Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   2   3   4   5   6   7   8   9   ...   106

Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
13 
O  yazır:  ―ĠĢarələnəndən  baĢqa,  bunu  iĢarənin  mənası  da 
adlandırırlar, iĢarə ilə (ad, söz birləĢməsi, yazılı iĢarə) bağlı bir Ģey 
də  var  ki,  mən  bunu  iĢarənin  anlamı  adlandırardım  (Sinn  des 
Zeichens).  Həmin  anlamda  təmsil  olunanın  (əşya,  predmet  və 
hadisənin – F.V.) növü ifadə olunur‖.
4
 
Dilçilik  elmində  iĢarənin  təbiəti  və  məziyyəti  haqqında  ilk 
mükəmməl  fikir  söyləyən,  Ģübhəsiz  F.de  Sössür  (1857-1913) 
olmuĢdur.  O  dilin  iĢarələr  sistemi  olduğunu  xüsusi  vurğulayır  və 
dilçiliyi semiologiyanın tərkib hissəsi kimi götürməyi israr edirdi
5

F.de  Sössür  bununla  bağlı  yazırdı:  ―Dil  (langue)  təsəvvürlər 
ifadə edən, bununla da  yazı, lal-karların əlifbası,  simvolik rituallar, 
nəzakət  formaları,  hərbi  siqnallar  və  s.-lə  müqayisə  edilə  bilən 
iĢarələr  sistemidir.  Ancaq  o,  bu  sistemlərin  ən  vacibidir.  Sosial 
həyat çərçivəsində iĢarələrin həyatını öyrənən belə bir elm təsəvvür 
etmək  olar;  bu,  sosial  psixologiyanın,  bununla  da  ümumi 
psixologiyanın  bir  hissəsini  təĢkil  edir;  biz  onu  semiologiya 
(yunanca sêmeîon‖ – iĢarə) adlandıracağıq. O, bizə iĢarələrin nədən 
ibarət  olduğunu  və  hansı  qanunların  onları  idarə  etməsini 
öyrətməlidir.  Hələ  mövcud  olmadığı  üçün  onun  nə  olacağını 
söyləmək  qeyri-mümkündür.  Ancaq  onun  mövcud  olmağa  haqqı 
tanınmalıdır.  Onun  yeri  əvvəlcədən  məlumdur.  Dilçilik  bu  ümumi 
elmin  yalnız  bir  hissəsidir,  semiologiyanın  aĢkar  edəcəyi  qanunlar 
dilçiliyə tətbiq edilə biləcək və bu axırıncı (dilçilik – F.V.) beləliklə 
insan münasibətləri içərisində çox konkret bir sahəyə aid olacaqdır. 
Psixoloqun  iĢi  semiologiyanıın  yerini  müəyyənləĢdirməkdir.; 
dilçinin  vəzifəsi  isə  dilin  (langue)  nə  ilə  semioloji  təsisatlar 
içərisində xüsusi bir sistem olmasını göstərməkdir…dilçiliyə biz ilk 
dəfə  elmlər  arasında  xüsusi  yer  tapa  biliriksə,  bu  yalnız  ona  görə 
mümkündür ki, biz onu semiologiyaya aid edirik‖.
6
 
F.de  Sössürün  mühazirələrində  siqnansın  dilin  iĢarələr 
sistemində  yeri,  dilçiliyin  ümumi  elmlərə  münasibəti  və  dil 
iĢarələrinin  bir  sıra  spesifik  xüsusiyyətləri  öz  əksini  tapmıĢdır: 
ikitərəflilik  (signifiant  –  iĢarələyən  və  signifie  –  iĢarələnən), 
ixtiyarilik  (arbitrerlik),  diskretlilik  (bölünməzlik),  iĢarənin  dəyəri 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
14 
(valeur),  onun  sinxron/diaxron  baxımdan  tədqiqi,  düzxətliliyi, 
hierarxikliyi və s. Bunların hər biri samballı diskussiyaların və dərin 
elmi dartıĢmaların mövzusu olmuĢdur
7

Son  illərdə  iĢarənin  semantikası  probleminin  intensiv 
tədqiqilə  bağlı  çox  maraqlı  məsələlər  ortalığa  çıxmıĢdır.  Onların 
içərisində semantik üçbucaq ideyası daha ciddi mübahisələrə səbəb 
oldu. 
Dilçilik elmində G.Oqden (1889-1957) və Ġ.Riçardsın (1893-
1979)  adı  ilə  bağlı  semantik  üçbucaq  anlayıĢı  hökm  sürür.  F.de 
Sössür  israr  edirdi  ki,  dil  iĢarəsi  Ģeylə  adı  yox,  anlayıĢla  akustik 
obrazı birləĢdirir, odur ki, dil iĢarəsi ikitərəfli psixi varlıqdır
 8

Deməli,  iĢarənin  iki  tərəfi  daha  qabarıq  göstərilir: 
signum=signans+siqnatum, baĢqa sözlə, bildirmə, göstərmə = iĢarə-
ləyən  +  iĢarələnən.  Y.S.Maslov  (1908-1977)  isə  məsələyə  belə 
yanaĢır.  ĠĢarənin  eksponenti,  maddi  varlığı  (sözün  fonem  və  ya 
qrafem  ardıcıllığı)  olmasa  iĢarə  öz  informativ  funksiyasını,  geniĢ 
mənada  kommunikativ  funksiyasını  yerinə  yetirə  bilməz.  Akustik 
obraz,  danıĢiq-motor  hərəkəti  (eĢitmə  və  görmə  və  eksponenti 
yaradan hərəkətlər) eksponentin Ģüurda inikasıdır, ona görə də təbii 
ki, o ikincidir.
 9 
O  yazır:  ―Bu  inikas  öz  orijinalı  olmadan,  deyək  ki,  adamlar 
tərəfindən  eĢidilməli  olan  fonem  ardıcıllığı  olmadan  və  ―bərkdən‖ 
tələffüz edilmədən ―anlaĢıla‖ bilməz‖
10

Ünsiyyət  aktında  maddi  cəhətdən  səslərdən  (yazıda 
qrafemlərdən  –  F.V.)  çıxıĢ  edərək,  təcəssüm  olunmaqla  reallaĢma 
dil  kollektivində,  həm  də  hər  bir  dil  daĢıyıcısının  beynində  iz,  əks 
kimi  mövcuddur.  Sıfır  komponent  də  fəlsəfi  anlamda  maddidir. 
Y.S.Maslov  iĢarənin  məzmununu  da  referentin  ideal  inikası  hesab 
edir. Xüsusi isimlərin məzmunu müvafiq fərdi predmetlərin, ümumi 
isimlərinki  isə  predmetlərin  müvafiq  siniflərinin  ümumiləĢmiĢ  və 
sxematik  inikasıdır.  Bu  inikas  sxematikdir,  sadəcə  olaraq  anlamın 
zəif konturudur. 
Ġnikas  öz  obyektilə  müqayisədə  ikincidir,  bu,  Ģüurdakı  izdir, 
ləpirdir.  Ancaq  o  davranıĢa  təsir  göstərir.  Bir  tərəfdən  iĢarələrin 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
15 
maddi  eksponenetləri  onlarla  bağlı  Ģüurda  olan  təsəvvürlər 
zəminində  tələffüz  olunur,  digər  tərəfdən,  iĢarə  nəinki  real 
gerçəkliyi  əks  etdirir,  o  həm  də  həmsöhbətdə  müəyyən 
assosiasiyalar doğurur. 
Eksponentlə  referent  arasında  birbaĢa  əlaqə  yoxdur.  Əlaqə 
yalnız həmin iĢarədən istifadə edən adamların Ģüuru vasitəsilə olur. 
Bu  əlaqə  Ģərtidir,  ictimaidir  və  tarixidir.  Məsələn,  bizdəki  /it/  sözü 
ingilisdə və rusda heç bir əlaqə yaratmır, çünki ingilis üçün referent 
/dog/,  rus  üçün  isə  /sobaka/  eksponentilə  bağlanır.  Süni  iĢarə 
sistemlərində  bu  onları  yaradanlar  vasitəsilə  razılaĢma  əsasında 
proqramlaĢdırılır. Təbii dildə bu, kortəbii olur. Düzdür, terminlərdə 
və elmdə Ģüurlu razılaĢmanın elementləri var: Məsələn, (2+2) ―4‖-ə 
bərabərdir  və  H
2
O  sudur.  Morze  əlifbasında  3  tire  ―o‖-nu,  3  nöqtə 
və  bir  tire  rus  dilində  ―ж‖-nı,  latında  ―v‖-nı,  ayrılıqda  nöqtə  və 
tirelər  distinktor  –  iĢarə  rolunu  oynayır,  fasilə 

  delimitator-  iĢarə, 
ancaq bir ardıcıllıq informator rolunu oynayır. 
Fikrimizcə,  Y.S.Maslovun  bu  Ģərhi  Q.Freqenin  anlam 
ideyasına uyğun gəlir. 
Mənanı  predmet,  əĢya və  hadisə  adlandıran Q.Freqe həmin o 
predmeti  doğuran  nəsnəni  anlam  adlandırır.  O  dəfələrlə  bu  fikrə 
qayıdır  və  öz  anlamını  həm  söz,  həm  də  cümlə  timsalında  açıb 
göstərməyə çalıĢır. Insan öz həmsöhbətilə ünsiyyətə girəndə həmiĢə 
bu  anlamdan  istifadə  edir.  /su/  deyəndə  türk  dillərini  bilən  hər  kəs 
bu  iki  fonem  ardıcıllığının  oyatdığı  təəssüratı  yaxĢı  anlayır. 
Adresatın  (dinləyənin)  /su/  istədiyini  və  ya  kiməsə  /su/  lazım 
olduğunu  baĢa  düĢərək  adresantın  (danıĢanın)  su  qabını  doldurub 
verməsi  və  /Al,  bu  suyu,  iç//  deməsi  ünsiyyətin  anlamını  açıb 
göstərir.  Bununla  da  adresant  həmsöhbətinin  cümləni  baĢa 
düĢəcəyinə qəti Ģübhə etmir və ondan müvafiq reaksiyanı gözləyir. 
Adresat  suyu  içir  və  adresanta  təĢəkkür  edir.  Deməli,  suyun  bu 
cümlədəki  mənası  onun  gerçəklik  dəyərini-  obyektiv  dəyəri  əks 
etdirməsidir.  Əgər,  bu  ,ingilis  və  ya  alman  dilində  deyilsə  idi 
(/Water/  və  ya  /Wasser/),  təbii  ki,  bu  dilləri  bilməyənlərdə  həmin 
sözlər heç bir anlama uyğun gəlmədiyindən mənasız bir səs obrazı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə