G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

 
 
13
 
 
 
•   Giriş  •
6. Ərazinin hündürlüyünü müəyyənləşdirməklə səth sularının axın istiqamətini 
təyin etmək mümkündür.  
Nümunә:  
a) Çay B nöqtəsindən A nöqtəsinə axır. Çünki B nöqtəsi A-dan yüksəkdə yerləşir. Çay şimal-qərbə, 
dik yamacla və böyük sürətlə axır. 
 
 
b)  Çay C nöqtəsindən D nöqtəsinə axır. Çünki C nöqtəsi D-dən yüksəkdə yerləşir. Çay cənub-
şərqə doğru az meyilli yamacla və aşağı sürətlə axır. 
 
 
c) Mәktәblilәrin yolu.  Tətil günlərində IX sinif şagirdləri 
ekskursiyaya getdilər. Onlar məktəbdən (A məntəqəsi) çıx-
dılar və  yamacdakı B məntəqəsinə qalxmaq istədilər. Uşaq-
lar bulaq başında istirahət etməyi planlaşdırdılar. Məktəbli-
lərin getdiyi yolu aşağıdakı kimi təsvir etmək olar. 
1.  Məktəblilər A məntəqəsindən 315°-lik azimutla, şimal-
qərb istiqamətində kolluqdan keçərək hərəkət etdilər.  
2.  Yol üzərində təqribən 25 m hündürlükdə yerləşən 
körpüyə çatdılar.  
3.  Körpü şimal-şərqdən cənub-qərbə doğru axan Ağçayın 
üzərində idi.  
4.  Təqribən 30 m hündürlükdə bulağa çatdılar. 
5.  Sonra onlar şimala doğru 0°(360°)-lik azimutla get-
dilər. 
6.  Yamacda 50 m hündürlükdən yuxarıda enliyarpaqlı 
meşə vardır. 
7.  Məktəblilərin çatdığı B məntəqəsi 70 m hündürlükdə 
olan kiçik gölün kənarındadır. 
• Topoqrafik xəritənin miqyasına əsasən məsafəni 
təyin etmək mümkündür. Verilən topoqrafik 
xəritədə 1 sm 500 m-ə bərabərdir. Xəritədə 
ölçdüyümüz yol 7 sm-ə bərabərdir.  
 
Deməli, uşaqlar 7 
500 = 3500 m və ya 3 km 500 m yol getmişlər. 
 
 
 
 
C 
D 
A 
B 
LAYİHƏ


 
 
 
 
14 
 
 
 
1.  Böyük Qışlaq kəndində (B məntəqəsi) yaşayan şagirdlər hər gün qonşu Yenikənd kəndin-
də  yerləşən  məktəbə  (A  məntəqəsi)  topoqrafik  xəritədə  qırmızı  xətlə  göstərilən  marşrutla 
gedirlər.  
 
Xəritə və mətndəki nümunələrdən istifadə edərək: 
a) məktəblilərin Böyük Qışlaqdan məktəbə qədər olan yolu təsvir edin
b) məktəbdən geriyə – kəndə olan yolu müfəssəl təsvir edin;  
c) miqyasa əsasən AB məntəqələri arasındakı yolun uzunluğunu təyin edin. 
 
Miqyas. 1 : 50 000 
 
 
 
2. Topoqrafik xəritədə buraxılmış iki səhvi müəyyən edin. 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
LAYİHƏ


 
 
 
I
 bölmə 
MATERİKLƏRİN VƏ 
OKEANLARIN TƏBİƏTİ. 
ONLARIN TƏSƏRRÜFAT 
ƏHƏMİYYƏTİ 
1
 
I   
•  
Relyef və onun təsərrüfata təsiri
  •
 
 
II  
 
•  
İqlim və onun təsərrüfatda rolu  

 
 
III   
•  
Su ehtiyatları və onların iqtisadi əhəmiyyəti 
 • 
 
IV   
•  
Bioehtiyatların müxtəlifliyi və onlardan istifadə 
• 
 
LAYİHƏ


 
 
16 
 
 
 
 
 
 
 
  
A
VROPANIN RELYEFİ  
 
 
Avropanın fiziki xәritәsi 
 
 
 
Xәritә üzrә iş

Şimali Avropa 
Orta Avropa 
Cənubi Avropa 
Şərqi Avropa 
Avropanın 
regionları  
Müzakirә edin: 
1. Fiziki xəritəyə əsasən şimaldan 
cənuba doğru Avropada regi-
onların ərazisinin hündürlüyü 
necə dəyişir? 
2. Regionun hündürlüyünü nəzərə 
alaraq, Avropanın hansı regionu 
geoloji yaşına görə daha cavan 
ola bilər? 
3. Avropanın regionlarına uyğun 
gələn iri relyef formalarını 
sadalayın. 
RELYEF VƏ ONUN 
TƏSƏRRÜFATA 
TƏSİRİ 
1
LAYİHƏ


 
 
17 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
Avropanın regionları relyefinə görə bir-birindən kəskin fərqlənir. Şimali Avropada 
yerləşən qədim Skandinaviya dağları bütün Skandinaviya yarımadası boyunca uzanır. 
Bu dağlar yüksək deyil, onların ən hündür zirvəsi – Qalxepiggen dağıdır (2469 m).  
Skandinaviya yarımadası 20 min il əvvələ qədər buzlaqlarla örtülü olmuşdur. Ha-
zırda bu ərazilərdə buz örtüyü yoxdur, lakin buzlaqların fəaliyyəti nəticəsində ya-
ranan relyef formaları geniş yayılmışdır. Bunlar moren tirәlәri, tәpәlәri  troq dәrә-
lәridir.  Buz  örtüyü  əridikdən  sonra  okeanda  suyun  səviyyəsi  qalxmış,  sahilboyu 
dərələr su altında qalmışdır. Dərələr körfəzlərə çevrilmişdir. Quruya daxil olmuş bu 
ensiz və dərin körfəzlər fyordlar adlanır. 
 
 
 
Soqne-fyord. Norveç 
Salpausselkya-moren tirәsi. Finlandiya.  
Müzakirә edin: 
1.  Mətnə və şəklə əsasən fyordu təsvir edin və sxemini dəftərinizə çəkin. 
2.  Buzlaşma dövründən sonra Şimali Avropanın iqlim və bitki örtüyü necə dəyişmişdir?  
 
 
 
 
Orta Avropanın relyefi üçün düzənliklər səciyyəvidir. Onlardan ən böyüyü Al-
maniya-Polşa ovalığıdır. Orta Avropanın Atlantik okeanı sahillərində qurunun tek-
tonik әyilmәsi baş verir. Tədrici enmələr sahilboyu ərazilərin su altında qalması ilə 
nəticələnir.  Subasmaların  qarşısını  almaq  üçün  bəndlər  tikilir,  dəniz  qurudulur  və 
antropogen mәnşәli düzәnliklәr yaradılır. 
 
Polder. Niderland 
 
• Polder – əvvəllər dənizin dibi olmuş ərazilərdir. 
Mürəkkəb mühəndis qurğu sistemlərinin köməyi ilə 
insanlar  bu  əraziləri  quruya  çevirmişlər.  Şəkildə 
gördüyünüz Niderlandın tarixi əhəmiyyətli dəyərlə-
rindən  sayılan  yel  dəyirmanlarının  yerində  bir  za-
manlar dəniz olmuşdur.  
 
Müzakirә edin: 
– Hansı təbii proses Niderland sakinlərini süni düzən-
liklər yaratmağa  məcbur  edir? 
 
 
Şәkil üzrә iş
Mәtn vә şәkil üzrә iş
 
LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə