Фяцкифнсфт Куызгидшлфыэ Ецрышд Тфяшкдшнш



Yüklə 65,09 Kb.
tarix31.12.2021
ölçüsü65,09 Kb.
#81801
referat 1667
referat 1667 (1)


Mövzu: Əhalinin gəlirlərinin mahiyyəti, növləri və


formalaşmasının mənbələri

P l a n :


  1. Gəlir anlayışı.

  2. Əhali gəlirlərinin formalaşmasının bazar

mexanizmi və mənbələri

  1. Gəlirlərin əsas formaları. Nominal, sərəncamda

qalan və real gəlirlər.

  1. Bazara transformasiya şəraitində gəlirlərin

bölgüsündə qeyri-bərabərlik, onun sosial

iqtisadi səbəbləri.

I

Iqtisadi ədəbiyyatda gəlir anlayışı iqtisadi kateqoriya kimi başa düşülür və nəzərdən keçirilir:



  • birincisi, gəlir anlayışı ümumi satışla(ümumi müdaxilə) ümumi xərc arasında fərq kimi, yəni istehsal olunaraq satılan məhsulların(əmtəənin) dəyərindən

onun istehsalına sərf olunan xərclərdən (məsrəflər- dən) artığı kimi;

  • ikincisi, gəlir müəyyən vaxt (dövr-bir il) ərzində müəyyən şəxslər (fərdlər) və ev təsərrüfatları tərəfindən əldə olunan nağd puldur ki, bu da bazar iqtisadiyyatının hər bir subyektinin payının müəyyən olunması deməkdir.

Bütün gəlirlərin cəmi milli gəlirdir.Bu haqda sonra ətraflı bəhs olunacaq.

Gəlir anlayışının mahiyyətini, məzmununu, mənbələrini və formalarını açıqlamazdan əvvəl bölgü və onun iqtisadi münasibətlər sistemində yerinə və roluna diqqət vermək gərəkdir.

Məlumdur ki,bölgü hər bir cəmiyyətin iqtisadi münasibətlərinin mühüm tərkib hissəsi kimi atributdur. Əgər istehsal cəmiyyətin tələbatına müvafiq yaşayış vasitələri yaradırsa, bölgü öz növbəsində bölgü qanunlarına görə cəmiyyət üzvləri, sosial qruplar, zümrələr arasında bölüşdürülür.

İstehsalın nəticələrinin bölüşdürülməsi prosesində cəmiyyətin,onun üzvlərinin eləcə də hər bir sosial qrupun gəlirləri müəyyən edilir.

İqtisadi nəzəriyyə aspektində gəlir dedikdə biz mahiyyətcə sözün əsl mənasında konkret formada cəmiyyətin üzvlərinin istehsalın nəticələrinin sosial və bölgü formalarına əsasən bölüşdürülməsində əldə etdiyi paydır. Bu da əmək haqqı, mənfəət, renta, faiz və b. formalarda təzahür edir.

Cəmiyyətin bütün dövrlərində olduğu kimi bazar iqtisadiyyatı şəraitində istehsalın başlıca amilləri kimi əmək, torpaq, kapital çıxış edir. Buna uyğun olaraq ölkənin milli gəlirinin mülkiyyətçiləri olan şəxslər, yəni iş qüvvəsinin sahibi - əmək haqqı, kapitalın sahibi - mənfəət, torpaq sahibi – renta formasında gəlir əldə edirlər ki, bu da cəmiyyətdə milli gəlirin ilkin bölgüsünə əsasən baş verir.

Milli gəlirin yenidən bölgüsünə əsasən də cəmiyyətin digər üzvləri də pay alır. Beləliklə cəmiyyətin bütün üvlərinin gəlirləri formalaşır. Deməli, cəmiyyətin bütövlükdə gəlirlərinin mənbəyi olan milli gəlirin ilkin bölgüsündə əmək haqqı, mənfəət və renta formalaşırsa, onun ynidən bölgüsü prosesində cəmiyyətin digər üzvlərinin (maarif,səhiyyə,incəsənət,inzibati,idarə və s.) də iştirakı təmin edilir. Göründüyü kimi,milli gəlirin yenidən bölgüsü prosesində bilavasitə maddi istehsal sahələrində məşğul olmayanlar, yəni qeyri istehsal dairəsində(sahəsində) məşğul olanlar iştirak edirlər.
II
Bazar mexanizminə əsasən gəlirlərin formalaşmasının əsas mənbələri aşağıdakılar hesab olunur:

- əmək sərfi yolu ilə əldə edilən gəlirlər(əmək haqqı, mükafat)

-sahibkarlıq fəaliyyəti əsasında əldə edilən gəlirlər (mənfəət);

-qeyri-əmək gəlirləri,yəni əmək sərfindən asılı olmayan gəlirlər(müavinətlər,pensiya,yardım, sosial sığorta ödəmələri və s.);

-mülkiyyətdən və qiymətli kağızlardan əldə edilən gəlirlər(renta,mənzil kirayəsi, faiz, divident, istiqrazlar və lotoreyalar üzrə uduşlar və s.)

Onu da qeyd etməliyik ki, bu mənbələrdən alınan gəlirlərin ümumi məbləğində payı bütün ölkədə xüsusilə də inkişaf etmiş ölkələrdə eyni ola bilməz.

Təbiidir ki, əhalinin gəlirlərinin ümumi məbləğində bazar iqtisadiyyatı şəraitində çox kəskin fərqlər vardır.

Klassik iqtisadçıların fikrincə bütün sərvətin mənbəyi və yaradıcısı əməkdir. O cümlədən bütün gəlirlərin də mənbəyi əməkdir. Vilyam Pettinin zamanında dövlət əmək haqqını maksimum kəmiyyət qanunu ilə müəyyən edirdi. Həmin qanuna əsasən göstərilmiş miqdardan artıq haqq verən sahibkar həbs cəzasına məhkum edilirdi. Vilyam Pettiyə görə əmək haqqı zəruri yaşayış vasitələrinin dəyərinə bərabərdir. O yazırdı: Qanun fəhləni ən zəruri yaşayış vasitələri ilə təmin etməlidir, gər fəhləyəm tələb olunduğundan iki dəfə çox haqq verilərsə, o işləyə biləcəyi və əmək haqqının ikiqat artmasına qədər faktiki olaraq işlədiyinin yarısı qədər işlər, bu cəmiyyət üçün müvafiq əmək məhsulunu itirmək deməkdir.

Beləliklə klassik iqtisadçıların fikrincə, əmək haqqı nəzəriyyəsinin əsasını minimum yaşayış vasitələri təşkil edir. O da merkantilistlər kimi minimum yaşayış vasitələrinə bərabər olan və qanunvericiliklə müəyyən olunan sabit əmək haqqı tərəfdarı idi. Digər gəlirlərdə (mənfəət, renta) olduğu kimi əmək haqqı da dəyər formasında ölçülür. Buna görə də əhalinin əldə etdiyi pul gəliri, onların əldə etdiyi və topladığı pul gəlirlərinin, əhalinin (nominal və real) gəlirlərinin əsasıdır. Deməli, əhali gəlirlərinin mənbəyi: cəmiyyətin milligəliri, yəni xalis gəlir (zəruri və izafi məhsul) başqa sözlə, məcmu ümumi gəlirin cəmiyyət və müəssisə (firma) arasında bölüşdürülən hissəsindən ibarət olub, bu da əmək haqqı, mənfəət, renta və faiz formalarında təzahür edir.

Əhalinin pul gəliri deyərkən biz ictimai təkrar istehsal prosesində milli gəlirin və yaxud da cəmiyyətin ümumi gəlirinin (xalia gəlirin) artımı və bölgüsü prosesi ilə, xalq istehlakı mallarının istehsalı və pullu xidmətlərlə bilavasitə bağlı problemləri başa düşürük. Əmtəə və pul tədavülünün tənzimlənməsi, əhalinin pul gəlirləri və xərci balansının da işlənib hazırlanması iqtisadiyyatın tənzimlənməsinin təmin olunmasından ötrü mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, əhalinin pul gəlirlərinin əsas mənbəyi cəmiyyətin ümumi gəliri (milli gəlir) olub, o əhaliyə ilk növbədə əmək haqqı formasında müxtəlif ödənc və yardımlar yolu ilə çatdırılır. Bunlarla yanaşı bazar iqtisadiyyatı şəraitində əhalinin gəlirləri mülkiyyətin özəlləşdirilməsi yəni xüsusiləşdirilməsi ilə bağlı olaraq müxtəlif formalarda, müxtəlif kanallarla da daxil edilir. Bura hər şeydən əvvəl fərdi təsərrüfatlarla yanaşı azad ticarətin gənişlənməsi, adamların sərbəst fəaliyyət göstərməsi kimi imkanların qarşıya çıxması daxil edilir. Deməli əhalinin pul gəlirlərinin əmələ gəlməsində istiqrazlar üzrə (qiymətli kağızlar) uduşların keçirilməsi, sığorta pullarının ödənilməsi və s. daxildir.

Əmək məhsuldarlığının artması və iqtisadi səmərəliliyin yüksəldilməsi əhalinin pul gəlirinin hər vasitə ilə çoxalmasına təsir edir. Bu da əmək haqqının və digər formalarda əhaliyə ödənc və yardımların artmasına səbəb olur.

Əhalinin gəlir balansı iki hissədən: gəlir və xərc hissədən ibarətdir. Əhalinin pul gəliri və xərci balansı – əhalinin pul gəlirinin əmələ gəlməsi və istifadə prosesini əks etdirən göstəricilər sistemidir. Əhalinin pul gəliri və xərcləri balansının köməyi ilə əhalinin tədiyə qabiliyyətli tələbi ilə onun istehlak malları və xidmətləri ilə təmin olunması arasındakı nisbətlə ölçülür.

Əhalinin pul gəlirləri və xərcləri balansından (əmtəə) mal dövriyyəsinin əhalinin tədiyələrinin və pul yığımının, bütövlükdə ölkədə pul tədavülünün təmzimlənməsi və sabitləşdirilməsi prosesində istifadə olunur. Əhalinin gəlir və xərc balansı həmin ölkə üzrə və həm də ayrı-ayrı ərazi regionlar üzrə tərtib olunur. Əhalidə nağd pulun əmələ gəlməsi və onların daxil olmasının əsas istiqamətləri əhalinin gəlir balansının mədaxil hissəsində göstərilir. Bu da mülkiyyətin müxtəlif müəssisə (firma) və təsərrüfatlardan daxil olan: əmək haqqı, pul gəliri, yardım və ödənclər, faiz şəklində daxil olan gəlir formasında əks olunur.

Balansda pulun xərclənməsi və istifadə olunmasının əsas istiqamətləri öz əksini tapır. Bu da müəssisə (firma) və təşkilatlardan, əmttələrin alınması, xidmətlərin haqqının ödənilməsi, məcburi vergilərin və müxtəlif tədiyələrin, tibbi xidmətlərin, nəqliyyat, mənzil, rabitə haqlarının və s. ödənilməsi, əmanət banklarında əmanətlərin artması, müxtəlif könüllü ödəmələr və ianələr (bağışlamalar) və s. yolu ilə olan ödəmələr daxildir. Bundan əlavə balans göstərişlərində əhalinin nağd pul dinamikası da əks olunur ki, onun da uçota alınması ölkədə pul tədavülünün tənzimlənməsi və sabitləşdirilməsi işində mühüm əhəmiyyət kəsb edir. Ölkədə naşd pulun hərəkəti balansında həm bütün əhali üzrə və həm də əsas ictimai qruplar və indiki şəraitdə, həm də fərdlər üzrə göstərilir. Axırıncılar xüsusilə daha vacibdir. Çünki ayrı-ayrı qruplar və fərdlər üzrə gəlirlərin yaranması və xərclənməsi bir-birindən xeyli fərqlənir.

Əhalinin alıcılıq fondunun həcmi planlaşdırılarkən (proqnozlaşdırılarkən) pul gəlirinin ümumi məbləğindən əmtəəsiz xərclər (xidmətlərin və tədiyələrin ödənilməsi) əmtəələrin artırılması üçün nəzərdə tutulan vasitələr çıxılır. Bütövlükdə ölkə üzrə balanslar il və rüblük tərtib olunduğu halda ərazi üzrə isə il üzrə tərtib edilir.

III
Əhali üzrə gəlirlərin mahiyyətini, məzmununu formalarını daha aydın və mənalı öyrənmək üçün onların növlərinə və strukturuna diqqət vermək gərəkdir.

Əhalinin gəlirlərindən bəhs edərkən ilk növbədə əmək haqqına və onun növlərinə o cümlədən nominal və real əmək haqqına fikir verməliyik.

Əmək haqqı- mənaca əməyə görə bölgü forması olub, o, müəssisələrdə (firmalarda) və müxtəlif mülkiyyət formalarına əsaslanan istehlak təyinatlı birliklərdə istehsal olunan xalis məhsuldan (milli gəlirdən ) onun zəruri hissəsindən zəhmətkeşlərin (işçilərin ) əməyinə, onun son nəticələrindən asılı olaraq pul formasında və yaxud da natural formada verilən hissəsidir. Elə buna görə də bazar iqtisadiyyatına keçid şəraitində respublikamızda sivil bazar ölkələrində olduğu kimi hər bir şəxsin ( fərdin ) əməyinin sərfində maddi və mənəvi cəhətdən marağı vardır. Bu da ictimai istehsalin istər ekstensiv və istərsə də intensiv yolla inkişafı prosesində iqtisadi artımın ( ÜDM, milli gəlir və xalis məhsul ) müəssisə (firma0 və təsərrüfatlarda çalışanlar tərəfindən çoxaldılmasında marağı vardır.

Yeri gəlmişkən əmək haqqı iqtisadi kateqoriyası – zəruri məhsulun əsas hissəsinin ( sığorta və digər ödəmələr çıxıldıqdan sonra ) işçilərin sərəncamına verilməsidir. Buna görə də əmək haqqı hər bir işçiyə onun əməyinin son nəticəsindən asılı olaraq bölüşdürülərək pul formasında verdiyi paydır. Bu da milli gəlirin əmək haqqı formasında bölüşdürülərək düşən və işçilərin fərdi istehlakına gedən hissəsidir.

Əmək haqqı müəssisə ilə onun işçiləri arasında baş verən iqtisadi münasibəti ifadə edir. Belə ki, hər bir işçinin cəmiyyət və özü üçün maddi marağı vardır. Elə buna əsasən də hər bir işçinin bazara keçid mərhələsində mülkiyyətin çoxnövçülüyünə əsaslanan təsərrüfatçılıq şəraitində əmək şərtindən asılı olaraq marağı vardır ki, bu da əməyin son nəticəsindən asılı olaraq mühüm əhəmiyyət kəsb edir. Deməli, əmək məhsuldarlığının yüksəldilməsi əmtəə və xidmətlərin çoxaldılmasını əsas mənbəyi kimi işçilərin əldə etdiyi hər bir gəlirin və o cümlədən əmək haqqının da artmasının mənbəyi hesab olunur. Bu eyni zamanda işçilərin istehsal prosesindəki marağını da artırır. Məhz buna görə də əmək məhsuldarlığının artması, nəinki texniki və texnoloji amillərin hesabına və həm də maddi, mənəvi amillərin, sosial həvəsləndirmənin hesabına təmin edilməlidir. Bu da əmək haqqının artmasının əsas mənbəyi olan milli gəlirin artmasını tələb edir.

Məlum məsələdir ki, bölgü münasibətlərinə nisbətən milli gəlirin istehsalı ilə yanaşı o, ictimai təkrar istehsalın bölgü, mübadilə və istehlak fazalarından keçir. Milli gəlir maddi istehsal sahəsində iıləyən işçilər tərəfindən sərf olunan zəruri və izafi əməyin təcəssümü olub bölgü və yenidən bölgü mərhələlərindən kəçir. Onun ilkin bölgüsü nəticəsində maddi istehsal sahəsində işləyənlər əmək haqqı alırlar, yenidən bölgüsü nəticəsində isə qeyri- istehsal sahəsində işləyənlər əmək haqqı alırlar.

Deməli, milli gəlirin bölgüsü ilkin yenidən bölgüsü isə törəmə gəlirin əmələ gəlməsi və artmasını təmin edir. Bu da bütövlükdə ölkədə milli gəlirin həcmindən asılıdır.

Əmək haqqı bazar mexanizminin mühüm tərkib hissəsi kimi bir sıra funksiyalar yerinə yetirir:

- Ölkədə adambaşına döşən ÜMM-un onun milli gəlir hissəsinin artırılması;

- Cəmiyyət üzvlərinin maddi həyat şəraitinin yüksəldilməsinin maddi əsası olan gəlirlərin və xüsusən də əmək haqqının artırılması;

- Əhalinin gəlirlərinin ümumi mənbəyi olan pul gəlirlərinin artması üçün istehsalın məhsuldarlığının və səmərəliliyinin ifadəsi olan son məhsulun artırılması;

Bütün bunlar üçün cəmiyyətdə məhsuldar qüvvələrin, xüsusən də onun aparıcı qüvvəsi olan işçilərin peşə və ixtisasının artırılması tələb olunur.

Əmək haqqı əslində bölgü münasibətinin əsas təzahür formalarından biri kimi o, iki formada: vaxta görə formalarında baş verir.

Vaxta görə əmək haqqı – iş vaxtı (saat, gün, həftə, ay və ilə )görə ödənilən əmək haqqı formasıdır. Bu formada əmək haqqı o şəxslərə vərilir ki, onların sərf etdikləri əməyin ölçölməsi əslində qeyri-mümkündür. Məsələn, istehsalda məığul olan mühəndisin, elektikin və s.nin əməyini bu baxımdan misal göstərmək olar.

Işə görə əmək haqqı isə görülən işin müqabilin yəni onun həcminə və keyfiyyətinə görə verilən əmək haqqıdır.

Əməyin təbii ölçüsü iş vaxtı olduğuna görə əmək haqqının başlanğıc, ilkin forması vaxta görə verilən əmək haqqıdır. Bu formada işçilərə ödənilən əmək haqqı – onun faktiki olaraq işlədiyi vaxtın kəmiyyətindən və onun ixtisasından asılı olaraq hesablanılır.

Vaxta görə əmək haqqı aşağıdakı hallarda tətbiq edilir:

-əməyin nəticələrini dəqiq ölçmək və uçota almaq mümkün olmadıqda. Məsələn, bir çox köməkçi işlərin və qulluqçuların əməyi hər hansı bir məhsulun və ya məhsul hissəsinin istehsalı ilə ölçmək mümkün deyildir;

-əməyin nəticələrinin uçota alınması iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda;

-işin sürəti, əməyin intensivliyi işçinin (fəhlənin) özünü deyil, əsasən maşının (mexanizmin) hərəkəti ilə müəyyən ediləndə. Məsələn, avtomatik xətlərdə işə görə əmək haqqı verilməsi məqsədəuyğun deyildir. Çünki, iıin ahəngi qabaqcadan müəyyənləşdirilir və işçi onu nə azalda nə artıra bilər.

Vaxta görə əmək haqqının növləri (sistemləri) sadəcə olaraq vaxta görə və ya vaxta görə mükafatlı əmək haqqı sistemləridir.

Sadə əmək haqqı sistemi əməyin keyfiyyətinin və nəticələrinin kifayət qədər nəzərə almır və onda bərabərlik ünsürləri vardır. Bu nöqsanları aradan qaldırmaq üçün vaxta görə mükafatlı əmək haqqı sistemim tətbiq edilir. Bu sistem tətbiq edilərkən qabaqcadan müəyyənləşdirilmiş göstəricilərin yerinə yetirilməsi üçün daimi tarif dərəcəsindən və ya maaşından əlavə mükafat da verilir. Bu göstəricilər hər bir sahənin , mıəssisə və birliklərin özlərinə uyğun olaraq həyata keçirilməlidir. Adətən mükafatlar son nəticədən asılı olaraq verilir.Istehsalın keyfiyyətindən, yeni texnikanın yaradılıb tərtib edilməsindən və s.

Əmək haqqının bu və ya digər formasının və ya sisteminin tətbiqi istehsalın texniki səviyyəsi və onun təşkili ilə bağlıdır. Istehsal prosesinin kompleks mexanikləşdirilməsi, avtomatlaşdırılması və digər tədbirlərlə əlaqədar olaraq istehsalın texnikasında və təşkilində baş verən əsaslı dəyişikliklər işə görə əmək haqına keçmək zərurətini yaradır.

Elə buna görə son vaxtlar sənayedə tətbiq olunan müxtəlif əmək haqqı formalarının və sistemlərinin nisbətində böyük dəyişikliklər baş verir. Məsələn, vaxta görə əmək haqqı alan işçilərin sayı çoxalmışdır. Bu hər şeydən əvvəl əməyin xarakterinin dəyişməsi ilə əlaqədardır. Bir çox fəhlələrin əməyində istehsal proseslərinin hesablanması və idarə olunması kimi funksiyalar getdikcə daha çox yer tutur. Bu da obyektiv surətdə ona aparıb çıxarır ki, əmək prosesinin məzmunu və ardıcıllığını tənzimləmək, fərdi məhsuldarlıq normaları qoymaq getdikcə çətinləşir. Getdikcə mexanikləşdirmənin və avtomatlaşdırmanin inkişafı, istehsalın təşkilinin axın metodlarının geniş qoyulması işin keyfiyyət göstəricilərinin yüksəlməsi, vaxta görə əmək haqqının fəaliyyət dairəsinin mütləq genişlənməsinə səbəb olur. Işçilərin əmək intizamının yüksəlməsi də bu prosesə kömək edir.

Işə görə və vaxta görə əmək haqqı sistemi fərdi və kollektiv formada təşkil edilə bilər. Yüksək səviyyədə mexanikləşdirilmiş və avtomatlaşdırılmış əmək prosesinə daha yaxşı xidmət etmək üçün peşələrin geniş profildə əlaqələndirilməsi və qarşılıqlın yardım şərti ilə əmək kollektivləri təşkil olunur. Burada istehsalın son nəticədə səmərəliliyi ayrı-ayrı adamların fəaliyyətindən deyil, bütün kolllektivin, icarədarın fəaliyyətindən asılıdır.

Indi də biz gəlirlərdən istifadənin əsas formaları, gəlirlərin yenidən bölgüsü, dövlətin rolu, gəlirlərin əməkli və əməksiz, leqal və qeyri-leqal prinsipləri əsasında formalaşması bazar iqtisadiyyatı şəraitində gəlirlərin bölgüsündə qeyri-bərabərlik onun sosial-iqtisadi səbəbləri və ölçülməsi. Lorens əyrisi və Cini əmsalı inflyasiya şəraitində əhalinin gəlirlərinin və pul yığımlarının indeksləşdirilməsinə fikir verməliyik.

Bununla yanaşı həyaty səviyyəsi və onun göstəriciləri, yoxsulluq, mütləq və nisbi yoxsulluq, yəşəyış minimumu, minimum istehlak büdcəsi, o cümlədən minimum əmək haqqı və sosial ödəmələr məsələləri üzərində dayanmalıyıq.

Habelə, bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsinin və bununla əlaqədar dövlətin sosial siyasətinin əsas istiqamətləri məsələlərinə fikir verməliyik.

Məlumdur ki,hər bir dövrdə və şəraitdə istehsal olunan ÜMM və onun milli gəlir hissəsi cəmiyyətdə (ölkədə) mövcud iqtisadi münasibətlərin, o cümlədən bölgü münasibətlərini əks etdirən obyektiv iqtisadi qanunların tələbinə uyşun şəkildə ölkə əhalisi arasında bölüşdürülməlidir. Onu da qeyd etməliyik ki, ÜMM-un bir hissəsi cəmiyyətdə ictimai tələbatların ödənilməsi üçün, digər hissəsi cəmiyyətin ayrı-ayrı üzvlərinin şəxsi tələbatlarının ödənilməsi məqsədi ilə istifadə olunur.

Yəni istehlaka və yığıma istiqamətləndirilir. Bölgü özü istehsalın nəticəsi olub, o bir tərəfdən istehsal ehtiyatlarının (ictimai əmək bölgüsünə əsasən ) müxtəlif sahələr və bölmələr arasında makro və mikro səviyyədə bölüşdürülməsi prosesini əhatə edir və digər tərəfdən də mülkiyyətin formasından və istehsal amillərinə sahiblikdən asılı olaraq hər bir şəxsin istehsal olunmuş ÜDM-dan və onun milli gəlir hissəsindən gəlir formasında ona çat6an payı müəyyən edir.

Gəlirlərin ilkin bölgüsü prosesində maddi istehsalda işləyənlər və onunla əlaqədar olan şəxslər pay (əmək haqqı, mənfəət, renta və faiz formasında ) alırlarsa, yenidən bölgüsünə əsasən də qeyri-istehsal sahələrində işləyənlər (müəllimlər, həkimlər, elm və incəsənət xadimləri, dövlət məmurları və s.) pay alırlar.

Bu da məlumdur ki, bölgü bir tərfdən iqtisadi, digər tərəfdən də sosial funksiya yerinə yetirir. Deməli, bölgünün iqtisadi funksiyası – tələbatlar, maraqlar və s. həvəsləndirmə sistemi (mexanizmi) vasitəsilə özünü əks etdirirsə, sosial funksiya sosial tələbatların ödənilməsi və inkişafını təmin edir.

Gəlirlərin bölgüsü ictimai istehsalın inkişafında mühüm rol və əhəmiyyət kəsb edir. O maddi və mənəvi stimul yaratmaqla ictimai istehsalın elmi-texniki nailiyyətlərinə əsaslanmaqla məhsuldar qüvvələrin və buna müvafiq bazar mexanizminin təkmilləşməsinə və inkişafına təsir göstərir.

Məlum olduğu kimi, gəlir müntəzəm olaraq bazar subyektlərinin və eləcə də ayrı-ayrı şəxslərin əldə etdikləri pul və natural vasitələrinin məcmusudur. Bu da əmək haqqı, sahibkar gəliri, təqaüd, müavinət, renta, faiz, habelə şəxsi yaradıcı təsərrüfatlardan, onlarda istehsal olunan məhsulların satışından qazanılan gəlirdən ibarətdir. Bununla da o, iqtisadi münasibətləri və o cümlədən bazar münasibətlərini özündə ehtiva və əks etdirir. Elə buna görə də o cəmiyyətdə həyat səviyyəsinin göstəricisi kimi təzahür edir və insanların maddi və mənəvi tələbatlarının təminedicisidir.

Gəlirlər həm makro və həm də mikro səviyyədə öyrənilməli və burada mikro səviyyədə gəlir – muzdlu əməyə , sahibkarlığa və mülkiyyətə görə əldə olunan gəlirlər , makro səviyyədə isə bütövlükdə cəmiyyətin milli gəliri aiddir ki, bu haqda əvvəlcə ətraflı bəhs etmişik.

Onu da qeyd etmək lazımdır ki, əhalinin gəlirlərinin səviyyəsinə və dinamikasına görə qiymətləndirilərkən – nominal sərəncamda qalan və real gəlirlər formasından istifadə olunur.

Nominal gəlirlər – pul formasında verilən gəlirlərdir.

Sərəncamda qalan gəlirlər isə əhalinin şəxsi istehlakına və yığımına sərf olunan gəlirlər olub, bu vergilərin və məcburi ödəmələrin miqdarı qədər az olur.

Real gəlirlər isə əhalinin həyat səviyyəsinin əsas göstəricisi olub, onun alıcılıq qabiliyyətini ifadə edir.

Beləliklə də nominal gəlir əhalinin pul formasında əldə etdiyi gəlir olduğu halda , real gəlir isə yaşayış vasitələrində ifadə olunan gəlirlər deməkdir.

Bazar iqtisadiyyatı şəraitində əmək gəlirləri və əməksiz gəlirlər aid edilir ki, bura sahibkarlıq fəaliyyətindən , mülkiyyətdən və şəxsi yardımçı təsərrüfatlardan (məhsul satışı əsasında) əldə edilən gəlir aid edilir.

Bazar iqtisadiyyatı şəraitində bilavasitə adamların əmək fəaliyyəti ilə heç bir əlaqəsi olmayan gəlirlər də vardır ki, bu da leqal və qeyri leqal gəlirlərə bölünür. Leqal gəlirlər səhmlərə görə əldə olunan dividendlər, istiqrazlar vərəqələri və qiymətli kağızlardan əldə edilən uduş və faiz aid edilir və s. Bu cür gəlir bazar iqtisadiyyatı üçün qanunauyğun və obyektiv hesab olunur. Qeyri-leqal (qanunsuz) gəlirlər isə korrupsiya (ümumi kriminal), reket, narkobiznes, qaçaqmalçılıq və s. yolla əldə edilən gəlirlər olub, bunun da iki növü mövcuddur:

-bu cür gəlirlər iqtisadiyyatın quruluşundan asılı olmayaraq mövcuddur və qanunla cəmiyyət üçün təhlükəli olduğuna görə tərtib olunur;

-digər kriminal (qeyri-leqal) əməksiz gəlirləri isə rəsmi quruluşun özü doğurur ki, bu da möhtəkirlikdir, başqa cür desək gizli yolla əldə edilən və rəsmi dövlət qiymətindən qat-qat yüksək qiymətlə satılıb varlanmaqdır. Bu da iri həcmli qara bazarların yaranması deməkdir. Bu cür gəlirlər isə bazar iqtisadiyyatı üçün defisit əmtəələr yoxdur, olsa d abu hal nadir ola bilər. Gizli gəlirlər dünyada ən çox məşhur firmaların markalarının saxtalaşdırılması, korrupsiyaya qurşanmış məmurların köməyi ilə əlverişli müqavilələrin bağlanması və s. yolu ilə əldə edilir.

Dünya təcrübəsində əksər ölkələrdə ailə gəlirlərinin əsas mənbəyini əmək haqqı təşkil edir. 1994-cü ildə ABŞ-da ailə gəlirlərinin quruluşu aşağıdakı kimi olmuşdur:

-əmək haqqı – 65 %

-sahibkar gəliri-8%

-renta- 0,1%

-faiz- 12%

-tansfert ödəmələri -11,9% Cəmi-100%

1997-ci ildə Azərbaycanda ailələrin pul gəliri belə olmuşdur:

- əmək gəliri- 40%

-kənd təsərrüfatı məhsulu satışından daxil olmalar- 13,2%;

-mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən və s. dən daxil olan gəlirlər-39,1%

-sosial transfertlər – 7,7% təşkil etmişdir.

Gəlirin bölgüsündə bu bərabərliyi yaradan amillərə aşağıdakılar daxildir:

- adamların şəxsi fəaliyyətindəki fərqlər;

-təhsil səviyyəsi və işçilərin peşə hazırlığı;

-mülkiyyətə sahib olmaq, vərəsəlik hüququ;

-peşəkarlıq zövqü və risk, daha intensiv işləmək və risk etmək;

-bazarda hökmranlıq (inhisarçılıq) mövqeyi tutmaq, süni surədə qiymətləri qaldırmaq;

-psixoloji amillər, uğur qazanmaq, əlaqələr, bədbəxt hadisələr də gəlirlər arasındakı bərabərsizliyə güclü təsir edir.


IV
Qeyd edək ki, hər bir iqtisad sistem şəraitində gəlirlərin bərabərsizliyini ləğv etmək mümkün deyildir. Belə ki, hətta keçmiş inzibati amirlik şəraitində SSRI-də dövlət tam bərabərsizlik prinsiplərindən imtina etmiş və gəlirlərin formalaşmasında hər kəsdən qabiliyyətinə görə , hər kəsə əməyinə görə prinsipini tətbiq etmişdir.

Iqtisadi nəzəriyyə elmi dünyanın əksər ölkələrində əhalin qrupları arasında gəlirlərin bölgüsündəki bərabərsizliyi ölçmək üçün Lorens əyrisindən istifadə olunur. Belə ki, Lorens əyrisinə əsasən üfüqi xətt üzərində bütünlükdə 0-100%ə qədər amillərin sayının payı, şaquli xətt üzərində isə ailələrin məcmu gəlirdə payı (faizlə) göstərilir.

OARSDE-də əyrisinə əsasən ayrı-ayrı qruplar üzrə əldə edilmiş gəlirlərin faktiki bölgüsü verilir.

Həmin misaldan göründüyü kimi , insanların qabiliyyətləri müxtəlif olduğundan onların gəlirləri də fərqli olur. Onu da qeyd edək ki, Lorens əyrisi gəlirlərin mütləq bərabərsizliyi xətləri arasında yerləşir.Lorens ərisinin forması gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini müəyyən edir. Əyrinin meylliyi nə qədər çox olarsa, o, mütləq bərabərsizlik xəttindən daha çox uzaqlaşır. Gəlirlərin bölgüsündə bərabərsizlik daha da artır və ya əksinə. Mütləq bərabər sizlik o deməkdir ki, əhalinin 20, 40, 60 %i və s. heç bir gəlir əldə etmir. Yalnız sonuncu adam 100% bütün gəlirləri mənimsəyir.

Beləliklə, Lorens əyrisi müxtəlif əhali qruplarının pul gəlirlərinin miqdarını xarakterizə etməklə adamların rifah halının dəyişməsini , onların alıcılıq qabiliyyətini , başqa sözlə, tələbi proqnozlaşdırmağa imkan verir.

Həyat səviyyəsi anlayışı – iqtsadi ədəbiyyatdan göründüyü kimi- insanların yaşamaları üçün zəruri olan maddi və mənəvi nemətlərlə əhalinin təmin olunması və onların bu nemətlərə olan tələbatlarının ödənilməsi səviyyəsini xarakterizə edir. Bu da ölkənin iqtsadi inkişafının ümumi səviyyəsindən və dövlətin həyata keçirdiyi sosial proqramların reallaşdıerılmasından asılıdır.

Əhalinin rifah halının göstəricisi olan gəlirlər və istehlak səviyyəsi ilə yanaşı əhalinin əmək və asudə vaxtı, həcmini, quruluşunu, əhalinin mədəni və təhsil səviyyəsi göstəricilərini, sağlamlığını və s. demoqrafik vəziyyətini ifadə edir.

Həyat səviyyəsi sosial-iqtisadi kateqoriya kimi əhalinin rifahını istehlak baxımından səciyyələndirir.

Mürəkkəb kateqoriya olan həyat səviyyəsi bir çox amillərin təsiri altında formalaşır:

-birinci, ölkənin iqtisadi ehtiyatlarının (həcmi) kəmiyyəti və keyfiyyəti, onların inkişaf səviyyəsi daxildir;

-ikincisi, ölkədə adambaşına ÜMM-un istehsalını və onun keyfiyyətinin yüksəldilməsini aid etməliyik;

-üçüncüsü, adambaşına düşən pul gəlirini göstərməliyik;

-dördüncüsü, yaşayış dəyərinin indeksləşdirilməsi, yəni qiymətlerin dəyişməsinə müvafiq olaraq ümumi və aylıq gəlirin ona uyğun olaraq dəyişməsi;

-beşincisi, əmtəə və xidmətlərin həcmi və quruluşu;

-altıncısı, ölkədə xidmət sahələrinin inkişafı və səmərəli yerləşdirilməsi də həyat səviyyəsinin yaxşılaşdırılmasına və ya pisləşdirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Bazar iqtisadiyyatına keçid şəraitində əhalinin həyat səviyyəsinin yüksəldilməsinə təsir edən amillərdənən mühümü minimum əmək haqqının artmasıdır. Yəni onu nisbətən istehlək səbəti səviyyəsinə yaxınlaşdırmaqdır. Buna görə hazırda minimum əmək haqqı respublikada 85 manat təşkil edir ki, bu da əhalinin istehlak tələbinin ödənilməsi imkanına xeyli yaxınlaşacaqdır.

Əhalinin həyat səviyyəsi real gəlirlərin miqdarından asılıdır.

Əhalinin gəlirlərə görə qruplara bölgüsü, hər birinin öz rasional büdcəsi olan ailələr- aşağı, orta və yüksək gəlirləri olan ailələr qrupuna ayrılır.

Buna uyğun olaraq, yəni əhalinin aşağı gəlirlər qrupunun xərclərinin miqdarının və quruluşunun təhlili əsasında yaşayış minimumu və yoxsulluq həddi hesablanır.

2011-ci ilin yanvar oktyabr aylarında ölkə əhalisinin gəlirləri 2010-cu ilin eyni dövrünə nisbətən 19 faiz artaraq 24.5 milyard manat təşkil etmişdir. Dövlət Statiska komitəsindən verilən məlumatlara əsasən cari ilin ötən dövründə adambaşına düşən gəlirlər 17.4 faiz çoxalaraq 2 min 713.6 manata və ya orta hesabla ayda 271.4 manata çatmışdır.



Ə D Ə B I Y Y A T :


  1. P.Samuelson, V.Nordhaus.Ekonomika.M.,1997

  2. K.Makkonell, S.Bryu.Ekonomika.M.,1992

  3. T.Vəliyev.Iqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü.Bakı,1999

  4. Q.Manafov.Sahibkarlığın nəzəri və praktiki məsələləri.Bakı, 1997

  5. Q.Manafov.Bazar iqtisadiyyatı nəzəriyyəsinə giriş.Bakı,1991

  6. Ə.Babayev.Bazar iqtisadiyyatında əhali gəlirlərinin formalaşması mexanizmi. Iqtisad elmləri, nəzəriyyə və praktika.№1-2, Bakı1999

  7. A.Əliyev, A.Şəkərəliyev. Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti. Bakı, 1999

  8. U.Əliyev. Azərbaycan iqtisadiyyatında bazar mexanizminin formalaşması problemləri. Bakı, 2000

  9. F.Hüseynov.Nəzəri iqtisadın problemləri. Bakı, 2000

  10. Azərbaycan iqtisadiyyatı. Bakı, 1998

  11. Iqtisadi təlimlər tarixi. Bakı, 2002

  12. Iqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2001.

  13. Dövlət Statiska Komitəsinin verdiyi məlumatlar






Yüklə 65,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə