GəLƏCƏk kadastr sistemiNİn göRÜNÜŞÜ



Yüklə 494,19 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix05.09.2018
ölçüsü494,19 Kb.
#66774
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

20



3. GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ (KADASTR 2014) 

 

 

3.1 Kadastr Sistemləri Sahəsində Ənənəvi Təriflər 

 

Delftdəki seminarda professor Co Henssenin (1995, p. 5) verdiyi “torpaq”, “kadastr”, “torpaq 

qeydiyyatı” və “torpaq protokollaşdırılması” kimi təriflər “Kadastr 2014” sistemi üzərində işin 

əsasına qoyulub. 

 

Bu təriflər mövcud situasiyaya adaptasiya olunublar. Gələcək kadastr sistemi üçün Henssen 



tərifləri daha geniş olmalıdır. Bu 3.2 bölməsində yerinə yetiriləcəkdir. 

 

Henssen tərifləri: 



 

TORPAQ SAHƏSİ 

 

Torpaq sahəsi yer səthinin bir hissəsi kimi, orada yerləşən su, torpaq, dağ süxurları, faydalı 

qazıntılar və karbohidrogenlər və ona məxsus hava boşluğu ilə bir yerdə təyin edilir. 

Yer kürəsinin bu hissəsinə məhdud sahəyə malik olan su və ya dənizlə örtülən bütün 

obyektlər daxildir. 

 

 

KADASTR 

 

Kadastr - ölkənin rayon daxili əmlaklarının sərhədlərinin çəkilməsinə  əsalanan, ictimai 

məlumatların sistemləşdirilmiş siyahisidir. 

Belə sahələr sistemləşdirilmiş  şəkildə  fərdi ad və ya nömrə vasitəsilə eyniləşdirilir. Kiminsə 

mülkiyyətində olan belə sahələrin ümumi görünüşü və onların eyniləşdirilmiş nömrələri adətən 

böyük miqyaslı  xəritələrdə  və  hər bir sahənin tipi, görünüşü, dəyəri və sahiblik hüququ qeyd 

edilə bilən qeydiyyat jurnalları ilə birlikdə göstərilir, yəni kadastr “harada?” və “nə qədər?” 

suallarına cavab verir. 

 

 

TORPAQ QEYDİ 

 

Torpaq qeydi saziş yolu ilə torpaq hüquqlarının rəsmi şəkildə təsbitidir (alqı/satqı 

sənədlərinin qeydiyyatı, hüquqların ötürülməsi, bağışlama və s.) və ya mülkiyyət hüquqlarının 

qeydiyyatıdır. Bu o demakdir ki, torpaq sahəsinin satılması zamanı hüquq sahibinin dəyişməsinə 

aid olan torpaq sahəsi üzərində hüquqların qeydiyyatı və ya sazişin (sənədlərin) qeydiyyatı  

haqqında rəsmi yazı mövcuddur.. Bu tərif öz növbəsində “kim?” və “necə?” suallarına cavab 

verir. 

 

 

TORPAQ PROTOKOLLAŞDIRILMASI 

 

Hüquqların qeydiyyatı və kadastr adətən bir- birini tamamlayır və interaktiv sistem kimi 

fəaliyyət gostərirlər. Prinsipcə kadastr “hüquq- obyekt” münasibətinə,  hüquqların qeydiyyatı 

isə “subyekt- hüquq” münasibətinə diqqət yönəldir. Başqa sözlə, kadastr “harada?” və “nə 

qədər?”, hüquqların qeydiyyatı isə “kim?” və “necə?” suallarına cavab verir. 

 

“Torpaq qeydi” və “kadastr” bir-birini tamamladığına görə "torpaq protokollaşdırılması" 




KADASTR 2014 – GƏLƏCƏK KADASTR SİSTEMİNİN GÖRÜNÜŞÜ

 

21



termini bu iki komponentin bir-birinə aid olduğunu göstərir və nəticədə “kadastr” və “hüquqların 

qeydiyyatı” anlayışlarının mənasını daşıyır. 



 

3.2 “Kadastr 2014” üçün təriflər 

 

İşci qrupu məsləhət görür ki, “Torpaq obyektləri” və “Kadastr 2014” anlayışları verilməlidir. 



 

TORPAQ OBYEKTİ 

 

Torpaq obyekti – yerin elə bir sahəsidir (hissəsidir) ki, onun sərhədləri daxilində bircins 

(homogen) şərait movcud olur (təsir edir). 

 

Bu  şəraitlər adətən qanunla müəyyən edilir. Hər bir cəmiyyət özünün üzvlərinin bir yerdə 



yaşaması üçün müəyyən qaydalar yaradır. Adətən bu qaydalar qanunla müəyyən edilir və 

cəmiyyətin yaşadığı müəyyən bir məkan çərçivəsində baş verən hadisələrə necə reaksiya verməli 

və ya necə başa düşməli olduğunu müəyyən edir. Müəyyən bir formada cəmiyyətin üzvlərinin 

hüquq və vəzifələri müəyyən edilir. 

 

Əsasən bu vəzifələr individumların azadlıqlarının müəyyən mənada məhdudlaşdırılması 



deməkdir. 

 

Hətta çaylar, göllər, meşələr və dağlar kimi təbii obyektlər müəyyən mənada qanunla müəyyən 



edilir. 

 

Əgər qanun yer kürəsinin təsbit edilmiş (qeyd edilmiş) bir hissəsində hadəsiləri, hüquqları və ya 



onların məhdudlaşdırılmasını müəyyən edirsə, bu müəyyən torpaq sahəsini təyin edir. 

Özəl və ya ictimai hüquqlarla hüquqi parametrləri müəyyən edilmiş torpaq sahəsi 

“qanunlaşdırılmış torpaq sahəsi” adlana bilər. Torpaq sahəsinə aid olan qanunlar hüquqların və 

məhdudiyyətlərin ümumi mənasını müəyyən edir. 

 

Qanunlaşdırılmış torpaq sahələrinin nümunələri: 



 

• özəl torpaq sahələri; 

• ənənəvi hüquqlar gücdə olan torpaqlar; 

• dövlətlər, ştatlar, rayonlar və bələdiyyələr kimi administrativ vahidlər

• sular, təbiətin müəyyən zonaları, səsdən və çirklənmədən qorunan ərazilər üçün mühafizə 

zonaları; 

• torpaqdan istifadə zonaları; 

• təbii sərvətlərin işlənməsinə və istismarına icazə verilən rayonlar. 

 

Nadir şəraiti olan və müəyyən hüquqi məhdudluğu olmayan torpaq sahəsi “fiziki torpaq obyekti” 



adlana bilər. Dağlarla, sularla, evlərlə, küçələrlə  və başqa qanunlaşdırılmamış parametrlərlə 

örtülmüş torpaq sahəsi “fiziki torpaq obyekti” adlandırıla bilər. 

 

Torpaq sahəsindən “torpaq obyektinə” keçid şəkil 3.1-də göstərildiyi kimi ola bilər. 



 

 

 

 

 

 


Yüklə 494,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə