G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

 
 
18 
 
Orta Avropada hündür, cavan dağlar – Alp, Karpat, Sudet dağları yerləşir. Bu 
dağlardan bəziləri, məsələn, Alp və Karpat qövsvarı formaya malikdir. Bu  dağlar 
Afrika və Avrasiya litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Orta 
Avropanın dağları Şimali Avropanın qədim dağlarından yüksək, şişuclu (pikşəkilli) 
zirvələri və yamaclarının dik olmaları ilə fərqlənir.  
 
 
 
Hündürlüyü 3500 m-dən yüksək zirvələr, o cümlədən Alp dağlarının hündürlüyü 
4807 m  olan ən yüksək zirvəsi Monblan (fr. “Mont Blanc” – ağ dağ deməkdir) dağ 
buzlaqları ilə örtülüdür. Alp dağlarının yerləşdiyi Fransa, İsveçrə, Avstriya, İtaliya 
kimi ölkələrdə həm qışda, həm də yayda fəaliyyət göstərən dağ kurortları yaradıl-
mışdır. Bu kurortlar qış idman növləri həvəskarları arasında çox məşhurdur. Onlar 
ölkənin iqtisadiyyatına xeyli gəlir gətirməyə imkan verir. Lakin seysmik cəhətdən 
aktiv  ərazilərdə  zəlzələlər  təsərrüfata,  əhaliyə  və  səyahətə  gəlmiş  turistlərə  ziyan 
vurur. 
 
• Turizm İsveçrə və Avstriya iqtisa-
diyyatının  əsas  sahələrindən  biridir. 
Bu ölkələr zəngin rekreasiya ehtiyat-
larına malikdir. 
Rekreasiya  ehtiyatları  istirahәt, 
turizm  vә  müalicә  mәqsәdilә  isti-
fadә olunan ehtiyatlardır. 2014-cü 
ildə  turizmdən  Avstriyanın    dövlət 
büdcəsinə  44,5  mlrd.,  İsveçrənin 
dövlət büdcəsinə isə 44,1 mlrd. avro 
daxil  olmuşdur.  Turizmin  inkişafı 
minlərlə  iş  yerinin  yaranmasına  im-
kan verir. Avstriyada hər 10 nəfərdən 
biri turizmlə əlaqədar olan sahələrdə 
çalışır. 
Müzakirә edin: 
1. Turizmin inkişafı Alp ölkələrinin iqtisadiyyatına necə təsir göstərir?  
2. Dağlıq ərazilərdə turizmin inkişafı ətraf mühitə hansı mənfi təsir göstərə bilər? 
 
Cәnubi Avropa Aralıq dənizinin şimal sahillərini əhatə edir. Orta Avropa ilə mü-
qayisədə sahil xətləri çox parçalanmışdır. Yarımada və adaların relyefi, əsasən,  dağ-
lıqdır. Pireney, Apennin, Balkan  yarımadalarındakı dağlar intensiv tektonik və seys-
mik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar da burada 
yerləşir.   
Balkan  yarımadasında  Karst platosu  vardır.  O,  əsasən,  əhəngdaşı  süxurları  ilə 
örtülüdür.  Bu  süxurlar  intensiv  yuyulmaya  məruz  qalır.  Onlarda  karst relyef for-
maları – o cümlədən, mağaralar yaranır. 
 Məşhur İsveçrə şokoladı “Tobleron”un üçbucaq 
forması Alp sıra dağlarının, üzərindəki emblem isə 
Matterxorn zirvəsinin təsviridir. 
Matterxorn piki 
Alp dağlarında Şermatt kurortu. İsveçrə 
LAYİHƏ


 
 
19 
 
•   I  fəsil  •  
Relyef və onun təsərrüfata təsiri
 
 
• 
 
 
Sloveniyada Postoyn mağarası 
Avropada ən böyük karst mağa-
rasıdır. O, 20 km-lik yeraltı 
keçid və zallardan ibarətdir. 
 
 
İspaniyada Menorka çimərliyi. 
Aralıq dənizinin çimərlikləri 
yerləşdiyi ölkələrə milyonlarla 
turisti cəlb edir. 
 
 
Yunanıstanda Balkan dağ-
larının quru iqlimə malik olan 
dağ yamaclarında xırdabuynuz-
lu heyvandarlıq daha üstündür.  
 
Müzakirә edin:  
– Cənubi Avropanın relyefi onun iqtisadiyyatına necə təsir edir? 
 
Şәrqi Avropada   geniş  Şərqi  Avropa  düzənliyi  Ural  dağlarına  qədər  uzanır.  Bu 
düzənliyin şimalında buzlaq relyef formaları geniş yayılmışdır. Şərqi Avropa düzənliyi 
Ukrayna, Belarus ölkələrinə və Rusiyanın Avropa hissəsinə uyğun gəlir. Şərqi Avropa 
düzənliyi əhalinin ən çox məskunlaşmış ərazilərindən biridir. Burada Moskva, Sankt-
Peterburq, Kiyev və başqa nəhəng sənaye şəhərləri yerləşir.  
Şərqi Avropa düzənliyinin cənubunda cavan dağ sistemləri olan Krım və Qafqaz 
dağları  (Elbrus  zirvəsi,  5642  m)  uzanır.  Qafqaz  dağları  Böyük  və  Kiçik  Qafqaz 
dağlarından ibarətdir. Bu dağlar Qara və Xəzər dənizlərini birləşdirən bərzəxdir. 
 
 
1.  Mətndəki  coğrafi  obyektlərin  adlarını  dəftərinizə  yazın,  fiziki  xəritədə  göstərin  və  
kontur xəritədə qeyd edin. 
2.  Mətndən  Avropanın  relyefi  və  iqtisadiyyatı  arasındakı  əlaqəni  göstərən  cümlələri 
tapıb dəftərinizə yazın.
 
 
3.  Buzlaq  və  karst  relyef  formalarının,  polder  və  fyordların  geniş  yayıldığı  Avropa 
ölkələrini müvafiq olaraq sadalayın və xəritədə göstərin. 
4.  Aşağıda  təsvir  edilmiş  relyef  formaları  Avropanın  hansı  regionunda  geniş  yayıl-
mışdır? Bu relyef formalarının fərqli və ümumi xüsusiyyətlərini göstərin. 
 
  
 
5.  Skandinaviya və Alp dağlarını müqayisə edin və Venn diaqramını tamamlayın. 
 
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması 
А) moren təpəsi  
B) moren tirəsi 
Alp dağları
Skandinaviya dağları



Avropa ölkələrindən birinin  rekreasiya ehtiyatları haqqında məlumat  toplayın 
və təqdim edin. 
 
 
Dәrsdәn sonra
 
Mәtn vә şәkil üzrә iş
LAYİHƏ


 
 
20 
 
  
A
SİYANIN RELYEFİ  
 
 
Asiyanın fiziki xәritәsi 
 
Asiyanın regionları xəritəsinə baxın, onu fiziki xəritə ilə 
müqayisə edərək cədvəli dəftərinizdə tamamlayın.  
Regionlar 
Dağlar 
üstünlük 
təşkil edir. 
Düzənliklər 
üstünlük təşkil 
edir. 
Şimali 
 

Cənub-Qərbi 
 
 
Cənubi  
 
 
Mərkəzi 
 
 
Şərqi 
 
 
Cənub-Şərqi 
 
 
 
Müzakirә edin:  
1. Asiyanın regionlarına uyğun gələn iri relyefin formalarını sadalayın. 
2. Relyefin mütləq hündürlüyünün yüksək olması Asiyanın hansı regionunda əhalinin sayının 
azlığına  və ərazinin zəif mənimsənilməsinə  səbəb ola bilər?
 
 
Xәritә üzrә iş

LAYİHƏ


Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə