Gas Report


Diaqram  7.  2008-2010-cu  illərdə  Azərbaycana  qoyulmuş



Yüklə 281,3 Kb.
Pdf görüntüsü
səhifə10/10
tarix06.04.2022
ölçüsü281,3 Kb.
#85097
1   2   3   4   5   6   7   8   9   10
Azerbaijan xarici Investisiyalar

Diaqram  7.  2008-2010-cu  illərdə  Azərbaycana  qoyulmuş 

investisiyalarda xarici ölkələrin payı. 

 

 

15%


25,00%

16,00%


6,00%

11,00%


5,80%

21%


ABŞ

B.Britaniya

Türkiyə

BƏƏ


Niderland

Almaniya


Sair ölkələr


 

Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2010 

Diaqramdan  göründüyü  kimi,  2008-2010-cu  illər  arasında 

Azərbaycanın  əsas  investorları  Böyük  Britaniya,  Türkiyə, 

Niderland  Krallığı  olmuşdur.  Qeyd  etdiyimiz  kimi,  bunun  səbəbi, 

adı  çəkilən  ölkələrə  məxsus  BP,  BOTAŞ,  Türkiyə  petrolleri  və  s 

kimi  şirkətlərin  Azərbaycannın  neft  sektorundakı  fəaliyyəti  ilə 

bağlıdı.  

 

Yekun 

 

Azərbaycan  iqtisadiyyatına  qoyulan  investisiyaların  həcminin 



ildən-ilə  artmasına  baxmayaraq,  bu  vəsitlərin  iqtisadiyyata  real 

təsirləri hiss olunmur. Bu da vəsaitlərin böyük hissəsini təşkil edən 

daxili  investisiyaların  xərclənməsi  istiqamətində  nəzarətin  zəif 

olması  ilə  bağlıdı.  Bu  vəsaitlərin  böyük  bir  hissəsi  korrupsiyanın 

yeminə  çevrilir.  Həmçinin  investisiyaların  tərkibində  neft 

sektoruna yönəldilən vəsaitlərin də həcmi böyükdü.  

 

Rəsmi  məlumatlara  əsasən,  son  3  ildə  neft  sənayesinə  yönəldilən 



investisiyalar ümumi investisiyaların 48-50%-ni təşkil edib. 

Xarici  investisiyaların  tərkibində  neft  sektoruna  yönəldilən 

investisiyaların  həcminin  qeyri-neft  sektoruna  nisbətən  üstünlük 

təşkil  etməsi,  Azərbaycanın  qeyri-neft  sektorunun  cəlb  edici 

olmamasını  göstərir.  Bu  onu  göstərir  ki,  Azərbaycanda  biznes 

mühitinin 

yaxşılaşdırılması 

istiqamətində 

hələ 

çox 


işlər 

görülməlidi.  Đlk  növbədə,  mülkiyyət  hüquqlarının  toxunulmazlığı, 

müstəqil  məhkəmə  sistemi,  kiçik  və  orta  sahibkarlığın  əlavə 

maliyyə  mənbələrinə  çıxışının  genişləndirilməsi  kimi  sahələrdə 

islahatlar aparılmalıdı. 

 

Đnvestisiyaların  strukturunda  xarici  investisiyaların  həcminin 



artırılması  üçün  vergi  güzəştlərinin  edilməsi  və  azad  ticarət 

zonalarının  yaradılması  da  vacib  amillərdəndi.  Azad  ticarət 

zonalarının  yaradılması  məsələsi  bir  neçə  dəfə  gündəmə  gəlsə  də 

bu  sahədə  konkret  irəliləyiş  yoxdu.  Hətta  2009-cu  ildə  xüsusi 

iqtisadi  zonalar  haqqında  qanunun  qəbul  edilməsinə  baxmayaraq, 

bu günə kimi  belə zonalar yaranmayıb. 




Ölkənin  qeyri-neft  sektoruna  xarici  investisiyaların  intensiv  cəlbi 

üçün  ÜTT-yə  üzvlük  məsələsi  də  öz  həllini  tapmalıdı.  Artıq 

Azərbaycanın  yaxın  qonşuları  sayılan  ölkələrin  demək  olar  ki, 

hamısı  bu  təşkilatın  üzvüdür.  Bu  isə  Azərbaycanın  gələcəkdə  bu 

ölkələrlə  olan  iqtisadi  əlaqələrinə  öz  təsirini  göstərəcək. 

Azərbaycanın  ÜTT-dən  kənarda  qalması  həm  də,  qeyri-neft 

sektoruna  investorların  marağını  azaldır.  Çünki,  ÜTT-yə  üzvlük 

həm  də,  ölkə  iqtisadiyyatının  bir  çox  sahələrində  liberallaşma  və 

islahatlar  deməkdir  ki,  xarici  investorlarda  bu  islahatlardan 

bəhrələnmək istəyirlər.  

 

Bundan  başqa  neft  sektoru  ilə  müqayisədə  qeyri-neft  sektoruna 



investisiya  cəlb  etmək  çox  çətindi.  Çünki,  ilk  növbədə  neft 

şirkətləri  ilə  müqayisədə  digər  sahələrdə  çalışan  investorların  da 

maliyyə  imkanları  məhduddu  və  onlar  da  öz  vəsaitlərini 

maksimum  fayda  əldə  edə  biləcəkləri  və  təhlükəsiz  ölkələrə 

yatırmaqda  maraqlıdırlar.  Bu  baxımdan,  gələcəkdə  ölkəyə 

investisiya  cəlb  etmək  üçün  Azərbaycanın  qarşısında  duran  əsas 



məsələ yalnız islahatlar həyata keçirməkdi. 

 

 

 

 

 

 

 

Yüklə 281,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə