Gənc nəSLƏ ÖRNƏK ÖMÜRLƏR



Yüklə 76,52 Kb.

tarix14.05.2018
ölçüsü76,52 Kb.


     

Azərbaycan Respublikası

 Mədəniyyət və Turizm Nazirliyi 

"

GƏNC NƏSLƏ ÖRNƏK ÖMÜRLƏR" 



 Sentyabr ayında yubileyi olan Milli Qəhrəmanlar  haqqında

 

BİBLİOQRAFİK İCMAL 

Bakı-2016 


 

 



“Vətən yolunda şəhid olanlar ölmürlər,  

xalqın qəlbində, ürəyində əbədi yaşayırlar...  

Biz onların  qəhrəmanlığı, şəhidliyi ilə fəxr 

edirik. Bu, bizim millətimizin iftixarıdır!”  

                                                                                   

Ümummilli lider Heydər Əliyev 

 

Azərbaycan  tarixən  qəhrəmanlar  yurdu,  igidlər  məskəni  olub.  Neçə-neçə 

ərənlər  yetişdirib  bu  müqəddəs  torpaq,  bu  ulu  diyar!  Bu  torpaq  Babəklərin, 

Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar keçmişdə də  olub, bu gün də 

var,  onlar  sabah  da  doğulacaqlar!  Son  dövrlərin  narahat  dünyası,  zorla  cəlb 

edildiyimiz  Qarabağ  savaşı  bir  daha  göstərdi  ki,  Azərbaycan  indi  də  igidlər  diyarı, 

qəhrəmanlar  ölkəsidir.  Çünki  bu  torpaq  halal  torpaqdır.  Kimlərinsə  əlindən  alın-

mayıb, kimlərdənsə zəbt olunmayıb. Halal bir torpağın övladları isə qəhrəman olmaya 

bilməz.  Hər  insan  da  şəhid  və  qəhrəman  ola  bilməz!  Qəhrəmanlar,  şəhidlər  Vətəni, 

torpağı, Milləti və  Dövləti canından və ailəsindən artıq sevənlərdir. Onlar cəsarətin, 

hünərin  ,  qorxmazlığın,  şərəfin,  namusun,  qeyrətin,  fədakarlığın  simvollarıdır.  Onlar 

bizim, millətimizin, dövlətimizin qüruru, iftixarıdırlar.  

 

Biz torpaqdan boy atıb, torpaqdan ucalmışıq. Torpaq bizim anamızdır. Torpaq - 



beşiyimiz və məzarımızdır. Böyük türk şairi demişkən: “Torpaq - uğrunda ölən varsa, 

Vətəndir!”  Deməli,  torpağı  Vətənə  çevirən,  onun  adını  al  qanı  ilə  günəşli  üfüqlərə 

yazan - onun övladlarıdır.  

Əziz oxucular, bu günkü icmalın əsas mövzusu Vətən yolunda canından keçən 

bu  cür  qəhrəman  oğullardan  sentyabr  ayında  yubileyləri  olan  -  Azərbaycanın  Milli 

Qəhrəmanı  Kərimov Kazımağa Mövsüm oğlu, 

Məmmədov Seymur Qəhrəman oğlu

   , 


Qubadov  Arif  Vəliş  oğlu,  Yusifov  Zakir  Tofiq  oğlu    və  Mirələkbər  Mirələsgər  oğlu 

haqqındadır. Onlar adi insanlar deyillər. Hər birinin sinəsində Azərbaycanımıza sevgi 

dolu  atəşin  bir  ürək  döyünürdü.  Onlar  neçə  dəfə  ölümün  üstündən  keçib,  düşmən 

üstünə  yerimişdilər.  Ürəklərində  hələ  nə  qədər  arzuları  var  idi!  Onlar  öz  həyatlarını 

Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlərdilər. Onlar ad-san, 

şan-şöhrət  üçün  vuruşmurdular,  müqəddəs  amal,  müqəddəs  vətən  torpağının 

toxunulmazlığı uğrunda vuruşurdular.  

 Yaşasaydılar  hərəsi  öz  ailəsi  və  yaxınları  ilə  bu  ay  ad  günlərini,  yubiley 

yaşlarını  qeyd  edəcəkdilər...  İndi  isə  onları  bütün    Azərbaycan  xalqı  yad  edir  və 

müqəddəs  ruhları qarşısında  ehtiramla baş əyir. 




 

 



Azərbaycanın ilk Milli Qəhrəmanı Kazımağa Kərimov-

65

       

               

(01.09.1951-15.06.1992) 

 

 

Azərbaycanın  ilk  Milli  Qəhrəmanı  adına  layiq  görülən 



şəxs-lərdən biri olan Kazımağa Möhsün oğlu Kərimov 1951-ci il 

sentyabrın  1-də  Qubadlı  rayonunun  Sarıyataq  kəndində  ziyalı 

ailəsində  anadan  olmuşdur.  Qubadlı  rayon  orta  məktəbini 

bitirdikdən  sonra  rayonun  “Avanqard”  qəzetinin  mətbəəsində 

yığıcı işləmiş ,  1970-ci ildə Azər-baycan  Dövlət Universitetinin 

(indiki BDU) Jurnalistika fakültəsinə daxil olmuşdur.  

 

Universiteti  bitirdikdən  sonra  təyinatla  “Azərbaycan 



məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində 

çalışmışdır. Sonralar Goranboy rayon Qızılhacılı kəndində Aqrar 

Sənaye  Bir-liyində  hüquq  məsləhətçisi  kimi  işə  qəbul 

olunmuşdur.  1988-ci  ildə  vətəndaşlıq  borcunu  yerinə  yetirmək  üçün  cəbhə  bölgəsinə 

yollanmışdır.  Kazımağa  Kərimov  1991-ci  ildə  Goranboy  rayonunda  yaradılan  könüllü 

özünümüdafiə  batalyonlarından  birinə  komandir  müavini  təyin  olunmuş  və  baş  leytenant 

rütbəsi ilə doğma torpaqlarımızın müdafiəsinə qalxmışdı. İlk günlərdən bir çox mühüm hərbi 

əməliyyatlarda  iştirak  etmiş,  Goranboy  rayonunun  Gülüstan,  Qaraçinar,  Manas,  Şəfəq, 

Tapqaraqoyunlu  kəndləri  uğrunda  gedən  döyüşlərə  komandanlıq  etmişdir.  Kazımağa 

Kərimov 1992-ci ilin 12-13 iyun tarixlərində Goranboy rayonunun azad olunması uğrunda 

həyata  keçirilən  döyüşdə  ayağından  ağır  yaralanmış,  lakin  çox  qan  itirdiyindən  onun 

həyatını xilas etmək mümkün olmamışdır. 1992- ci il iyun ayının 15-də vəfat etmişdir. Bakı 

şəhərindəki  Şəhidlər  Xiyabanında  dəfn  edilmişdir.  Azərbaycan  Respublikası  Prezidentinin 

23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Kərimov Kazımağa Mövsüm oğluna ölümündən 

sonra  “Azərbaycanın  Milli  Qəhrəmanı”  fəxri  adı  verilmişdir.  Qızılhacılı  kənd  Mədəniyyət 

evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur. Yaşasaydı bu il sentyabrın 

1-də 65 yaşı tamam olacaqdı. Qəhrəman döyüşçü evli idi, bir oğlu yadigar qalıb.   

Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Seymur Qəhrəman oğlu - 

45

 

(18.09.1971-01.04.1992)

 

 

Məmmədov  Seymur  Qəhrəman  oğlu  18  sentyabr  1971-ci 



ildə  Füzuli  rayonunda  dünyaya  göz  açmışdır.  1978-ci  ildə  2  saylı 

Füzuli  rayon  orta  məktəbinə  daxil  olmuş,  1988-ci  ildə  məktəbi 

bitirmişdir. 

 

Elə  həmin  il  Azərbaycan  Politexnik  İnstitutunun  elektro-



texnika fakültəsinə daxil olmuşdur. Təhsil almaqla  yanaşı, həm də 

Füzuli şəhər rabitə şöbəsində işləyirdi. 

 

1991-ci  ildən  isə  hərbi  xidmətə  başlamışdır.   Vladimir 



vilayətinin Kovrov şəhə-rində artilleriya kursu keçir və Almaniyaya 

göndərilir.  Bir  müddət  sonra  isə  xidmətini  Ukraynanın  Çerniqov 

şəhərində  davam  etdirir.  Hərbi  xidmətdən  vətənə  qayıdaraq,  özünümüdafiə  batalyonuna 

yazılır. 




 

 



 

Gedən  döyüşlərdə  və  çətin  əməliyyatlarda  iştirak  edir,  Məlikcan  kəndinin 

ermənilərdən  təmizlənməsi  uğrunda  gedən  qeyri-bərabər  döyüşdə  1  aprel  1992-ci  ildə 

S.Məmmədov qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 11 avqust 

1992-ci  il  tarixli  131  saylı  fərmanı  ilə  Məmmədov  Seymur  Qəhrəman  oğluna  ölümündən 

sonra "Azərbaycanın  Milli  Qəhrəmanı"adı  verilmişdir.  Subay  idi.  Bakı  şəhərinin  Şəhidlər 

xiyabanında dəfn edilmişdir. 

Təhsil aldığı orta məktəb onun adını daşıyır. 

 

Azərbaycanın Milli Qəhrəmanı Qubadov 

Arif Vəliş oğlu-

50

  

(20.09.1966-25.09.2009) 50 

 

 

Arif  Vəliş  oğlu  Qubadov  20  sentyabr  1966-cı  ildə  Cəlilabad 



rayonunun  Əliqasımlı  kəndində  anadan  olmuşdur.  1983-cü  ildə  kənd 

orta  məktəbini  bitirmiş,  1984-cü  ildə  hərbi  xidmətə  çağırılmışdır. 

Xidmətini  SSRİ-nin  müxtəlif  yerlərində  keçmişdir.  1992-ci  ildə 

vətənə  qayıdaraq,  Milli  Orduda  xidmət  etməyə  başladı.  1992-ci  ildə 

Sədərək  bölgəsi  uğrunda  gedən  döyüşdə  qəhrəmanlıq  göstərmiş, 

düşmənin  bir  sıra  texnikasını  məhv  etmişdir.  1993-cü  ildə  Ağdam 

rayonuna  göndərildi.  Əfətli,  Yusifcanlı  kəndlərinin  azadlığı  uğrunda 

mübarizədə iştirak etmişdir. 1993-cü ilin avqustunda taboru ilə Füzuli 

bölgəsinə  yollanır.  1994-cü  ildə  Tərtər  və  Ağdərə  döyüşlərində  fəal 

iştirak etmiş, rəşadəti ilə seçilmişdir. 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini 

bitirmişdir.  2001-ci  ildə  Azərbaycan  Respublikası  Sərhəd  Qoşunları  Hərbi  Akademiyasına 

daxil olmuş, 2003-cü ildə bitirmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-

ci  il  tarixli  307  saylı  fərmanı  ilə  Qubadov  Arif  Vəliş  oğluna  "Azərbaycanın  Milli 

Qəhrəmanı" fəxri  adı  verilmişdir. Polkovnik  -  leytenant rütbəsinə  yüksəlmişdir. 2009-cu  il 

25  sentyabrda  uzun  sürən  xəstəlikdən  vəfat  etmişdir.  Ailəli  idi.  Cəlilabad  rayonunun 

Əliqasımlı kəndində dəfn olunmuşdur.

 

Azərbaycanın Milli Qəhrəmanı Yusifov Zakir Tofiq oğlu - 

60

  

(29.09.1956-11.10.1992)  

 

29  sentyabr  1956-cı  ildə  Bakı  şəhərində  doğulmuşdur.  1974-



cü ildə 194 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki 

Təyyarəçilik  Məktəbinə  daxil  olmuşdur.  1977-ci  ildə  təhsilini  başa 

vuraraq, Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlamışdır. AN-2 

təyyarəsinin  komandiri,  eskadrilya  komandirinin  müavini,  eskad-

rilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-

müfəttişi... Belə çətin,  məsul vəzifələrdə  çalışsa da ali təhsil almağı 

da  unutmurdu.  O,  1988-ci  ildə  Bakı  Dövlət  Universitetinin  hüquq 

fakültəsinin  qiyabi  şöbəsini  bitirmişdir.  Respublikada  ilk  hərbi 

vertolyot  eskadrilyasının  yaradılması  nə  qədər  ağır  və  çətin  iş  olsa 

da,  o,  Azərbaycanın  Milli  Qəhrəmanı  Yavər  Əliyevlə  birlikdə  bu  işi  öz  öhdəsinə 

götürmüşdü.  Zakir  Yusifov  az  vaxtda  Mİ-24  vertolyotunu  bütün  incəliklərinəcən  öyrən-



 

 



mişdi. Sonra döyüş tapşırıqları, Qarabağa uçuşlar... Bu uçuşlar arasında ən  yadda qalanlar-

dan  biri,  sözsüz  ki,  aprel  ayının  11-də  Füzuli-Xocavənd  istiqamətində  həyata  keçirdikləri 

uçuş  idi.  Zakir  Yusifov  həmin  gün  ilk  dəfə  idi  ki,  hərbi  vertolyot  komandiri  kimi  havaya 

qalxmışdı.  Uçuş  uğurlu  oldu.  Onlar  döyüş  tapşırığını  müvəffəqiyyətlə  yerinə  yetirib  geri 

qayıtdılar.  Cəsur  komandir  yüzdən  artıq  hərbi  uçuş  keçirərək  Əsgəran,  Füzuli,  Xocavənd, 

Tərtər,  Ağdərə,  Şuşakənd  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmiş  və  Azərbaycan  Hərbi 

Aviasiyasının  döyüş  salnaməsinə  şanlı  səhifələr  yazmışdır.  11  oktyabr  1992-ci  il...  Zakir 

Yusifovun son uçuşu... Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vuruldu. 

Bütün heyət həlak oldu. 

Ailəli idi. İki qızı yadigar qalıb. 

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə 

Yusifov Zakir Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı 

verilmişdir. 

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri  

onun adını daşıyır. 

 

Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mirələkbər 

Mirələsgər oğlu -

55 

 (30.09.1961-05.03.1994)  

 

30  sentyabr  1961-ci  ildə  Qərbi  Azərbaycanın  Vedibasar 



mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş, 

sonra  Bakı  şəhərinə  köçmüşlər.1978-ci  ildə  Bakı  şəhərindəki  158 

saylı  orta  məktəbi  bitirmiş  və  hərbi  xidmətə  getmişdir.  Daha  sonra 

Bakıda  153  saylı  orta  məktəbdə  ibtidai  hərbi 

hazırlıq  müəllimi 

işləmişdir.  Qarabağda  ermənilərin  törətdikləri  ağılasığmaz 

vəhşiliklər Mirələkbəri bərk narahat edirdi. O, könüllü olaraq cəbhəyə göndərilməsini 

xahiş  edir.  1993-cü  ildə  onu  yenicə  yaradılmış  Yasamal  taboruna  komandir  təyin 

edirlər.  Mirələkbər  öz  taboru  ilə  Füzuli  rayonunun  Kürdmahmudlu,  Aşağı 

Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Onun son 

döyüü  5  mart  1994-cü  ildə  olur.  Mənfur  erməni  quldurları  iki  kəndi  işğal  etdir.  Əks 

hücuma  keçən  cəsur  komandirin  taboru  kəndləri  azad  edir.  Bu  döyüşdə  faşist 

ermənilərin  gülləsinə  tuş  gələn  Mirələkbər  qəhrəmancasına  şəhid  olur.  Evli  idi,  bir 

övladı  yadigar  qalıb.  Bakı  şəhərinin  ġəhidlər  xiyabanında  dəfn  edilmişdir.  Vaxtilə 

dərs dediyi 153 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır. 

 

Qədirbilən  Azərbaycan  xalqı  öz  qəhrəman  övladlarını  heç  vaxt  unutmur.  On-



ların  qəhrəmanlıq  yolundan  bəhs  edən  neçə-neçə  kitablar  yazılıb,  sənədli  filmlər 

çəkilib, internetdə və kütləvi informasiya vasitələrində adları  ehtiramla yad olunur.  

 



 

 



 

Gənc nəslin  vətənpərvərlik  ruhunda tərbiyəsində   böyük  rolu   olan C.Cabbarlı 

adına  Respublika  Gənclər  Kitabxanasının  fondunda  da  Milli  Qəhrəmanlarımız 

haqqında  bir  sıra  kitablar  var.  Dövri  mətbuatda  və  ardı  davam  edən  nəşrlərdə  Milli 

Qəhrəmanlar  haqqında  çıxan  məqalələr  kitabxana  qaydasında  işlənərək  ənənəvi  və 

elektron  kartotekada  ayrılmış  “Milli  Qəhrəmanlar”  bölməsində  yerləşdirilib. 

Kitabxanamızda həmçinin Milli Qəhrəmanlar haqqında  stend tərtib edilib,  il ərzində 

maraqlı və yaddaqalan tədbirlər keçirilir. 

 

Mən  bu  gün  Sizə  kitabxanamızın  fondunda  olan  Milli  Qəhrəmanlara  həsr 



olunmuş kitablardan bir neçəsinin icmalını  təqdim edirəm: 

 1.  Heydər  Əliyev    Azərbaycanın  Milli  Qəhrəmanları        

/ red. N. Məmmədov [et al.] ; foto: R. Bağırov, O. Aydın-

oğlu. - Bakı : "Abşeron Nəşr" MMC, 2013.- 224 s. : rəngli 

foto  ;  25  sm.  -  Kitab  Ümummilli  Liderimiz  Heydər 

Əliyevin 90 illik yubileyinə həsr edilmişdir. 

 

Bu  kitab  şəhidlik  zirvəsinə  ucalan,  öz  ölümləri  ilə 



ölümsüzlüyə  qovuşan,  adlarını  hərb  tariximizə  qızıl  hərf-

lərlə  yazan,  Qəhrəmanlıq  səlnaməsini  yazaraq  Qəhrə-

manlıq zirvəsinə ucalan  Azərbaycan Respublikasının ərazi 

bütövlüyü  uğrunda  mərdlik  və  şücaət  göstərərək  Azərbay-

canın  Milli  Qəhrəmanı  adına  layiq  görülmüş  193  şəhid 

Milli Qəhrəman ailələri və 18 sağ Milli Qəhrəmanlarla Ümimmilli Liderimiz Heydər 

Əliyevin görüşlərindən, onlara göstərilən diqqət və qayğıdan bəhs edilir.  

2. Əliyev, Oqtay Bəndalı oğlu. Heydər Əliyev  və Azərbay-

canın  Milli Qəhrəmanları - Müqəddəs amal / O. B. Əliyev,   

N. O. Abbasov; red. Ə. Ə. Amaşov.- Bakı : Ərgünəş, 2015. - 

360 s. 

 

Kitabda  Ümummilli  Liderimiz  Heydər  Əliyevin  və 



Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı  Qüvvələrin 

Ali  Baş  Komandanı  İlham  Əliyevin  ölkəmizin  ərazi 

bütövlüyü  uğrunda  mərdlik  və  şücaət  göstərərək  Azərbay-

canın  Milli Qəhrəmanı  adına  layiq  görülmüş  şəhid Milli



 

Qəhrəman  ailələri  və  yaşayan Milli Qəhrəmanlarla  görüş-

lərində  dövlət  tərəfindən  onlara  göstərilən  diqqət  və 

qayğıdan bəhs edilir.  



 

 


 

 



 

3.  Vüqar  Əsgərov.  Azərbaycanın  Milli  Qəhrəmanları.-  Bakı: 

Respublika Xatirə Kitabı Redaksiyası, 2005. -251 s. 

 

Bu kitabın həcmi kiçik olsa da, siqləti, məna tutumu böyük-



dür.  Burada  Azərbaycanın  adını  ucadan-uca  tutan  209  qəhrəman 

baş-başa verib. Hər birinin öz döyüş hünəri, rəşadəti, öz tərcümeyi-

halı...  Onların  hamısını  eyni  məqsəd,  eyni  amal  birləşdirirdi: 

Azərbaycanın  suverenliyi,  dövlətçiliyi  və  torpaqlarımızın  bütöv-

lüyü!  Azərbaycanın  Milli  Qəhrəmanları  barədə  çox  yazılıb, 

ekrandan,  efirdən  çox  deyilib,  ayrı-ayrı  kitablar  buraxılıb,  sənədli 

filmlər  çəkilib.  Lakin  ilk  dəfədir  ki,  onların  hamısını  “bir  dam 

altında”  toplayan  belə  bir  toplu  işıq  üzü  görüb.  Gərgin  zəhmət 

bahasına başa gəlib bu kitab. Kitabı Qarabağ müharibəsinin iştirakçısı Vüqar Əsgərov neçə 

müddət  respublikamızın  əksər  rayonlarına  gedərək  qəhrəmanların  doğmaları,  yaxınları, 

dostları, tanışları ilə görüşmüş və zəngin faktlar toplayaraq  yazmışdır. 

4.

  

Seyidzadə, Mirbəşir Mirsultan oğluMilli qəhrəmanlar 

zirvəsi / M. M. Seyidzadə ; ön sözün müəl. Q. Ə. Paşayeva ; 

red. N. Vəliyev. - Bakı : CBS Polygraphic Production, 2010. 

- 256 s.  

 

Kitab  Azərbaycanın Milli Qəhrəmanlarına  həsr  edil-



mişdir.  Kitabda  torpaqlarımızın,  dövlətçiliyimizin  toxunul-

mazlığı,  elindən-obasından  didərgin  salınmış  yurddaşla-

rımızın  müdafiəsi  uğrunda  mübarizə  apararaq,  misilsiz 

igidliklər  göstərən  Azərbaycanın Milli Qəhrəmanlarının 

həyat  yolu,  döyüş  bölgələrində  göstərdikləri  şücaətləri 

işıqlandırılır. 



 

5.  Əlamətdar  və  tarixi  günlər  təqvimi  -  2016 /  baş  red.  K.Tahirov;  red.  G.Səfərəliyeva; 

məsul  katib  N.  Alışova;  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası.-  Bakı,  2016.- 

430 s.  

    

Sizə təqdim etdiyimiz “Əlamətdar və tarixi günlər təqvimi” 1961-ci ildən nəşr edilir. 

2005-ci  ildən  isə  “Əlamətdar  və  tarixi  günlər  təqvimi”  adı  ilə  nəşr  olunur.  Bu  illər  ərzində 

təqvim  daha  da  təkmilləşdirilmiş,  mövzu  üzrə  bölmələrin  sayı  artırılaraq  həcmi 

genişləndirilmiş,  geniş  məlumat  mənbəyi  kimi  formalaşdırılmışdır.  Təqvimi  nəşr  etməkdə 

əsas  məqsəd geniş  oxucu  kütləsinə və  mütəxəssislərə  respublikanın ictimai-siyasi, iqtisadi, 

mədəni,  elmi  həyatında  baş  verən  mühüm  əlamətdar  hadisələri  və  başqa  dəqiqləşdirilmiş 

məlumatları çatdırmaqdır. Təqvimdə son dövrlərdə cəlb olunduğumuz müharibə ilə əlaqədar 

torpaqlarımızın  azadlığı  uğrunda  gedən  döyüşlərdə    göstərdiyi  igidliyə  görə  Azərbaycanın 

Milli Qəhrəmanı adını alan Vətən övladları haqqında  bölmə də  yer alıb. Təqvimdə hər ay 




 

 



yubiley yaşı olan Milli Qəhrəmanlar üçün səhifə ayrılıb və həmin səhifədə Milli Qəhrəmanın 

şəkli,  həyatı  və  keçdiyi  döyüş  yolu  və  haqqında  ədəbiyyat  siyahısı  verilir.  Bu  gün  söhbət 

açdığımız    Milli  Qəhrəmanların  da  hər  biri  haqqında  məlumatı  bu  kitabdan  əldə  edə 

bilərsiniz.  Kitabın tam mətni google.az və anl.az saytlarında da yerləşdirilib.  

6.  Azərbaycanın  Milli  Qəhrəmanları:  biblioqrafiya  /  Tərt.  ed.:    

H. Həmidova.- Bakı, 2008.- S.112.  



 

Sizə  təqdim  olunan  bu  biblioqrafik  vəsait  Vətənimizin 

tarixində,  millətimizin  ürəyində  özlərinə  ölməzlik    abidəsi  ucaldan 

Azərbaycanın  Milli Qəhrəmanlarına həsr edilmişdir.  

 

Biblioqrafiyada  1992-2007-ci  ilin  may  ayına  qədər  kitab, 



məcmuə  və  dövri  dövri  mətbuat  səhifələrində  dərc  edilmiş 

publisistik  məqalələr  və  bədii  ədəbiyyat  nümunələri  toplanmışdır. 

Göstərici tövsiyə xarakteri daşıyır. 

 

Vəsaitdə  materiallar    Milli  Qəhrəmanların  soyadlarının  



əlifba  sırası  ilə  verilmişdir.  Əvvəlcə  Milli  Qəhrəman  adına  layiq 

görülmələri  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı,  sonra  onların 

qəhrəmanlıqlarını tərənnüm edən ədəbiyyat  verilmişdir. Vəsaitdən  istifadəni  asanlaşdırmaq 

məqsədilə  burada  3  köməkçi  göstərici:  “  Müəlliflərin  əlifba  göstəricisi”,  “”  Sərlövhələrin 

əlifba göstəricisi və  “ Coğrafi adlar göstəricisi” verilmişdir.  

 

Yuxarıda haqqında danışdığımız  Milli Qəhrəmanların hər biri  haqqında bu vəsaitdən 



məlumatlar  əldə edə bilərsiniz. 

 

Nəhayət  çıxışımı  bu  fikirlərlə  yekunlaşdırmaq  istəyirəm.



  Vətən  bizim  varlığımız, 

fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını 

qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar  isə heç vaxt 

unudulmur,  öz  ölümləri  ilə  ölümsüzlüyə  qovuşurlar. Onlar  qədirbilən  xalqımızın 

qəlbində əbədi yaşayır, gələcək nəslə örnək kimi həmişə xatırlanır və xatırlanacaq. 

 

 



 

 

 

 

 


 

 



 

 

İcmalı hazırladı:         İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı  

             Məmmədova Tamella 

 

 

 

 

 

Ünvan: 

Az 1065, Yasamal rayonu, Bakı şəhəri N.Nərimanov küç., 203 

Е-mail: ryl.az@mail.ru       

 

URL: www.ryl.az



 

 

 



Əlaqə telefonları: 

(+994 012) 538 02 47 

                    538 54 57  

                    538 93 54 



 

 

 

 




 

10 


 

 

 

 

 

 

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə