Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   2   3   4   5   6   7   8   9   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
10 
 
 
I. ÜNSİYYƏTİN MODELİ
 
 
 
 
I.1. Ümumi qeydlər 
 
Məntiq,  dil  və  təfəkkür  arasındakı  əlaqələr  nəinki  fəlsəfəni, 
həm  də  dilçiliyi  dərindən  düĢündürən  məsələlərdir.  Təsadüfi  deyil 
ki,  inikas  nəzəriyyəsində  semiotika  mühüm  yerlərdən  birini  tutur. 
Maraqlıdır ki, neopozitivist fəlsəfə semiotikanı öz kəĢfi hesab edir. 
Ancaq  semiotikanın  kökləri  bizim  eradan  əvvəl  V  əsrə  gedib 
çıxır.  Artıq  sofistlərdə  və  Əflatunda  (Platon)  semiotika  ilə  bağlı 
fikirlərə rast gəlmək olur. Əflatunun «Sofistlər» dialoqunda belə bir 
sual  qoyulur:  bütün  adları  bir-birilə  əlaqələndirmək  olarmı  və  ya 
adlardan heç birisi, ya da bir neçəsi əlaqələndirilə bilər? 
«Kratil»  dialoqunda  isə  bu  böyük  filosof  danıĢmanın  mahiy-
yətini  açır  və  bu  gün  dil  fəlsəfəsində  hökm  sürən  konvensionallıq 
(razılaĢma) ideyasını inkiĢaf etdirirdi. 
Ondan  sonra  Ərəstun  (Aristotel)  artıq  semiotikanın  tam 
sistemini  yaratmıĢdı.  Bu  filosof  ayrı-ayrı  hissələri,  məna  daĢıyan 
iĢarələrdən  ibarət  olan  mürəkkəb  iĢarələri,  mənasız  mürəkkəb 
iĢarələrdən fərqləndirirdi. O qeyd edirdi ki, tərkib  hissələri heç bir 
məna daĢımayan mürəkkəb dil simvolları da mövcuddur. 
Stoiklər  artıq  iĢarənin  maddi  tərəfini  məna  tərəfindən  aydın 
Ģəkildə  ayırırdılar.  Mənanı  onlar  ruh,  Ģeyləri  isə  inikas  olunan  və 
bunu  həyata  keçirən  simvol  –  cisim  adlandırırdılar.  Sxolastiklər  də 
semiotik  problemlərlə  məĢğul  olurdular,  ancaq  semiotikanın  çiçək-
lənmə  vaxtı  XVII  və  XVIII  əsrlərdə  rasional  fəlsəfə  dövründə 
olmuĢdur.  O  dövrün  ən  böyük  nümayəndəsi  Q.V.Laybnits  (1646-
1716)  olmuĢdur.  Bir  qədər  sonra  isə  semiotikanın  dilə  tətbiqinin 
iĢartılarını biz Por Royal qrammatikasında (1660) aydın görürük. 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
11 
Sonralar  bu  dartıĢmalar  dilin  təhlilinə  yönəldi.  Ancaq 
Y.G.Herderin  və  V.fon  Humboldtun  dil  fəlsəfəsilə  bağlı 
araĢdırmalarında  dilin  mənĢəyi,  dil  və  təfəkkür  əlaqələri,  dilin 
insanın  yaradıcı  zəkasınn  aləti  və  ifadəsi  olması  fikirləri  üstünlük 
təĢkil edirdi. 
V.fon  Humboldt  çoxsaylı  tədqiqatları  ilə  müasir  nəzəri 
dilçiliyin  əsasını  qoydu  və  onu  ümumi  fəlsəfədən  və  inikas 
nəzəriyyəsi  problemlərilə  məĢğul  olan  fəlsəfədən  ayırmağa 
müyəssər oldu. 
XIX  əsrin  sonlarında  fəlsəfə  dil  nəzəriyyəsi  və  semiotika 
problemlərilə  yenidən  maraqlanmağa  baĢladı.  Buna  da  riyazi 
məntiqin  inkiĢafı  və  riyazi  tədqiqatlar  səbəb  oldu.  Neopozitivistlər 
semiotikanı  riyazi  məntiqdən  çıxıĢ  edərək  Ģərh  etmək  istəyirdilər. 
Bu  iĢdə  Ç.Pirsin  rolu  əvəzsizdir.  Onun  həmyerlisi  Ç.V.  Morrisin 
«ĠĢarələr,  dil  və  davranıĢ»  kitabı  semiotikanın  inkiĢafında  mühüm 
rol  oynadı.  Bu  kitabı,  neopizitivist  və  biheyviorist  dil  fəlsəfəsi 
haqqında kiçik ensiklopediya adlandırmaq olar. O yazır: «Semiotika 
insan  fəaliyyətinin  formalarını  və  onların  əsas  qarĢılıqlı  əlaqələrini 
baĢa  düĢmək  üçün  əsas  verir,  çünki  həmin  fəaliyyətlər  və  əlaqələr 
bu  fəallığı  həyata  keçirən  iĢarələrdə  əks  olunur...  Ancaq  qədim 
ənənə budur ki, fəlsəfə insan fəaliyyətinin səciyyəvi formalarına bir 
nəzər yetirməyə çalıĢır... Bu ənənə müasir formada fəlsəfə ilə iĢarə 
nəzəriyyəsinin eyniləĢməsində ...görünür». 
Semiotikanın  qaçılmazlığını,  cazibədar  və  yararlılığını  sübut 
edən amillərdən biri də onun ünsiyyəti sadə fakt kimi qəbul etməsilə 
bağlıdır.  Heyvanlardan  və  süni  intellektlərdən  tutmuĢ  təbii  dillə 
həyata  keçirilən  hər  cür  ünsiyyət  semiotikanın  maraq  dairəsinə 
aiddir. Bizi əhatə edən bütün aləm ünsiyyətdə mövcuddur. Ünsiyyət 
və  ya  kommunikasiya  məlumatı  yaratmaq,  informasiya  saxlamaq, 
ötürmək  və  qəbul  etmək,  dünyanı  dərk  edib  Ģərhini  vermək,  baĢ 
verən  hadisələrə  münasibət  bildirmək  və  mövqe  sərgiləmək  və  ya 
dinməzcə  götür-qoy  etməkdir.  Bu  da  danıĢmaq  üçün  vacib  olan 
tələffüz,  eĢitmə,  anlam  və  məna  ilə  mümkündür.  Məlumdur  ki, 
dünyada  bütün  Ģeylərin  anlamı  və  forması  vardır.  Dünya  bizə 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
12 
mənalı  gəlir.  Bu  o  deməkdir  ki,  bizi  əhatə  edən  hər  Ģeyi,  hər  bir 
davranıĢı müəyyən kateqoriyalarda və etiketlərdə qavrayırıq. Onlar 
bizə qarmaqarıĢıq görünmür, mütəmadi olaraq hissetmə üzvlərimizə 
təsir  edir.  Göydən  yağıĢ  yağacağını  baĢa  düĢüb  qurumaq  üçün 
asdığımız paltarları ipdən yığıĢdırırıqsa, deməli, həyat təcrübəmizin 
bizə aĢıladığı anlam öz iĢini görür. ĠĢıqforda qırmızı iĢığın yandığını 
görüb  maĢını  saxlayırıq,  yaĢiıl  iĢıq  görünən  kimi  hərəkət  edirik. 
Artıq  sarı  iĢığı  görəndə  baĢa  düĢürük  ki,  hərəkətə  hazırlaĢmaq 
lazımdır.  Cibimizdəki  telefonla  zəng  edib  hal-əhval  tuturuq,  bizə 
zəng edirlər, evdən və  ya iĢdən müəyyən xəbərlər verirlər (gələndə 
su alarsan və ya bu gün saat 15-də birliyin iclası olacaq, dedilər ki, 
iĢtirakın  vacibdir  və  s.).  Əlində  çətir  tutmuĢ  adam  da  və  ya  bizə 
baxıb gülümsəyən tələbə də müəyyən informasiya ötürücüləridir. 
Hər  Ģeyi  zahiri  formasına  görə  (səsinə,  Ģəklinə,  duyuma, 
dadına və iyinə) görə qavrayırıq, müvafiq nəticə çıxarırıq. Formaca 
müxtəlif  informasiyalar  insandan  insana,  cəmiyyətdən  cəmiyyətə 
ötürülür.  Onları  öyrənmək  dərəcəsindən  asılı  olaraq  bitib-
tükənməyən fəaliyyət prosesində onlardan yararlanırıq. Ətraf aləmi 
baĢa  düĢmək,  ona  adekvat  münasibət  bildirmək  ünsiyyətin 
qaynağıdır.  Bütün  bu  Ģərtləri  semiotikada  anlam  və  məna 
adlandırırlar.
1
 
 
 
I.2.  İşarə, anlam və məna 
 
Dünyada  anlamın  izahı,  ona  münasibət  və  onun  birmənalı 
Ģəkildə  dərk  olunması  daima  fəlsəfəni  düĢündürən  məsələ  olubdur 
desək  səhv  etmərik.

N.Tusi  (1201-1274),  C.Lok  (1632-1704), 
D.Yum  (1711-1776),  E.Kant  (1724-1804),  Q.Hegel  (1770-1831), 
E.Husserl  (1859-1938),  M.Haydeqqer  (1889-1976),  R.Karnap 
(1891-1970),  Q.Freqe  (1848-1925)  və  b.  bu  məsələyə  aydınlıq 
gətirməyə  çalıĢmıĢlar.
3
  Biz  burada  Q.Freqenin  anlam  və  məna  ilə 
bağlı konsepsiyasının üzərində bir qədər  ətraflı dayanmaq istərdik, 
çünki onun bu barədə mövqeyi daha doğru və daha aydındır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə