G9az(titul)



Yüklə 4,35 Kb.
Pdf görüntüsü
səhifə62/62
tarix01.11.2017
ölçüsü4,35 Kb.
#7939
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   62

 
 
 
196 
 
 
 
A
ZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Müzakirә edin:  
1.  2000–2010-cu illər ərzində istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyəri nə qədər 
artmışdır? 
2. İstehsal olunan məhsul, göstərilən xidmətlərin dəyəri və yoxsulluq səviyyəsini əks etdirən 
qrafiklərin arasında hansı  əlaqə olduğuna aid fikirlərinizi yazın. 
 
İqtisadi, demoqrafik, sosial və ekoloji sahələrdə qazanılan nailiyyətlər Azərbay-
canın  dünyada  “yuxarı  orta  gəlirli”  və  “insan  inkişafı  indeksinin  yüksək  olduğu” 
ölkələr qrupuna aid olduğunu göstərir.  
 
 
Əhalinin hər nəfərinə düşən illik gəlirləri (manatla) – (www.az.stat.org. saytına əsasən) 
İllәr 
2000 
2002 
2004 
2006 
2008 
2010 
2012 
2014 
Manat 
508,9 
618,8 
796,7 
1201,3 
2378,3 
2866,1 
3789,3 
4180,6 
 
1.  Cədvəldəki rəqəm göstəriciləri əsasında diaqram qurun. 
2.  Gəlirlərin daha sürətli artım dövrü hansı illəri əhatə edir? 
3.  Sizcə, gəlirlərin kəskin artımına hansı amillər təsir edə bilər? 
 
Sxem üzrә iş
 
Cәdvәl üzrә iş
 
55 
Azәrbaycan Dövlәt Statistika Komitәsinin mә-
lumatlarına görә, istehsal olunan mәhsul,  gös-
tәrilәn xidmәtlәrin dәyәri vә Azәrbaycan Res-
publikasında  әhalinin  yoxsulluq  sәviyyәsinin
dәyişmәsi 
Azәrbaycanda  istehsal olunan mәhsul vә 
göstәrilәn xidmәtlәrin dәyәrinin 1990–
2010-cu illәr üzrә dinamikası 
LAYİHƏ


 
 

197 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
Azərbaycanın  hazırkı  iqtisadi  inkişafı  müəyyən  mərhələlərdən  keçmişdir.  Hər 
mərhələdə təsərrüfat sahələrinin quruluşu bir-birindən fərqli olmuşdur.  
 
 
 
1900-cü ilə qədərki dövrü əhatə edən I mәrhәlәdә Azərbaycan aqrar öl-
kəsi  idi.  Kənd  təsərrüfatı  şəxsi  təsərrüfatlarda  cəmləşmişdi.  Yüngül  və 
yeyinti sənayesi qismən inkişaf etmişdi. Həmin dövrdə Azərbaycandan 
xarici ölkələrə yun, ipək parça, xalça, kürü ixrac edilirdi. 
 
II mәrhәlә 1900–1940-cı illəri əhatə edir. Ölkə neft hasilatına görə dün-
yanın  ən  qabaqcıl  dövlətlərindən  birinə  çevrilmişdi.  Xüsusilə  1920-ci 
illərdə Azərbaycan nefti ölkəyə xeyli miqdarda gəlir gətirirdi. Neft hasi-
latının artması neft-mədən avadanlığının istehsalına olan tələbatın artma-
sına  səbəb  oldu.  Azərbaycan  aqrar  ölkədən  aqrar-sәnaye ölkәsinә 
çevrildi.  Ölkədə  istehsal  edilən  neft  maşınqayırması  məhsulları  daxili 
bazarı təmin etməklə yanaşı, həm də xarici ölkələrə satılmağa başladı. 
 
1940–1990-cı  illəri  əhatə  edən  III  mәrhәlә  Azərbaycanda  sənayenin 
digər sahələrinin inkişafı ilə fərqlənir. Bu dövr ərzində ölkənin təsərrüfat 
strukturunda mühüm dəyişikliklər baş verdi. Bununla yanaşı, neft maşın-
qayırması ölkənin ixtisaslaşmış sahəsinə çevrildi. Bu mərhələdə  qeyri-
neft  sektorunun  inkişafına  da  diqqət  artırıldı.  Gəncə  alüminium,  Daş-
kəsən filizsaflaşdırma, Sumqayıt boru-prokat və sintetik kauçuk zavodu, 
Mingəçevir SES-i, Bakı məişət kondisionerləri və digər iri müəssisələr 
fəaliyyətə başladı. Bu müəssisələri ixtisaslı kadrlarla təmin etmək üçün 
mütəxəssis hazırlığına diqqət artırıldı.  
 
Hazırda  Azərbaycan iqtisadi  inkişafının IV  mәrhәlәsindәdir. Bu  mər-
hələ ölkə iqtisadiyyatının dünyaya inteqrasiyası kimi səciyyələnir. Azər-
baycanın zəngin təbii sərvətləri, aqroiqlim, rekreasiya ehtiyatları və əl-
verişli iqtisadı mövqeyi xarici kapital axınını ölkəyə cəlb edir. 1994-cü 
ilin 20 sentyabrında Azərbaycan Respublikası ilə dünyanın 20-dək ölkə-
sinin neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi” iqtisadiyyatda 
dönüş yaratdı. Müqaviləyə əsasən, yeni neft yataqlarının (“Azəri”, “Gü-
nəşli”,  “Çıraq”) istismarı  üçün investisiyalar  qoyuldu.  Müstəqillik  illə-
rində ölkə iqtisadiyyatına 120 milyarda qədər ABŞ dolları həcmində sər-
mayə qoyulmuşdur. Müasir dövrdə ölkədə nəhəng beynəlxalq nəqliyyat 
layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Ərzu-
rum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP və s.  
  
 
Bu isə qeyri-neft sektorunu (nəqliyyat, aqrar, turizm, ticarət və s.) inkişaf etdir-
mək  üçün  iqtisadi  islahatlar  həyata  keçirməyə  imkan  yaratdı.  Sosial  problemlərin 
Müzakirә edin:  
1. Diaqrama əsasən maddi və qeyri-maddı təsər-
rüfat sahələrindən alınan gəlirlərin cəmini he-
sablayın. 
2. Sənayenin payının yüksək olması hansı amil-
lərlə əlaqədardır? 
Azәrbaycan Respublikasının istehsal 
olunan mәhsul vә  göstәrilәn xidmәtlәrin 
dәyәrindә  tәsәrrüfat sahәlәrinin payı 
 
Diaqram üzrә iş
LAYİHƏ


 
 
 
198 
 
həllində böyük nailiyyətlər əldə edildi. Yeni mülkiyyət formalarının inkişafına diq-
qətin artırılması da əhalinin gəlirlərinin artmasına səbəb olmuşdur. 
Çoxsahəli təsərrüfat ölkədə iqtisadiyyatın inkişafına, əmək haqlarının artmasına, 
xidmət sahələrinin genişlənməsinə və s.-yə səbəb olur. Əhalinin mülkiyyət növləri 
üzrə iş yerlərində də mühüm dəyişikliklər baş vermişdir. İqtisadi islahatların həyata 
keçirilməsi üçün müxtəlif illəri əhatə edən dövlət proqramları qəbul olunur. Dövlət 
proqramları tərtib edilərkən müxtəlif regionların potensialı, problemləri nəzərə alı-
nır, görüləcək işlərin siyahisi tərtib edilərək vəsait ayrılır. Hazırda “Azərbaycan Res-
publikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı” 
tətbiq edilir ki, bu da regionlarda müxtəlif sahələrin inkişafına səbəb olur. 
 
 
1.  Mətndən  istifadə  edərək  Azərbaycanda  iqtisadi  inkişafın  mərhələlərinin  səciyyəsini  müəyyən 
edin və cədvəli dəftərinizdə tamamlayın: 
Mərhələlər 
İllər 
Səciyyəvi əlamətlər 

 
 
... 
 
 
 
2. Diaqrama əsasən Azərbaycanın müxtəlif rayonlarına qoyulan sərmayənin miqdarını müqayisə 
edin və səbəblərinə dair fərziyyələrinizi şərh edin.  
 
 
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. “Azərbaycanda əhalinin iş yerləri” mövzusunda sorğu aparın. Ətrafınızda olan insan-
ların təsərrüfatın hansı sahəsində  çalışdığına və onların yaşayış səviyyəsinə aid 
(əməkhaqqı, məzuniyyət vaxtını harada keçirməsi və s.) aid məlumat toplayın. Apar-
dığınız sorğunun nəticələrini təhlil edin və cədvəl formasında hesabat hazırlayın.  
2. İnternet axtarış sistemlərindən istifadə edərək, işçi axtaran saytlarda hansı ixtisas-
çıların  daha çox tələb olunduğunu  müəyyənləşdirib dəftərinizə yazın.    
 
 
Dәrsdәn sonra
 
LAYİHƏ


 
 

199 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

 
 

T
ÜSTÜSÜZ  SƏNAYE” – TURİZM  
 
 
 
Turizm üçün ərazilərin cəlbedicilik səviyyəsi dünya iqtisadi forumlarında qəbul 
edilmiş göstəricilər əsasında müəyyən olunmuşdur.  
Göstəricilərə görə:  
– siyasi cəhətdən sabitlik;  
– güclü  iqtisadiyyat;   
yüksək  xidmət səviyyəsi;  
– əhalinin milli-mənəvi adət-ənənələri; 
– zəngin təbii şərait hər hansı ölkəni turizm və səyahətçilər üçün cəlbedici edə 
bilər.  
Turizm ən inkişafda olan təsərrüfat sahələrindən biridir. O, əhalinin həyat səviy-
yəsini əks etdirir. Turizm baxımından ölkələr iki qrupa ayrılır: ABŞ, Norveç, Böyük 
Britaniya, Almaniya və s. ölkələrdən digər ölkələrə turist axını yüksəkdir. Türkiyə, 
İspaniya, Yunanıstan, İtaliya və bu kimi ölkələr isə daha çox turist qəbul edir.   
İnkişaf sürətinə və qazanılan gəlirlərə görə turizm yalnız neft və neft məhsulları 
ticarəti və avtomobil satışından sonra üçüncü  yeri tutur.  
 
 
 
Turizmin  inkişafı  müxtəlif  amillərdən  asılı  olduğu  kimi,  özü  də  iqtisadiyyatın 
müxtəlif
 sahələrinə təsir edir. İlk növbədə, turizm xeyli sayda iş yeri deməkdir.  
56 
Dünyanın siyası xəritəsindən istifadə 
edərək turizm və səyahət üçün   
cəlbediciliyə görə ölkələri qruplaş-
dırın  və cədvəli tamamlayın. 
  
Xәritә-sxem üzrә iş
 
Çox 
yüksək
 
Yüksək
 
Orta
 
Aşağı
 
Çox 
aşağı
 
 
 
 
 
 
Müzakirә edin:  
– Sizcə, ölkələrin cəlbedici olması 
hansı meyarlara əsaslanmışdır? 
Turizm vә sәyahәt baxımından ölkәlәrin cәlbedicilik 
sәviyyәsi
Dünyada turizmdən əldə olunan gəlirlərin  artım dinamikasının qrafikini 
qurun. 
İllər 
 
2000 
2004 
2009 
2013 
Gəlirlər (ABŞ dolları ilə) 
500 mlrd. 
600 mlrd. 
850 mlrd. 
1 trln. 
Gəlir 
($)
İllər 
  
Cәdvәl üzrә iş
 
LAYİHƏ


 
 
 
200 
 
Hazırda dünyada bu sahədə çalışanların sayı  300 milyon nəfərdən çoxdur. Bu isə 
dünyanın iqtisadi cəhətdən fəal əhalisinin hər 16 nəfərindən biri deməkdir. 
 
Xidmət sahələrinin bəzi sahələri turizmlə birbaşa əlaqədardır: istirahət edənlərin 
daşınması, yerləşdirilməsi, qidalanması, onlar üçün əyləncələrin təşkili, ekskursiya 
turları, mehmanxanalar (hotel, motel, kempinq, resort), hədiyyə istehsalı və s. sa-
hələr də bilavasitə turizmə xidmət edir. 
Turizm və səyahətlər, əsasən, turizm şirkətləri 
tərəfindən
 təşkil olunur. Müəssi-
sələr öz xidmətlərini turizm şirkətlərinə reklam etməklə yeni 
müştəri
 axını qazanırlar. 
Bu proses, müxtəlif reklam və sәrgilәr vasitəsilə həyata keçirilir.  
Elektron vasitələr – televiziya kanalları və internet vasitəsilə turizmin təbliği ge-
nişlənmişdir. Xüsusilə inkişaf etmiş Avropa, Asiya və Amerika ölkələrində elektron 
marketinq üsullarından daha geniş istifadə olunur ki, bu da daha böyük potensiala 
malikdir.  
 
 
 
Turizmin növləri çoxdur: tәbii turizm, dini turizm, tarixi turizm, ticarәt turizmi vә s. 
Buna baxmayaraq turizm şirkətləri ildən-ilə bu sahələrə daha yenilərini əlavə edirlər. 
Turizm  sənayesindəki  yeni  istiqamət  yerli  ənənələrinə  sadiq  qalmış  regionlar 
üçün səciyyəvidir. Yüksək  göstəricilərə malik olan ölkələrlə yanaşı, nisbətən inki-
şafdan geri qalmış, xidmət şəraiti zəif olan regionlara da maraq artmışdır.  Nepal, 
Qırğızıstan, Peru, Meksika və digər ölkələr buna misal ola bilər. Efiopiya, Somali, 
Nigeriya, Əfqanıstan, CAR, Misir və bu kimi ölkələrdə turizm imkanları böyük olsa 
da, siyasi sabitliyin olmaması bu sahənin inkişafına mane  olur.  
Turizm Azərbaycan iqtisadiyyatı üçün önəmlidir. Azərbaycan dövlətinin  turizm 
sahəsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə mühüm sahə elan etmişdir. Turizmin 
inkişafı üçün ölkə zəngin təbii sərvətlərə, cəlbedici turizm landşaftına, rəngarəng iq-
• Xidmət sahələrinin əksəriyyəti  kimi turizm də Avropa ölkələrində təşəkkül 
tapmışdır. 1985-ci ildə Lüksemburqun Şengen şəhərində Avropa ölkələri 
arasında  gömrük-sərhəd  nəzarətinin  ləğv  olunmasna  dair  razılaşma 
(hazırda Şengen vizasına 26 Avropa ölkəsi daxildir) əldə edilmişdir.  Şen-
gen  vizası  almış  turistlərin  həmin  zona  daxilində  sərbəst  hərəkəti  bu 
regiona xeyli gəlir gətirir. 
EKSPO mәrkәzi, turizm sәrgisi. Bakı, 2015. 
Şahdağ Qış-Yay Turizm Kompleksi. Qusar rayonu. 
LAYİHƏ


 
 

201 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

limə, qədim tarixi-mədəni irsə, adət-ənənəyə, milli mətbəxə, milli musiqiyə malik-
dir. Hazırda Azərbaycanda 300-ə qədər turizm şirkəti vardır. Şirkətlərdən 35%-i gəl-
mə və daxili, 65%-i isə getmə turizmi ilə məşğul olur. 
 
 
 
1. Cədvəldə verilən məlumatları təhlil edin, ayrı-ayrı illər üçün ölkəyə gələn və ölkədən gedən 
turistlərin sayı arasında fərqi əks etdirən diaqram tərtib edin. 
 
2010 
2011 
2012 
2013 
2014 
Azərbaycana gələn xarici ölkə 
vətəndaşlarının sayı (min nəfər) 
1962,9 
2239,2 
2484,1 
2508,9 
2297,8 
Xarici ölkələrə gedən Azərbaycan 
vətəndaşlarının sayı (min nəfər) 
3175,6 
3550,2 
3874,4 
4284,7 
4244,3 
2.  Ölkəyə gələn turistlərin sayını artırmaq üçün təkliflər yazın. 
 
 
 
• Uzun illər  turizmin əsas etalonu – dәniz-
günәş–qumu əks etdirən “SSS” (“Sea-
Sun-Sand”)  olmuşdur.
• Hazırda  turizmin inkişaf istiqaməti  milli 
adәtlәr–peyzaj–asudә vaxtı əks etdirən  LLL 
(“Lore-Landscare-Leisure”)
Müzakirә edin:  
1. Dünyanın hansı ölkələrində “SSS” istiqamətli turizm mərkəzləri mövcuddur? 
2. Azərbaycanın hansı rayonlarında “SSS”  və “LLL” istiqamətli turizmin inkişafına imkan var-
dır? 
3.   Sizi turizmin hansı istiqaməti daha çox cəlb edir? Səbəbi izah edin. 
  
Mәtn vә şәkil üzrә iş
 
 
Biliklərin tətbiq edilməsi və yoxlanılması
 
1. İnternet axtarış sistemindən hər 
hansı ölkənin və ya Azərbaycanın 
ən məşhur  turizm zonalarının si-
yahısını əldə edin. Turizm zonala-
rından biri haqqında plan üzrə  mə-
lumat toplayaraq onu təqdim edin. 
2. Gələcəkdə şəxsi turzim şirkəti yaratsanız və ya orada işləsəniz, şirkətin gəlirlərini 
artırmaq üçün hansı təklifləri verərdiniz? Fikirlərinizi layihə formasında yazın. 
 
 
Dәrsdәn sonra
 
 
Plan 
1.Ölkə 
2. Turizm zonasının adı 
3.İldə neçə nəfər turist qəbul etmək imkanı vardır  
4. Turizmin hansı növü inkişaf etmişdir 
5. İldə neçə nəfər turist qəbul edir 
6. Birgünlük istirahətin qiyməti nə qədərdir  
7. İstirahət üçün hansı xidmətlər göstərilir
 
LAYİHƏ


 
 
 
202 
 
 
 
1. ABŞ-da alüminium sәnayesi, әsasәn, Kolumbiya vә Kolorado çayları әtrafında cәmlәnmişdir. 
Buna sәbәb...   
a) ərazidə ağır maşınqayırmanın inkişafı 
b) burada ucuz elektrik enerjisinin istehsalıdır. 
c) Ixtisaslı kadrların  mövcudluğu. 
d) Sakit okeana çıxışın olmasıdır. 
 
2.  Diaqrama әsasәn doğru ifadәlәri müәyyәn edin. 
 
 
a) inkişaf etmiş ölkədir. 
b) əhalinin əksəriyyəti maddi istehsal sahələrində çalışır. 
c) aqrar ölkədir. 
d) iqtisadi cəhətdən geri qalmış ölkədir 
 
3. Mәntәqәlәrdә kәnd tәsәrrüfatının hansı sahәlәrini inkişaf etdirmәk mümkündür? 
a) suvarma əkinçiliyi   
b) heyvandarlıq   
c) dəmyə əkinçilik 
 
 
 
 
84
10
16
İŞ YERLӘRİ (%-lә)
Sənaye
Kənd təsərrüfatı
Xidmət sahələri
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
LAYİHƏ


 
 

203 
 
•   VII  fəsil  •  
İqtisadiyyat və onun inkişaf yolları 

4. Xәritә-sxemdә işarәlәnmiş mәntәqәlәrdәn biri metallurgiya zavodunu, digәri isә ticarәt mәr-
kәzini әks etdirir. Yerlәşmә prinsipinә әsasәn onları müәyyәn edin. 
 
    
 
 
 
 
 
5. Cәdvәli dәftәrinizdә tamamlayın. 
 
№ 
Təsərrüfat  sahəsi 
Yerləşmə  amili 
1.  
Əlvan metallurgiya (yüngül  metalların  istehsalı) 
 
2. 
Yeyinti sənayesi (meyvə-tərəvəz  konservləri  istehsalı) 
 
3. 
Xidmət  sahələri 
 
4. 
Qara  metallurgiya  (ağır  metalların istehsalı) 
 
5. 
Maşınqayırma (kompüter  istehsalı) 
 
6. 
Yüngül  sənaye (pambıq  parça istehsalı)  
 
 
 
 
 
        
_______ 
_______ 
LAYİHƏ


 
 
 
204 
 
 
 
Coğrafiya 
Ümumtәhsil mәktәblәrinin 9-cu sinfi üçün dәrslik 
 
Əlizadə Elbrus Kərim oğlu  
Seyfullayeva Nərminə Səftər qızı 
Aktoprak İrkən Fatixovna 
Şabanova Yelena Ələkbər qızı 
 
Dil redaktoru: K.Abbasova 
Rəssamlar:  M.Hüseynov, E.Məmmədov 
Korrektor: A.Məsimov 
 
www.bakineshr.az 
e-mail: bn@bakineshr.az 
 
Kağız formatı: 70 
 100
1
/
16
.  
Fiziki çap vərəqi: 12,75. 
Çapa imzalanmışdır:  00.00.2016.   
Tirajı: 000 000.  
Pulsuz. 
 
LAYİHƏ

Document Outline

  • Страница 1
  • Страница 2
  • Страница 3
  • Страница 4
  • Страница 5
  • Страница 6

Yüklə 4,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə