GəNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti


DƏYİŞGƏNLİK-MUTASIYA VƏ MODIFIKASIYA



Yüklə 2,04 Mb.
səhifə18/23
tarix08.04.2018
ölçüsü2,04 Mb.
#36614
1   ...   15   16   17   18   19   20   21   22   23

DƏYİŞGƏNLİK-MUTASIYA VƏ MODIFIKASIYA

Dəyişkənlik haqqında anlayış. Dəyişkənliyin tipləri. Populyasiyalar və təmiz xətlər haqqında İoahansen təlimi.Əlamət və xüsusiyyətlərin formalaşmasında mühit və irsiyyət təsirinin nisbəti. Modifikasiya dəyişkənliyi (paratipik). Uzun müddətli modifikasiya. Morfozlar. Genotip-xarici mühitin müəyyən şəraitində genotipin meydana gəlməsidir. Genotipin reaksiya norması. Ontogenetik adoptasiya. Orqanizmlərin dəyişgənliyinin statistik analizi.

Mutasiya dəyişgənliyi. Mutasiyalar təkamülün başlanğıc materialı kimi. De-Friz və başqalarına görə mutasiya nəzəriyyəsinin əsas müddəaları. Təbii (spontan)mutagenez. Genotipin və orqanizmin fizioloji vəziyyətinin spontan dəyişkənliyə təsiri. N.İ.Vavilov tərəfindən kəşf edilmiş irsi dəyişkənliyin homoloji sıralar qanunu.

İnduksiya olunmuş mutagenez.Mutagenlər haqqında anlayış və onların təsnifatı. Əsas mutagenlərin növləri, təsir üsulları və dozaları.Fiziki mutagenlər. Canlı orqanizmlərə ionlaşdıriçi radiasiyanın təsiri. Xromosomların mutasiya qabağı potensial dəyişmələri. Genetik materialın zədələnmələrinin reparasiyası. DNT-nin müxtəlif zədələrini reperasiyaedici (düzəldici) fermentlər. Mutasiyanın başvermə tezliyinin şüalanma dozasından asıllığı.

Spontan və induksiya olunmuş mutasiyaların başvermə tezliyinə təsir edən amillər.Kimyəvi mutagenlər.Kimyəvi mutagenlərin təsnifatı və onların təsir etmə xüsusiyyətləri. Super mutagenlər. Kimyəvi mutagenlərin dozası və onların təsiretmə xüsusiyyətləri. Mutagenez və insan irsiyyəti. Avtomutagenlər. Mühit mutagenləri.

Mutasiyaların əsas tipləri və onların təsnifat prinsipləri. Hüceyrənin irsi strukturlarına təsirinə görə mutasiyaların təsnifatı. Genom mutasiyaları (xromosom aberrasiyaları) translokasiyalar, inversiyalar, delesiyalar (çatışmazlıqlar). Gen yaxud nöqtəvi mutasiyalar. Orqanizmə təsirinə görə mutasiyaların təsnifatı, morfoloji, fizioloji və biokimyəvi mutasiyalar. Zərərli, neytral və faydalı mutasiyalar. Dominant və resessiv, düzünə və geri dönən mutasiyalar. Generativ və somatik mutasiyalar. Mutasiyaların miqdarca hesaba alınma üsulları.

Genin yerləşmə effekti. Çoxqatlı allelizm. Seleksiyada süni mutagenezdən istifadə edilməsi. İstiqamətli mutasiyaların alınma problemləri. Transgen bitkilərin alınması və onun becərilmə texnologiyaları.
POLİPLODİYA

Poliplodiya haqqında anlayış. Poliploidlərin morfobioloji xüsusiyyətləri. Poliploid sıraları. Poliploidlərin təsnifatı. Təkamül və seleksiyada poliploidiyanın rolu. Xromosom saylarının dəyişmə mexanizmi. Mitotik, ziqotik və meyotik poliploidiyalar. Poliploidlərin alınmasında kolxisindən istifadə edilməsi.

Avtopoliploidiya. Avtopoliploidlərdə meyozun xüsusiyyətləri. Mono və dihibrid qovuşmalar zamanı tetraploid formalarda parçalanmanın xarakteri. Avtoploidlərdə döllülüyün aşağı olması və onun yüksəldilməsi üsulları. Triploidiya. Bitki seleksiyasında avtopoliploidlərdən istifadə edilməsi.

Allopoliploidiya. Allopoliploidlərinin tipləri. Uzaq hibridlərdə döllülüyün bərpa edilməsi amfidiploidiyanın rolu. Turp –kələm hibridinin yaradılmasında Karpaçenkonun işləri. Çovdar –buğda amfidiploidlərinin alınması və istifadə edilməsi (tritikale). Bitkilərin təkamülündə və seleksiyasında allopoliploidiyanın rolu.

Aneupiodiya. Aneuploidlərin əməkləgəlmə mexanizmi.

Aneuploidlərin tipləri. Aneuploid bitkilərin təcrübə yolu ilə alınması. Genetik tətqiqatlarda aneuploidlərin əhəmiyyəti tamamlanmış və əvəzedilmiş xətlərin alınması və onlardan təcrübəvi istifadə olunması. Monosom analiz üsulu.

Haploidiya. Haploid bitkilərin morfonatomik xüsusiyyətləri və identləşdrilməsi. Haploidlərin təsnifatı. Haploidlərdə meyozun xarakteri. Haploidlərin spontan meydanagəlmə tezliyi. Haploidlərin təcrübə yolu ilə alınma üsulları. Haploidiyadan genetikada və seleksiyada istifadə edilməsi.
FƏRDİ İNKİŞAFIN GENETİK ƏSASLARI
Ontogenez haqqında anlayış. Ontogenezin əsas mərhələləri. Fərdi inkişafın genetik proqramı. Xromosomların funksional təşkili və genlərin differensial fəallığı. Sitoplazmanın tərkib müxtəlifliyi. Embrional induksiya. Genlərin təsirinin hormonal tənzimi. Canlı orqanizm öz –özünü tənzimləyən və bərpa edən bioloji sistem kimi. Ontogenezin idarə olunma prinsipləri. Ontogenezin keçmə şəraitinin bitkilərdə əlamət və xüsusiyyətlərinin əmələ gəlməsinə təsiri.

Ontogenezin biogenetik qanun.Böyümə və differensiyasiya proseslərinin müxtəlif vaxtda qeyri-müntəzəm getməsi.Somatik hüceyrələrin və toxumaların differensiyasiya prosesinin geri dönməsi və dönməməsi. Ontogenezin ilkin mərhələlrində genetik məlumatın rolu. Ontogenezin inkişafında böhran mərhələlər. Penentrantlıq və ekspresivlik.


POPULYASİYALARDA GENETİK PROSESLƏR
Populyasiyalar haqqında anlayış. Populyasiya genetikası üzrə Çetverikovun işlərinin əhəmiyyəti. Öz –özünü tozlayan növ populyasiyalarında genetik sistemin xüsusiyyətləri. Hardi–Vayrıberq qanunu. Populyasiyaların dinamikası. Populyasiyaların genetik dinamikasının amilləri. Mutasiya prosesi. Genetik yük haqqında anlayış. Seçmənin formaları. Populyasiyaların strukturuna seçmənin təsiri. Genlərin adaptiv qiymətləndrilməsi və seçmə əmsalı. İrsilik. Əlamətlərin irsilik əmsalının imkanından asılı olaraq populyasiyalarda seçmənin səmərəliliyi. Populyasiyalarda genetiki –avtomatik proseslər. Miqrasiyalar onların populyasiyaların strukturuna təsiri.

Təcridetmə təsiri altında populyasiyaların srukturunun dəyişməsi. Təcridetmə amilləri: coğrafi, ekoloji, bioloji. Təcridetmənin genetik amilləri: poliploidiya, xromosomların yenidən qurulması, fizioloji uyuşmazlıq. Populyasiyaların genetik homeostaz və polimorfizmi. Balanslaşdrılmış polimorfizm. Filogenetik adaptasiya haqqında anlayış.


UZAQ HIBRIDLƏŞDIRMƏ , İNBRİDİNQ VƏ HETEROZIS
Uzaq hibridləşdirmənin mahiyyəti. Uzaq hibridləşdirmədə İ.V.Miçurinin işlərinin əhəmiyyəti. İnbridinq və autbridinq haqqında anlayış Ç.Darvin çarpaz tozlamanın əhəmiyyəti haqqında. Bitkilərin növarasi hibridlərində dölsüzlüyün aradan qaldırımlısının mahiyyəti. Ev heyvanlarinin uzaq hibridləşdirməinin əhəmiyyəti. Heterozisin mahiyyəti. Çoxlu genlərə görə heteroziqot vəziyyət. Dominant əlverişli genlərin qarşılıqlı təsiri. Üstün dominantlıq hipotezləri.

Ali bitkilərin öz –özünə uyuşmazlıqlar sistemi. Qametofit, sporofit və heteromorf uyuşmazlıqlar. Öz–özünə uyuşmazlığın genetik təbiəti. Bitki seleksiyasında uyuşmazlıqlardan istifadə edilməsi.

İnbridinq (insuxt). İnbridinqin genetik mahiyyəti inbridinq əmsalı. Çarpaz tozlanan bitkilərdə inbridinqin nəticələri. İnbred minimumu. İnsuxt –xətlərin xarakteristikası və onların təcrübəvi istifadəsi.

İNSAN GENETİKASI
Genetik tədqiqatların obyekti kimi insanın xüsusiyyətləri.İnsan irsiyyətinin öyrənilmə metodları. Genealoji, qohumluq, kariotipik, biokimyəvi metodları. İnsanın genetik kartlarının yaradılması üçün biotexnologiya nailiyyətlərinin istifadəsi.

Normal əlamətlərin genetikası. İnsanın molekulya genetikası. İnsanın ekogenetikası. Farmakogenetika və genetik toksikologiya. Etnogenetika və etnogenomika . Psixogenetika. İnsanın şəxsi potensialının erkən diaqnostika imkanı.

Tibbi genetika. Genetik xəstəliklər. İrsi meyl ilə çoxfaktorlu xəstəliklər. Bədxassəli şişlərin genetikası. Genetik xəstəliklərin erkən diagnostikasinin müasir metodları. Əhalilərdə və ailələrdə genetik xəstəliklərin riskinin təxmini qiyməti. Genetik düzəlişin imkanları. Yevgenikanın problemləri və bioetikanın problemləri şəxsin genetikası ilə birləşdi. Köməkçi reproduksiya texnologiyaların problemləri.
GEN MÜHƏNDİSLİYİ BIOTEXNOLOGIYA
Biotexnologiyanın əsasları .Biotexnologiyanın tərifi. Biotexnologiyanın problemləri. Müasir biotexnologiyanın strukturu. Aşağı səviyyənin biotexnologiyaları. Yüksək səviyyənin biotexnologiyaları: mikrobioloji sintez, hüceyrə və gen mühəndisliyi.

Gen mühəndisliyii. Gen mühəndisliyiynin problemləri və metodları. Genetik dəyişdirilən (transgene) orqanizmlər və genetik dəyişdirilən mənbələr. Geni köşürülmüş orqanizimlərinin alınma üsulları və onlarının xüsusiyyətləri

Gen mühəndisliyinin nailiyyətləri. Gen mühəndisliyinin inkişaf perspektivləri. Gen mühəndisliyinin etik və texnoloji (texniki) problemləri.

Gen mühəndisliyi genetik proqramları quraşdıran metod kimi. Müasir biotexnologiya sənaye texnologiyasının yeni forması kimi. Genetik mühəndislik molekulyar genetikanın bir sahəsi kimi. Gen mühəndisliyinin etik və texnoloji problemləri. Gen mühəndisliyinin biokimya, mikrobiologiya və digər bioloji elmlərlə əlaqəsi.

Genlərin sintezi və ayrılması.Gen və xromosom səviyyəsində genetik mühəndislik. Somatik hüceyrələrin hibridləşməsi. Allofen heyvanların alınması.


MÜASİR GENETİKANIN PROBLEMLƏRİ
Genom şifrinin açılma problemi. Ontogenezin idarə edilmə problemləri. Genetik xəstəliklər zamanı genotipin problemi. Ali heyvanların klonlaşdırma problemləri. İnsanın genetik təhlükəsizliyinin problemləri, süni və təbii ekosistmin problemləri.
LABORATORİYA İŞLƏRİNİN TƏXMİNİ

MÖVZULARI

Müvəqqəti və daimi preparatların hazırlanması, bitki hüceyrələrinin quruluşu və həyatı, hüceyrənin struktur quruluşu və irsiyyətdə onun rolu. Mitoz bölünmə. Meyoz bölünmə. Cinsi çoxalmanın sitoloji əsasları. İrsi əlamətlərin nəsildən-nəslə keçirilmə qanunauyğunluqları. İrsiyyətin xromosom nəzəriyyəsi. İrsiyyətin molekulyar əsasları. Mutasiya dəyişkənliyi. Modifikasiya. Poliplodiya. Uzaq hibridləşdirmə.İnbridinq və heterozis. Dominantlıq və ressesivlik. Bitkilərdə sporogenez və qametogenez, meqasporogenez və meqaqametogenez. Örtülü toxumlu bitkilərdə mikrosporogenez və mikroqametogenez, makrosporogenez və makroqametogenez. Dəyişkənlik və onun öyrənilmə üsulları. Populyasiyanın genetikası. Sindrom xəstəlikləri. İnsan genetikasının mahiyyəti.

Müxtəlif mövzular üzrə seminar məşğələlərinin aparılması müəllim tərəfindən müəyyən olunur.
MÜHAZİRƏLƏRİN TEMATİK PLANI

Mövzuların adları Saatlar

Aqronomluq Digər ixtisaslar.

1.Genetikanın predmeti 2 2

2.İrsiyyətin sitoloji əsasları 2 2

3. Qeyri cinsi çoxalmanın sitoloji əsasları 2 2

4. Cinsi çoxalmanın sitoloji əsasları 2 2

5. Genlərin ilişkənliyi və krossinqover 2 2

6.İrsiyyətin molekulyar əsasları 2 2

7.Növdaxili hibridləşdirmədə irsiyyətin

əsas qanunauyğunluqları 2 2

8.İrsiyyətin xromosom nəzəriyyəsi 2 2

9. Mutasiya və modifikasiya 4 2

10. Poliploidiya 2

11. Fərdi inkişafın genetik əsasları 2 2

12. Populyasiyada genetik proseslər 2 2

13. Uzaq hibridləşdirmə, inbridinq və heterozis 2

14. Gen mühəndisliyi və biotexnologiya 2

15.İnsan genetikası 2 2

Cəmi: 30 30



LABORATORİYA MƏŞĞƏLƏLƏRİNİN TEMATİK PLANI
Mövzuların adları Saatlar
İxtisaslar Aqronomluq Digər
1.Bitki hüceyrələrinin quruluşu və həyatı 2

2. Hüceyrənin struktur quruluşu və irsiyyətdə rolu 2 2

3.Mitoz bölünmə 2 2

4. Meyoz bölünmə 2 2

5. İkiqat mayalanma 2 2

6. Monohibrid çarpazlaşması 2 2

7. Dihibrid və polihibrid çarpazlaşması 2 2

8. Qeyri -allel genlərin qarşılıqlı təsiri 2

9. İrsi əlamətlərin nəsildən nəsilə keçirilmə

qanunauyğunluqları 2

10. Cinsi çoxalmanın sitoloji əsasları 2 2

11. Fərdi inkişafın genetikası 2 2

12. Zülalın biosintezi 2 2

13. İrsiyyətin xromosom nəzəriyyəsi 2

14. İrsiyyətin molekulyar nəzəriyyəsi 2

15. DNT –nin ikiləşməsi 2

146 Mutasiya dəyişgənliyi 2 2

17. Modifikasiya dəyişkənliyi 2

18. Poliplodiya 2 2

19.Uzaq hibridləşdirmə 2 2

20.Dəyişgənliyin tipləri. Gen və xromosom mutasiyaları 2 2

21. Populyasiyada genetik qanunauyğunluqlar 2 2

22. İnsan genetikası və sindromlar 2 2

ƏDƏBİYYAT

1. Seyidəliyev N.Y. Genetika, seleksiya və toxumçuluq. Bakı, 2010

2. Seyidəliyev N. Y. Genetika. Dərslik, Gəncə, 2005.

3. Seyidəliyev N. Y. Genetika 100 sual və 100 cavab. Dərs vəsaiti, Bakı, 2001

4. Qurbanov F.H. Kənd təsərrüfatı bitkilərinin seleksiya və toxumçuluğu. Bakı, 2011.

5. İbrahimov. A.Q., Qurbanov F.H., “Seleksiya və toxumçuluq” laborator-praktikum - Bakı, 2012, 383 səh.

6. Seyidəliyev N.Y., Qurbanov F.H., Məmmədova. Toxumşünaslıq M.Z. Bakı, “MBM”, 2014, 312 səh.

7. Cəfərov N. A. Çəkilin seleksiyası. Gəncə, 2008.

8. Abbasov S.S. Maldarlıqda hibridləşmənin genetik əsasları. Gəncə,20087.

9. Спицын В.А. Экологическая генетика человека. – М.: Наука, 2008. – 503 с.

10. Axundova Е.М. Ekoloji genetika. Bakı "Təhsil", 2006, 264S.

11 Гуттман Б., Гриффитс Э., Сузуки Д., Куллис Т., Генетика – М.: ФАИР-ПРЕСС, 2004. – 448с.

12. Шевченко В.А., Топорнина., Н.А.. Стволинская Н.С Генетика человека. – М.: ВЛАДОС, 2004. – 240 с.

13. Корочкина Л.И Геном, клонирование, происхождение человека.– Фрязино: «Век 2», 2004. – 224 с.

14. Quliyev R. Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, 2003.

15. Quliyev R. Ə., Əliyeva K. Ə. Genetika. Dərslik, Bakı, 2002.

16. Жимулев И.Ф. Общая и молекулярная генетика. Новосибирск, изд-во Новосибирского ун-та, 2002, 458 с.


ƏLAVƏLƏR


GENETİKA SELEKSİYA TOXUMÇULUĞUN NƏZƏRİ ƏSASLARI KİMİ

Seleksiya sözü latınca Selectio – seçmə deməkdir. Seleksiya seçmədən bəhs edən bir elmdir. Canlı təbiətdən bəhs edən bütün elmlər bütün elmlər bir-birilə əlaqədə inkişaf etmişdir. Bu baxımdan deyə bilərik ki, seleksiya elmi bütün bioloji və kənd təsərrüfatı elmləri ilə sıx əlaqədə inkişaf etmişdir. Bu baxımdan deyə bilərik ki, seleksiya elmi bütün başqa bioloji və kənd təsərrüfatı elmləri ilə sıx əlaqədə inkişaf etmişdir. Lakin seleksiya elminin genetika elmi ilə əlaqəsi daha sıxdır. Hətta, deyə bilərik ki, genetika – seleksiya elminin nəzəri əsaslarını verir.

İnsanlar yabanı bitkiləri becərməyə və vəhşi heyvanları əhliləşdirməyə başladıqları çox qədim vaxtlardan seleksiyanın bünövrəsi qoyulmağa başlamışdır.

Bizim qədim əcdadlarımız öz inkişafının ilk dövrlərində onları əhatə edən təbiətdən bir sıra bitkilərlə və ovladıqları heyvanlarla dolanırdılar. Get-gedə insanlar müxtəlif heyvanları ələ alışdırmağa, əhliləşdirməyə, əvvəllər primitiv, sonradan mədəni heyvandarlıq təsərrüfatları yaratmağa başladılar. Beləcə də, faydalı bitki növlərinin öz təsərrüfatlarına gətirib becərməyə başladılar. Əlbəttə, bizim qədim əcdadlarımız becərdikləri bitkilər içərisində daha məhsuldar olanlarını görmüş və onları saxlamağa və nəsil almağa çalışmışlar.

Ümumiyyətlə, bitkilərin insanlar tərəfindən mədəniləşdirilməsinin, daha doğrusu təsərrüfata gətirilməsinin tarixi çox qədimdir. Mədəni bitki qalıqlarının arxeoloji materiallar içərisində tapılması göstərir ki, onların becərilməsinə tariximizdən 8000-10000 il əvvəl başlanmışdır. Məs., qədim Misirdə və Çində buğda, Asiyanın Cənubi Şərqində çəltik (düyü) becərilmişdir. Çində tut ağacları və ipək qurdu 5000 il bundan əvvəl yetişdirilmiş və təbii ipək istehsal edilmişdir. Bəzi bitkilər, məs., kartof Amerikanın kəşfindən sonra Avropa ölkələrinə gətirilmişdir. XVIII əsrin ortalarında şəkər çuğundurunda şəkər olması aşkara çıxarılmışdır.

Respublikamızın ərazisində bir sıra mədəni bitkilərin becərilməsinə min illər bundan əvvəl başlanmışdır. Burada Azərbaycanın öz iqlim və coğrafi şəraiti, florasının zənginliyi də mühüm rol oynamışdır.

Mingəçevirdə tapılan arxeoloji materiallarda buğda və s. taxıl bitkilərinin izləri, qaralmış, kömürlənmiş dənləri tapılmışdır. Həmin tapıntılar göstərir ki, Azərbaycanda 5 000 il bundan əvvəl əkinçilik mühüm yer tutmuşdur. (İ.D. Mustafayev, 1956).

Seçmə haqqındakı elmin banisi C. Darvin sayılır. Darvin “Növlərin mənşəyi” (1859) və “Əhliləşdirmə şəraitində heyvanların və bitkilərin dəyişkənliyi” (1868) adlı klassik əsərlərində seçmənin yaradıcı rol oynadığını sübut etmişdir. Darvin seçməni iki yerə ayrılmışdır: təbii seçmə və süni seçmə.

İnsanlar təbii seçmənin məhsulu olan müxtəlif heyvan və bitki növlərini təbiətdən götürüb əhliləşdirmişlər. Əlbəttə, insanlar rast gəldikləri hər heyvan və ya hər bitki növünü öz təsərrüfatlarına gətirməmişlər. Məməlilər sinfindən qaramalı, qoyun, keçi, at, donuz, dovşan, it, pişik və s., quşlar sinfindən toyuq, ördək, qaz, hind toyuğu, göyərçin və s., balıqlar sinfindən akvarium balıqlarını, həştərxanlardan arıları, ipək qurdunu və s., əhliləşdirmişlər. Başqa heyvan növlərinə nisbətən daha faydalı və ələ asan alışan, xüsusən, sürü halında yaşayan növləri əhliləşdirmişlər. Eləcə də, insanlar bitkilər aləmindən bir sıra taxıl növlərini, meyvə və giləmeyvə növlərini, tərəvəz-bostan bitkilərini, texniki bitkilərin növlərini mədəniləşdirməyə çalışmışlar.

Seleksiyanın predmeti

Seleksiya aşağıdakı bölmələrdən: 1. bitki, heyvan və mikroorqanizmlərin növ, cins sort tərkibinin öyrənilməsindən; 2. Hibridləşdirmədə və mutasiya prosesində irsi dəyişkənliklərin qanunauyğunluqlarının analizindən; 3. bitkilərin, heyvanların və mikroorqanizmlərin əlamət və xüsusiyyətlərinin inkişafında mühitin rolunun tədqiqindən 4 müxtəlif tipdə çoxalan orqanizmlərdə arzu olunan əlamətlərin möhkəmlənməsi və qüvvətlənməsin ə imkan yaradan süni seçmə sisteminin işlənib hazırlanmasından ibarətdir.



Mövcud fəsildə seleksiyanın genetika ilə sıx əlaqədar olan bölmələri: irsi dəyişkənliklər, çarpazlaşma sistemləri, seçmə nəzəriyyəsi və üsulları veriləcəkdir.

Seleksiya və ilkin material cins, sort və ştamn.

Mövcud olan cins sort və ştamnlarının təkmilləşdirilməsi və yeni heyvan cinsləri, bitki sortları və mikroorqanizm ştamnlarının yaradılması onların mənşəyi və təkamülü öyrənilmədən və ilkin seleksiya materialları müəyyənləşdirilmədən mümkün deyil.

N.İ. Vavilov bütün dünya bitki ehtiyatlarının öyrənilməkdə mədəni bitkilərin mənşə mərkəzlərini üzə çıxardı. O, mədəni bitkilərin yeddi mərkəzinin ayırd etdi. (cədvəl 1)

Sonrakı aparılan tədqiqatlar əsasənda sovet alimi P.M. Jukovski və Amerika alimi Xarlan mədəni bitkilərin mənşə mərkəzlərini bir qədər mədəni bitkilərin mənşə mərkəzlərini bir qədər genişləndirmişlər.

Cədvəl 1.


S/s

Mərkəzlər

Bitkilər

1.

Cənubi Asiya tropik mərkəzi.

(Hindistanın tropik sahələri, hind-Çin, Asiyanın Ç.Ş. adaları).



Düyü, şəkər qamışı, dənli paxlalı bitkilərin böyük bir hissəsi, tropik meyvə, banan, kakos palması.

2.

Şərqi Asiya mərkəzi

(Çinin mərkəzi və şərqi. Yaponiya, Tayvan adaları, Koreya)



Darı, soya, qarabaşaq, bir sıra kökümeyvəlilər (armud, alma, gavalı və s.), bəzi sitrus və bəzək bitkiləri.

3.

Asiyanın Cənub-Qərb ölkələri mərkəzi

(Kiçik Asiya, Orta Asiya, İran, Əfqanıstan, Hindistan, Şimal-Şərq ölkələri)



Yumşaq buğda, cırtdan buğda, yumru dənli buğda, noxud, mərcimək, at paxlalıları, pambıq.

4.

Aralıq dənizi sahilləri mərkəzi

Zeytun, çuğundur və s.

5.

Həbəşistan mərkəzi

Bərk buğda, arpa, kofe ağacı

6.

Mərkəzi Amerika. Cənubi Meksika mərkəzi

Qarğıdalı, amerika lobyası, qabaq, bibər, kakao, bərk pambıq.

7.

And (Cənubi Amerika) mərkəzi

Kartof və bir sıra kökümeyvəlilər, tütün, ananas, yer fındığı, kinə ağacı.

Bu mərkəzlər bütün dünyada kənd təsərrüfatı bitkilərinin becərilməsində mühüm rol oynamışdır. Ev heyvanları üçün də belə mənşə mərkəzləri (əhliləşmə mərkəzləri) müəyyən edilmişdir.

N.İ. Vavilov müxtəlif növlərin irsi dəyişkənliklərini müqayisəli sürətdə öyrənərək 1920-ci ildə homoloji sıralar qanunu kəşf etdi. Bu qanunun əsas mahiyyəti aşağıdakılardan ibarətdir:

Genetik cəhətdən yaxın növlərdə və cinslərdə bir sıra irsi dəyişkənliklər də oxşar olur. Bu oxşarlıq o qədər dəqiqdir ki, bir növ daxilində bir sıra formaları gördükdə başqa yaxın növlərdə də, cinslərdə də paralel olaraq həmin formaları əvvəlcədən gözləmək mümkündür. Ümumi sistemdə cinslər, linneonlar bir-birinə nə qədər yaxın olsalar, onların arasındakı bir sıra dəyişkənliklərdəki oxşarlıq da bir qədər tam olar.

Bütün bitki fəsilələri müəyyən irsi dəyişkənlik xüsusiyyətlərinə görə xarakterizə olunur. Bu dəyişkənliklər fəsiləyə daxil olan cinslər və növlər içərisindən keçir.

Akademik Vavilov 1920-ci ildə ümumi Rusiya seleksiya qurultayında homoloji sıralar qanunu haqqında məruzə etdikdə professor V.V. Zelenski demişdir: “Bu tarixi bir qurultay oldu. Bioloqlar öz Mendeleyevini təbrik edə bilərlər. Çox gözəl deyilmiş bu fikir homoloji sıralar qanunun əsas mahiyyətini şərh edir. Mendeleyev ədvəlində bir sıraya düzülmüş elementlərin xassələri məlum olduqda həmin sıraya daxil ola biləcək, lakin hələ tapılmayan elementlərin də xarakter xüsusiyyətlərini əvvəlcədən qeyd etmək mümkündür. Vavilovun qanununa görə bir fəsiləyə, məsələn, taxıllar fəsiləsinə mənsub olan bir növdə müəyyən bir mutasiya görünmüşsə, həmin fəsiləyə mənsub başqa cinslərdə və növlərdə də bu cür mutasiyaları gözləmək olar.

Bu qanuna görə genetik oxşar olan formalarda oxşar da mutasiyalar, yəni seçmə üçün material olan irsi dəyişkənliklər baş verir. Hələ heç tədqiq edilməyən cinslərdə və və növlərdə əvvəlcədən nə kimi mutasiyalar baş verəcəyini bilmək ümükündür. Aşağıdakı cədvəli diqqətlə gözdən keçdikdə Vavilovun homoloji sıralar qanununun nə qədər dəqiq olduğunu görmək mümkündür. (Cədvəl 2)

Cədvəldə “+” işarəsi əlamətin olmasını, “–” işarəsi isə olmamasını göstərir. Cədvəldə hansı əlaməti izləsək, öyrənilən ailəyə mənsub növlərin və sortların çoxunda onun mövcud olduğunu görərik.

Homoloji sıralar qanununu aşağıdakı sxemlə ifadə edirlər.

S 1 (a+v+s . . . . . . )

S2 (a+v+s . . . . . . . )

S3 (a+v+s . . . . . . . )

S1 S2 S3 işarələri eyni cinsin müxtəlif növlərini, a, v, s isə variasiyalaşan əlamətləri göstərir. Bu qanun əsas bitkilər aləminin tədqiqatları nəticəsində formalaşmışsa da, lakin ümumi bioloji xarakter daşıyır. Məlumdur ki, cədvəldə qeyd edilən əlamətlər mutasiyalar nəticəsində meydana gəlmiş, təbii və süni seçəm yolu ilə saxlanılmışdır.

Cədvəl 2


Giramineae fəsiləsinə mənsub növlərin sortlarında

(irqlərində) dəyişkənliyin ümumi sxemi






İrsi variyasiyalaşan əlamətlər

Çovdar

Buğda

Arpa

Yulaf

Darı

Sorqo (hind darısı)

Qarğıdalı

Çəltik

Ayrıqotu

Çiçək qrupu

Toxumun

pərdəliyi



Pərdəli

çılpaq


+

+


+

+
+


+

+

+
+


+

+

+
+


+

+

+
-


+

+

+
+


+

+

+
-


+

+

+
+


+

+

+
+


+

Qılçıqlar

Qılçıqlı

Qılçıqsız




+

+


Dən

Rəng

Qırmızı


Yaşıl (boz – yaşıl)

Qara (tünd – boz)

Bənövşəyi

(antosianlı)




+

+

+



+

+

+



+

+

+

+



+

+

+





+

+





+

+



+

+

+

+



+

+

+

+



+

+

+





Forma

Yumru

Uzunsov



+

+

+




























Konsistensiya

Şüşəvarı

Unvarı (nişasta)

mumvarı


+

+

+




















































































































































































































Homoloji sıralar qanununa görə hər mutasiya seçmə üçün ancaq bir başlanğıc mənbəyidir. Mutasiyaların sort, cins və ya növə çevrilməsi üçün seçmənin yaradıcı qüvvəsi lazımdır. Ümumiyyətlə, yeni növ, sort, cinsin əmələ gəlməsi seçmənin fəaliyyəti sayəsində başa çatır.

Vavilovun homoloji sıralar qanunu genetik tədqiqatlarda özünü doğrultdu: iki drozofil növündə - Drosopila melanogaster və Dr. Simulans – da 26-ya qədər oxşar mutasiyalar aşkara çıxarılmışdır.

Vavilovun homoloji sıralar qanunu və mədəni bitkilərin mənşə mərkəzləri haqqındakı təlimi seleksiya üçün başlanğıc formanın düzgün seçilməsi nailiyyətin rəhni hesab edilir.

Cins, sort və ştamn. Müəyyən saylı oxşar əlamət və xüsusiyyətlərə malik olub, sərbəst cütləşərək özünə oxşar nəsil verən, insanın bu və ya digər tələbatını ödəyən və insan əməyi nəticəsində yaradılmış canlılar qrupuna cins və ya sort deyilir. Məsələn, ağ leqqori toyuq cinsinin bütün fərdləri ağ ləkəli olub, müəyyən diri çəkiyə malik yüksək yumurtalıq keyfiyyətinə malikdir. Şorthorn qaramal cinsi yüksək diri çəkiyə malik ətlik cins olub, süd məhsuldarlığı azdır və s.

Heyvan və bitkilərin morfoloji və fizioloji xüsusiyyətləri cins və sort üçün irsi nişanlar hesab edilir. Bu əlamətlər cins və sortlarda tipik formada o zaman üzə çıxır ki, müəyyən əlverişli təbii şəraitdə, bəsləmə və saxlama texnikasına əməl edilsin.

Hər bir cins, sort və ştammın qiymətliyi insan tələbatını ödəmək dərəcəsi ilə müəyyən edilir. Həmçinin cinsin qiyməti verdiyi məhsulun kəmiyyət və keyfiyyəti ilə müəyyən edilir.

Hazırda seleksiya çox yüksək məhsuldar heyvan cinsləri, bitki sortları və mikroorqanizmlər ştammları yetişdirməyə nail olmuşdur. Elə seleksiya elminin də əsas məqsədi bundan ibarətdir.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə