Gcqh layout 1



Yüklə 52,7 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü52,7 Kb.
#25590


1.

Azərbaycan Demokratik Respublikası Silahlı 

Qüvvələrinin yaranma tarixi hansıdır?

A) 1918-ci il mayın 28-i

B) 1991-ci il oktyabrın  9-u

C) 1918-ci il iyunun 26-sı

D) 1918 –ci il dekabrın 31-i

E) 1918- ci il fevralın 23-ü



2.

Ordunun yüksək döyüş hazırlıqlı və döyüş 

qabiliyyətli olmasının əsas şərti nədir?

A) Bölmələrin qərərgahdan hansı məsafədə yerləşməsi

B) Şəxsi heyətin sayı

C) Zabit və gizir heyətinin fiziki hazırlıq səviyyəsi

D) Möhkəm hərbi intizam

E) Dayaq məntəqələrinin mühəndis təchizatlı olması



3.

Binoklda müşahidə edilən  düşmən əsgərinin boyu 

(1.7m) şkalanın bir kiçik bölgüsünə (0-05) bərabər-

dir. Düşmənə qədər olan məsafəni hesablayın.

A) 40 m


B) 300 m

C) 340 m


D) 400 m

E) 440 m


4.

Bölük (batareya) növbətçisi kimlərdən təyin edilir?

A) Çavuşlardan və müstəsna hallarda isə yaxşı 

hazırlıqlı əsgərlərdən

B) Ancaq çavuşlardan

C) Bölüyün baş çavuşlarından

D) Tağım komandirlərinin müavinlərindən

E) Bütün variantlar doğrudur

5.

Bölük (batareya) növbətçisinin sayını kim 

müəyyən edir?

A) Bölük (batareya) komandiri

B) Bölüyün baş çavuşu

C) Tağım komandiri

D) Hissə komandiri

E) Bütün variantlar doğrudur



6.

Bölük (batareya) növbətçisi cavabdeh deyil.

A) Bölükdə  (batareyada)  daxili intizamın 

saxlanmasına

B) Günün nizam qaydalarının dəqiq yerinə 

yetirilməsinə

C) Bölük əmlakının, əsgər və çavuşların şəxsi 

əşyalarının qorunmasına

D) Gün növbətçilərinin düzgün xidmət etmələrinə

E) Əsgər və çavuşların mənəvi-psixoloji hazırlığına

7.

Növbətçilik müddəti ərzində bölük (batareya) 

növbətçisi nə vaxt dincələ bilər?

A) Yalnız gündüz səhər saatlarından başlayaraq saat 

10.00-dan 14.00-a qədər

B) Yalnız gündüz günorta saatlarından başlayaraq saat 

13.00-dan 16.00-a qədər

C) Yalnız gecə saatlarından başlayaraq saat 23.00-dan 

05.00-a qədər

D) Növbətçilik müddəti ərzində bölük (batareya) 

növbətçisi istirahət etmir.

E) Bütün variantlar doğrudur.



8.

Növbətçi yerinin təchizatına aid deyil.

A) Bölük (batareya) növbətçisinin sənədləri

B) Bölük (batareya) növbətçisinin və gün 

növbətçilərinin istirahəti üçün çarpayı

C) Tumba (ağacdan)

D) Telefon və yanğınsöndürmə əşyaları

E) Azərbaycan Respublikası SQ-nin nizamnamələri

9.

Sıra ilə yerişdə əsgəri salamlaşma üçün rəisə nə 

qədər qalmış manqa komandiri komandan 

verməlidir?

A) 10-15 addım

B) 15-20 addım

C) 20-25 addım

D) 25-30 addım

E) 30-35 addım



10.

Tankın zəif  yerlərinə aid deyil.

A) Hərəkət hissəsi (tırtıl)

B) Korpusun arxa və yan tərəfləri

C) Müşahidə cihazları

D) Topun və pulemyotların lülələri

E) Korpusun ön tərəfi (alın hissəsi)



11.

Hansı tank əlehinə mina deyil?

A) TM -57

B) ПДМ-6

C) TM-62


D) TM-62M

E) TMK-2


12.

Aşağıdakılardan hansı sarğıların növünə aid deyil?

A) Yumşaq sarğılar

B) Bərkiyən sarğılar

C) Sıxıcı sarğılar

D) Kəndirvari sarğılar

E) Yapışqan sarğılar



13.

Qanaxmanın neçə növü var və hansılardır?

A) 1 təziqli qanaxma

B) 2 təziqli və mülaim qanaxma

C) 3 arterial,venoz və kapillyar qanaxma

D) 4 arterial,venoz, kapillyar və mülaim qanaxm

E) Bütün variantlar yanlışdır



GÇQH

Bakı Şəhəri üzrə Təhsil İdarəsi


14.

Atış zamanı təyin olunmuş nişangah hədəfə qədər 

olan həqiqi məsafəyə uyğun olmazsa nə baş verər?

A) Güllə sərfi artar və ya azalar

B) Atəş mövqeyinin dəyişdirilməsi lazım olar

C) Güllə hədəfə çatmaz və ya üstündə keçər

D) Güllə hədəfin solundan keçər

E) Bütün variantlar doğrudur



15.

Silahların geritəpmə surəti güllənin başlanğıc 

sürətindən neçə dəfə azdır?

A) Güllənin barıtının çəkisindən asılıdır

B) Silahın çapından asılıdır

C) Silahın uzunluğunun onun çəkisinə olan nisbəti qədər

D) Güllə silahdan neçə dəfə yüngüldürsə o qədər

E) Bütün variantlar doğrudur



16.

Hərbi vəzifə nəzərdə tutmur:

A) Hərbi vəzifəlilərin və çağırışçıların hərbi 

qeydiyyata (uçota) alınması

B) Gənclərin hərbi xidmətə hazırlığı

C) Hərbi xidmətə çağırış 

D) hərbi qulluq etmək, ehtiyatda olamaq

E) Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman 

Cəmiyyətində (DOSAF) qeydiyyata (uçota) durmaq



17.

Əsgərlərin, matrosların və çavuşlar həqiqi hərbi 

xidmətinin başlanğıcı aşağıdakı hansı gün sayılır?

A) Hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil 

müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, 

idarələrinə,  müəssisələrinə və təşkilatlarına) 

göndərilmək üçün S və HXÇÜDX-nə gəldikləri gün

B) Hərbi hissəyə (hissələrə, gəmilərə, hərbi təhsil 

müəssisələrinə, Silahlı Qüvvələrin qərargahlarına, 

idarələrinə,  müəssisələrinə və təşkilatlarına) gəldikləri

gün

C) Hərbi hissənin (hissələrin, gəmilərin, hərbi təhsil 



müəssisələrinin, Silahlı Qüvvələrin qərargahlarınin, 

idarələrinin,  müəssisələrinin və təşkilatlarınin) 

siyahılarına düşdükləri gün

D) Hərbi And qəbul etdikləri gün

E) Bütün variantlar doğrudur

18.

Hansı baş zabit rütbəsidir ?

A) Kapitan

B) Mayor

C) Admiral

D) Baş gizir

E) Baş leytenant 



19.

Hər bir bölüyün yerləşdirilməsi üçün aşağıdakılar 

nəzərdə tutulmalıdır: (Yanlış olanı qeyd edin)

A) İctimai-siyasi və mədəni-maarif işlər otağı; şəxsi 

heyətin yataq otağı

B) Bölüyün dəftərxana otağı; silah saxlama otağı

C) Bölüyün əmlakını və hərbi qulluqçuların şəxsi 

əşyalarını saxlama otağı; yuyunma otağı

D)Silah təmizləmə otağı (yeri); papiros çəkmə və 

ayaqqabı təmizləmə otağı (yeri) məişət xidməti otağı; 

paltar və ayaqqabı qurutma yeri

E) Bilyard və tenis oynamaq üçün otaq (yer)



20.

Şəxsi heyətin yataq otaqlarında yerləşdirilməsi 

üçün hər bir hərbi qulluqçuya düşən havanın 

həcmi olmamalıdır.

A) 6-8 kub.m-dən az olmamalıdır

B) 9-12 kub.m-dən az olmamalıdır

C) 8-10 kub.m-dən az olmamalıdır

D) 11-13 kub.m-dən az olmamalıdır

E) 10-14 kub.m-dən az olmamalıdır



21.

Kazarmada yerləşdirilən hərbi qulluqçuların yatağı 

A) Döşəkağlarından

B) Balışüzlərindən

C) Balışlardan

D) Döşəklərdən və ədyallardan ibarət olmalıdır 

E) Bütün bəndlər yanlışdır



22.

Vətəndaşların çağırış məntəqələrinə təhkim 

edilməsi hansı qanunla tənzimlənir?

A) Azərbaycan Respublikasının Konstitusiyası ilə

B) Azərbaycan Respublikasında hərbi xidmətə 

çağırışın əsasları haqqında Azərbaycan 

Respublikasının qanunu ilə 

C) “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 

haqqında” Konstitusiya aktı ilə

D) Azərbaycan Respublikasının “Müdafiə haqqında” 

qanunu ilə

E) Hərbi Andın tələblərinə əsasən



GÇQH

Bakı Şəhəri üzrə Təhsil İdarəsi


23.

Kişi cinsindən olan vətəndaşlar nə vaxt və harada 

təkim edilməlidirlər?

A) 16 yaşı tamam olduğu il rayonlarda, şəhərlərdə və 

şəhər rayonlarında yaradılan çağırış məntəqələrində 

təhkim edilməlidirlər. Vətəndaşlar çağırış məntəqələ- 

rinə hər il, yanvar-mart ayları ərzində daimi və ya 

müvəqqəti yaşayış yeri üzrə təhkim edilməlidirlər 

B) 16 yaşı tamam olduqdan sonra rayonlarda, 

şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış 

məntəqələrində təhkim edilməlidirlər. Vətəndaşlar 

çağırış məntəqələrinə hər il, yanvar-mart ayları 

ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə təkim

edilməlidirlər 

C) 16 yaşı tamam olduqdan sonra rayonlarda, 

şəhərlərdə və şəhər rayonlarında yaradılan çağırış 

məntəqələrində təkim edilməlidirlər. Vətəndaşlar 

çağırış məntəqələrinə hər il, yanvar-mart ayları 

ərzində ancaq və ancaq daimi yaşayış yeri üzrə təkim 

edilməlidirlər

D) 18 yaşı tamam olduqda rayonlarda, şəhərlərdə və 

şəhər rayonlarında yaradılan çağırış məntəqələrində 

təkim edilməlidirlər və hərbi xidmətə çağırılmalıdırlar.

Vətəndaşlar çağırış məntəqələrinə hər il, yanvar-mart 

ayları ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə

təkim edilməlidirlər 

E) 16 yaşı tamam olduğu il rayonlarda, şəhərlərdə və 

şəhər rayonlarında yaradılan çağırış məntəqələrində 

təkim edilməlidirlər. Vətəndaşlar çağırış məntəqələrinə

il ərzində daimi və ya müvəqqəti yaşayış yeri üzrə 

təhkim edilməlidirlər 

24.

Mühafizə nə məqsədlə həyata keçirilir? (Yanlış 

olanı qeyd edin)

A) Düşmən kəşfiyyatçilarının bölmələrə soxulmasına 

yol verməmək

B) Düşmənin qəfildən basqının qarşısını almaq

C) Öz bölmələrinin itkisinə yol verməmək

D) Öz bölmələrinin döyüşə mütəşəkkil girməsini 

təmin etmək

E) bölmələrinin dəqiq yerini düşməndən gizlətmək



25.

Piyada döyüş fəaliyyəti vaxtı yerin və düşmən 

atəşinin xüsusiyyətindən asılı olaraq əsgərin 

hərəkətləri  aşağıdakılardır.(Yanlış olanı qeyd edin)

A) Sürətli addımla (tam ayaq üstə və ya azca əyilərək)

B) qaçışla (tam ayaq üstə və ya azca əyilərək)

C) qısa qaçışla

D) vətənpərvərlik ruhunda mahnı oxuyaraq

E) sürünərək



26.

Əsgər hücum tapşırığını kimdən alır?

A) əsgər yoldaşlarından

B) manqa komandirindən 

C) tağım komandirindən

D) bölük komandirindən

E) tabor komandirindən



27.

Hücum tapşırığı alarkən əsgər nələri 

aydınlaşdırır? (Yanlış olanı qeyd edin)

A) İstiqaməti, düşmənin heyətini, yerini, fəaliyyətini

B) Tağımın, manqanın döyüş tapşırığını və öz 

vəzifələrini

C) Artilleriya batareyasının yerini

D) Arxasınca gedəcəkləri tankın fərqlənmə nişanını

E) Maneələri (əngəlləri) dəf etmə qaydasını

28.

Əsgər hücuma hazırlaşarkən  nə etməlidir? (Yanlış 

olanı qeyd edin)

A) minaatan batareyanın mövqeyinin hazırlanmasına 

kömək edir

B) silahının saz olmasını yoxlayır və onu döyüşə 

hazırlayır

C) döyüş sursatının lazımi qədər olduğunu yoxlayır

D) fərdi mühafizə vasitələrinin sazlığını yoxlayır

E) səngərdən rahat çıxmaq üçün onun ön divarında 

oyuq açır

29.

Aşağıdakılardan hansı həmlə vaxtı düşməni məhv 

etmək fəndi deyil?

A) Hərəkətdə və qısa müddət dayanaraq

B) üzbəüz atəş açmaqla

C)Yüksək dozalı zərərli təsiri olan dərman preparatları

içirtməklə

D) əl qumbarası ilə

E) süngü və qundaq vasitəsilə 

30.

“Manqa həmləyə hazırlaş” komandası üzrə əsgər 

nə etməli deyil?

A) süngü – bıçağını avtomata birləşdirir 

B) Əlavə sursat almaq üçün manqa komandirinə 

müraciət edir

C) nişangahı “п” və ya “3” vəziyyətinə qoyur

D) təchizatını hərəkət zamanı mane olmaması üçün 

bərkidir

E) qumbaranı atmağa hazırlayır və düşməni daha 

diqqətlə müşahidə edir

GÇQH

Bakı Şəhəri üzrə Təhsil İdarəsi



31.

Hücumda düşmənin mina sahəsindən keçidlər 

hansı hesabla açılmalıdır?

A) Hücumda iştirak edən hər bölük üçün 1 keçid

B) Hücumda iştirak edən hər tağım üçün 1 keçid

C) Hücumda iştirak edən hər manqa üçün 1 keçid

D) Hücumda iştirak edən hər bölük üçün 2 keçid

E) Birinci eşelonda hücum edən hər tağım üçün 1 keçid



32.

“Günəş şərqdən “çıxır”, qərbdə “batır” ” fikri 

hansı halda doğrudur?

A) Ancaq yay fəsli ərzində

B) Ancaq qış fəsli ərzində

C) Ümumiyyətlə yanlış fikirdir.

D) Yalnız yazda və payızda gecə-gündüz bərabər olan 

günlər.


E) Bütün variantlar doğrudur.

33.

Günəş həmişə şimal yarımkürəsində hansı 

saatlarda tam şərqdə, cənubda və qərbdə olur?

A) 07.00-da (yaya vaxtında 08.00-da) - şərqdə, 

13.00-da (yaya vaxtında 14.00-da) – cənubda, 19.00-

da (yaya vaxtında 20.00-da) – qərbdə

B) 08.00-da (yaya vaxtında 09.00-da) - şərqdə, 

14.00-da (yaya vaxtında 15.00-da) – cənubda, 19.00-

da (yaya vaxtında 20.00-da) – qərbdə

C) 09.00- şərqdə, 15.00-da  cənubda, 21.00-da- qərbdə

D) 09.00-da (yaya vaxtında 10.00-da) - şərqdə, 

15.00-da (yaya vaxtında 16.00-da) – cənubda, 21.00-

da (yaya vaxtında 21.00-da) – qərbdə

E) Bütün variantlar doğrudur.



34.

Hərb məşəli fövqəladə halları yaradan səbəblərə 

aid olmayanı qeyd edin.

A) Nüvə silahının tətbiq edilməsi

B) Kimyəvi silahın tətbiq edilməsi

C) Bakteriolojı (bioloji) silahın tətbiq edilməsi

D) Adi qırğın vasitələrinin silahın tətbiq edilməsi

E) Güclü leysan yağışlarının yağması



35.

Təbii fəlakətlər törədən hadisələrə aid olmayanı 

qeyd edin.

A) Zəlzələ

B) Bioloji silahın tətbiq edilməsi

C) Sürüşmələr və uçqunlar

D) Sellər

E) Meşə və zəmilərin yanğınları



36.

Meteoroloji təbii hadisələrə aid olmayanı qeyd edin.

A) Külək (25 m/saniyə), o cümlədən fırtına, qasırğa, 

tufan

B) Leysan yağışları



C) Sürüşmələr və uçqunlar

D) İri dolu düşməsi

E) Təbii yanğınlar nəticəsində törəyən fəlakətlər

37.

Respublikamızda təbii fəlakətlərin qarşısını almaq

üçün hansı tədbirlər görülür?

A) Sel təhlükəsi olan rayonlarda bəndlər, su sədləri 

tikilir

B) Yollar boyu meşəliklər salınır



C) Qışda qar yığınlarına qarşı bəndlər-“çəpərlər” 

qurulur 


D) Binalar zəlzələyə qarşı tədbirlər görülməklə tikilir

E) Sel və zəlzələ təhlükəsi olan rayonlarda  binaların 

tikilməsinə icazə verilmir

38.

1: 25 000 miqyaslı xəritədə kilometr şəbəkəsi neçə 

sm-dən bir çəkilir və xərtənin çərçivəsi boyu neçə 

km-dən bir işarələnir?

A) 2sm-dən bir çəkilir və 0.5km-dən bir işarələnir 

B) 4sm-dən bir çəkilir və 1 km-dən bir işarələnir 

C) 2sm-dən bir çəkilir və 1 km-dən bir işarələnir

D) 2sm-dən bir çəkilir və 2 km-dən bir işarələnir 

E)4sm-dən bir çəkilir və 500 m-dən bir işarələnir



39.

Topoqrafik xəritə üzərindəki iki məntəqə arasında 

məsafə 16.5 sm təşkil edir və ərazidə bu məntələr 

arasında məsafənin 8km. 250.m. olduğu məlumdur.

Yapışdırma topoqrafik xəritənin miqyasnı təyin 

edin.

A) 1: 10 000

B) 1: 25 000

C) 1: 50 000

D) 1: 100 000

E) 1: 250 000



40.

Miqyas nəyə deyilir?

A) Ərazidəki bütün planımetrik və xətli obyektlərin 

xəritə üzərində göstərilməsinə miqyas deyilir

B) Xəritə üzərində xəttin yer üzərindəki uyğun xəttə 

şaquli proyeksiyasına miqyas deyilir

C) Xəritə üzərində hər hansı bir xətt parçasının yer 

üzərindəki uyğun xətt parçasına paralel şəkilmiş 

proeksiyasına miqyas deyilir

D) Xəritə üzərində hər hansı bir xətt parçasının yer 

səthindəki uyğun xətt parçasına olan nisbətinə miqyas 



deyilir

E) Xəritədəki obyektlərin ərazidəki həmin 



obyektlərdən fərqli göstərilməsinə miqyas deyilir

GÇQH

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Yüklə 52,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə