Better Research, Better Policy, Better Reform
Azərbaycan iqtisadiyyatına investisiyalar:
Müqayisəli təhlil
© Center for Economic and Social Development (CESD)
Shirin Mirzeyev 76 "a"/33,
Baku, Az1002,
AZERBAIJAN
Phone; (99412) 5970691
(99412) 4975684
Fax (99412) 4975684
Email; cesd.az@gmail.com
info@cesd.az
URL;
www.cesd.az
Bakı, Yanvar 13, 2012
Azərbaycan iqtisadiyyatına investisiyalar: Müqayisəli təhlil
Xalid Mikayılov
Đqtisadi və Sosial Đnkişaf Mərkəzinin Eksperti
www.cesd.az
Giriş
Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi əsasən
Əsrin Müqaviləsinin imzalanmasından sonra sürətlə artmağa
başlayıb. Rəsmi məlumatlara əsasən 1994-cü ildən bu günə kimi
Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 100
milyard ABŞ dollarını ötüb. Bu proses 2009-cu ilə kimi artan xətlə
davam edib. 2009-cu ildə isə ilk dəfə olaraq investisiyaların həcmi
aşağı düşüb.
Lakin, son dövrlərdə Azərbaycan iqtisadiyyatına qoyulan
investisiyaların həcmi yenidən artmağa başlayıb.
Bu əsasən, qlobal iqtisadi böhranın təsirlərinin zəifləməsi ilə
əlaqədardı. Belə ki, əgər qlobal iqtisadi böhrandan əvvəl
Azərbaycan iqtisadiyyatına bütün mənbələr hesabına yönəldilmiş
vəsaitin həcmini baza kimi götürsək, məlum olur ki, 2010-cu ildə
iqtisadiyyata qoyulmuş investisiyaların həcmi böhrandan əvvəlki
dövrdə iqtisadiyyata yönəldilmiş vəsaitlərin həcmini ötüb keçib.
ABŞ və Avropa ölkələrində baş verən bank iflasları, qlobal
maliyyə
bazarlarındakı
qeyri-müəyyənlik,
böyük
maliyyə
institutlarının iflası və s. kimi amillər bütün dünyada
investisiyaların həcminin azalmasına gətirib çıxarmışdı. Bu isə öz
növbəsində dünya miqyasında iqtisadi artım tepmlərinin
zəifləməsinə səbəb olmuşdu. Bütün bunların fonunda Azərbaycan
iqtisadiyyatına
qoyulan
investisiyaların
həcmində
azalma
müşahidə olunsa da, bu kəskin azalma olmayıb. Belə ki, böhran ili
hesab olunan 2008-ci ildə Azərbaycan iqtisadiyyatına bütün
mənbələr hesabına 13,3 milyard manat və ya 16,2 milyard ABŞ
dolları investisiya qoyulub ki, bu da böhrandan əvvəlki il hesab
olunan 2007-ci illə müqayisədə 28% artım deməkdi. Lakin, bu
artım əsasən daxili investisiyalar hesabına baş verib. 2008-ci ildə
daxili investisiyaların həcmində, 3,1 milyard manat və ya 4
milyard ABŞ dolları artım olub.
Đnvestisiyaların həcmində ilk dəfə 2009-cu ildə 3 milyard manata
yaxın azalma baş verib. Buna əsasən neft sənayesinə yönəldilən
xarici investisiyaların 1 milyard ABŞ dollarına qədər azalması
səbəb olub.
2010-cu ildən başlayaraq yenidən investisiyaların həcmi artmağa
başlayıb. Belə ki, 2010-cu ildə ümumi investisiyalar 3,5 milyard
manat və ya 33%, artıb. Qeyd etmək lazımdı ki, xarici
investisiyaların həcmi 2009-cu il istisna olmaqla ildən-ilə artsa da,
neft şirkətlərinin qoyduqları investisiyaların həcmi azalmağa
başlayıb. Belə ki, 2010-cu ildə neft sektoruna yönəldilən xarici
investisiyaların həcmi 2005-ci ild qoyulmuş vəsaitin həcmindən
900 milyon ABŞ dolları və ya 22% az olub. Bütün bunlar isə onu
göstərir ki, Azərbaycan iqtisadiyyatına qoyulan xarici birbaşa
investisiyaların həcmi ildən ilə azalır. Bu da, xarici neft
şirkətlərinin artıq investisiya layihələrini yekunlaşdırması ilə
bağlıdı. Bundan sonra ölkəyə investisiya cəlb etmək üçün əsasən
iqtisadi
islahatlar
həyata
keçirilməli
və
biznes
mühiti
yaxşılaşdırılmalıdı.
Gəlin birlikdə, son illərin rəsmi məlumatları əsasında həm daxili,
həm də xarici investisiyaların dinamikasına nəzər salaq.
Đnvestisiyaların həcmində ilk azalma
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2011-ci ilin
yanvar-noyabr aylarında ölkəyə 10 milyard manat investisiya
qoyulub ki, bunun da 78%-ni daxili investisiyalar, 22%-ni isə
xarici investisiyalar təşkil edib.
Diaqram 1. 2008-2011-ci illər üzrə Azərbaycan iqtisadiyyatına
yönəldilən investisiyalar (xarici investisiyalar daxil olmaqla)
Milyard manatla
Mənbə: Dövlət Statistika Komitəsi, 2011
Cədvəldən göründüyü kimi, 2011-ci ilin 11 ayı ərzində ölkəyə
qoyulan investisiyanın həcmi təqribən 2009-cu il üzrə ölkə
iqtisadiyyatına yatırılmış vəsaitin həcminə bərabər olmuşdur. Đllər
üzrə investisiyaların həcmində isə yalnız 2009-cu ildə azalma
qeydə alınmışdır. Bu əsasən qlobal iqtisadi böhran və neft
sektoruna yönəldilən xarici investisiyaların həcminin azalması
səbəblərindən baş vermişdir. Bu həmçinin həm daxili, həm də
xarici investisiyaların azalması hesabına baş vermişdir.
Diaqram 2. 2008-2011-ci illərdə Azərbaycan iqtisadiyyatına
yönəldilmiş investisiyaların strukturu
Milyard manatla
13,3
10,4
13,9
10
0
2
4
6
8
10
12
14
16
2008
2009
2010
2011 11 ay
Mənbə: Dövlət Statistika Komitəsi, 2011
Diaqramdan göründüyü kimi, 2009-cu ildə ölkə iqtisadiyyatına
yönəldilmiş daxili investisiyaların həcmi 2008-ci ilə nisbətən 20%
və ya 1,6 milyard manat, xarici investisiyaların həcmi isə 21% və
ya 1,2 milyard manat azalmışdır. Daxili investisiyalar dövlət
büdcəsinin
vəsaitləri
hesabına
həyata
keçirilən
dövlət
investisiyalarının azalması hesabına baş verib.
Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların tərkibində daxili
investisiyaların xüsusi çəkisi ildən-ilə artmaqdadır: Əgər 2010-cu
ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatına yönəldilmiş
ümumi investisiyaların 76,2%-ni daxili investisiyalar təşkil
edirdisə, 2011-ci ilin 11 ayında bu göstərici 78,1%-ə təşkil edib.
Lakin, diaqramdan göründüyü kimi, daxili investisiyaların həcmi
yalnız 2011-ci ildə böhrandan əvvəlki səviyyəni ötmüşdür.
Neft və qeyri-neft sektoruna yönəldilmiş investisiyalar
Xarici investisiyaların azalmasına səbəb əsasən, qlobal iqtisadi
böhranın təsiri və neft sektoruna yönəldilən investisiyaların
həcminin azalması olub.
Diaqram 3. 2008-2011-ci illərdə neft və qeyri-neft sektorlarına
yönəldilmiş birbaşa investisiyaların strukturu.
7,7
6,1
7,3
7,8
5,6
4,4
6,6
2,2
0
1
2
3
4
5
6
7
8
9
2008
2009
2010
2011 11 ay
Daxili
Xarici
(Milyard ABŞ dolları il
Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi
Diaqramdan göründüyü kimi,
strukturunda neft sektoruna yön
üstünlük təşkil edir.
sektoruna yön
dolları və ya 27% azalm
2010-cu ildə təkcə neft sektoruna qoyulan investisiyalar
2009-cu il üzr
2011-ci ilin 6 ayı
investisiyaların t
üzrə isə bu göst
neft investisiyaları ümumi investisiyaların 20%
Göründüyü kimi, ilb
azalmaqda davam edir.
Kənd təsərrüfat
Xarici investisiyaların böyük
yönəldilmişdir ki, bu da v
amili ilə bağlı olan m
əlaqədar olmuşdur
0
0,5
2008
2009
2010
2011 6 ay
Milyard ABŞ dolları ilə)
Đqtisadi Đnkişaf Nazirliyi, 2011
Diaqramdan göründüyü kimi, birbaşa xarici investisiyaların
strukturunda neft sektoruna yönəldilən investisiyalar hələ də
şkil edir. 2009-cu ildə 2008-ci illə müqayisədə neft
yönəldilən investisiyaların həcmi 900 milyon A
ə ya 27% azalmışdır.
ə təkcə neft sektoruna qoyulan investisiyalar
cu il üzrə ümumi investisiyaların həcminə bərabər ol
ci ilin 6 ayı ərzində qeyri-neft investisiyalarının ümumi
investisiyaların tərkibində xüsusi çəkisi 12% olmu
bu göstərici 18% təşkil edib. Halbuki 2009
neft investisiyaları ümumi investisiyaların 20%-
Göründüyü kimi, ilbə-il qeyri-neft investisiyalarının xüsusi ç
azalmaqda davam edir.
ənd təsərrüfatına investisiya qoyulmayıb.
Xarici investisiyaların böyük əksəriyyəti sənaye sektoruna
şdir ki, bu da vəsitlərin əsasən yarıdan çoxunu
ğlı olan mədənçıxarma sənayesinə yönəldilməsi ilə
olmuşdur.
0,5
1
1,5
2
2,5
3
3,5
3,3
2,4
2,9
1,4
0,5
0,62
0,65
0,2
birbaşa xarici investisiyaların
əldilən investisiyalar hələ də
ə müqayisədə neft
900 milyon ABŞ
ə təkcə neft sektoruna qoyulan investisiyaların həcmi,
əcminə bərabər olub.
neft investisiyalarının ümumi
ərkibində xüsusi çəkisi 12% olmuşdur. 2010-cu il
. Halbuki 2009-cu ildə qeyri-
-ni təşkil etmişdir.
neft investisiyalarının xüsusi çəkisi
əksəriyyəti sənaye sektoruna
ıdan çoxunun neft
ə yönəldilməsi ilə
4
0,5
Neft
Qeyri-neft
Diaqram 4. 2008-2010-cu illər üzrə Azərbaycan iqtisadiyyatına
yönəldilmiş birbaşa xarici investisiyaların sahələr üzrə
strukturu. (milyon ABŞ dolları ilə)
Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011
Diaqramdan göründüyü kimi, ən çox birbaşa xarici investisiya
sənaye sektoruna yatırılıb. Sənaye sektoruna yatırılan vəsaitin
həcmi ilə digər sektorlara qoyulmuş vəsaitlərin həcmi arasında
kəskin fərq var və bu fərq sahədən asılı olaraq 4-31 dəfə
intervalındadır. Əgər diaqrama diqqət etdinizsə, görə bilərsiniz ki,
diaqramda kənd təsərrüfatı ümumiyyətlə təsvir olunmayıb. Təssüf
ki, həmin dövrdə xarici investorlar tərəfindən, kənd təsərrüfatına
investisiya yönəldilməyib. Halbuki bu sektor ən çox xarici
investisiyaya ehtiyac duyulan sektorlardan biridir. Xarici
investorlar tərəfindən kənd təsərrüfatına vəasit qoyuluşu həm də bu
sahədə yeni texnologiyaların tətbiqinə şərait yarada bilər ki, bu da
məhsuldalığın artmasına səbəb olar. Belə ki, kənd təsərrüfatının
296,5
392,1
415,5
66,7
82,2
89
42,9
56,2
72,6
48,4
65,4
69,3
39,6
28,5
13,2
0
50
100
150
200
250
300
350
400
450
2008
2009
2010
Sənaye
Tikinti
Ticarət və xidmət
Nəqliyyat
Sair xidmətlər
ÜDM-dəki payı cəmi 5-6% arasında dəyişir ki, bu da əhalnin 40%-
nin çalışdığı sektor üçün çox aşağı göstəricidi.
Xarici investisiyaların növləri
Xarici investisiyaların investisiya növləri üzrə strukturunda birbaşa
investisiyalar üstünlük təşkil edir. Belə ki, ümumi investisiyaların
yarıdan çoxu birbaşa investisiyaların payına düşür.
Diaqram 5. Xarici investisiyaların investisiya növləri üzrə
strukturu.
(faizlə)
Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011
Diaqramdan göründüyü kimi, xarici investisiyaların strukturunda
əsas yeri birbaşa investisiyalar və maliyyə kreditləri tutur. Onlar
ümumi investisiyaların 86%-ni təşkil edirlər.
Portfel investisiyaları ümumi investisiyaların cəmi 2,2%-ni təşkil
edir ki, bu da əsasən qiymətli kağızlar bazarının zəif inkişafı ilə
bağlıdır. Xarici ölkələrin təcrübəsi göstərir ki, ölkəyə investisiya
cəlb etməyin ən asan üsullarından biri də portfel investisiyalarıdır.
Bu həm də ölkənin xaricə açıqlığı və ölkə iqtisadiyyatının hansı
52%
2,20%
34%
0,03%
11,50%
Birbaşa investisiyalar
Portfel investisiyaları
Maliyyə kreditləri
Neft bonusu
Digər investisiyalar
dərəcədə dünya iqtisadiyyatına inteqrasiya olunduğunu göstərən
amillərdən biridir. Azərbaycanda bu sahənin inkişafını ləngidən
əsas
səbəblər
sırasına
şirkətlərin
korporativ
idarəetmə
standartlarını
tətbiq
etməməsi,
mühasibatlığın
beynəlxalq
standartlara
uyğun
aparılmaması,
həmçinin
səhmdarlara
dividendlərin ödənilməsində yaranan problemləri aid etmək olar.
Azərbaycanın əsas investor ölkələri
Ölkələr üzrə yanaşdıqda Azərbaycana ən çox investisiya qoyan
ölkələr, ABŞ, Böyük Britaniya,Türkiyə və əsasən Qərbi Avropa
ölkələridir.
Diaqram 6. Azərbaycana yönəldilmiş xarici investisiyaların
ölkələr üzrə strukturu.
108,3
117,6
40
146,4
160
144
60,8
76,8
147,5
38,5
43,2
30,3
48,2
38,8
17
91,9
188
280,8
0
50
100
150
200
250
300
2008
2009
2010
Sair ölkələr
Almaniya
BƏƏ
Türkiyə
B.Britaniya
ABŞ
Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2011
Diaqramdan göründüyü kimi, investisiyaların ölkələr üzrə
strukturunda vahid tendensiya yoxdur. Yəni ötən ildə əsas
investorlardan biri olan ölkənin, növbəti ildə qoyduğu investisiya
kəskin azala bilir. Bunun əsas səbəblərindən biri investisiyaların
əsasən neft sektoru ilə bağlı işlərə yönəldilməsidir. Lakin,
Azərbaycana investisiya yatıran ölkələr arasında bütün illər üzrə öz
xüsusi çəkiləri ilə fərqlənən ölkələr var ki, bunlar da əsasən ABŞ,
Böyük Britaniya, Türkiyə, BƏƏ və Niderland Krallığıdır.
Bu
ölkələrin
aktiv
olmasının
səbəbi
də
Azərbaycanın
karbohidrogen ehtiyatlarının əsasən həmin ölkələrin şirkətləri
tərəfindən hasil edilməsidir.
Diaqram 7. 2008-2010-cu illərdə Azərbaycana qoyulmuş
investisiyalarda xarici ölkələrin payı.
15%
25,00%
16,00%
6,00%
11,00%
5,80%
21%
ABŞ
B.Britaniya
Türkiyə
BƏƏ
Niderland
Almaniya
Sair ölkələr
Mənbə: Đqtisadi Đnkişaf Nazirliyi, 2010
Diaqramdan göründüyü kimi, 2008-2010-cu illər arasında
Azərbaycanın əsas investorları Böyük Britaniya, Türkiyə,
Niderland Krallığı olmuşdur. Qeyd etdiyimiz kimi, bunun səbəbi,
adı çəkilən ölkələrə məxsus BP, BOTAŞ, Türkiyə petrolleri və s
kimi şirkətlərin Azərbaycannın neft sektorundakı fəaliyyəti ilə
bağlıdı.
Yekun
Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcminin
ildən-ilə artmasına baxmayaraq, bu vəsitlərin iqtisadiyyata real
təsirləri hiss olunmur. Bu da vəsaitlərin böyük hissəsini təşkil edən
daxili investisiyaların xərclənməsi istiqamətində nəzarətin zəif
olması ilə bağlıdı. Bu vəsaitlərin böyük bir hissəsi korrupsiyanın
yeminə çevrilir. Həmçinin investisiyaların tərkibində neft
sektoruna yönəldilən vəsaitlərin də həcmi böyükdü.
Rəsmi məlumatlara əsasən, son 3 ildə neft sənayesinə yönəldilən
investisiyalar ümumi investisiyaların 48-50%-ni təşkil edib.
Xarici investisiyaların tərkibində neft sektoruna yönəldilən
investisiyaların həcminin qeyri-neft sektoruna nisbətən üstünlük
təşkil etməsi, Azərbaycanın qeyri-neft sektorunun cəlb edici
olmamasını göstərir. Bu onu göstərir ki, Azərbaycanda biznes
mühitinin
yaxşılaşdırılması
istiqamətində
hələ
çox
işlər
görülməlidi. Đlk növbədə, mülkiyyət hüquqlarının toxunulmazlığı,
müstəqil məhkəmə sistemi, kiçik və orta sahibkarlığın əlavə
maliyyə mənbələrinə çıxışının genişləndirilməsi kimi sahələrdə
islahatlar aparılmalıdı.
Đnvestisiyaların strukturunda xarici investisiyaların həcminin
artırılması üçün vergi güzəştlərinin edilməsi və azad ticarət
zonalarının yaradılması da vacib amillərdəndi. Azad ticarət
zonalarının yaradılması məsələsi bir neçə dəfə gündəmə gəlsə də
bu sahədə konkret irəliləyiş yoxdu. Hətta 2009-cu ildə xüsusi
iqtisadi zonalar haqqında qanunun qəbul edilməsinə baxmayaraq,
bu günə kimi belə zonalar yaranmayıb.
Ölkənin qeyri-neft sektoruna xarici investisiyaların intensiv cəlbi
üçün ÜTT-yə üzvlük məsələsi də öz həllini tapmalıdı. Artıq
Azərbaycanın yaxın qonşuları sayılan ölkələrin demək olar ki,
hamısı bu təşkilatın üzvüdür. Bu isə Azərbaycanın gələcəkdə bu
ölkələrlə olan iqtisadi əlaqələrinə öz təsirini göstərəcək.
Azərbaycanın ÜTT-dən kənarda qalması həm də, qeyri-neft
sektoruna investorların marağını azaldır. Çünki, ÜTT-yə üzvlük
həm də, ölkə iqtisadiyyatının bir çox sahələrində liberallaşma və
islahatlar deməkdir ki, xarici investorlarda bu islahatlardan
bəhrələnmək istəyirlər.
Bundan başqa neft sektoru ilə müqayisədə qeyri-neft sektoruna
investisiya cəlb etmək çox çətindi. Çünki, ilk növbədə neft
şirkətləri ilə müqayisədə digər sahələrdə çalışan investorların da
maliyyə imkanları məhduddu və onlar da öz vəsaitlərini
maksimum fayda əldə edə biləcəkləri və təhlükəsiz ölkələrə
yatırmaqda maraqlıdırlar. Bu baxımdan, gələcəkdə ölkəyə
investisiya cəlb etmək üçün Azərbaycanın qarşısında duran əsas
məsələ yalnız islahatlar həyata keçirməkdi.
Dostları ilə paylaş: |