G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

 
 
9
 
 
 
•   Giriş  •
Xəritə ilə yanaşı, coğrafiyaçılar başqa təsvir vasitələrindən – xәritә-sxem, karto-
qram vә kartodiaqramlardan da istifadə edirlər.  
Xәritә-sxem coğrafi məlumatların əyani və anlaşılan üsulla göstərildiyi, sadələş-
dirilmiş və ümumiləşdirilmiş şərti işarəli coğrafi tәsvirdir. Xəritə-sxemlərdə əl qra-
fikasından istifadə edilir.  
 
Xәritә-sxem. “İçәrişәhәr”.   
1. Qız qalası, 2. Cümə məscidi, 3. Hamam, 4. Qala divarı. 
 
Kartoqram hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual əks etdi-
rən təsviridir (lakin xəritə deyildir). Kartoqramda məlumatlar müxtəlif  ştrixlər, rəng-
lər və nöqtələrlə ifadə olunur.  
 
Kartoqram.  “Dәnli bitkilәrin mәhsuldarlığı”. 
 
Kartodiaqram  coğrafiya  xəritəsi  ilə  diaqramın  birləşməsidir.  Burada  məlumatlar 
həndəsi fiqurlar (daha çox dairə və sütunlar) vasitəsilə verilir. Fiqurların ölçüləri xəritədə 
təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, təqdim olunan 
xəritədəki diaqramda dairənin böyüklüyü – bu şəhərdə sənayenin daha güclü olmasını 
bildirir.  
 
Kartodiaqram. “Sәnaye sahәlәri”.   
1. Yeyinti sənayesi,  2. Yüngül sənaye. 3. Maşınqayırma. 
– 40–50 s/ha 
– 30–40 s/ha 
– 20–30 s/ha 
LAYİHƏ


 
 
 
 
10 
 
 
Beləliklə, xәritә, xәritә-sxem, kartoqram  kartodiaqram təbii, iqtisadi göstəri-
ciləri və eləcə də, başverən prosesləri əks etdirmək məqsədilə tərtib olunur. Onlar 
yeni yaşayış məntəqələrinin planlaşdırılması, müəssisələrin tikilməsi, müəyyən əra-
zilərdə əhali və təsərrüfatın səmərəli yerləşdirilməsi zamanı istifadə edilir.  
 
 
 
1. Göstərilən coğrafi informasiyaların təqdimolunma formalarını dəftərinizə yazın və 
mövzudakı məlumatlardan istifadə edərək onların daha dörd üsulunu əlavə edin: 
 
1. Mətn, 2. Şəkil, 3. Cədvəl,  4. Qrafik,  5. ... ,  6. ... , 7. ... ,  8. ... . 
 
  2. Şəkildəki uşaqların rastlaşdığı təsvir üsulu hansıdır? 
 
Nəbatat bağına ekskursiya zamanı 
 
3. Mövzuda verilən kartodiaqramdan istifadə edərək göstərilən dairələrin ölçülərini 
nəzərə almaqla suallara cavab verin. 
 
a)  Hansı sənaye sahələri hər iki şəhərdə inkişaf edib? 
b)  Şəhərlərdən hansı yüngül sənaye üzrə ixtisaslaşmışdır? 
c)  Xaçmazda, yoxsa Qusarda sənaye sahələri daha güclü inkişaf etmişdir? 
 
4. Sxemi dəftərinizə çəkin. Şərti işarələrə uyğun olaraq kartoqramı tərtib edin, əraziləri 
ştrixləyin. Daha hansı təbii və iqtisadi coğrafi göstəriciləri kartoqram üsulu ilə təsvir 
etmək olar? 
A –  əhalinin sıxlığı 10–50 nəfər/km

B – əhalinin sıxlığı 50–100 nəfər/km
2
 
C – əhalinin sıxlığı 100 nəfər/km
2
-dən çox 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
11
 
 
 
•   Giriş  •
  
T
OPOQRAFİK XƏRİTƏLƏRİ NECƏ OXUMALI 
 
 
 
Hər bir xəritənin şərti işarələri olur. Bütün şərti işarələr xəritələrin legendasında 
göstərilir.  Şərti  işarələrə  əsasən  xəritədə  siz  nəyin  təsvir  edildiyini  başa  düşürsü-
nüzsə, deməli, onu “oxuya bilirsiniz”.  
Topoqrafik  xəritələri  oxumaq,  əlbəttə,  hər  şeydən 
əvvəl diqqət tələb edir.  
Topoqrafik xəritədə rənglərin mənası fiziki xəritədə-
kindən fərqlənə bilər. Çaylar, göllər və digər su obyekt-
ləri  hər  iki  xəritədə  göy  rənglə  verildiyi  halda,  yaşıl 
rənglə fiziki xəritələrdə ovalıqlar, topoqrafik xəritələrdə 
isə bitki örtüyü göstərilir. Bitki örtüyünün tiplərini fərq-
ləndirmək üçün müxtəlif şərti işarələrdən istifadə edilir.  
Topoqrafik xəritədə təsvir olunan relyef formalarını 
təsəvvür etmək üçün bir neçə qaydanı bilmək lazımdır: 
1. Topoqrafik xəritələrdəki horizontallar eyni müt-
ləq  hündürlüklərə  malik  olan  nöqtələri  birləşdirir  və 
qəhvəyi xətlərlə çəkilir. Ərazinin relyef xüsusiyyətləri 
onlara əsasən müəyyən edilir. 
2. Adətən, dairə formasında olan qapalı horizontal-
lar təpə və ya çökəkliyi göstərir.
  
          
 

Təpə
Çökəklik 
 
Şәkil üzrә iş
Müzakirә edin: 
1.  “Xəritəni oxumaq” olarmı?  
2.  Bunun üçün hansı bilik və bacarıqlara 
malik olmaq lazımdır? 
 
 
– Burada ki, heç nə yazılmayıb, 
ancaq şəkil çəkilib...  
– Sən burada nə yazıldığını 
oxuya bilərsənmi?  
1. Enliyarpaqlı meşə
 
2. İynəyarpaqlı 
meşə  
 
3. Kolluq 
Topoqrafik işarәlәr 
Horizontallar   
Aralı horizontallar səthin  
azmeyilli olmasını əks etdirir.
 
Sıx horizontallar yamacların 
dikliyini göstərir.
 
LAYİHƏ


 
 
 
 
12 
 
3. Ərazinin hündürlüyünü horizontallar üzərində olan rəqəmlərə görə müəyyən 
etmək olar: 
 
 
 
4. Təpələrin və çökəkliklərin təsvirində mərkəzdə yazılan rəqəm müvafiq olaraq 
həmin nöqtənin mütləq hündürlüyünü göstərir:  
 
 
 
 
5. Horizontalların arasındakı məsafə yamacın dikliyini göstərir: 
 
 
 
 
 
nöqtəsinin hündürlüyü = 20 m 
В nöqtəsinin hündürlüyü = 50 m 
С nöqtəsinin hündürlüyü – 30 m-dən çox, 40 m-dən azdır (30< С 
< 40) 
 
Dik yamac – 
horizontallar 
sıx yerlәşir.
 
Azmeyilli yamac – 
horizontallar bir-
birindәn aralı 
yerlәşir. 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə