GəNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti


MÖVZU XII FƏRDİ İNKİŞAFIN GENETİK ƏSASLARI



Yüklə 2,04 Mb.
səhifə14/23
tarix08.04.2018
ölçüsü2,04 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

MÖVZU XII
FƏRDİ İNKİŞAFIN GENETİK ƏSASLARI

Mövzunun planı:

  1. Ontogenez

  2. İlkin differensiasiya

  3. Ekspressivlik və penetrantliq

4. Ontogenetik adaptasiaya

5.Ontogenezin diskretliliyi

6. Genin fəaliyyətini öyrənməkdə transplantasiya üsulunun mahiyyəti

7.Genetik prosesə sistemli nəzarət


Ədəbiyyat


  1. Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002.

  2. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003.

  3. Qurbanov F. H., İbrahimov A.Q., Seleksiya və toxumçuluq (laborotor-praktikum). Bakı 2012

  4. Axundova E. M. Ekoloji genetika. Bakı, 2006.

  5. İsmayılov A. S. və b. Genetikadan praktikum. Bakı, 1986.

  6. Turabov T. Genetika. Gəncə, 1997.

  7. Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005.

  8. Seyidəliyev N.Y. Genetika, seleksiya və toxumçuluq. Dərs vəsaiti, Bakı, 2010.

  9. Супотницкий М. В. Словарь генетических терминов. — М: Вузовская

книга, 2013.  508 с. — (Словари. Справочники). — ISBN 5-9502-0201-5.

10. Инге-Вечтомов С.Г. Генетика с основами селекции: учебник для

студентов высших учебных заведений / С. Г. Инге-Вечтомов. — СПб.: Изд-


  1. во Н-Л, 2010. — С. 597-658. — 720 с. — ISBN 978-5-94869-105-3

Mühazirəçi: A.e.e.d., professor Nizami Seyidəliyev

  1. Ontogenez

Hər bir canlı dünyaya gəldiyi vaxtan daha ölənə qədər keçirdiyi dövr ontogenez adlanır. Ontogenezin mənası fərdi inkişaf deməkdir.

Cinsiyyətli çoxalan orqanizmlərdə fərdi inkişaf –ontogenez mayalanmış yumurta hüceyrəsindən –ziqotdan başlayır. Fərdi inkişaf embrional və postembrional inkişafdan ibarətdir. Məlum olduğu üzrə fərdi inkişaf orqanizmin genotipi ilə idarə olunur. Genlər valideynlərdən övladlara cinsiyyət hüceyrələri ilə keçir. Genlər müəyyən zülalların sintezini təmin edir. Əlamətləri yaradan isə 20 cür amin turşusunun müxtəlif uzlaşmaları sayəsindən həddən artıq mövcud olan müxtəlif zülallardır. Canlıların bir –birindən müxtəlif əlamətləri ilə fərqlənməsi əasaən zülal tərkibinin mqxtəlifliyi ilə müəyyənləşir. Zülalların sintezini idarə edən genlər isə xromosmların tərkib hissələrini təşkil edən DNT molekullarının müəyyən sahələrindən ibarətdir. Deməli, fərdi inkişaf və onun bütün mərhələləri orqanizmin genotipində proqramlaşmışdır. Mayalanmış bir yumurta hüceyrəsi elə böyük potensial imkana malikdir ki, ondan gələcək tam bir orqanizmin bütün toxumaları, orqanları və sistemləri meydana gəlir. Lakin bu imkanlar tədricən realizə olunur. Əgər genotipini təşkil edən genlərin hamısı eyni zamanda fəaliyyətə gəlmiş olsa, onda gərək ziqotdan bir anda yetkin bir orqanizm meydana gələydi. Lakin, genlər tədricən fəaliyyətə keçərək fərdi inkişafın bütün mərhələlərini idarə edir. Fərdi inkişaf genlərin fəaliyyətindən asılı olmasına baxmayaraq, xarici mühit şəraitinin bu prosesdə böyük rolu vardır. Bir virus, bir bakteriya və başqa bir mürəkkəb canlı öz böyüməsi və inkişafı üçün lazım olan maddələri tapması, o dünyaya gəldiyi anda məhv olar. Orqanizmlər həmin maddələri xarici mühitdən alır. Xarici mühitdə çoxlu miqdarda müxtəlif maddələr möcuddur. Bunlardan hansılarının istifadə olunmasını da genlər idarə edir.

Südlü inək öz nəslinə bol süd verməyi təmin edən genləri keçirir. Lakin bu genlərin funksiyasının realizə etmək dərəcəsi yemin miqdarı, keyfiyyəti, bir sözlə, bəslənilmə şəraitindən asılı olaraq dəyişir. Eyni genlər şəraitindən asılı olaraq həm çox, həm də az süd əmələ gətirə bilir.


  1. İlkin differensiasiya

Məlumdur ki, heyvanlarda ilkin morfoloji differensiasiya yumurtanın sitoplazmasının quruluşu və onun xarici qatı ilə (kortekale) müəyyənləşir. Məs, bəzi amfibilərdə və onurğasızlarda nüvəsi çıxarılmış yumurta aktivləşdirildikdən sonra blastula mərhələsinə qədər inkişaf etmək qabiliyyətini saxlayır. Korteks funksional olaraq diskertdir. Onun animal zonasından ektoderma, “boz oraqvari” zonasından mezoderma və vegetativ zonasından entoderma inkişaf edir. Deməli, yumurta hüceyrə mayalanmaya qədər differensə olunmuşdur. Mayalanmadan sonra yumurta daha dəqiq və incə differensiasiyası aşkar olunur. Bu da rüşeymin ilk mərhələdə inkişafını determinə edir.

Mitoz bölünmədən meydana çıxmış blastomerlər eyni genoma malik olur. Lakin korteks sahəsinin və sitoplazmanın miqdarına görə eyni olmur. Bunun nəticəsində blastomerlər müxtəlif tərkibli sitoplazmaya malik olur. Elə ona görə də müxtəlif sitplazma tərkibli blastomerdə eyni genlər yox, müxtəlif genlərin fəaliyyəti tənzim olunur və bununlada differensiasiya baş verir. Deməli, differensiasiya prosesində nüvə və sitoplazma qarşılıqlı əlaqədə olur və bu zaman yumurta hüceyrə sitoplazmanın və korteks qatının əvvəlcədən formalaşması ana orqanizmi genotipinin fəaliyyətinin nəticəsidir. Sitoplazmatik irsilik öyrənilən bölmədə ana irsiliyini sübut edən dəlillər göstərildiyi üçün burada bu haqda danışılmayacaq. Meyozdan sonra yumurta hüceyrədə ancaq haploid yığımı xromosomların genləri saxlandığı halda, sitoplazmada diploid ana orqanizmin əmələ gətirdiyi gen məhsulları və ontogenezdə formalaşmış quruluş mövcud olur. Elə bunlar da yumurtanın ilkin inkişafını təmin edir. Bu maddə əvvəlcədən ana orqanizmi tərəfindən hazırlanmış məlumat RNT-dən ibarətdir. Həmin m-RNT rüşeymin inkişafının zülalın sintezi üçün matris ola bilər.

Məlumdur ki, onurğalı heyvanların oositlərində külli miqdarda m-RNT-si olur. Onun midarı somatik hüceyrələrdəkindən yüz və min dəfə çoxdur. Birinci meyotik bölünmədən əvvəl oosit 4 xromosom yığımına malik olur. Sitoplazmada külli miqdarda həlqəvi DNT molekul şəklində amplifikasiya olunmuş müvəqqəti plazmidlər meydana çıxır. Belə DNT molekullarından seqmentasiya əmsalı 45 olan r-RNT-lər traskripsiya olunur ki, bunlar da ribosom üçün işçi molekullardır. Oositlərdə həlqəvi DNT molekullarının meydana çıxma mexanizmi hələ məlum deyil.

Yuxarıda göstərilənlərdən göründüyü kimi molekulyar genetikanın inkişafı, fərdi inkişafın genetik mexanizmini öyrənməkdə böyük əhəmiyyəti olacaqdır.



3. Ekspressivlik və penetrantlıq

Eyni mutant gen ayrı-ayrı orqanizmlərdə müxtəlif dərəcədə öz effektini üzə çıxara bilir. Bu ontogenezin baş verdiyi xarici mühit şəraiti və onun genotipi ilə müəyyən olunur.

Ontogenezdə genin fenotipik təzahürü əlamətin üzə çıxma dərəcəsini dəyişdirə bilir. Bu hadisə ekspressivlik adlanır. Məsələn, toyuqlarda “əsmə” resessiv mutasiya baş verir. Bu mutasiyaya görə homoziqot cücələrdə çox zəif əsənlərə və çox qüvvətli əsənlərə rast gəlinir. Həmçinin homoziqot mutantlar arasında bu əlaməti üzə çıxmayan və tam üzə çıxan fərdlər də olur. Bu hadisəyə penetrantlıq deyilir.

Populyasiyadan penetrantlıq tam və qismən müşahidə olunur.

Penetrantlıq və ekspressivlik genotipində genlərin qarşılıqlı təsiri və genotipin xarici mühitin faktorlarına müxtəlif reaksiya ilə müəyyənləşir

4. Ontogenetik adaptasiaya
Bütün canlılar uyğunlaşma xüsusiyyətinə malikdir. Uyğunlaşma prossesində hüceyrə və orqanizmin funksional xüsusiyyətləri dəyişilir. Təbii seçmınin təsiri altında formalaşmış genotip 0ntogenezdə baş vermiş şəraitdə orqanizmin irsi uyğunlaşmasını müəyyən edir. Xarici mühitin faktorları müxtəlif olduğundan və dəyişmədiyindən təkamül prossesində seçmə fərdi uyğunlaşmanın xüsusi mexanizmini yaratmışdır.

Orqanizmin fərdi inkişaf prossesində onu əhatə edən xarici mühitin dəyişilən faktorlarına uyğunlaşmaq qabliyyətinə ontogenetik adoptasiya deyilir.

Ontogenetik adoptasiyanın sadə forması olan toxuma adaptasiyasına misal, infuzorların müxtəlif toksiki məhsullarda və ya yüksək temperaturada saxlandıqda onların bu faktorlara möhkəmliyinin artdığını göstərə bilərik.

Ontogenetik adaptasiyanın daha yaxşı mexanizmi çox hüceyrəlilərdə, xüsusi heyvanlarda mövcuddur. Hər şeydən əvvəl buraya orqanizmlərin daxili mühitinin daimiliynin saxlanılmasını təminedən fizioloji mexanizmi aid etmək olar. Həmin ontogenetik adaptasiyaya immunitet daxildir ki, bu da bütün orqanizmlərə aiddir.İmmunitet anadangəlmə (9 genotipik) və qazanılmış (fenotipik) ola bilər. Orqanizmə daxil olan kənaf zülalın antigen təsirindən heyvanın qanında ona müvafiq antitellər əmələ gələrək, onun həmin antigenə qarşı möhkəmliyini artırır. Yoluxmaya qarşı immunoloji müdafiə mexanizminin səfərbər olunması ontogenetik adaptasiya mexanizminin əsaslarından biridir.

İmmunitetə misal olaraq, ana və övlad qanının uyğunsuzluğuna səbəb olan rezus – faktoru göstərə bilərik. Əksər adamların eritrositləri makaka –rezus meymunların qanı ilə immunizmə olunmuş kroliklərin qan zərdabı ilə aqqlyutinasiya olduğu halda, bəzi adamların eritrositləri həmin zərdabın təsirindən aqqlyutinə olunmur.

Övlad antigeninə qarşı ana tərəfindən qanda antellərin hazırlanması heyvanlar aləmində də geniş yayılmışdır. Ana orqanizmi belə immun reaksiyası ilə özünü döl genotipi ilə müəyyənləşən antigenlərdən qoruyur. Bu hadisənin genetik və immunoloji mexanizmini bilərək, nigah zamanı nəzərə almaqla və həmçinin hamiləlikdə balanın sağlamlığını qorumaq olar.


5.Ontogenezin diskretliliyi
Ontogenez prosesində orqanizm tam sistem kimi mövcud olur. Odur ki, hər hansı əlamət və funksiyanın dəyişilməsi onunla əlaqədar olan hissələrə də təsir edir. Lakin fərdi inkişaf prosesində kəskin nəzərə çarpan fasiləlik də müşahidə edilir. Fərdi inkişaf prosesi qeyri–bərabər baş verir. Lakin bu zaman böyümə və differensiasiyasının xarakterini dəyişilməsini əks etdirən mərhələlərin keyfiyyətcə bir –birini əvəz etməsi baş verir.

Ontogenezin diskretliyi heyvanlarda müəyyən olunmuş inkişafına kritik mərhələsində özünü göstərir. İnkişafda kritik mərhələ bəzi orqanizmlərdə və toxumlarda müəyyən edilmişdir.

Hər bir orqan intensiv morfogenez anında kritik mərhələ keçirir. Bu dövrdə o, xarici mühitin faktorlarına çox həssas olur. Odur ki, xarici faktorlar orqanın kritik mərhələsində ona daha çox təsir edərək fenotipik dəyişkənlik yarada bilir.

Orqanizmin müəyyən inkişaf mərhələsində (kritik mərhələdə) xarici mühitin hər hansı faktorunu təsiri altında baş verən qeyri–irsi fenotipik dəyişkənliklər morfoz adını almışdır.

Bəzi morfozlar fenotipik olaraq mütasiyanı tam xatırladır. Belə morfozlar fenokopsiya adlanır. Fenokopiyalar mütasiyaları yamsılayır, lakin irsən ötürülür. Belə ki, onlar somatik hüceyrələrdə baş verib, uyğunlaşma əhəmiyyətinə malikdir.

6. Genin fəaliyyətini öyrənməkdə transplantasiya üsulunun mahiyyəti
Differensiasiya olunan toxumaların qarşılıqlı əlaqəsinin xarakterini öyrənməkdə toxumaların transplantasiyası (köçürülməsi) üsulundan istifadə olunur. Məsələn, CpCp genotipi (dominant gen olub, ətrafları qısa olur) toyuqların embrounun ətraf başlanğıcı hissəsini normal rüşeyimə keçirdikdə qısa ətraflar inkişaf edir. Deməli, CpCp ətraf başlanğıcının inkişafı avtonomdur, yəni bu anomaliya toxumanın genotipi ilə müəyyən olunur. Lakin belə genotipli mutant embiriondan göz başlanğıcını (həmin göz pleytrop təsir göstərərək gözü kiçildir) normal rüşeyimə köçürdükdə ondan normal gözlər inkişaf edir. Burada CpCp genotipli göz başlanğıcı toxuması avtonom deyildir, onun morfogenezi ətraf toxumanın genotipindən də asılıdır. Görünür ki, CpCp embrionlarında gözlərin inkişafı normal şəraitlə təmin olunmur.

Toxuma köçürməsində imunoloji toxuma uyğunsuzluğu çətinlik törədir. Bu çətinlik və ressipientin irsiyyəti ilə müəyyənləşir. Genlərlə determinə olunan uyğunluq və uyğunsuzluq cüt alternativ əlamətlərdir.

Donorun dominant genləri ilə müəyyən olunan antigenlərin təsirindən ressipientdə əmələ gələn ressesiv antigenlər uyğunsuzluğa gətirib çıxarır. Köçürülmüş toxumanın birləşməsi üçün belə genin donorda və ressipientdə olması zəruridir. Məs, donorun genotipi AA və Aa olduqda toxuma birləşir, lakin aa olduqda uyğunsuzluq olduğundan toxuma birləşmir.

Donorun toxuması aa olduqda ancaq genotipi aa olan ressipientin toxumasına birləşir.

İmmuniloji toxuma uyğunsuzluğu cərrahlıq təcrübəsində insanlarda orqan və toxumaların köçürülməsini çətinləşdirir.

7.Genetik prosesə sistemli nəzarət
Ontogenezdə əlamətlər genetik determinə olunmasına baxmayaraq, lakin dəfələrlə qeyd etdiyimiz kimi, cinsiyyət və somatik hüceyrələrdə genetik proseslər avtonom olmayıb, onlar orqanizm ilə bütünlüklə əlaqədardır. Genetikada nəinki gen - əlamət orqanizm əlaqələri, həmçinin orqanizm - əlamət gen kimi əks əlaqələr də müəyyən edilmişdir. Əks əlaqələrə, yəni orqanizm sisteminin genetik proseslərə təsirini sübut edən çoxlu faktorlar müəyyən edilmişdir: buna genotipin fenotipik realizə olunmasının sitoplazmasının quruluşundan və metobolitlərdən asıllılığı; genotipin reaksiya normasının üzə çıxmasının xarici mühit faktorlarından asıllığı; krossinqover və mutasiya tezliyinin orqanizmin yaşından, cinsiyyətindən və fenoloji vəziyyətindən asıllığı və s. aiddir.

Çoxhüceyrəli orqanizm mürəkkəb sistem olub, onda hər bir toxumanın hüceyrəsi nəinki genotipin nəzarəti altında, həmçinin o, müxtəlif sistemlərlə qarşılıqlı təsirdə və fəaliyyətdə olan toxumanın yaratdığı mühitin də nəzarəti altında olur. Bu mühit də genotipdən asıldır və bir sistem kimi mövcuddur. Məsələn, tək hüceyrəli invitroda həyat şəraiti gecikdikdə bölünmə dayanır. Lakin hüceyrə qrupu götürüb və ya hüceyrə mühitinə bölünən hüceyrələr mühitindən məhlul əlavə etsək, bölünmə normal gedir. Deməli hüceyrənin bölünməsi üçün ona bənzər hüceyrələrin sintez etdiyi metabolitlərin mövcudluğu zəruridir. Hər bir toxuma hüceyrələr populyasiyasından ibarət olub, onların hər biri genetik olaraq bir – birindən fərqlənir. Bu onlarda fasiləsiz olaraq gedən irsi dəyişmələr nəticəsində baş verir. Bundan əlabə eyni toxumanın hüceyrəlıri hər anda mitotik bölünmınin müxtəlif mərhələlərində ola bilir. Görünür, orqanın funksional fəaliyyətindən asılı olaraq onun hüceyrələri və toxumaları tam orqanizmin işi ilə tənzim olunan sistem əmələ gətirir.

Genetik proseslərə sistemli nəzarəti aşkar etməyin ən əsas üsullarından biri zülal sintezinin genetik mexanizminə hormanların təsirini öyrənməkdən ibarətdir.

Hormonlar həmçinin meyotik aktivliyə stimulyaedici təsir göstərir və genlərin aktivliyini tənzim edir.

Genetik prosesin sistemli nəzarəti hüceyrə və orqanizm səviyyəsində gedə bilir.Bu sahədə hələ məlum olmayan məsələlər çoxdur. Lakin genetikanın molekulyar səviyyədə inkişafı genlərin funksiyasını daha dərindən öyrənməyə ümid verir.

MÖVZU XIII

POPULYASİYALARDA GENETİK PROSESLƏR

Mövzunun planı:

1.Populyasiya genetikasinin mahiyyəti

2. Populyasiyalarin genetik cəhətdən öyrənilməsi

3. Populyasiyada irsilik

4. Hardi –vayberq qanununun mahiyyəti

5. Populyasiyanin mutasiya və seçmə faktorlari

6. Miqrasiya və təcrid faktorlarinin mahiyyəti

Ədəbiyyat
1.Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002.

2. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003.

3.Qurbanov F. H., İbrahimov A.Q., Seleksiya və toxumçuluq (laborotor-praktikum). Bakı 2012

4.Axundova E. M. Ekoloji genetika. Bakı, 2006.

5.İsmayılov A. S. və b. Genetikadan praktikum. Bakı, 1986.

6.Turabov T. Genetika. Gəncə, 1997.

7.Seyidəliyev N. Y. Genetika. Dərs vəsaiti, Gəncə, 2005.

8.Seyidəliyev N.Y. Genetika, seleksiya və toxumçuluq. Dərs vəsaiti, Bakı, 2010.



9. Супотницкий М. В. Словарь генетических терминов. — М: Вузовская

книга, 2013.  508 с. — (Словари. Справочники). — ISBN 5-9502-0201-5.

10. Инге-Вечтомов С.Г. Генетика с основами селекции: учебник для

студентов высших учебных заведений / С. Г. Инге-Вечтомов. — СПб.: Изд-

во Н-Л, 2010. — С. 597-658. — 720 с. — ISBN 978-5-94869-105-3

Mühazirəçi: A.e.e.d., professor Nizami Seyidəliyev

1.Populyasiya genetikasının mahiyyəti
Hələ Ç. Darvinin vaxtında məlum olmuşdur ki, üzvi aləmdə tam bir- birinə oxşar olan iki fərdə rast gəlmək olmaz. Hətta eyni növə mənsub olan, eyni ailədən əmələ gələn fərdlər belə bu və ya başqa bir əlaməti ilə bir – birindən fərqlənir.

Mendelizm bəhsindən gördük ki, yalnız bir allel ilə (məs, A və a ) fərqlənən valideynlərin birinci nəsli F1 genotipcə valideynlərindən fərqlənir. F2-də isə AA1 və aa genotipli orqanizmlər meydana çıxır. 2,3,4, və i.a. allellərdə fərqlənən valideynlərin ikinci nəsildə fenotipcə və genotipcə nə qədər müxtəlif fərdlərin meydana gələcəyini təsəvvürə gətirmək çətin deyildir. Lakin bir –birindən 10 genlə fərqlənən valideynlərin heteroziqotların təsəvvürə gətirdikdə görürük ki, bunların ən azı 59049 cür müxtəlif genotipik kombinasiyaları meydana gələ bilər. Müxtəlif növlərin fərdlərinin genotipində isə yüzlərcə, minlərcə, yüz minlərcə gen olur. Bunlarda mutasiyalar sayəsində dəyişiklik baş verir. Çoxalma zamanı bu mutasiyaya tutulmuş allel genlərlə normal allellər arasında çox müxtəlif heteroziqot fərdlər dünyaya gələ bilər. Bu cür irsiyyətcə polimer polimorfzmin sıxlığı və çoxluğu canlıların çoxalma qaydaları ilə əlaqədardır. Bu baxımdan öz–özünə tozlanan bitkilərlə çarpaz tozlanan bitkilər arasında fərq çoxdur. Cinsiyyətli çoxalan heyvanlarda da nəsil iki fərdin çarpazlaşması sayəsində meydana gəlir. Əgər bu təsərrüfatda iki cinsdən olan heyvanlar saxlanılırsa və ayrılıqda çoxaldılırsa, iki populyasiya formalaşmış olar. Bitkilərdə bu qayda üzrə müxtəlif poulyasiyalar yaradılar. Öz–özünə tozlanan bitkilərdə eyni bir–birinin nəslini artırmaqla saf xətt yaradılar.

Populyasiya anlayışı saf xətt anlayışından fərqləndrilməlidir. Məs, öz–özünə tozlanan bitkilərdə eyni homoziqot bir bitkini bir neçə nəsil boyu artırdıqda saf xətt alınır. Çarpaz tozlanan bitkilərdən də süni tozlandırma yolu ilə bir bitkinin çoxaltdıqda saf xətt alınır.

2. Populyasiyaların genetik cəhətdən öyrənilməsi

Məlumdur ki, təkamül prosesi növün içərisində olan populyasiyalardan başlayır. Populyasiyaların formalaşması və onların dinamikası mikrotəkamül adlanır.

Öz–özünü mayalandıran (avtoqam) və çarpaz mayalanan (alloqom) bitki və heyvan populyasiyalarında genetik proses müxtəlif istiqamətdə baş verir.

Populyasiyanın mövcud olması üçün müxtəlif irsi dəyişkənliklərin: gen mutasiyaları, xromosom çevirmələri və poliplodiyanın baş verməsi böyük əhəmiyyətə malikdir.

İlk dəfə populyasiyanın quruluşunu genetik və riyazi üsulla öyrənən İsveç alimi V.İohansen olmuşdur. O, populyasiyada “təmiz xətlər” nəzəriyyəsini yaratmışdır. Öz–özünə tozlanan bir fərddən əmələ gələn fərdlər yığımını “təmiz xətt” adlandrılmışdır. Hər bir xətt digərindən bu və ya başqa əlamət və xüsusiyyəti ilə fərqlənir. Deməli, populyasiyada hər bir fərd yeni irqin, yarımnövün və növün, həmçinin cins və ya sortun balanğıcını verə bilər. Təmiz xətlər nə qədər homoziqot olsalar da, lakin yenə də mütləq homoziqotluq mövcud ola bilmir, öz –özünü tozlandıran bitkilər mövcud olmadığından, onlar arasında çarpazlaşma gedərək heteroziqotluq alınır. Təmiz xətlərdə mutasiyalar baş verir. Bu mutasiyalar bəzən öz–özünə tozlanmanın qarşısını alır və həmçinin homoziqotluğu populyasiyada artırır. Təmiz xətlərdə baş verən heteroziqotluq növbəti nəsillərdə azalır və homoziqotluq artır.

Çarpaz mayalanan orqanizmlərdə populyasiya müxtəlif genotipə fərdlərin sərbəst cütləşməsi nəticəsində formalaşır. Belə populyasiyalar panmiktik populyasiyada mutasiya və kombinasiya dəyişkənliyi nəticəsində də müxtəliflik çoxdur. Panmiktik populyasiyalarda uzun müddət genotip və allellərin sıxlığı saxlanılırsa, onlar taraz populyasiyalar adlanır. Lakin populyasiya daima mutasiya, təcrid, miqrasiya və təbii seçmənin təsirinə məruz qaldığından onun genetik quruluşu dəyişilir, və mikrotəkamül baş verir.

Populyasiyanın genetik quruluşunun öyrənilməsi üçün çarpaz mayalanan (istər bitki, istər heyvan olsun) canlılar üzərində mülahizə yürüdəcəyik. Bu məsələ ilk dəfə S.S.Çetverikov tərəfindən öyrəilmişdir.

N.P.Dubinin və başqaları da populyasiyanın dinamikası üzrə geniş tədqiqat işləri aparmışlar və onun təkamül prosesində və seleksiyada əhəmiyyətini daha da aydınlaşdırmışlar. Bu da populyasiyanın genetik cəhətlərini izah etməyə imkan yaratmışdır.



3.Populyasiyada irsilik
Panmiktik populyasiyanın növbəti nəsildə genetik quruluşu valideynlərin yaratdığı müxtəlif tip qametlərin sıxlığından və onların kombinasiyalarından asılıdır.

Populyasiyanın genetikasını öyrənməyin əsas üsullarından biri onun tərkibində ayrı–ayrı genlərə görə homoziqot və heteroziqot fərdlərin paylanmasının xarekterinin sıxlığının tədqiqidir.Belə təsəvvür edə ki, hər hansı populyasiyada eyni genin müxtəlif allelərinə görə homoziqotların, yəni AA və aa formaların miqdarı eynidir. Belə populyasiyada eyni ehtimalda A və a ( 0,5A və 0,5a) allel genləri olan dişi və erkək cinsiyyət qametləri əmələ gətirəcəkdir. Populyasiyada fərdlər sərbəst cütləşirsə, onda həmin qametlərin eyni ehtimalda görüşüb mayalanmasında, aşağıdakı kombinasiyalar gözlənilir.

Nəsildə (F1) dominant homoziqotların AA sıxlığı 0,25, heteroziqotların Aa sıxlığı 0,5 və homoziqot ressesv allelər aa – 0,25 təşkil edəcəkdir.

Növbəti nəsildə həmin şəraitdə eyni ehtimalda qametlər əmələ gələrsə, dominant allellik (A) sıxlığı 0,5 (bundan 0,25 hissə dominant homoziqotdan AA və 0,25 hissə heteroziqotlardan Aa) olacaqdır. Həmçinin resessiv allellin (a) sıxlığından 0,5 (bundan 0,25 resessiv homoziqotlardan və 0,25 hissə heteroziqotlardan) təşkil edəcəkdir. Ona görə də populyasiyada sərbəst cütləşmədə əmələ gələn müxtəlif genotiplərin sıxlığı yenə 0,25 AA : 0,5; Aa: 0,25 aa nisbətində olacaqdır. Populyasiyada hər bir nəsildə dominant və resessiv allellə əmələ gələn qametlərin sıxlığının nisbəti eyni səviyyədə saxlanılır: 0,5 A və 0,5 a olur. Lakin külli miqdar fərdlərə malik olan populyasiyalarda homoziqotların miqdarı eyni olmur. Ona görə də populyasiyada növbəti nəsildə homoziqot və heteroziqotların nisbəti dəyişilir.



4. Hardi –vayberq qanununun mahiyyəti
İlk dəfə ingilis riyaziyyatcısı Hardi və alman həkimi Vaynberq bir –birindən asılı olmadan 1908 –ci ildə populyasiyada genotiplərin paylanması haqqında müəyyən qanunauyğunluq kəşf etmişlər. İndi bu, Hardi –Vaynberq qanunu adlanır. Bu qanuna görə əgər populyasiyada yeni mutasiyalar baş verməzsə və seçmə təsir göstərməzsə, onda populyasiyada bir neçə nəsil mövcud olan allellərin nisbəti eyni saxlanılır. A və a allellərinin ümumi sıxlığı vahidə bərabər olmalıdır: A+a=1. Hardi –Vayberq qanununda dominant allell (a) r -ilə resessiv allel (a) –ilə işarə edilir. Onda formula belə yazılır: R =1. Əgər populyasiyada A və a allellərinin sıxlığı bərabər olarsa, onda erkək və dişi orqanizmlərin hər biri bərabər miqdarda iki tip qamet hazırlamalıdır: 50% A, 50% a. Bu erkək və dişi qametlərin ehtimal kombinasiyalarını aşağıdakı kimi izah etmək olar. İki cür erkək və dişi qametlər arasında 4 cür kombinasiya meydana gəlir: r2AA+r Aa+2aa=r2AA+2r Aa+2aa. Əgər qametlərin sıxlığını R+=1 yazırıqsa, onları əmələ gətirən fərdləri də belə ifadə edə bilərik: r2AA+2r Aa+ 2aa=1. Belə təsəvvür edək ki, müəyyən bir sahədə yaşayan 10000 kürən rəngli tüklü populyasiyası içərisində 9 albinos vardır. Başqa sözlə, 10000 –dən 9991 –i kürən 9 –u albinosdur.

Hardi –Vaynberqin düsturu aşağıdakı şərtləri nəzərə aldıqda özünü doğruldur :



  1. Əgər bir cüt autosom gen nəzərə alınırsa.

  2. Populyasiyada fərdlərin cütləşməsi və qametlərin birləşməsi təsadüfi baş verdikdə.

  3. Mutasiya həddində az baş verib, nəzərə alınmadıqda.

  4. Öyrənilən populyasiya kifayət qədər fərdlərə malik olduqda

  5. Populyasiyanın müxtəlif genotipli fərdlərinin hamısı eyni həyatilik və nəsil vermək qabiliyyətinə malik olub, seçmənin təsirinə məruz qalmadıqda. Təbiətdə olan populyasiyalarda bu şərtlər həmişə mümkün olmadığından Hardi –Vaynberq düsturundan tətbiqi bəzən çətinləşir. Qeyd etməliyik ki, Hardi –Vaynberq düsturu öz –özünü mayalandıran populyasiyalara tətbiq oluna bilmir. Öz –özünə mayalanma və yaxın qohum cütləşdirmə prosesində (inbridinqdə) populyasiya müxtəlif genotipli xətlərə parçalanır. Bu zaman heteroziqot vəziyyətdə olan genlər homoziqot vəziyyətə keçir. Məsələn, öz –özünü mayalandırmada heteroziqot Aa nəsildə 1AA : aa nisbətində parçalanma verəcəkdir. Əgər növbəti nəsillərdə də öz –özünü mayalandırma və ya eyni genotiplərin çarpazlaşdırılması (inbridinq)davam edərsə, homoziqotların miqdarı artacaq, heteroziqotların miqdarı tədricən azalacaqdır.

Odur ki, öz–özünü mayalandıran populyasiyalar əsasən homoziqotlardan ibarətdir. Elə ona görə də öz–özünü mayalandıran bitkilərin nəsillərində (təmiz xətlərlə) seçmə az perspektivli olur. Homoziqot orqanizmlər genotipik olaraq eyni tipli nəsil verir. Lakin daimi baş verən mutasiyalar təmiz xətlərdə də heteroziqotluluq yaradır.
: img -> page -> tmp
tmp -> Mövzu fəLSƏFƏ onun predmeti, problem dairəsi və CƏmiyyəTDƏ rolu
tmp -> Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti plan mədəniyyətin sosioloji anlayışı Mədəniyyətin Elementləri
tmp -> Azərbaycan döVLƏt aqrar universiteti MÜHƏNDİSLİk fakultəSİ HƏyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ kafedrası
tmp -> Mövzu Dövlət və hüququn Plan
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"
tmp -> Dos. Azad Mustafa oğlu Bayramov Azərbaycan Dövlət Aqrar Universiteti İctimai elmlər və Multikulturalizm kafedrası
tmp -> Mühazirənin planı: Maddələrin qruluşu və xassəsi Süni və təbii radioaktivlik
tmp -> 27 aprel 2017-ci IL tariXLİ İclasinin protokolundan çixariş EŞ 09 1
tmp -> Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə