Фяхряддин вейсялли


Фяхрядиин Фейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   2   3   4   5   6   7   8   9   ...   106

Фяхрядиин Фейсялли. СЕМИОТИКА
 
 

 
VIII.5. Verbal incəsənətin semiotik özəlliyi ...................................... 219 
VIII.6.
 
Fəslin ədəbiyyatı və qeydlər ................................................... 222 
 
IX. Dil işarələrinin sintaksisi 
IX.1. Ümumi qeydlər ......................................................................... 224 
IX.2. Paradiqmatik və sintaqmatik əlaqələr ....................................... 225 
IX.3. Müxtəlif səviyyələrdə paradiqmatik və sintaqmatik əlaqələr ... 227 
IX.4. Dil iĢarələrinin ikitərəfliliyi (bilaterallığı) ................................ 229 
IX.5. Dil iĢarələrinin bölünməzliyi (diskretliyi) və ixtiyariliyi .......... 233 
IX.6. Dil iĢarələrinin hierarxikliyi və ikili üzvlənməsi....................... 235 
IX.7. Fəslin ədəbiyyatı və qeydlər...................................................... 236 
 
X. Dil işarələrinin semantik sahələr üzrə təhlili 
X.1. Ümumi qeydlər ........................................................................... 237 
X.2. Dil iĢarələrinin semantik sahələr üzrə bölgüsü ........................... 239 
X.3. Dil iĢarələri cümlədə .................................................................. 245 
X.4. Söz mənasının müxtəlif üsullarla açılıĢı ..................................... 261 
X.5. Məna və koqnisiya ...................................................................... 273 
X.6. Cümlə semantikası ..................................................................... 288 
X.7. Model nəzəriyyəsi semantikası................................................... 297 
X.8. Fəslin ədəbiyyatı və qeydlər ....................................................... 314 
 
XI. Dil işarələrinin praqmatik və siqmatik xüsusiyyətləri 
XI.1. Ümumi qeydlər ......................................................................... 315 
XI.2. ĠĢarələrin aspektləri haqqında ................................................... 315 
XI.3. Dil iĢarələrinin praqmatik və siqmatik təhlili ............................ 324 
XI.4. Fəslin ədəbiyyatı və qeydlər...................................................... 328 
 
Ad göstəriciləri ...................................................................................... 329 
Özək sözlər ............................................................................................ 332 
 
 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 

 
 
ÖN SÖZ
 
 
 
 
Semiotika  sahəsində  son  illərdə  çoxĢaxəli  fikirlərə  və  müla-
hizələrə  rast  gəlmək  olur.  Müasir  dilçilikdə  semiotikanın  geniĢ 
vüsət  almasına  R.Yakobson,  T.Sebeok,  U.Eko,  A.  Qraimas  və  rus 
dilçiliyində Y.Maslov, Y.Stepanov, N.B.Meçkovskaya kimi alimlər 
güclü  təkan  vermiĢlər.  Hazırda  bütün  elm  sahələrində  semiotik 
ümumiləĢmələrə can atırlar. 
Ġndi biokommunikasiyadan tutmuĢ canlı insan dilinə qədər hər 
yerdə  semiotik  baza  axtarılır.  Dil  də  xüsusi  semiotik  iĢarə  sistemi 
olmaqla bərabər digər semiotik sistemlərlə oxĢar cəhətlərə malikdir. 
Bu hər Ģeydən öncə dilin də baĢqa semiotik sistemlərdə olduğu kimi 
əsas  funksiyalarından  birinin  məlumatın  törəməsi,  saxlanılması  və 
ötürülməsi  funksiyasını  yerinə  yetirə  bilməsindədir.  Ancaq  baĢqa 
semiotik  sistemlərdən  fərqli  olaraq  dilin  ən  baĢlıca  fərqləndirici 
cəhəti  onun  maddi  tərəfinin  səsdən  ibarət  olmasıdır.  Dil  səsləri 
deyilməli,  tələffüz  edilməli  və  eĢidilməlidir.  Musiqi  də  ifa  olunur, 
çalınır  və  eĢidilir,  ancaq  o  heç  vaxt  dili  əvəz  edə  bilməz,  çünki 
musiqidəki  tonları  və  ton  ardıcıllığını  adi  adam  baĢa  düĢə  bilmir. 
Adi adam musiqini bütöv, hissələrinə parçalanmayan melodiya kimi 
dərk  edir.  Bu,  melodiyada,  fransız  dilçisi  A.Martine  demiĢkən, 
birinci  və  ikinci  üzvlənmə  yoxdur,  danıĢıq  aktında  olduğu  kimi, 
musiqidə  fonem  və  morfem  ardıcıllığı  yoxdur.  Deməli,  musiqinin 
maddi tərəfi var, bu mənada o, dilə oxĢayır. Ancaq deyildiyi kimi, 
melodik  substansiya  diskret  elementlərin  ardıcıllığından  ibarət 
deyildir. Musiqidə də ayrı-ayrı tonları göstərməyə və bütöv musiqi 
əsərini  onların  ardıcıllığı  kimi  Ģərh  etməyə  cəhd  göstərilsə  də, 
musiqidəki /do, re, mi, fa, sol, lya, si/ notları dildəki fonemlər kimi 
ixtiyari  və  diskret  deyildir.  Dildə  fonemin  birini  götürüb  yerinə 


Ю
Н СЮЗ
 
 

baĢqasını  qoysaq  yeni  bir  iĢarə  yaranar.  Ancaq  musiqidə  bu  cür 
rəftar etmək olmaz. Belə yerdəyiĢiklik kakofoniya yaradar. 
Dil  iĢarələri  digər  semiotik  sistemlərdən  məhz  maddi 
substansiyasının  yalnız  səslərdən  ibarət  olması  ilə  seçilir.  Lakin 
bununla yanaĢı, dil də bütövlükdə spesifik iĢarələr sistemi yaratdığı, 
həm  də  digər  iĢarələr  arasında  daha  mükəmməl  olduğu  üçün  onun 
ümumi semiotika adı altında birləĢdirilməsi müasir elmin tələbidir. 
Bütün  bunları  nəzərə  alaraq  və  humanitar  elmlər  sahəsində 
fonologiyanın  yeni  söz  sahibi  olduğunu  əsas  götürərək  biz 
«Semiotika»  adı  altında bir  əsər  yazmağı  çoxdan planlaĢdırmıĢdıq. 
Onun bu Ģəkildə reallaĢması yalnız indi mümkün oldu. 
Kitabda  iĢarə  ümumi  nəzəri  və  fəlsəfi  planda  araĢdırılır, 
ontogenez  və  filogenez  baxımdan  iĢarə  sistemləri  öyrənilir, 
biokommunikasiyadan tutmuĢ insan dilinə qədər sadə və mürəkkəb 
semiotik  sistemlər,  habelə  mədəni  və  süni  iĢarə  sistemləri  dərin 
təhlil edilir, onların insan cəmiyyətində  yeri və rolu Ģərh olunur və 
insan dili geniĢ material əsasında təhlil edilir. Aydındır ki, bu kitab 
ilk  təĢəbbüsdür  və  elə  buna  görə  də  nöqsanlarsız  deyildir.  Bütün 
nöqsanları  görüb  müəllifə  çatdıracaq  adamların  hamısına  bəri 
baĢdan təĢəkkürümü bildirirəm. 
Qəti  Ģəkildə  inanıram  ki,  bu  kitab  bir  sıra  ixtisas  sahibləri,  o 
cümlədən  filosof,  psixoloq,  dilçi  və  semiotiklər  üçün  maraqlı 
informasiya  mənbəyi  olmaqla,  həm  də  tez-tez  müraciət  olunan  bir 
qaynaq olacaqdır və gələcəkdə bu sahədə çalıĢanlar üçün bir dayaq 
rolunu oynayacaqdır. 
 
F.Y.Veysəlli 
e-mail: fveysalov@hotmail.com 
Bakı-London-Berlin-Zuq-Bakı, 2006-2010 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə