Fxslxgghpxn-nxplhkxn-ncpxl



Yüklə 3,29 Mb.
səhifə4/16
tarix11.09.2018
ölçüsü3,29 Mb.
#68108
1   2   3   4   5   6   7   8   9   ...   16

KEYFİYYƏTİ

Hədis elminə xas olan zövq Əbu Hüreyrənin nəql etdiyi hədislərin bir çoxunu qətiyyətlə rədd edir, əqli və nəqli meyarlar da bu hədislərin əksəriyyətini təsdiqləməyir. Dediklərimizi sübuta yetirmək üçün Əbu Hüreyrənin nəql etdiyi hədislərdən qırxını misal üçün siz oxuculara təqdim edirik.

Sizdən artıq dərəcədə xahiş edirik ki, bütün təəssüb və qərəzli fikirləri kənara qoyub azad və sərbəst götür-qoy edəsiniz və özünüz yetgin bir nəticəyə gəlib ədalətli hökm çıxarasınız.
1-ci hədis

Allah-təalanın surəti: O, insanı özü kimi yaratdı

Buxari və Müslüm1 Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmran ibni Münəbbəhdən, o da Əbu Hüreyrədən və o da Peyğəmbər (s)-dən nəql etdiyi hədisdə deyir:

“Allah insanı, özü kimi, altmış zira uzunluğunda yaratdı.”

Əhməd özünün “İrşadus-sari” adlı kitabında2 bu hədisi olduğu kimi qeyd etmiş və “eni yeddi zira” kəlməsini ona əlavə etmişdir.

Hədisin ardında deyilir: Onu yaratdıqdan sonra dedi: Get, orada yığılmış mələklərə salam söylə. Onlardan aldığın cavab sənin və ümmətinin bir-birləri ilə salamlaşmağı olacaqdır. İnsan (Adəm) onlara yaxınlaşıb dedi: “Səlamun ələykum”. Mələklər cavab verdilər: “Səlamun ələykum və rəhmətullah” Və “və rəhmətullah” sözünü Adəm(ə)-ın salamına artırdılar. Behişdə daxil olan hər bir kəsin uzunluğu Adəm (ə) kimi altmış zira olacaqdır. O zamanlar bütün insanların boyu altmış zira idi, amma zaman keçdikcə qısalaraq hal-hazırkı vəziyyətə gəlib çıxmışdır.

Bu sözləri nə Həzrəti Məhəmməd(s)-ə, nə də digər peyğəmbərlərə aid etmək olmaz. Bəlkə də Əbu Hüreyrə bu hədisi həmkarı Kə”bul Əhbar ilə (və ya başqaları ilə) birlikdə yəhudi mənbələrindən götürmüşlər. Çünki bu hədis yəhudilərin “Əs-hah”ının (Əhdi qədim) 27-ci bölümündə olduğu kimi zikr edilmişdir. Orada deyilir:

Allah insanı öz surətində yaratdı. Kişi qadın-hər ikisi Onun kimidirlər.”

Allah insanların təsəvvür etdikləri surət və quruluşdan uzaq və müqəddəsdir:

Allah onların dediklərindən çox uca və çox yüksəkdir.”3

Ola bilsin bəziləri bu hədisi “surətihi” (onun öz surəti) kəlməsindəki “o” şəxs əvəzliyini Adəmə (ə) aid etməklə başqa bir qayda ilə mənalandırmış olsunlar. Belə olduqda isə hədisin mənası tamamilə dəyişilir.

“Allah Adəm (ə)-ı altmış zira hündür-lüyündə və yeddi zira enində xəlq etdi.Onun yaradılışı sair insanlar kimi olmadı yəni əvvəl nütfə (sperma), sonra ələqə (laxtalanmış qan), muzğə (ət parçası) və daha sonra ətlə örtülmüş sümük mərhələlərini keçmədən, ani bir halda Allahın əmri ilə yarandı.”

Əbu Hüreyrədən bu məzmunda digər hədislər nəql olunmasaydı (surətihi) kəlməsindəki (o) şəxs əvəzliyini Adəm(ə)-a aid etmək olardı.

Digər misal:

1- “İnsan Rəhman surətində yaradılmışdır.

2-Hədisdə deyilir: Həzrəti Musa (ə) əsanı qayaya vurdu və oradan su çıxdı. Sonra üzünü Bəni-İsrail camaatına tutub dedi: Ey eşşək camaat! İçin sudan. Vəhy gəldi: Ey Musa! öz surətimdə xəlq etdiyim insanlarımı uzunqulağa oxşadırsan?!

Bu hədisi bütün sünnü alimləri öz kitablarında (cüz”i fərqlərlə) qeyd etmişlər. Demək Əbu Hüreyrənin məqsədi Adəm (ə) deyil, Allah-təalanın üzüdür və buna daha heç cür bəraət qazandırmaq olmaz. Bu hədisə verilən başqa bir şərhdə deyilir: “Allah insanı öz surətində yaratmışdır.” və “Onları öz surətimdə yaratdım” cümlələrindən məqsəd budur ki, Allah-təala Adəmi və onun nəslini öz surətində yaratdı, çünki Allah-təala insanı özü kimi eşidən, danışan, görən, bilən və sair müştərək sifətlərdə yaratmışdır.

Əbu Hüreyrə, nəql etdiyi hədislərin bəzilərində müxtəlif ləfzlərdən istifadə etdiyi üçün onu müdafiə edən bəzi təəssübkeş “alimlər” həzər etdikləri şeyə (yəni müxtəlif mənalı söz və ibarətlərə) düçar oldular və indinin özündə də bu məsələni həll etməyə çətinlik çəkirlər. Əbu Hüreyrənin savadsızlıq üzündən gördüyü bu iş nəql etdiyi hədislərin daha da qəlizləşməsinə və mübhəmləşməsinə səbəb oldu. Məsələn:

1-Bundan əvvəl zikr olunan hədis.

2-”Sizlərdən biriniz öz qardaşlarınız (yoldaşlarınız) ilə dava etdiyiniz zaman onun üzünə qarşı durmayın (ona etiraz etməyin), çünki Allah Adəm(ə)-ı öz surətində xəlq etmişdir.”

3-”Biriniz digərinə həmlə etdiyiniz zaman rəqibinizin üzünə sillə vurmayın və “Allah üzünü qara etsin” kəlməsini ona deməyin. Çünki Allah insanın surətini (üz quruluşunu) öz surəti kimi yaratmışdır.” (Buxari, Əl-Ədəbul Mufrəd).

Bu əqidə (yəni insanın sifət quruluşunun Allah-təalaya oxşaması) tənzih alimləri tərəfindən batil hesab olunur. O ki qaldı bizlərə, (yəni Əhli-beyt davamçılarına) biz inanırıq ki, Allahın (materiya olmadığı üçün xarici görünüş baxımından) insanla oxşarlığı ola bilməz. Bizim bu etiqadımız yalnız Allah-təalanın sifət və zatını eyniyyətləndirir.

Tənzih alimləri Əbu Hüreyrə kimi şəxslərin əqidəsi ilə razılaşa bilmədikləri üçün naçar qalıb hədisi başqa yollar ilə yozmuşlar. Onlar bu batil əqidə meydana çıxarkən süstlük göstərərək öz etirazlarını kimsəyə bəyan etməmişlər və bu səbəbdən də hal-hazırda sünnət alimləri qarşısında dəlilsiz və cavabsız qalmışlar. Belə ki, “Səhiheyn”in “Səhihi-Müslüm” və “Səhihi-Buxari” müəllifləri bu hədisin şərhində deyirlər: “Hər şeyə alim olan Allah özü yaxşı bilir ki, bu hədislərdən məqsəd nədir!”

4-İmam Nüvəvi bu barədə deyir: “Bəzi alimlər belə hədislərin şərhini verməkdən çəkinirlər. Biz üzümüzü onlara tutub deyirik: “Biz o hədislərin həqiqiliyinə artıq yəqinlik hasil etdik.”

Onun batil mənaları zahiri mənalarından daha çox əhəmiyyət kəsb edir (və oxucu buna xüsusi diqqət yetirməlidir):

1-Uzunluğu altmış zira olan bir insanın eni yeddi zira yox, on yeddi tam onda bir zira olmalıdır. Eni yeddi zira olan insanın uzunluğu isə altmış zira yox, iyirmi dörd tam onda beş zira olmalıdır.

Çünki adi bir insanın uzunluğu eni ilə münasib, yəni uzunluğu yeddi tam onda iki olmalıdır. Buradan bir neçə sual meydana çıxır: Bəs nə üçün Əbu Hüreyrə Adəm(ə)-ın uzunluğunu altmış, enini isə yeddi zira qeyd etmişdir? Onun bədən quruluşu bu qədər eybəcər olsaydı Allah-təala onu Qur”ani kərimdə belə vəsf edərdimi?!

Biz insanı ən gözəl biçimdə yaratdıq.”

2-Məlum olduğu kimi salamlaşmağın əsası İslam dinində qoyulmuşdur. Bu barədə bir neçə mötəbər hədis və rəvayət vardır. Peyğəmbər(s)-dən nəql olunmuş hədislərdən birində deyilir: “Yəhudilər sizin salamlaşmağınıza hamıdan çox həsəd aparırlar.”

Göründüyü kimi “salamlaşmaq” ilk gündən islam ümmətinə aid olmuşdur. Əbu Hüreyrə bunları bilə-bilə belə bir hədis uydurmaqda nəyi nəzərdə tutmuşdu? Onu bir Allah bilir!

Əbu Hereyrə həm də deyir: Allah-təala Adəm(ə)-ı yaratdıqdan sonra ona dedi: “Get, mələklərə salam söylə, onlardan aldığın cavab sənin və ümmətinin salamlaşmağı olacaqdır.”



2-ci hədis

Allah-təala qiyamət günü (Məhşərdə) müxtəlif surətlərdə görünəcəkdir

Müslüm və Buxari bu hədisi Əbu Hüreyrədən nəql edirlər. Hədisdə deyilir:

Müsəlmanlardan bir dəstə Həzrəti Peyğəmbər(s)-in yanına gəlib soruşur: Ya Rəsuləllah! Qiyamət günü biz Allahı görə biləcəyikmi?

Buyurdu: Günün qarşısında maneə (məsələn, bulud) olmadığı zaman onu görməkdə çətinlik çəkirsinizmi? Cavab verdilər: Xeyir! Buyurdu: Buludsuz və dumansız, saf bir gecədə 14 geçəlik ayı görməkdə çətinlik çəkirsinizmi? Cavab verdilər: Xeyr. Peyğəmbər (s) buyurdu: Qiyamət günündə Allahı, ayı və günəşi görə bildiyiniz kimi görəcəksiniz. O gün Allah-təala insanları bir yerə toplayacaqdır. Onlardan hər biri (dünyada) ibadət etdikləri əşyaların arxasında duracaqlar. Günəş pərəstlər günəşin, ay pərəstlər ayın və s. Zalimlər isə dünyada fitnə-fəsad törədən sitəmkarların arxasında durarlar. Bu dəstə münafiqlər (iki üzlülər) ilə birlikdə başqalarından (ayrılmaq üçün) kənarda durarlar. Allah-təala insanların onu tanımadıqları bir şəklə düşüb özünü onlara zahir edib deyər: Mənəm sizin Allahınız! Onlar cavab verərlər: Səndən öz Rəbbimizə pənah aparırıq! Biz Onu lap yaxşı tanıyırıq, burada oturub Onun gəlişini gözləyəcəyik.

Sonra Allah-təala özünü, onların tanıdıqları bir şəklə salıb yenidən onların gözləri önündə canlanar və deyər: Mənəm sizin Allahınız! Onlar bunu görüb dərhal deyərlər: Bəli, Sənsən bizim Rəbbimiz. Sonra onun ardınca gedərlər. Cəhənnəm üzərinə körpü qoyular və oradan hamıdan əvvəl mən keçərəm. Peyğəmbərlər o gün belə dua edərlər: “İlahi! özün bizləri qoru. özün!”

Bilin ki, cəhənnəmdə muğilan (xurma ağacının tikanları) mövcuddur. Onun uzunluğu Allahdan başqa kimsəyə məlum deyildir. O gün (qiyamət günü) insanlardan iki cür hesabat (sorğu-sual) aparılacaqdır. Onlardan bir dəstə dərhal həlak olar, digərləri isə tikə-tikə doğranaraq cəhənnəm alovuna atılarlar (və bir müddətdən sonra oradan nicat taparlar). Allah öz bəndələrini mühakimə etdikdən sonra mələklərə əmr edir ki, (dünyada yalnız) Ona ibadət və pərəstiş etmiş möminləri alınlarındakı səcdə (möhür) yeri ilə ayırd edib cəhənnəm odundan nicat versinlər. Onlar cəhənnəm odundan çıxarılarkən bədənlərinin ətləri sümüklərindən ayrılaraq tökülməyə başlayar. Cənnətə aparılmaq üçün onların üzlərinə həyat suyu səpilər və onların bədənləri (ətlə sümüklər) yenidən birləşməyə başlayar. Orada yalnız bir nəfər qalar. O da cəhənnəmin üfunətli iyindən cana gəlib deyər: İlahi, bu dözülməz iy və bu qaynar məkan mənə çox əzab verir, özün mənə nicat ver.

Allah-təala deyər: Əgər istədiyini yerinə yetirsəm, sonra başqa şeylər də istəyəcəksən.

Deyər: And olsun Sənin izzət və cəlalına, bundan savayı Səndən heç bir şey istəməyəcəyəm.

Allah üzünü cəhənnəm alovundan çevirər və həmin şəxs oradan nicat tapar. İnsanları cənnətdə görüb deyər: İlahi! Məni cənnətə yaxınlaşdır.

Allah-təala deyər: Məgər demədin ki, başqa bir şey istəməyəcəgsən? Vay sənin halına, ey Adəm övladı, sən nə qədər də yalançı və hiyləgərsən!

Amma o, öz istəyini hey təkrar edir vö gördüklərinə nail olmayınca əl çəkməyirdi. Allah-təala deyər: Sənin bu istəyini də yerinə yetirsəm, başqa bir şey istəyəcəksən?

O deyər: And olsun Sənin izzət və cəlalına, bundan savayı daha Səndən başqa bir şey istəməyəcəyəm.

O, Allah-təala ilə buna dair əhd-peyman bağlayır və daha heç nə istəməyəcəyinə söz verir. Allah-təala ondan əhd-peyman aldıqdan sonra onu cənnətin qapısına yaxınlaşdırar. O, qapıya yaxınlaşıb bir qədər sakit durar və həsrətlə cənnətə baxar. Çox keçməz ki, yenə yalvarmağa başlayar: İlahi! Məni də öz cənnətinə daxil et.

Allah-təala deyər: Vay sənin halına, ey Adəm övladı! Sən nə qədər tüğyançı və zülmkarsan. Məgər Mənimlə daha bir şey istəməyəcəyinə dair əhd-peyman bağlamadınmı?

O deyər:

İlahi! Məni hər şeydən məhrum olmuş bəndələrindən qərar vermə. O hey yalvarar və istəyini dönə-dönə təkrar edər. O qədər yalvarar ki, Allahı gülmək tutub onun cənnətə daxil olmasına icazə verər. Cənnətə daxil olandan sonra ona deyərlər: Allahdan bir şey istə. O da istəyər, Allah-təala da onun istəyini yerinə yetirər. Sonra yenə deyərlər: Bir də istə. O hər dəfə Allah-təaladan bir şey istəyər. Allah-təala da onun bütün istəklərini yerinə yetirər. İstək və arzuları sona çatdıqda Allah-təala ona deyər: “İstədiklərinin iki bərabərini sənə əta edəcəyəm.”

Müslüm bu hədisi azaçıq fərqlə və başqa bir sənədə isnad edərək nəql etmişdir. Orada deyilir:

“Allah-təala qiyamət günü xeyirxah və günahkar insanların gözünə tanımadıqları bir surətdə görünüb deyər: Mənəm sizin Rəbbiniz.

Onlar deyərlər: Səndən Allaha pənah aparırıq! Allah-təala onlardan soruşar: Siz onu hər hansısa bir əlamətləmi tanıyırsınız?

Cavab verərlər: O öz ayağını bizə göstərərdi. O, belə etdikdə hamı onun müqabilində səcdə edər. Onlardan xalisanə səcdə etməyənlərin üz və arxaları yerlə eyni olar. Onlar bu halda səcdə etmək istəyərlər, amma arxası üstə yıxılıb səcdələrini yerinə yetirə bilməzlər. Sonra səcdədən qalxıb Allahı əvvəlki tanıdıqları şəkildə (surətdə) görərlər.

Allah-təala onlara xitab edərək deyər: Mənəm sizin Rəbbiniz!

Onlar cavab verərlər: Bəli! Sənsən bizim Rəbbimiz!

Sonra cəhənnəm üzərinə körpü qoyular...... (hədisin sonuna qədər).

Bu hədisin həcmi çox böyükdür, amma Buxari öz kitabında “Nur” surəsini təfsir edərkən onu müxtəsər şəkildə nəql etmişdir.

Orada deyilir: Əbu Hüreyrə deyir:

“Peyğəmbərdən bu sözləri eşitdim: Allah-təala məhşərdə ayağını bir anlıq insanlara göstərər və möminlər (istər kişi olsun, istərsə də qadın) Onun müqabilində səcdəyə gedərlər. Yalnız dünyada riya məqsədi ilə səcdə edənlər səcdə etməkdən məhrum olarlar. Onların arxa və ön tərəfləri eyni (düz) olduğu üçün heç bir hərəkət edə bilməzlər.”

Şəxsi mənfəət üçün belə yanlış hədislər nəql etmək Allah və Onun Peyğəmbərinə iftira yaxmaqdan başqa nə ola bilər?! Məgər Allah maddi bir varlıqdır ki, istədiyi vaxt bir yerdən başqa bir yerə hərəkət etsin, gülsün, hamı ilə danışsın və nəhayət öz ayağını məhşərdə insanlara göstərsin?!

Şübhəsiz ki, iman əhli bütün bunlara əhəmiyyət verməyir, onların istifadə etdikləri hədis və rəvayətlər Əbu Hüreyrə kimi iftiraçıların nəql etdikləri hədislərdən deyil, əksinə ən mötəbər mənbə və qaynaqlardandır.

Bu Peyğəmbər onlara əvvəllər haqq yoldan açıq-aşkar azsalar da– Allahın ayələrini onlara oxuyar, onları (günahlardan, şirk və küfr çirkabından) təmizləyər, onlara kitabı və hikməti öyrədər”1.

Allah-təalanın görünməsi neçə söz

Bir çox cümhur alimləri belə bir əqidədədirlər ki, insanlar (möminlər) dünya və axirətdə Allah-təalanı görə bilərlər. Amma axirətdə bu iş mütləq baş verəcəkdir. Allahı yalnız möminlər görər və kafirlər bu feyzdən məhrum olarlar. Onlar (cümhur alimləri) deyirlər: Allah-təalanı bu dünyada da görmək mümkündür, amma bu iş heç vaxt baş tutmayacaqdır.

Bəzilərinin fikrincə Allah-təalanı qiyamət günü gözlə görmək bir o qədər də çətin olmayacaqdır. Onlar Əbu Hüreyrədən nəql olunmuş hədisə əsaslanaraq deyirlər: Bulud ayın və günəşin qarşısını tutmadıqda onları görmək çox asandır. Allah-təalanı da qiyamət günü görmək eynən belə olacaqdır.

İcma alimləri* əql və nəql (hədis) ilə müxalifətçilik edən ilk təriqət olmuşlar. Onlar dindən xaric olaraq islam dininin qəti hökmlərini inkar etmişlər.

Əş”əri təriqəti* ardıçlları deyirlər: Allah-təala özünü möminlərə göstərmək üçün onların gözlərinə xüsusi qüvvə verər. Belə olduqda onlar Allah-təalanı olduğu kimi görərlər. Ümumiyyətlə, möminlərin görmə qabiliyyəti sair insanlardan fərqli olacaqdır.

Əş”əri məzhəbinin bu əqidəsi qeyri-mümkündür və əql ilə dərk olunmayan bir məsələdir. Bunu yalnız təsəvvür etmək olar.



3-cü hədis

Allah ayağını Cəhənnəmə qoymayınca dolmayacaqdır

Bu hədisi “Səhiheyn”in müəllifləri (Müslüm və Buxari) Əbdürrəzzaqdan, o da Müəmmərdən, o da Həmmamdan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:

“Cənnət ilə cəhənnəm bir-birləri ilə mübahisəyə başlayarlar. Cəhənnəmin şö”lələnən alovu (özünü öyərək) deyər: Mən səndən daha üstünəm. Çünki zalım və sitəmkar insanlar mənim odumda cəzalandırılacaqlar.

Cənnət bu sözləri eşidib çox narahat olar və xeyli gileylənər: Nə üçün zəif və düşgün insanlar yalnız mənə daxil olurlar?!

Allah-təala cənnətə deyər: Mən öz rəhmətimi istədiyim şəxsə şamil edərəm və onlar sənin təbəqələrində sakin olarlar. (Sonra cəhənnəmə deyər:) Sən isə Mənim bəndələrimə verdiyim cəza və əzablar məkanısan. Bəndələrimdən istədiyimi əzaba düçar edər və sənin atəşinə ataram.

Onların hər birisinin (cənnət və cəhənnəmin) müəyyən tutumu vardır. Amma Allah-təala ayağını cəhənnəmin ortasına qoyub “bəsdir!” deməyincə günahkar və zalım insanlar oraya atılarlar.1

Sanki Əbu Hüreyrənin yaşı artdıqca ağlı daha da azalırdı. O, elə güman edir ki, cəhənnəm o qədər böyük və genişdir ki, zalım və günahkarlar oraya atılmaqla dolmayacaqdır və onun dolmağı üçün mütləq Allah-təala ayağını oraya qoyub “bəsdir!” deməlidir. Bir halda ki, Allah-təala onun dolması haqqında Qur”ani kərimdə bizə belə xəbər verir:

Haqqa and içirəm və sözüm də haqdır: cəhənnəmi (kafir, inadkar və zalımlarla) dolduracağam.”

Əbu Hüreyrə belə işlərdə nə qədər zirək olsaydı da, Allah kəlamının həqiqətini dərk etməkdə çox aciz və biliksiz idi. O, Qur”anın bu ayəsini dəfələrlə oxumağına baxmayaraq öz şəxsi mənafeyi və yaxud başqa səbəblərə görə hədis uydurmağı hər şeydən üstün tutmuşdur.

O, bu ayə haqqında bir qədər düşünsəydi görərdi ki, Allah-təala cəhənnəmi bütün insanlarla deyil, yalnız şeytan və onun ardıcılları ilə doldurmağı və”də vermişdir və belə bir hədisi uydurmaq əbəs bir işdir.

Üumiyyətlə, belə bir hədisi qəbul etmək istər dini istərsə də əqli baxımdan qeyri-mümkündür. Allahı pak və münəzzəh bilən hər bir müsəlman Onun üçün əl-ayaq təsəvvür edə bilərmi? Hansı ağıl sahibi bu iddianı edə bilər ki, Allah cəhənnəmin dolması üçün mütləq ayağını onun ortasına qoymalıdır? Belə bir məntiqsiz sözün nə hikməti ola bilər? Cənnət və cəhənnəm bir-birləri ilə hansı dildə danışmışlar? (Daha doğrusu mübahisə etmişlər?) Zalım və sitəmkar insanlara özünün “əsfələssafilin” təbəqəsində əzab verən cəhənnəm hansı müsbət xüsusiyyətləri ilə özünü cənnətdən üstün tutmuşdur? Nəhayət, cənnət müttəqiləri, şəhidləri, peyğəmbərləri, əməli saleh insanları, alimləri və s.) zəif və düşgün adlandıra bilərmi?

4-cü hədis

Allah hər axşam dünya asimanına enir

Müslüm və Buxari bu hədisi İbni Şəhabdan, o da Əbu Əbdullah Əğərdən, o da Əbu Sələmə İbni Əbdürrəhmandan, o da Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər(s)-dən belə nəql etmişlər:1 “Bizim Pərvərdigarımız hər gecə dünya asimanına enir və gecənin axıncı üçdə birində deyir: Məni çağıran şəxsin duasını qəbul edərəm!”

Bu hədisin Əbu Hüreyrə tərəfindən nəql edilməsi (uydurulması) islam aləmində “mücəssəmə adlı təzə bir firqənin yaranmasına səbəb oldu.

Onlar belə bir əqidədə idilər ki, Allah-təala cismi (maddi) bir varlıqdır. (Yəni insan kimi müxtəlif bədən üzvlərinə malikdir). Onların səbəbi ilə Hənbəli məzhəbinə etiqadı olanların bəziləri bid”ətçi olub və haqq və yoldan azmışlar. Xüsusilə İbni Teymiyyə cümə günü Dəməşqdəki Əməvi məscidinə gəlib minbərə çıxdı və belə bir xütbə oxudu: “Mən bu minbərə çıxdığım kimi Allah-təala da asimanın uca təbəqələrinə qalxır.” Sonra bir pillə aşağı düşdü. O bu hərəkəti ilə Allahın daimi hərəkətdə olduğunu (yəni yerini dəyişməsini) bildirmək istəyirdi. Orada olan və İbni Zəhra kimi tanınmış Fəqih Maliki onun bu sözləri ilə razılaşa bilməyib etiraz etdi. Camaat isə onu susdurmaq üçün ayaqlarındakı tərlikləri çıxarıb onun başına vurmağa başladılar. Bununla kifayətlənməyib onu hənbəlilərin məşhur qazilərindən olan İzuddin ibni Müslümün yanına apardılar. Qazi onun zindana salınmasını və orada bir neçə şallaq zərbəsi vurmağı əmr etdi.



5-ci hədis

Süleyman Peyğəmbər öz atası Davud(ə)-ın hökmünü pozdu

Buxari və Müslüm bu hədisi Əbu Hüreyrədən nəql etmişlər.2 Hədisdə deyilir:

“İki qadının hər birinin bir uşağı olur. Günlərin biri ehtiyatsızlıq üzündən uşaqlardan biri nəzarətsiz qalır və qurd onu parçalayıb yeyir. Onlardan hər biri öz uşağının sağ qaldığını və digərinin uşağının parçalandığını iddia edir, hər biri sağ qalmış uşağa yiyələnmək istəyir. öz aralarında məsələni həll edə bilməyib Davud(ə)-ın yanına gəlirlər. Davud (ə) onları dinləyib yaşca böyük olan qadının xeyrinə hökm çıxarır. Sonra onlar Süleyman(ə)-ın yanına gəlib baş vermiş əhvalatı ona da danışırlar. O, məsələnin nə yerdə olduğunu başa düşüb buyurur: Mənə iti bir bıçaq verin. Qadınlar təəccüblə ondan bıçaqla nə edəcəyini soruşduqda Süleyman (ə) cavab verir: Uşağı iki yerə bölüb hər birinizə uşağın yarısını verəcəyəm. Bunu eşidən (yaşca) kiçik qadın fəryad çəkərək dedi: Allah xatirinə belə etmə, uşaq o qadınındır. Süleyman (ə) bu qadının uşağa olan mehr-məhəbbətini görüb atasının verdiyi hökmün əksinə yeni hökm çıxarır və uşağın kiçik qadına təhvil verilməsini əmr edir.”

Əbu Hüreyrə deyir: And olsun Allaha! O vaxta qədər bir kəsin bıçağa (sikkin) dediyini görməmişdim və bizlər bıçağa mədyə deyərik.

Bu hədisə dair bir neçə mühüm məsələ

1-Allah-təala Davud (ə)-ı peyğəmbərliyə təyin etdi. O, insanlarla xoş rəftar edər və qarşılaşdıqları çətin məsələlərdə ədalətlə hökm çıxarıb onlara kömək edərdi. Qur”anda onun haqqında belə buyurulur:

Ey Davud! Biz səni yer üzündə xəlifə, nümayəndə qərar verdik. İnsanlar arasında haqq və ədalət ilə hökm et.”

Başqa bir ayədə Davud (ə) belə vəsf edilir:

Qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o daim Allaha sığınan bir kimsə idi. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə Allahı təqdis edib şə”ninə təriflər deyərlər. Biz quşları da toplu halında onun ixtiyarına vermişdik, hamı ona tabe idi. Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.”1

Həqiqətən o, dərgahıma yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.”2

Biz peyğəmbərlərin bəzisini digərindən üstün etdik və Davuda Zəbur verdik.”3

Davud (ə) o şəxsdir ki, Allah-təala ona kitab vermiş və insanları haqqa hidayət etməyi (öz zamanında) məhz ona həvalə etmişdir. O, bütün günahlardan uzaq və pak bir insan idi. Ona xas olan (ilahi) xüsusiyyətlərdən biri də ədalət idi.

Davud (ə) daim insanların çətinlikləri ilə maraqlanar və mübahisəli məsələlərdə ədalətli hökm çıxarardı. Belə ki, Qur”ani-kərimdə bu haqda deyilir:

Hər kim Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməsə, əlbəttə onlar zalımlardır”.4

Oğlu Süleyman da (ilahi) elm və qəzavəti (hökm çıxarmağı) irs olaraq ondan almışdır. O heç vaxt atasının verdiyi hökmün əleyhinə hökm çıxarmamış və dediyi sözün ziddinə bir şey söyləməmişdir. O özü ilahi peyğəmbərlərdən biri idi və təbii ki, atasını hamıdan yaxşı tanıyırdı. Belə bir insan öz doğma atası ilə müxalifətçilik edə bilərdimi?!

Burada bir incə məsələyə toxunmağı məqsədə uyğun görürük.

O dövrün qaziləri (hakimləri) bir-birlə-rindən səhv tutmağa və ya digərinin haqsız olduğunu sübut etməyə cəhd göstərməyirdilər. Bu iş yalnız olduqca böyük əhəmiyyət kəsb edən məsələlərdə baş verə bilərdi. Amma o ki, qaldı ilahi peyğəmbərlərə, bu onların ismətindən kənar bir xüsusiyyətdir. Deməli Süleyman (ə) öz atasının verdiyi hökmün əleyhinə heç bir hökm çıxara bilməzdi. Çünki onun başqa bir hökm verməsi Allah-təalaya qarşı etiraz və atasına ehtiramsızlıq olardı.

2-Hədisdən belə məlum olur ki, Həzrəti Davud(ə)-ın şikayətçilərə verdiyi hökm həzrəti Süleyman(ə)-ın sonradan verdiyi hökm ilə tamamilə ziddiyyəti olmuşdur. Deməli onlardan biri haqlı, digəri isə haqsız olmuşdur. Bu da qeyri-mümkündür, çünki peyğəmbərlər nəinki qəzavədə, hətta adi işlərdə belə, səhvə yol verməzlər. Onların malik olduqları elm adi bəşər elmi deyil, ilahi elm olmuşdur. Bu elm onlara vəhy, mələklər və ilham yolu ilə verilmişdir. Belə nəticəyə gəlirik ki, peyğəmbərlərin (şəri məsələlərdə) səhvə yol verməsi və günah etmələri qeyri-mümkündür.

Hər kəs Allahın nazil etdiyi ilə hökm etməzsə, əlbəttə onlar fasiqdirlər (günah-kardırlar).”1

3-Əbu Hüreyrənin dediyinə görə Davud (ə) sanki qadının böyüklüyünə görə onun xeyrinə hökm vermişdir. Belə bir işi Allah peyğəmbərindən yox, savadsız, səfeh və nadan insanlardan gözləmək olar. Allah bütün eyb və nöqsanlardan uzaq olduğu kimi, Onun peyğəmbərləri də günahsız və xətasız olmuşlar.

4-Həzrəti Süleyman(ə)-ın da yaşca kiçik qadının xeyrinə hökm verməsi qeyri-məntiqidir. Yuxarıda qeyd etdiyimiz kimi peyğəmbərlər yalnız ədalətə əsaslanaraq hökm verərlər və kiminsə və yaxud nəyinsə xatirinə haqqa göz yummazlar.

5-Əbu Hüreyrə hədisin sonunda deyir: O vaxta qədər bıçaq kəlməsini eşitməmiş-dim və biz həmişə ona (mədyə) deyərdik.

Ərəb dilindən xəbərdar olanlar çox gözəl bilirlər ki, ərəblər qədim zamanlardan indiyə kimi bıçağa (sikkin) demişlər və hal-hazırda da həmin sözdən istifadə edirlər. Mədyə kəlməsi isə ərəblərin bir çoxuna əsla məlum deyildir.

İstər ədəbiyyatda, istərsə də gündəlik danışıq dillərində ərəblər sikkin kəlməsindən istifadə edirlər və Əbu Hüreyrənin bu sözü o vaxta qədər eşitməməsi qeyri-mümkündür.

Maraqlıdır ki, görəsən Əbu Hüreyrə Qur”an oxuyarkən sikkin sözü olan bu ayəyə rast gəlməmişdimi?


Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə