Gələcək üçün Siyasət Azərbaycanda Demokratiya



Yüklə 14,32 Kb.

tarix25.11.2017
ölçüsü14,32 Kb.


 

Davranış Konsensusu 

 

 



Biz, ATƏT-in “Gələcək üçün Siyasət - Azərbaycanda Demokratiya” adlı 

seminarında iştirak edən Azərbaycanın siyasi partiyalarının və bloklarının 

nümayəndələri bu Davranış Konsensusuna imza atmaqla, Azərbaycanin gələcəyi 

üçün siyasi fikir və  təcrübəmizə  rəhbərlik edəcək aşağıdakı mühüm vəzifələrin 

icrasına ictimaiyyət qarşısında söz veririk: 

 

 



1.

 

Biz qəbul edirik ki, Azərbaycanda gedən bütün siyasi proseslərin, eləcədə, bütün 



siyasi partiyaların və siyasətçilərin fəaliyyətinin  əsasında Azərbaycan xalqının 

demokratik şəkildə ifadə olunmuş iradəsi dayanmalıdır; 

 

2.

 



Biz inanırıq ki, hətta münaqişəli vəziyyətlərdə belə, demokratik partiyalar, 

iqtidarda və ya müxalifətdə olmalarından asılı olmayaraq, dialoq və əməkdaşlığa 

hazır olmalıdırlar; 

 

3.



 

Biz razılaşırıq ki, azad rəqabət, seçkilər, eləcədə, mütəmadi hakimiyyət 

dəyişiklikliyi vətəndaşların siyasi hüquqlarına hörmət bəslənən və  həmin 

hüquqların həyata küçirildiyi açıq cəmiyyətdən asılıdır. Partiyalar demokratiyanın 

bu ilkin şərtinə hörmət etməlidirlər və hakimiyyət mövqelərindən çəmiyyət 

strukturları üzərində inhisar yaratmaq və ya vətəndaşların azadlıqlarını 

məhdudlaşdırmaq məqsədilə istifadə etməməlidirlər. Açıq cəmiyyət olmadan 

demokratiya və ya fərdi azadlıqlar yoxdur.  

 

4.

 



İqtidar partiyasının müxalifət partiyaları, fərdi  şəxslər və ya sosial qruplar  

tərəfindən tənqid olunması  demokratiyanın ayrılmaz bir hissəsidir və 

kriminallarşdırılmamalı və əngəlləşdirilməməlidir. Eynilə müxalifət tərəfi iqtidar 

tərəfini destruktiv fəaliyyəti ilə seçkii vasitəsilə  əldə etdiyi səlahiyyətlərini icra 

etməsinə maneçilik törətməməli və məqsədləri bütün vasitələrdən istifadə edərək 

yalnız hakimiyyəti ələ almaq olmamalıdır. 

 

5.

 



Siyasi hakimiyyətin mütəmadi dəyişilməsini demokratiyanın  əsas elementi kimi 

qəbul edirik. Heç bir partiya və ya fərdi  şəxs  hər hansı bir ideoloji, dini və ya 

şəxsi hakimiyyət marağı  əsasında, siyasi hakimiyyəti inhisarlaşdırmaq 

səlahiyyətinə malik deyil. Bütün partiyalar azad və  ədalətli seçkilər nəticəsində 

əldə edilən məhdud müddətli hakimiyyət uğrunda aparılan açıq rəqabətin qayda 

və şərtlərinə riayət etməlidirlər.  

 

6.

 



Biz hakimiyyətin qanunverici, icraedici və  məhkəmə orqanları arasında 

bölünməsini dəstəkləyirik. Parlamenin mərkəzi roluna və Prezident və 

hökümətdən asılı olmayan müstəqil mövqeyinə, hakimiyyətin hökümətin qanuna 

müvafiq sərəncam və göstərişiləri  əsasında fəaliyyət göstərən icraedici qolunun 

siyasi partilardan ayrılmasına, eləcədə, məhkəmə hakimiyyətinin siyasi 

hakimiyyətin təsir və təzyiqlərindən asılı olmamasına hörmət bəsləyirik. 




 

 

7.



 

Biz insan hüquqları  və qanunun aliliyi prinsiplərini konstitusiya və beynəlxalq 

sənədlər tərəfindən  yaradılmış insan hüquqlarının ayrılmaz öhdəlikləri ilə 

hökümətin və siyasi partiyaların gücünü məhdudlaşdırmamaq effektini; 

demokratiyanın keyfiyyəti üçün zəruri konstisional əsasda yaradılmış 

qanunvericilik və siyasi partiyaların fəaliyyəti üçün müvafiq məhdudiyyətə 

əsaslanan bütün tərəflərin fundamental hüquqlarına (Söz Azadlığı, Toplaşma 

Azadlığı, Mətbuat Azadlığı, Seçib Seçilmək Hüququ, Birləşmə Azadlığı) və 

Qanunun Aliliyinə hörməti qəbul edirik. 

 

8.



 

Biz ölkənin iqtisadi və maliyyə strukturları ilə  əlaqədar hökumətin və siyasi 

partiyaların maraqları arasında aydın fərq ilə razılaşırıq. Bütün tərəflər, xüsusilə, 

iqtidar siyasi partiyaları öz partiya maraqlarını  və qüvvələrini gücləndirmək 

naminə inzibati strukturlar, ictimai yerlər, mülki xadimlər, vergilər kimi maliyyə 

sərvətlərindən sui istifadə etməməlidirlər.  

 

9.

 



Biz hesab edirik ki, siyasi partiyaların və hökümətin təzyiqindən  azad olan 

ictimai yayımın müstəqilliyi daxil olmaqla müstəqil və azad mətbuat, tam 

funksional və ədalətli siyasi demokratik proses və rəqabət üçün digər bir əsasdır.  

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə