Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   2   3   4   5   6   7   8   9   ...   106

Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
19 
onun  adi  anlamıdır.  IĢarə,  anlam  və  məna  əlaqələrindən  danıĢanda 
bu istisnanı həmiĢə göz önündə saxlamalıyıq. 
Məna və anlamdan təsəvvürü fərqləndirmək lazımdır. IĢarənin 
mənası  anlam  baxımından  dərk  olunan  əĢyadırsa,  onun  haqqında 
təsəvvürün anlam təəssüratlarından əldə edilən xatirələrdir, zahiri və 
daxili  hərəkətlərindən  meydana  gələn  obrazdır,  Ģəkildir.  Anlam 
təəssüratların  və  hərəkətlərin  ruhda  izi  qalan  Ģeylərdən  ibarət 
təsəvvürlər  və  predmetlərdir.  Eyni  anlamda  eyni  təsəvvürlər  eyni 
anlamlarla bağlı olur. Təsəvvür subyektivdir, iki adamın təsəvvürü 
eyni ola bilməz. Anlam çoxların ümumi sərvətidir, odur ki o, fərdin 
ruhunun  bir  hissəsi  deyildir.  Insanlıq  fikirlərin  ümumi  sərvətinə 
malikdir, onu nəsildən nəsilə ötürür. Eyni sözlə biz bir cür, baĢqası 
ilə  baĢqa  cür  anlam  əlaqələndiririk.  Ancaq  fərq  bağlılığın 
növündədir.  Bu  ikisinin  də  eyni  anlamda  olmasına  mane  olmur, 
amma eyni təsəvvür ola bilməz. Adın mənası onunla ifadə etdiyimiz 
predmetin  özüdür,  bu  zaman  təsəvvürümüz  tam  subyektivdir. 
Onların  ikisinin  arasında  anlam  yerləĢir,  o  nə  təsəvvür  kimi 
subyektivdir,  nə  də  predmetin  özüdür.  Misal  kimi  Q.Freqe  adamın 
aya  binoklla  baxmağını  göstərir.  Ayı  məna  ilə  müqayisə  edir.  Ay 
müĢahidənin  obyektidir,  müĢahidə  ayı  real  Ģəkil  kimi  binoklun 
daxilindəki  linza  ilə  əks  etdirir,  bir  də  baxan  ayı  gözdə  tor  qiĢa  ilə 
öyrənir, onu anlamla, bunu isə təsəvvürlə müqayisə edir. Binokldakı 
Ģəkil birtərəflidir, o, müĢahidə yerindən asılıdır, ancaq obyektivdir, 
çünki  bir  neçə  müĢahidəçiyə  xidmət  edir.  Elə  ola  bilər  ki,  o, 
hamının  eyni  vaxtda  istifadə  etdiyi  Ģəkildə  quraĢdırılsın.  Hər  kəs 
burada öz Ģəklinə malik olacaq. Gözlərin müxtəlifliyi imkan verməz 
ki, həqiqətən üst-üstə düĢmə olsun. 
Deməli,  sözlərin,  söyləmlərin  və  cümlələrin  müxtəlifliyinin   
3 mərhələsini fərqləndirə bilərik: 
a) birinci mərhələdə təsəvvürlərin sözlərlə bağlılığı olmaması 
ucbatından biri üçün fərq ola bilər, o birisi isə fərqi görməyə bilər. 
Ġlkin  mənbədən  tərcümədə  fərq  birinci  mərhələni  aĢmamalıdır. 
Mümkün  fərqlərə  poeziyanın  anlama  əlavə  etdiyi  incəliklər  və 
çalarlıqlar  aiddir.  Bunlar  obyektiv  deyil,  hər  bir  eĢidən  və  oxuyan 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
20 
özü onu Ģairin və ya natiqin hərəkətindən tutmalıdır. Incəsənət insan 
təsəvvürünün  qohumluğu  olmadan  mümkün  olmazdı.  Ancaq  Ģairin 
niyyətlərinə uyğun olanı dəqiq üzə çıxartmaq olmaz; 
b)  ad  (söz,  iĢarə,  iĢarə  birləĢməsi,  söyləm)  öz  anlamını  ifadə 
edir, öz mənasını bildirir. Biz aydan danıĢırıq, ancaq hardan bilirik 
ki,  ―ay‖  sözünün  ümumiyyətlə  mənası  var?  Biz  burada  ―ay‖ 
təsəvvüründən  danıĢmaq  niyyətində  deyilik  və  ―ay‖  deyəndə  heç 
anlamla  da  kifayətlənmirik,  əksinə  biz  müəyyən  mənanın  ol-
masından çıxıĢ edirik. ―Ay yerdən kiçikdir‖ cümləsində söhbət ―ay‖ 
barədə  təsəvvürdən  gedir  desək,  bununla  anlamda  yanılmıĢ  olarıq. 
DanıĢan  belə  istəsəydi  deyərdi  ―Ay  haqqında  təsəvvürüm‖.  Niy-
yətimizi  bildirmək  üçün  onu  iĢarənin  mənasından  danıĢmaqla 
əsaslandırırıq; 
c) biz yuxarıda anlam və mənanı ad adlandırdığımız söz, ifadə 
və  iĢarə  zəminində  nəzərdən  keçirdik.  Indi  isə  təsdiq  cümləsinin 
anlamına və mənasına nəzər salaq. Belə bir cümlə fikir bildirir. Özü 
də fikir deyəndə Q.Freqe düĢüncəni subyektin fəaliyyəti kimi deyil, 
onun çoxları üçün ümumi sərvət olmağa qabil obyektiv məzmununu 
baĢa düĢür
13

―Bu  fikir  həmin  cümlənin  anlamı  və  ya  mənasıdır?‖  sualına 
filosof belə  cavab verir: fərz edək ki,  cümlənin  mənası  var. Həmin 
cümlədə bir sözü eyni mənalı, ancaq baĢqa anlamlı sözlə əvəz edək, 
onda  bu,  cümlənin  mənasına  təsir  göstərməyəcək.  Ancaq  burada 
fikir  dəyiĢir;  /Səhər  ulduzu  günəĢin  iĢıqlandırdığı  cisimdir// 
cümləsindəki  fikir  /AxĢam  ulduzu  günəĢin  iĢıqlandırdığı  cisimdir// 
cümləsində  ifadə  olunan  fikirdən  fərqlidir.  Onların  eyni  olduğunu 
bilməyən bir fikri düz, o birisini isə səhv hesab edir. Fikir cümlənin 
mənası  ola  bilməz,  ona  daha  çox  anlam  deyə  bilərik.  Bəs  məna 
harda qaldı? Bəlkə cümlənin  yalnız anlamı var, mənası olmur? Bu 
cür  hallara  rast  gəlmək  olur,  cümlələrin  və  ya  onların  hissələrinin 
anlamı olur, ancaq mənası olmur. Mənasız sözlərdən ibarət cümlələr 
bu  tipdəndir.  /Əhməd  dərin  yuxuda  ikən  itakada  sahilə  atıldı// 
cümləsinin anlamı var. /Əhməd/ sözünün mənası varmı? Cümlənin 
də mənası varmı? ġübhəlidir. Ancaq kimsə cümlənin düz və ya səhv 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
21 
olduğunu  qəbul  edərsə,  deməli,  Əhmədin  də  həm  anlamı,  həm  də 
mənası  olmalıdır.  Çünki  bu  adın  mənasına  predikat  tanınır,  ya  da 
tanınmır. Mənanı qəbul etməyən predikatı nə qəbul, nə də rədd edə 
bilər. Adın mənası  artıq  görünsə də, anlamı  qəbul  etmək olar,  əgər 
fikri  qəbul  ediriksə,  söhbət  cümlənin  anlamından,  fikirdən  gedirsə, 
onda  cümlə  hissələrinin  cümlənin  gerçəklik  dəyəri  mənasız  olardı. 
Anlam üçün anlam nəzərə alınmalıdır, hissəsinin mənası yox. Fikir 
isə  eynidir,  /Əhməd/  adının  mənası  olsa  da,  olmasa  da.  Fikir  o 
zaman  dəyərini  itirir  ki,  cümlənin  mənası  olmur.  Biz  təkcə  anlam 
yox,  həm  də  mənanı  axtarırıq  ki,  həqiqət  dəyəri  olsun.  Həqiqəti 
axtarmaq hər yerdə anlamdan mənaya sövq edir. 
Biz  gerçəklik  dəyərinə  əsaslanaraq  cümlənin  mənasını  o 
zaman tapırıq ki, onun hissəsinin mənası olur. 
Deməli,  cümlənin  gerçəklik  dəyəri  onun  mənası  kimi  qəbul 
edilməlidir
14
. ―Mən cümləni o zaman baĢa düĢürəm ki, o ya düzdür, 
ya da səhvdir. BaĢqa gerçəklik dəyərləri yoxdur
15
‖. 
Hər  bir  təsdiq  cümlədə  o  zaman  sözlərin  mənasından  söhbət 
gedir ki, o xüsusi ad olsun, özü də onun mənası əgər varsa, ya düz, 
ya da səhv olur. Bu iki predmeti hamı qəbul edir. 
Aydındır  ki,  hökmdə  (bunu  Q.Freqe  gerçəkliyin  tanınması, 
dərki  kimi  başa  düşür  –  F.V.)  fikirlər  mərhələsindən  mənalar 
mərhələsinə doğru (obyektiv gerçəkliyə doğru) bir addım atılır. 
Q.Frege  fikrin  gerçəkliyə  münasibətini  anlamın  mənaya  olan 
münasibəti kimi  yox, subyektin predikata münasibəti kimi  açmağa 
çalıĢır.  Deməli,  fikrin  gerçəkliyə  olan  münasibətini  subyektin 
predikata  olan  münasibətilə  müqayisə  etmək  olmaz.  Subyekt  və 
predikat fikrin hissələridir (məntiqi anlamda). Onlar idrak üçün eyni 
mərhələdə durur. Gerçəklik dəyəri fikrin bir hissəsi ola bilməz, necə 
ki, deyək ki, günəĢ deyəndə anlamı deyil, predmeti ifadə edirik. 
Cümlənin  mənası  onun  gerçəklik  dəyəridir.  Cümlə  hissəsi 
eyni  mənalı,  ancaq  baĢqa  anlamlı  ifadə  ilə  əvəz  oluna  bilər.  Bu 
həqiqətdə belə də olur. 
Gerçəklik  dəyərinə  xas  olan  hər  bir  anlam  xüsusi  Ģəkildə 
parçalanmaya uyğun gələrdi. Cümlənin bütövünün və ya hissəsinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə