Gabriel Garcia Marquez polkovniKӘ MӘktub yoxdur



Yüklə 416,84 Kb.

səhifə1/16
tarix12.10.2018
ölçüsü416,84 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   16




Gabriel Garcia Marquez 

POLKOVNİKӘ MӘKTUB

YOXDUR 


 



 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 




 



 

 

olkovnik tәnәkә qabı açanda gördü ki, dibindә bir çay qaşığı 



qәһvә  qalıb.  O,  qazançanı  odun  üstündәn  götürüb,  suyun 

yarısını torpaq döşәmәyә boşaltdı, sonra da qabı qazançanın 

ağzına  tutub,  nә  ki  var  qaşıyıb  tökdü,  qabın  divarındakı  pas  da 

qazançaya töküldü.  

Polkovnik  qәһvәni  qaynamağa  qoyandan  sonra  ocağın  yanında 

çömәlib,  öz  fikrinә,  öz  hissiyyatına  qapıldı,  ona  elә  gәlirdi  ki, 

daxilindә zәһәrli göbәlәklәr vә yosunlar boy atır. 

Oktyabr  sәһәri  idi,  elә  bir  sәһәrlәrdәn  ki,  nә  ucu  görünür,  nә 

bucağı. Hәtta vaxtın cansıxıcı cәrәyanına adәt etmiş polkovnikә dә bu 

sәһәr  çox  üzücü  görünürdü.  Vәtәndaş  müһaribәsi  qurtarandan  әlli 

altı il bu yana polkovnikin yeganә işi-peşәsi gözlәmәk idi. Әslindә elә 

bir gözlәyәsi şeyi dә yox idi. Onun gözlәdiyi belә cüzi şeylәrdәn biri 

dә oktyabr idi. 

Polkovnikin  arvadı  onun  yataq  otağına  qәһvә  gәtirdiyini  görüb, 

miçәtkәnin  qırağını  qaldırdı.  Bu  gecә  yenә  dә  sinәgir  olmuşdu, 

sәһәrәcәn  yata  bilmәmişdi,  buna  görә  dә  һәm  yuxulu,  һәm  dә  süst 

idi.  Ancaq  qәһvәni  görәndә  belә  bir  balaca  dirsәklәndi  ki,  fincanı 

alsın. 


– Bәs sәn? 

–  Mәn  içmişәm,  –  polkovnik  yalan  satdı.  –  Qabda  hәlә  bir  xörәk 

qaşığı qalmışdı. 

Elә  bu  vaxt  zәng  sәslәri  eşidildi.  Polkovnikin  yadına  düşdü  ki, 

dәfn  mәrasiminә  getmәk  lazımdır.  Qәhvәni  içib  qurtarana  kimi 

yatdığı qamakı açıb yığışdırdı. 

–  O,  min  doqquz  yüz  iyirmi  ikinci  ildә  anadan  olmuşdu,  –  deyә 

arvad  mәrһumdan  danışmağa  başladı.  –  Oğlumuzdan  düz  bir  ay 

sonra, aprelin altısında... 

Arvad  qәһvәni  qurtum-qurtum  içirdi,  çünki  nәfәsi  tutulurdu. 




 

Onun  çәlimsiz,  sümüyü  çıxmış  bәdәni  çoxdan  cavanlığını  itirmişdi. 



Nәfәsi  dә  zorla  gedib-gәlirdi,  buna  görә  dә  sualları  tәsdiq  kimi 

sәslәnirdi. Qәһvәni içib qurtarandan sonra da onun fikri mәrһumun 

yanında idi. Xeyli sükutdan sonra sözünә davam etdi: 

–  Yәqin  oktyabrda  ölmәk  çox  pis  şeydir.  –  Ancaq  әri  onun 

dediklәrinә  fikir  vermәdi.  Gedib  pәncәrәni  açdı.  Bayırda  oktyabr 

ağalıq  elәyirdi.  Polkovnik  tünd-yaşıl  yarpaqlara,  soxulcanların  yaş 

torpaqda  açdığı  deşiklәrә  baxa-baxa  yenә  dә  oktyabrın  rütubәtli 

fәsadını bütün varlığı ilә һiss etdi. 

– Sümüklәrim dә nәm çәkib. 

– Qışdır, – deyә arvadı cavab verdi. – Yağışlar başlanandan bәri elә 

һey deyirәm ki, gecә yatanda corablarını çıxartma. 

– Bir һәftәdir ki, corablarımı çıxartmıram. 

Göydәn  narın,  zәһlәtökәn  yağış  әlәnirdi.  Qınayan  olmasaydı 

polkovnik  yenә  dә  adyala  bürünüb  qamakına  uzanardı.  Ancaq 

kilsәnin  çat  vermiş  tunc  zәnglәri  aram  vermәdәn  vurur,  dәfn 

mәrasiminin yaxınlaşdığını xatırladırdı. 

Polkovnik  pәncәrәdәn  çәkilәrәk  öz-özünә  pıçıldadı:  "Hә,  oktyabr 

da  gәldi".  Çarpayının  ayağına  bağlanmış  xoruz  yalnız  indi  yadına 

düşdü. 

Mәtbәxdә  fincanı  yuyandan  sonra,  burma  qoz  ağacından 



yonulmuş qutudakı  divar saatını  qurdu.  Sinәgir  xәstә  üçün  dar  olan 

yataq  otağından  fәrqli  olaraq  zal  çox  geniş  idi.  Ortadakı  üstü  süfrәli 

stolun  dövrәsinә  çubuqdan  һörülmüş  dörd  kreslo  qoyulmuşdu. 

Saatla  üzbәüz  divardan  böyük  bir  şәkil  asılmışdı:  әynindә  tünük 

lәbbadә  olan  bir  qadın  içi  qızılgüllә  dolu  bir  qayıqda  mәlәklәrin 

arasında oturmuşdu. 

 Polkovnik saatı quranda yeddiyә iyirmi dәqiqә işlәmişdi. Sonra o, 

xoruzu mәtbәxә apardı, ayağının ipini sobaya bağlayıb qabdakı suyu 

dәyişdi,  qabağına  da  bir  ovuc  dәn  tökdü.  Üç-dörd  uşaq  çәpәrdәki 

deşikdәn  içәri  keçib,  xoruzun  qabağında  dövrә  vurub,  dinmәz-

söylәmәz tamaşa elәyirdilәr. 



 

– Daһa bәsdir, baxmayın, – deyә polkovnik uşaqları sәslәdi. – Çox 



baxanda xoruzlar xarab olur. 

Uşaqlar tәrpәnmәdilәr. Onlardan biri ağız qarmonunda tәzә dәbdә 

olan maһnını çalmağa başladı. 

Polkovnik yenә etiraz elәdi: 

– Bu gün çalma, şәһәrdә ölәn var. 

Oğlan  qarmonu  cibinә  qoydu,  polkovnik  dә  dәfn  mәrasiminә 

getmәk üçün paltarını dәyişmәyә başladı. 

Arvadın  asması  tutduğu  üçün  polkovnikin  ağ  kostyumunu 

ütülәmәmişdi.  Buna  görә  dә  o  çarәsiz  qalıb,  qara  maһud  kostyumu 

geymәli oldu. Polkovnik bu kostyumu toydan sonra ancaq nadir һallarda 

geyәrdi.  Buna  görә  dә  onu  sandığın  dibindәn  zorla  çıxartdı.  Kostyum 

naftalinlәnib  qәzetә  bükülmüşdü.  Arvad  isә  elә  әvvәlki  kimi  çarpayıda 

uzanıb mәrһum һaqqında fikirlәşirdi. 

–  Yәqin  indi  Aqustinlә  görüşüblәr.  Kaş  vәziyyәtimizi  Aqustinә 

danışmayaydı. 

Polkovnik dodaqaltı donquldandı: 

– Hә, gözlә, indi oturub xoruzlardan dәm vururlar... 

O,  sandıqdan  yekә  bir  çәtir  dә  tapdı.  Çәtir  yaman  gündә  idi. 

Arvadı  onu  vaxtilә  polkovnikin  mәnsub  olduğu  partiyanın  nәfinә 

keçirilәn  lotereyada  udmuşdu.  O  axşam  ikisi  dә  tamaşaya 

getmişdilәr.  Tamaşa  açıq  һavada  idi.  Hәtta  yağış  başlayanda  da 

tamaşanı kәsmәdilәr. Polkovnik, arvadı vә Aqustin – onda onun sәk-

kiz yaşı var idi, – çәtirin altında daldalanıb axıra qәdәr qaldılar. İndi 

Aqustin  sağ  deyildi,  çәtirin  ağ  atlasdan  olan  astarını  isә  güvә 

vurmuşdu. 

– Bir bura bax, gör sәnin bu axmaq çәtirindәn nә qalıb, – polkovnik 

çәtiri  birtәһәr  açıb  başının  üstünә  qaldırdı.  –  İndi  bunun  altından 

ancaq ulduzları saymaq olar. 

O gülümsündü. Arvad һeç çәtirә baxmadı. 

–  Daһa  axırımız  çatıb,  –  deyә  pıçıldadı.  –  Diri-diri  çürüyürük.  – 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə