GəLƏCƏk kadastr sistemiNİn göRÜNÜŞÜ



Yüklə 494,19 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix05.09.2018
ölçüsü494,19 Kb.
#66774
1   2   3   4   5   6   7   8   9   ...   16

KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

7



MÜQƏDDİMƏ 

 

Bir çox onilliklərdə  ənənəvi kadastr sistemləri özlərinə etibarlı, yaxşı  təşkil olunmuş, torpağa 

sahiblik hüququnun təhlükəsizliyinin zəmanətini verən bir sistem kimi ad qazanmağa çalışıblar. 

Əhəmmiyətli texniki inkişaf, ictimai həyatda dəyişikliklər, qloballaşma və gündən- günə artan, 

hüquqi nəticələri və  ətraf muhitə öz təsirini göstərən qarşılıqlı  əlaqələr  ənənvi sistemlərə öz 

təsirini göstərmişdir. Onların hamısı yeni bir inkişafa başlamışdılar. Hazırda bir çox ölkələr öz 

kadastr sistemlərində islahatlar aparmışlar, bu da onu göstərir ki, bu sistemlər bütün yeni 

dəyişikliklərə adaptasiya oluna bilmirlər. 

 

İslahatlarda ehtiyac əsas səbəbdir və elə bu səbəbə görə 1994-cü ildə ənənələrin araşdırılması və 



gələcək kadastr sistemlərinin inkişafının proqnozu üçün işci qrupu yaradılmışdır, buna görə də 

FİG-in komissiyası bu fəaliyyət dairəsinin inkişafına diqqətlə  nəzarət edir,. Bu yolda işci 

qrupunun birinci addımı  ənənələrin təhlili üçün anketlər hazırlamaq idi. Bu sorğudan bir çox 

mühüm təkliflər  əldə edilmiş  və bunların  əsasında 6 qayda hazırlanmışdır. Bu 6 qaydaya 

əsaslanaraq “Kadastr 2014” termini yaranmışdı. 

 

1995-ci ildə Delftdə keçirilmiş illik iclasda “Müasir kadastr və kadastr innovasiyaları” adlı 



bir günlük seminar keçirilmiş, bu seminarda birinci sorğunun nəticəsi olaraq inkişafın 

gələcək istiqamətləri aşkarlanmış və həmçinin “Kadastr 2014”-ün 6 qaydası müzakirə 

olunmuşdu. 

 

1996-cı ildə Budapeştdə keçirilən iclas zamanı işci qrupu birinci sorğunun nəticələrini 



müzakirə edib ikinci sorğu təşkil etmişdi.  İkinçi sorğu  əsasən kadastr sistemlərinin özünü 

doğrultmasına və özəlləşdirilməsinə  həsr olunmuşdu. “Kadastr 2014”-ün altı qaydası bir daha 

müzakirə olunmuş  və aydınlaşdırılmışdır. 1997-ci ildə Penanqda keçirilən iclasda işci qrupu 

ikinci sorğunun nəticələrini müzakirə edib və son izahatın mahiyyətini qəbul etmişdi. 

 

Dörd illik işin əsas nəticələri bu səkildə göstərilə bilər: 



 

• İnkişaf etmiş ölkələrdə kadastr sistemləri çox mükəmməl kimi yaranırlar. Mükəməlliyə 

səy prosedurun çətinliyinə, yavaşımasına və bahalaşmasına gətirib çıxarır. 

 

• Nəticə olaraq kadastr sistemlərinin islahat layihələrinin əsas məqsədlərindən biri bu 



sistemlərin xidmətlərinin mükəmməlləşdirilməyə yaxınlaşdırılmasıdır. 

 

• Kadastr sistemlərinin avtomatlaşdırılmasına mükəməlləşdirilmə yolunda ən uyğun bir 



alət kimi baxılır, bununla belə kadastr prosedurları aspektləri nəzərə alınmazsa təkmilləşmədə 

olan ənənəvi sistemlərin avtomatlaşdırılaması müvəffəqiyyətsizliyə gətirə bilər. 

 

• Kadastr sistemlərinin innovasiyaları torpaq informasiya sistemlərinə tətbiq meylli olur. 



 

• Kadastr kontekstində özünü doğrultma və özəlləşdirilmə mövzuları daha da əhəmiyyətli olur. 

 

• “Kadastr 2014”-ün tərkibində torpağa özəl və ictimai hüquqlardan və mülkiyyətçilərin və 



torpaqdan istifadəçilərin hüquqlarının məhdudlaşdırıması haqda tam sənədləşdirmə 

olacaq. Bu tamamilə uyğunlaşmış və avtomatlaşdırılmış, torpağın qeydiyyatı  

və kadastr xəritəçəkmə prosesinə bölünmədən, böyük torpaq-informasiya 

sistemlərinin bir hissəsi olacaq. Bir çox funksiyalarını özəl təşkilatların icra edəcəyinə 

baxmayaraq, kadastrın aparılması dövlətin nəzarətində qalacaq və “Kadastr 2014” 

bütünlüklə öz xərcini ödəyəcək. 




KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

8



• “Kadastr 2014” müasir sistemlərə  nəzərən cəmiyyətin müxtəlif təbəqələri üçün daha ucuz 

qiymətətlərlə “optimal xidmətlər” göstərəcəkdir. 

Sorğunun nəticələrinə əsaslanaraq, I hissə mövcud olan kadastr sistemlərinin xülasəsidir, II 

hissə isə islahatlar və kadastr sahəsində inkişaf yönümlərinin xülasəsidir. III hissədə “Kadastr 

2014”-ün görünüşü və 6 qaydası göstərilmişdir, onların qiymətləndirilməsi IV hissədədir. V 

hissə “Kadastr 2014”-də yerölçənlərin rolundan bəhs edir. VI hissə yerölçənlərin əhəmmiyətli rol 

oynaması üçün nə edəcəyindən, FİG və beynəlxalq təşkilatlar “Kadastr 2014”-ə necə 

köməklik göstərə biləcəyindən bəhs edir. VII hissə isə xülasədir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

9



1. MÖVCUD KADASTR SİSTEMLƏRİ 

 

İnkişaf istiqamətinin araşdırmalarında və kadastr sisteminin formalaşmasının gələcək 



görüntülərində işci qrupunun birinci addımı mövcud olan kadastr sistemlərinin öyrənilməsi 

idi. Bu məqsədlə birinci illik iclasda sorğu üçün yeni anketlər düzəltmək qərarına gədilər ki,  

onların nəticələri bütün dünyada cari kadastrın inkişafının anlaşılmasını təmin edə bilərdi. 

 

Anketdəki suallar kadastr sistemlərinin yaxın gələcəkdə baş verə biləcək dörd əsas aspektlərinin 



- onların güclü və  zəif tərəflərinin, keçiriləcək islahatların və  ənənələrin öyrənilməsinə 

yönəldilmişdi. 1995-ci ilin fevralında nümayəndələrə  və komissiyanın müvafiq üzvlərinə 70 

anket göndərilmişdi. İşci qrupu Avstraliyanın 7 ştatı daxil olmaqla dünyanın 31 ölkəsindən cavab 

aldı. 


 

1.1 və 1.2 nomrəli fəsillər mövcud olan kadastr sistemlərini xarakterizə edərək sorğunun 

nəticələri haqda yekun məlumat verir. Sorğuların bütün nəticələri və suallara cavablar haqda 

məlumatı müəlliflərdən almaq olar. 

 

1.1 Dörd əsas aspekt 

 

Növbəti dörd aspekt sorğunun bir hissəsidir və mövcud olan kadastr sistemlərinin 

görüntüsünü verir: hüquqi və təşkilati xarakteristikalar; planlaşdırılmanın dərəcəsi və 

nəzarəti; çox məqsədli kadastrın aspektləri və dövlət və özəl sektorların məsuliyyəti. 



 

A) Hüquqi və təşkilati xarakteristikalar 

 

Kadastr sistemlərinin əsas elementləri 1.1. cədvəlində göstərilmişdir. Kadastr sistemləri üçün 

əsas ola bilərlər: torpağa olan hüququn qeydiyyatı, torpaq üzrə əqd sənədlərinin qeydiyyatı və ya 

bu ikisinin kombinasiyası. 31 ölkədən 21-i cavab verdilər ki, 

onların kadastr sistemləri hüquqların qeydiyyatı əsasında qurulub, yəni torpağın hər bir hissəsi 

xəritədə qeyd olunur, hüquqlar isə reyestrdəki yazılara müvafiq olur. 26 ölkədə torpaq 

sahəsi qeydiyyatın əsas elementidir. 23 ölkədə vətəndaş hüquqları hüquqi əsasdır. 24 halda 

torpağa mülkiyyət hüquqlarının qeydiyyatı mütləqdir. 

 

 

Kadastr sistemlərinin əsas elementləri

 

 

Suallar  



Cavablar 

Qeydiyyat əsaslanır  

Hüquqlara: 23 

Sənədlərə :5 

Bu iki əsasın 

kombinasiyasına: 5 

Kadastr vahididir 

  Torpaq sahəsi: 26 

Əmlak kompleksi: 4 

Mülkiyyətçinin adı: 1 

Hüquqi əsasdır  

  Ümumi hüquq: 7 

Vətəndaş hüququ: 23  Xüsusi hüquq: 2 

Mülkiyyət 

hüquqlarının 

qeydiyyatı 

  Məcburi deyil: 4 

Məcburidir: 24 

Kombinasiyalıdır: 3 

Torpağa hüquqların 

qeydiyyatı prosesi 

əsaslandırılırmı? 

  Hə: 10 

Yox: 17 


 

Cədvəl 1.1 



 

Anketdə qeyd olunan kadastr aspektlərinin hüquqi nəticələri 1.2. cədvəlində göstərilmişdir. Orta 




Yüklə 494,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə