəni aydınlaşdırmaq üçün “Carullahın suallarına cavab” kitabında ayrı bir fəsil3 dərc etmişik. O fəsli təsdiq edən başqa bir xüsusi fəsil də dərc etmişik.4 Təhqiq etmək istəyən alim və tədqiqatçılara bu mənbəyə müraciət etməyi məsləhət görürük.

ON BEŞİNCİ FƏSİL

Əbu Hüreyrənin rəqibləri müqabilində etirazı və dəlilləri

Əbu Hüreyrə ona irad tutan şəxslərlə üz-üzə gələrək deyirdi:5 Deyirlər ki, Əbu Hüreyrə həddən artıq hədis söyləyir! Axirətdə Allah haqq-hesab çəkəcək! Deyirlər ki, bəs necə olur ki, ənsar (Mədinədə islam dinini qəbul edənlər) və mühacirlər (Məkkədən Mədinəyə hicrət edələr) sən söyləyən hədislər kimisini nəql etmirlər. Onların başı al-verə qarışmışdır və ənsar da öz işləri ilə məşğul idilər! Amma mən əliboş, miskin bir adam idim. Bir tikə çörək üçün həmişə onunla (Peyğəmbər(s)-lə) yoldaş olmuşam! Mən onun yanında olanda onlar orada deyildilər. Ənsar və mühacirlər onun sözlərini yaddan çıxardıqları halda mən onları zehnimdə saxlayıb qorudum.

Günlərin birində mən Peyğəmbər(s)-in belə buyurduğunu eşitdim: “Sizlərdən bir nəfər yoxdurmu ki, qulağını açıb məni diqqətlə dinləsin və mən deyən sözləri yadından çıxarmasın?!” Qulaqlarımı açıb Peyğəmbər (s) deyən sözlərə diqqət yetirdim. O sözləri eşitdikdən sonra yaddaşıma həkk etdim. And olsun onu peyğəmbərliyə seçən Allaha ki, onun dediyi sözlərin heç birini əsla unutmadım. And olsun Allaha, əgər aşağıdakı Qur”an ayəsi olmasaydı bu haqda heç kiçicik bir söz də danışmazdım:

Əbu Hüreyrə özünü nə qədər bəzəsə də bir o qədər axmaq görünür. O belə düşünür ki, bu sözləri deməklə söylədiyi hədisləri rəqiblərinin tənqid atəşindən yayındıracaq və özünün günahsızlığını isbat edəcək. O bu vasitə ilə nə qədər çox fəal olmuşsa da bir o qədər də geridə qalmışdır.1

Sanki Allah-təala göndərdiyi Qur”an ayəsi ilə Əbu Hüreyrənin müxaliflərinin gətirdiyi dəlilləri təsdiqləmək və onların tərəfini saxlamaq istəmişdir. And olsun düzgünlüyün şərəfinə və and olsun doğru danışanların şərəfinə, Əbu Hüreyrənin söylədiyi yalanın bənzərinə heç bir xurafatçının sözündə rast gəlmədim. Əgər şeyxeyn (Buxari və Müslüm) onun söylədiyini özlərinin “Səhih” kitab-larında dərc etməsəydilər ona əhəmiyyət verməzdim. Onlar ona görə bu işi görüblər ki, bütün səhabələrin nəzərlərini kor-koranə qəbul etmişlər. Onlar bu əqidələri ilə əqli və nəqli dəlillərin hamısı ilə müxalifətçilik etmişlər. Biz bu məsələyə “Tühfətül-Mühəddisin” kitabında bütün təfsifatı ilə aydınlıq gətirmişik.

Biz aşağıdakı dəlillərə görə Əbu Hüreyrənin bu hədisini batil və yararsız hesab edirik:

1-O təsəvvür edir ki, alış-veriş mühacirlərin başını qatmışdır. Ənsarın da başı öz işlərinə elə qarışıb ki, onlar Peyğəmbər(s)-in sözlərinə diqqət yetirməyiblər.

Buna görə də o bu məsələdə mühacir və ənsarı qabaqlayaraq onlardan önə keçmişdir. Bu necə də dəyərsiz bir sözdür! Necə mümkündür ki, aşağıdakı ayənin nazil olmasından sonra mühacirlər Yaradandan üz döndərib başları bazarda ticarətə qarışsın? Budur ayə:

Allah kəlamı ilə uyğun olmayan sözlər puç və əsassızdır, onlardan uzaq olmaq lazımdır. Məgər Əbu Hüreyrə kimdir ki, Peyğəmbər(s)-in yaxın adamları onun yanında olmadığı halda yalnız o, həzrətin yanında olub?

Heç kis onun sözlərini yadda saxlamadığı bir halda fəqət Əbu Hüreyrə Həzrətin dediklərini əzbərləyib?

Hələ utanıb çəkinmədən deyir ki, istəyirdim ac qarnımı doyuzdurum. O bu sözləri Ömər, Osman, Əli(ə), Təlhə, Zübeyr, Salman, Əmmar, Miqdad və Əbuzər dünyadan gedəndən sonra dilinə gətirib.

Bu necə də yalan və düzgün olmayan hədisdir! Hər kəs çox gözəl bilir ki, Əli (ə) Peyğəmbərin yanında hansı mənsəbə malik idi. Onların arasında xüsusi yaxınlıq var idi. Hələ kiçik yaşlarında ikən Həzrət onu dizi üstə alar, sonra bağrına basar və yanında əyləş-dirərdi. Onu gül tək qoxulayar, və onun üçün yemək hazırlayardı.

Heç vaxt ondan pis söz eşitməz, pis rəftar görməzdi. Allah-təala özünün Peyğəmbər(s)-i vasitəsi ilə Əli (ə) südəmərlik dövrünü başa vurduqdan sonra özünün böyük mələklərindən birinə yaxınlaşdırdı ki, gözəl, bəyənilmiş əxlaq sahibi olmaq üçün ona yardımçı olsun. Əli (ə) anasından ayrı düşmüş körpə kimi həmişə Peyğəmbər(s)-in arxasınca düşürdü. Həzrət hər gün ona bir şey öyrədər, elmin sirrlərindən agah edərdi.

Əli (ə) və möminlərin anası Həzrəti Xədicə(s.ə) Həra mağarasında Peyğəmbərin yanında olublar. Vəhyin nurunu görüb peyğəmbərliyin gözəl ətrini duymuşlar. Bundan sonra o elm şəhərinin qapısı, ümmətin ən layiqli hakimi, Peyğəmbər(s)-in sirlərinə agah olan köməkçi və Peyğəmbər hikmətinin varisinə çevrilmişdir. Bu sadaladıqlarımızdan sonra Əbu Hüreyrənin yadında saxladığı sözləri Əli(ə)-ın unutmağı mümkündürmü? Və ya elə sözləri gizlətsin ki, Əbu Hüreyrə aşkar edə?

Allah pakdır və bu böyük bir böhtandır.”

Lakin mühacirlərin çox kiçik bir hissəsi bazarda ticarətlə məşğul idilər. Aşağıda adı sayılanlara diqqət yetirin: Əbuzər, Miqdad, Əmmar və yetmiş nəfərdən ibarət siffə əhli olublar. Əbu Hüreyrənin dediyinə görə onların paltarları olmayıb, ancaq boyunlarından bir parça atıbmışlar.1

Necə ola bilər ki, Əbu Hüreyrənin söylədiyi hədisləri onlar söyləyə bilmirlər?!

Ənsarların da hamısı dövlətli və mal-dövlət sahibi olmayıblar. Salman Farsinin necə şəxsiyyət olduğuna diqqət yetirin ki, Peyğəmbər (s) onun barəsində belə buyurub: “Salman biz Əhli-beytdəndir.” Belə ki, “Əl-İstiy”ab” kitabının Salman Farsinin həyatı barəsində yazılmış fəslində belə deyilir: “Əgər din göylərdə olsa belə Salman onun arxasınca gedər.” Həmçinin həmin kitabda dərc olunmuşdur ki, Ayişə onun haqqında deyib: “Salman Peyğəmbər(s)-ə o qədər yaxın idi ki, az qalmışdı ünsiyyəti də bizdən çox ola.” Yenə həmin kitabda deyilir: Əli (ə) buyurdu: Salman Farsi bilik və elm dəryasına sahib olan Loğmana bənzəyir.”

Kə”bul Əhbar deyir: “Salman elm və hikmət mədənidir.” Bunlardan əlavə Salmanın fəziləti və xüsusiyyəti barəsində bir çox hədislər nəql olunmuşdur.

Əbu Əyyub Ənsari də həmçinin belə bir şəxs olmuşdur. Hamı bilir ki, o elm öyrənmək və ona əməl etməkdən başqa heç bir işlə məşğul olmayıb. Və heç bir şey də ona bu işdə mane ola bilməzdi. Əbu Səid Xidri, Əbu Füzalə Ənsari və başqaları da belə şəxsiyyətlərdən olmuşlar.

Allah onların hamısına rəhmət etsin!

Belə ki, hikmətlilərin ağsaqqalı və Peyğəmbərlərin sonuncusu Məhəmməd(s)-in işləri plansız surətdə deyildi; bütün işlərində dəqiqlik və nizam-intizam olub. Hər bir işi öz vaxtında və yerli-yerində həyata keçirirdi. Xalqa elm öyrədərkən başqa iş görməzdi. O biri işləri üçün xüsusi vaxt ayırardı. Dərs verilən zaman ənsar və mühacirlərdən biri də kənarda qalmazdı. Çünki, onlar xurafatçılar və hədis uyduran şəxslərdən daha artıq dərəcədə Peyğəmbər(s)-in elminə məftun olmuşdular.

2-Əgər Əbu Hüreyrənin nəql etdiyi “Peyğəmbər (s) deyib: “Heç kəs paltarını yerə sərməsin, mən sözümü deyib qurtarım. Ondan sonra mənim sözümü yaddan çıxartmasın”“ hədisi düzgün olsaydı, bütünlükdə hamı ona tərəf yüyürərdilər. Bu belə olsaydı, elm əldə etmək üçün nə uzun-uzadı səfərə çıxmaq, nə də pul xərcləmək lazım idi. Bəs necə olur ki, onlar məqsədə çatmaq üçün paltarlarını sərmədilər? Necə olur ki, belə bir fürsəti əldən verib bu böyük mənfəətdən vaz keçirdilər? Necə olur ki, onlar Peyğəmbər(s)-in dəvət etdiyi şeydən üz döndərib uzaqlaşdılar? Əsla! Heç bir zaman onlar belə rəftar etməyiblər. Çünki, bu məsələ onların Peyğəmbərin əmrinə itaət etmələri ilə heç üst-üstə düşmür.

3-Əgər Əbu Hüreyrənin təsəvvürü həqiqət olsaydı gərək səhabələr əldən çıxmış böyük mənfəətə peşman olaydılar. Gərək hər kəs onların Peyğəmbər(s)-in göstərişinə əhəmiy-yətsiz yanaşmalarından heyfsilənərək onları utandıraydılar. Əgər belə olsaydı gərək çoxlu sayda adamlara tənə vurulaydı. Gərək hamı təkcə Əbu Hüreyrənin bu işi görməsinə qibtə edəydi ki, yalnız o, Peyğəmbərin sözlərinə qulaq asmışdır. Halbuki bu belə deyildir. Bilmək lazımdır ki, bu sözlər Əbu Hüreyrənin özündən uydurduğu sözlərdir.

4-Əgər doğrudan da hadisə Əbu Hüreyrənin dediyi kimi olsaydı, gərək başqa şəxslər də onu xəbər verərdilər.

Üstəlik səhabələr və onlara tabe olanlar bu məsələni dinin və peyğəmbərliyin bir əlamətlərindən hesab edəydilər və bu barədə xəbərlər təvatür həddinə gərək çatmış olaydı. Həqiqətdə isə heç də belə olmamışdır. Əbu Hüreyrədən başqa heç kimin bu hadisədən xəbəri yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, bu da Əbu Hüreyrənin qabaqcadan düzüb-qoşduğu bir xurafatdır.

5-Əbu Hüreyrənin söylədiyi bu hekayətdə həmahənglik yoxdur, üstəlik ziddiyyətlərə də rast gəlmək olur. Belə ki, Ə”rəc1 onun dilindən deyir ki, Allahın elçisi bir gün səhabələrə buyurdu: “Sizin aranızda bir nəfər varmı ki, paltarını sərib mən söylədiklərimi onun arasına toplasın? Və heç vaxt mənim sözlərimi yadından çıxartmasın?” Əbu Hüreyrə deyir: “Ancaq mən öz paltarımı yerə sərdim ki, Peyğəmbər (s) sözünü deyib sona yetirsin. Sonra onu topladım. And olsun ona peyğəmbərliyi verən Allaha ki, bu günə qədər o sözlərdən heç birini unutmamışam.”

Məqbəri başqa bir yerdə ondan belə rəvayət edir:2 “Dedim: Ey Allahın elçisi, hərdən sizdən sözlər eşidirəm. Amma dedikləriniz yadımda qalmır.” Həzrət buyurdu: “Paltarını aç yerə sər.” Ondan sonra onun arasına ovuc-ovuc nəsə tökdü,3 sonra buyurdu: “Üstünü ört”, mən də belə etdim. Peyğəmbər(s)-in bu əməlindən sonra heç vaxt unutqan olmadım.

Göründüyü kimi Ə”rəcin söylədiyi hekayətdə o səhabələrin arasında olmuşdur. öncə Peyğəmbər (s) onları unutqan olmaqdan qorumaq üçün onlara paltarlarını yerə sərməyi tövsiyə edir. Ancaq Məqbərinin söylədiyi hədisə görə bu hadisə fəqət onun özü ilə Peyğəmbər (s) arasında baş verib. Və söhbətə Əbu Hüreyrə başlamış, hafizəsinin zəifliyindən Peyğəmbər(s)-ə şikayət etmişdir. Ə”rəcin söylədiyinə görə ancaq Peyğəmbər(s)-in həmin vaxt dediyi sözləri nəzərdə tutur. Belə ki, o deyir: O hadisədən sonra orada deyilən sözün heç birini unutmadım.4

Lakin Məqbərinin nəql etdiyi rəvayət ümumiyyət təşkil edir. Yəni heç nəyi yaddan çıxartmayacaqsan–istər hədis olsun, istərsə də başqa şey. Çünki, o hədisdə deyir: “Ondan sonra mən heç bir şeyi yaddan çıxartmadım.”

Buna görə də bu hədisi şərh edənlər heyranlıqla onun barəsində cəfəngiyyat uydurmuşlar. Belə ki, ibni Həcər “Fəthul-bari”də belə deyir: Bu hadisə iki dəfə baş verib.1 Birinci dəfə həmin məclisdə deyilən sözləri yaddan çıxartmamaq üçün, ikinci dəfə isə ümumiyyət təşkil edib–istər hədis olsun, istərsə də başqa bir şey.

Göründüyü kimi bu tutarlı dəlil deyil.2

Bundan əlavə Müslüm Yunisdən, o da ibni Müseyyibdən3 onu başqa bir formada nəql edirlər ki, Əbu Hüreyrə deyir: “O zamandan bəri Peyğəmbər(s)-in heç bir sözünü yaddan çıxartmadım.” Bu söz həm Ə”rəcin, həm də Məqbərinin söylədiklərindən tam fərqlidir.4

İbni Sə”d həmin sözlərin oxşarını “Təbəqat” adlı kitabında Əmrdən nəql edir ki, Əbu Hüreyrə deyir: Allahın elçisi mənə dedi: “Paltarını çıxar və yerə sər.” Mən də o deyən kimi etdim. Peyğəmbər (s) mənimlə bütün günü söhbət etdi. Sonra paltarımı yenidən geyindim. Bu hadisədən sonra Həzrətin heç bir sözünü yaddan çıxartmadım. Əvvəlki hədisdə isə “bütün gün” sözü yoxdur. İbni Cündinin söylədiyi bu hədis öndəkilərdən fərqlənir.

Əbu Yəli Əbu Sələmənin vasitəsi ilə bunu başqa surətdə nəql etmişdir. O belə rəvayət edir: Əbu Hüreyrə unutqan olmasından Peyğəmbər(s)-ə şikayət edir. Həzrət ayaqlarını bir az aralı qoyaraq Əli(ə)-a söykənmişdi. Həzrət buyurdu: Əbu Hüreyrə, yaxın gəl. O da o qədər yaxına getdi ki, onun barmaqları Peyğəmbərin barmaqlarına toxundu. Həzrət buyurdu: Əyləş.

O da oturdu. Buyurdu: paltarının bir ucunu irəli gətir. Əbu Hüreyrə paltarının bir küncünü irəli uzatdı. Həzrət ona belə buyurdu: Əbu Hüreyrə! Sənə tapşırdığım budur ki, sağ ikən, bir neçə adətdən əl çəkməyəsən.

Əbu Hüreyrə dedi: Ey Allahın elçisi, hər nə istəyirsən mənə tapşır.

Peyğəmbər buyurdu: Cümə günü səhər tezdən durmağı və cümə qüslu almağı sənə tapşırıram. Boş-boşuna danışmaqdan uzaqlaş hər ay üç gün oruc tutmağı sənə tövsiyə edirəm. Eşitdiyimə görə çox oruc tutursan. Sənə tapşırıram ki, əgər gecəni sübhəcən Allaha ibadətlə məşğul olsan, iki rükət sübh namazını əldən vermə çünki, bunun çox əhəmiyyəti vardır. (Və o bu sözü üç dəfə təkrar edərək dedi:) Paltarını geri çəkib özünə bağla. Əbu Hüreyrə də elə o cür etdi.1

Əbu Yəli həmçinin “Əl-isabədə Əbu Hüreyrənin həyatını şərh edərkən Vəlid ibni Cəmi”nin vasitəsi ilə Əbu Hüreyrədən nəql edir: Hafizəmin kütlüyündən və unutqan olmağımdan Peyğəmbər(s)-ə şikayətlənirdim. Buyurdu: Üst paltarını çıxart, mən də çıxartdım. Sonra yenidən dedi: Onu sinənə bağla. Mən də elə etdim və o vaxtdan bəri heç bir hədisi unutmadım.

Yenə “Əl-isabədə Əbu Yəli Yunis ibni Übeydin vasitəsi ilə, o da Həsən Bəsrinin vasitəsi ilə Əbu Hüreyrədən nəql edir: “Peyğəmbər (s) buyurdu: Əgər bir nəfər məndən bir, iki və ya üç kəlmə eşitsə, paltarını açaraq o sözləri onun arasında toplasın. Və onları yadda saxlayaraq başqasına öyrətsin. (Əbu Hüreyrə deyir:) Paltarımı onun qarşısına sərdim, belə ki, o söhbət edirdi. Sonradan onu sinəmə bağladım. Ümidvar idim ki, heç bir sözü unutmayacağam.”

Yenə də “Əl-isabədə Əhməd Mübarək ibni Füzalənin vasitəsilə, o da Həsəndən eyni hədisi nəql etmişdir.

Əbu Nə”im2 Abdullah ibni Yəhyanın vasitəsilə Əbu Hindin oğlu Səiddən, o da Əbu Hüreyrədən rəvayət edir: Peyğəmbər (s) buyurdu: Ey Əbu Hüreyrə! Dostlarının məndən istədikləri mənfəətdən istəyirsənmi?

Dedim: Ey Allahın elçisi! Allahın sənə öyrətdiyi elmi mənə öyrətməyini istəyirəm. Sonra davam edərək deyir: Kürəyimə bağladığım təkcə paltarımı açaraq özümlə Peyğəmbərin (s) arasına sərdim. Paltarın üstünü bit-birə basmışdı. Həzrət danışdıqca mən də ona qulaq asırdım. Həzrət sözlərini qurtardıqdan sonra buyurdu: Paltarı götür özünə bürü. Mən o gündən bəri onun heç bir sözünü unutmadım.

Hər kəs bu hədislərin hamısına diqqətlə nəzər yetirsə görər nəinki mənaları, hətta kəlmələri də bir-birindən fərqli surətdə nəql olunub.

6-Əbu Hüreyrə deyir. “Təkcə paltarımı çıxardıb sərdim.” Əgər Əbu Hüreyrənin bu sözü düzgün olsa deməli tamamilə çılpaq olub hətta ovrəti də bayırda qalıb. Ancaq Qəstəlani və Zəkəriyya Ənsari Əbu Hüreyrənin bu hədisini izah edərkən yazırlar ki, Əbu Hüreyrə paltarının bir ucunu sərmişdir ki, bədəni bayırda qalmasın.

7-Bu hekayə əfsanə, uydurma və xurafata daha çox bənzəyir. Yalançılar və təhrifatçıların sözünə oxşayır. Çünki, Peyğəmbər(s)-in möcüzələrini ləyaqətsiz, dəyərsiz sözlərlə qarışdırmaq Allaha yaraşmayan bir işdir. Onun möcüzələri həqiqət nuru və gözəl üslubla insanları çirkinliklərdən uzaqlaşdırdı. özünü öyənlər onun qarşısında məğlub olub tutduğu ədalətli yol qarşısında baş əydilər.

Peyğəmbər (s) Əli(ə)-ı Yəmənə hakim təyin edən zaman əlini onun sinəsinə qoyub buyurdu:1 Ey Allahım! Onun ürəyini hidayət et, dilini ötkəm və qüdrətli et.

Həzrət Əli (ə) buyurur: And olsun Allaha ki, Peyğəmbər(s)-in o duasından sonra heç vaxt iki nəfər arasında hakim olarkən şəkk-şübhədə aciz qalmadım. Elə ki, Allah-təala bu ayəni sevimli Peyğəmbərinə nazil etdi:

Peyğəmbər (s) Əli(ə)-a xitab edərək buyurdu: Allahdan istədim ki, səni eşidən qulaq qərar versin.

Əli (ə) buyurur: O duadan sonra mən heç nəyi unutmadım. Axı necə ola bilərdi ki, mən həzrətin o böyük duasından sonra bir şeyi unudam!

Həmçinin Peyğəmbər (s) Xeybər döyüşündə (o zaman Əli (ə) qoşunun bayraqdarı olub) Əli(ə)-a işarə edərək belə dua etdi: “Ey Allahım! Onu dözülməz istidən və soyuqdan özün qoru.

Əli (ə) buyurur: And olsun Allaha ki, o duadan sonra heç bir isti və soyuq məni narahat etmədi. Bu hadisədən sonra o, qışda nazik, yayda isə qalın paltar geyinib gecələr evdən bayıra çıxardı ki, Peyğəmbər(s)-in möcüzəsini isbat etsin.

Cabir borclu olmasından Peyğəmbərə şikayət etdi. Onunla birlikdə xurma bağına getdilər. Həzrət xurmaların başına fırlanaraq onun bərəkətli olmasından ötrü əllərini göyə qaldıraraq dua etdi. Sonra orada əyləşdi. Borc sahibləri gəldilər və Həzrət onların hər birinin borcunu ödədi. Axırda hətta həmin xurmadan Cabirin özü və ailəsinə də yetişdi. Peyğəmbər (s) əgər bir kəsin xeyrini istəsəydi bu minvalla dua edərdi. Heç bir xeyri olmayan şəxslərin də əleyhinə dua (nifrin) edərdi. Belə ki, Müaviyə barəsində bu duanı etmişdir: “Allah onun qarnını heç vaxt tox etməsin!” Əbul Asın oğlu Həkəm barəsində də buna oxşar dua etmişdir. Heç kəsin Peyğəmbər(s)-in Əbu Hüreyrə deyən tərzdə dua etməsindən xəbəri yoxdur. Axı bu necə mümkün ola bilərdi, halbuki, onun hikməti yolunu azmışların yoluna nur saçır, onun hikmətinin vasitəsilə hidayət kəşf olunur, çətinliklərin düyünü açılır, zəlalətin və azğınlığın qarşısı alınır.




Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə