GəNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti


QARABAĞ-21 Payızlıq arpa sortu



Yüklə 2,04 Mb.
səhifə21/23
tarix08.04.2018
ölçüsü2,04 Mb.
#36614
1   ...   15   16   17   18   19   20   21   22   23

QARABAĞ-21

Payızlıq arpa sortu

Sortun müəllifləri: (H.S.Hüseynov, C.O.Haşımov, E.M.Əhmədov)

Sortun mənşəyi; Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda hibridləşmədən fərdi seçmə yolu ilə alınmışdır.

Sortun ümumi xüsusiyyətləri: Sort intensiv tipli olub yatmaya tam davamlıdır. Bitkisinin boyu 88-100 sm-dir. Vegetasiya müddəti 169-206 gündür. Qarabağ-7 sortundan 3-5 gün tez yetişir. Bitkinin rəngi açıq-yaşıldır.

Növmüxtəlifliyi nutansdır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Qılçıqları orta uzunluqdadır.

Məhsuldaıiığı: Sort yüksək məhsuldardır. Potensial məhsuldarlığı 57-68 sentnerdir. Tərtər bölgə təcrübə stansiyasında müsabiqəli sort sınağında sortun orta məhsuldarlığı 61,7 s/ha olub, Qarabağ-7 sortundan 6,4 sentner artıq məhsul vermişdir.

Dənin keyfiyyəti: Dəni çox iridir. 1000 ədəd dənin kütləsi 44-50 qramdır

Xəstəliklərə və iqlim şəraitinə davamlılığı: Pas və unlu şeh xəstəlikləri ilə zəif dərəcədə sirayətlənir. Qarabağ-7 sortu kimi sürmə xəstəliklərinə qarşı davamlıdır.

Becərilmə bölgələri: Qarabağ düzənliyinin və eyni zamanda respublikanın digər suvarılan bölgələri üçün becərilməsi təklif olunur.

Səpin müddəti: Optimal səpin müddəti oktyabrın ikinci yarısından noyabrın ikinci yarısınadək hesab olunur.

Səpin norması: Hektara 3,0-3,5 milyon cücərmə qabiliyyətinə malik toxumla səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə 10% artırmaq olar.

Gübrə norması: Sortun yüksək olmasını məhsuldar nəzərə alaraq yüksək aqrofonda becərilməlidir. Belə ki, şum altına təsiredici maddə hektara hesabı ilə 80-100 kq fosfor, 50-60 kq kalium səpinqabağı 80 kq azot gübrəsi verilməsi məsləhətdir.

Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun əməkdaşları seleksiyanın müasir üsullarımdan istifadə edərək Respublikamızn pambıq əkən zonaları üçün rayonlaşdırılmış aşağıdakı sortları əldə etmişlər.


Gəncə - 2 PAMBIQ SORTU
Sortum müəllifləri: ( Ə.Ə.Tağıyev, M.Ə.Rzayeva, Ş.M.Əliyev)

“Gəncə - 2” pambıq sortu 2002-ci ildə rayonlaşıb.



Sortun mənşəyi: Sort təsrübi mutagenez metodu ilə Mutanq – 24/6 (3273-NDMM-0,04%-18 saat) formasından çox təkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. “Gəncə-2 pambıq sorty orta lifli G.Hirsutum L növünə aiddir.

Kolu – yığcam, piramidaşəkillidir, hündürlüyü 100-120 sm-dir.

Gövdəsi – qabırğalı və möhkəmdir, nisbətən az tüklüdür.

Meyvə budaqları – I-II tip budaqlanmaya aiddir.

Monopodial budaqları – 1-2 ədəd olur.

Yarpaqları orta irilikdə, açıq yaşıl rəndli, az tüklü, 3-5 dilimlidir.

Çiçəyi – orta böyüklükdə, açıq sarı rəngli olmaqla, qaidəsində xalı yoxdur.

Qozası – iri, forması ovalvari, səthi hamar və tünd yaşıl, buruncuğu küt, ulduzcuğu zəif görünür.

Çiyidin üzəri lifaltlığı ilə örtülü olub, rəngi bozdur. 1000 ədəd çiyidin mütləq çəkisi 115-120 qrqmdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur.

“Gəncə -2“ pambıq sortu tezyetişən olmaqla, “vegetasiya müddəti 130 gündür.



Təsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı 50-55 sen/hek-dir, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 30,2 sen/hek, bir qozadan alınan xam-pambığın kütləsi – 6,6 qramdır. Lifin uçabanda uzunluğu – 36,1 mm, lif çıxımı – 37,7 %, lif məhsulu – 11,4 sen/hek-dir.

Lifin texnoloji keyfiyyəti: Lifin qırılma yükü – 5,0 qq, xətti dolğunluğu 5930 m teks, nisbi qirilma uzunluğu 29,4 qq/teks, ştapel uzunluğu – 34/35 mm-dir. “Gəncə - 2” pambıq sortu IV tipin tələbatına dolğun cavab verir.

Becərilmə bölgələri və sələfləri.

Muğan-Salyan, Şirvan və Mil-Qarabağ bölgələrində becərilməsi təklif, yonca və taxıl bitkilərindən sonra səpilməsi tövsiyyə olunur.



Optimal səpin müddəti: Səpinə havada 12-130 C olduqda başlamaq lazımdır. Bu müddət aprelin birinci və ikinci ongünlüyünə təsadüf olunur.

Səpin norması: Hektara 60-80 kq çiyid səpilməlidir.

Bitki sıxlığı: - Hektara 90-110 min bitki saxlanılmalıdır.

Gübrə norması: “Gəncə - 2” pambıq sortu intensiv tipli olduğundan, onun əkinlərindən yüksək məhsul almaq üçün bütün bölgələrdə azot, fosfor, kalium gübrələrinin maksimum normalardan istifadə eilməlidir. Bütün bölgələrdə fosforun 80%, kaliumun hamısı dondurma şumu altında, azot gübrəsini isə 40 % səpin qabağı, qalanı isə yemləmə zamanı verilir.

Suvarma rejimi: 70-70-65 (4 su) sxemində, kütləvi çiçəkləmə mərhələsindən əvvəl başlanmalıdır. Suvarma arasında vaxt 15-18 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kollarda 13-15 ədəd bar budağı əmələ gəldikdə aparmaq məsləhətdir. Uc vurma axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur.

GƏNCƏ-78 SORTU
Sortun müəllifləri: (M.Ə.Rzayeva, P.M.Əyyubova, K.A.Bayramov) Gəncə-78 pambıq sortu 2007-ci ildə rayonlaşıb.

Sortun mənşəyi: Sort G. Hirsitum növünə mənsub 3348 və 3273 sortlarının çarpazlaşmasından alınan hibrid nəslindən çox təkrarlı istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdir.

Kolu – orta hündürlükdə (110-120 sm), az dağınıq formalıdır.

Gövdəsi - orta dərəcədə tüklü, yatmağa qarşı davamlıdır. Budaqlanması 1-1,5 tiplidir.

Qozası – iri, yumurtavarı, ulduzcuqludur.

Monopodial budaqları – 1-2 ədəd olmaqla zəifdir.

Yarpağı – orta irilikdə, tünd yaşıl rəngli, 3-5 dilimlidir.

Çiçəyi – iri, açıq sarımtıl rəngdə, tozcuqları solğun rəngdədir.

Toxumu – orta böyüklükdə, orta dərəcədə tüklüdür, kül rəngindədir. 1000 ədəd toxumun kütləsi 110-120 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur.

Gəncə - 78 pambıq sortu tez yetişən olmaqla vegetasiya müddəti 119 gündür.

Təsərrüfat göstəriciləri:

Sortun potensial məhsuldarlığı – 45-50 sent/ha-dir., müsabiqəli sort sınağında orta məhsuldarlığı – 31,1 sent/ha, bir qozadan alınan xam pambığın kütləsi – 7,0 qr., lifin uçağında uzunluğu 34,5 mm, lif çıxımı-36,2%, lif məhsulu – 11,3 sent/ha-dir.
Lifin texnoloji keyfiyyəti

Lifin qırılma yükü – 4,7 qq, xətti dolğunluğu – 5820 m/teks, nisbi qırılma uzunluğu – 27,2 qq/teks, ştapel uzunluğu – 27,2 qq/teks, ştapel uzunluğu 34/35 mm-dir.

Gəncə-78 pambıq sortu lifinqin texnoloji keyfiyyətinə görə V tipin tələbatına cavab verir.
Becərmə texnologiyası

Dondurma şuma noyabrda aparılmalıdır. Sahə səpin qabağı malalanmalı və yaxşı hamarlanmalıdır. Səpinə havada gündəlik orta temperatur 12-130C olduqda başlamaq lazımdır. Bu müddət Muğan-Salyan və Şirvan bölgələrində aprelin birinci, Mil-Qaeabağ bölgələrində isə ikinci ongünlüklərinə təsadüf edir.

Arat olunmuş sahələrdə ağır mexaniki tərkibli torpaqlarda toxum 4 sm, yüngül torpaqlarda 5 sm dərinliyə basdırılmalıdır. Səpsuvar olunacaq sahələrdə isə toxum 3-4 sm dərinliyə basdırılır. Səpin bütün bölgələrdə aprelin 25-ə başa çatmalıdır.

Cərgəarası becərmələr 60 sm əkinlərdə 40-45 sm enində aparmaq lazımdır. Kultivatorun kənar işçi orqanları 6-8 sm, orta işçi orqanları isə 12-14 sm dərinliyə quraşdırılmalıdır. Birinci kompleks becərmə mayın 15-nə kimi başa çatdırılmalıdır.

Seyrəltmə cərgəarası 60 sm əkinlərdə 12-15 sm-də bir, 20 sm-lik əkinlərdə isə 8-10 sm-də bir bitki saxlanılır.

Gübrə verilərkən fosforun illik normasının 80%-i şum altına, 20%-i isə səpinlə birlikdə və çiçəkləmə mərhələsində yemləmə şəklində verilir.

Azot gübrə normasının 40%-i səpin qabağı, digər hissəsi gönçələmə mərhələsində verilməlidir. Bu mərhələdə kalium gübrəsi də verilib qurtarmalıdır.

Mineral gübrələr olmadıqda şum altına 20 ton peyin verilməsi məsləhətdir.

Yüksək məhsul almaq üçün Muğan-Salyan bölgələrində hektara 150-160 kq azot, 120-130 kq fosfor və 50-70 kq kalium tələb olunur. Suvarma rejimi 70-7065 (4 su) sxemində, kütləvi çiçəkləmə mərhələsindən əvvəl-başlanmalıdır.

Mil-Qarabağ bölgəsində hektara 200-250 kq azot, 160-170 kq fosfor və 80-90 kq kalium tələb olunur. Bu bölgədə suvarma 70-70-65 (4 su) rejimində, çiçəkləmə mərhələsində başlanır.

Şirvan bölgəsində hektara 180-190 kq azot, 130-140 kq fosfor, 70-80 kq kalium gübrəsi vermək lazımdır. Suvarma 65-70-65 (3 su) rejimində aparılır. Suvarma aratının müdəti 18-20 gün olmalıdır.

Bitkilərin ucunun vurulması kollarda 13-15 ədəd bar budağı əmələ gəldikdə aparmaq lazımdır.



GƏNCƏ - 8 PAMBIQ SORTU

Sortun müəllifləri: (N.N.Kazımov, X.T.Məmmədova, S.S.Süleymanova, T.K.Bürcəliyeva, R.İ.Nəbiyev)

Gəncə - 8 pambıq sortu 2002-ci ildə rayonlaşıb.

Sortun mənşəyi: Sort uzaq növarası 3038xS-6029 sortlarının çarpazlaşmasından alınan formaların nəsilləri üzrə çox təkrarlı seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. Orta lifli G.Hirzitum L növünə aiddir.

Kolu – Ümumi görünüşünə görə ana forması 3038 pambıq sortunu xatırlatsada qozasının iriliyi, yarpağının nisbətən iri açıq yaşıl və ətli olması ilə kəskin fərqlənir. Yığcam, orta hündürlüyü 90-100 sm-dir.

Gövdəsi – zəif tüklü, zəif antosian ləkəlidir.

Meyvə-budaqları -1-1,5 tif budaqlanmaya aiddir.

Monopodial budaqları – 2 ədəd olur.


Yarpağı orta irilikdə, tüksüz, açıq yaşıl, 3-5 dilimlidir.

Qozası orta irilikdə, uzunsov,solğun yaşıl, səthi hamar, 4,5 dilimlidir, uc hissəsi bir qədər kütdür.

Çiçəyi iridir, sarımtıl rəngdədir. Ləçəkləri və tozcuqları sarı krem rəngdədir.

Çiyidi-çirkli zümrüdü rəngdədir. 1000 ədədinin mütləq çəkisi 117 qramdır.

Vilt xəstəliyinə və zərərvericilərə qarşı nisbətən davamlı sortdur.

Gəncə - 8 pambıq sortu tezyetişən sortlar qrupuna aid olmaqla vegetasiya müddəti 134 gündür.

Təsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı 50-55 sen/hek-dir., müsabiqəli sort sınağında orta məhsuldarlığı – 30,0 sen/hek, bir qozadan alınan xam-pambığın kütləsi – 6,5 qramdır. Lifin uçağında uzunluğu – 34,4 mm, lif çıxımı – 36,1%, lif məhsulu – 10,4 sen./hek-dir.

Lifin texnoloji keyfiyyəti: Lifin qızılma yükü -4,7 qq, xətti dolğunluğu -6320 m teks, nisbi qızılma uzunluğu – 29,6 qq/teks, ştapel uzunluğu -34/35 mmm-dir.

Gəncə - 8 pambıq sortu lifin texnoloji keyfiyyəti IV tipin tələbatına cavab verir.

Sortun becərilmə aqrotexnikası – Gəncə - 8 sortunun Muğan-Salyan və Mil-Qarabağ bölgələrində əkilməsi tövsiyyə olunur.

Optimal səpin müddəti aprel ayının ikinci ongünlüyüdür.

Bitki sıxlığı – hektarda 90-100 min bitgi becərilməlidir.

Qida-rejimi – Sort mineral gübrələrə, xüsusi ilə azot gübrəsinə çox həssaslıq gstərmir. Ona görə də sələfdən asılı olaraq bölgələr üçün optimal gübrə normalarında sortun əkinlərində yüksək məhsul yetişdirilə bilər.

Suvarma rejimi – sort üçün əlverişli 65-70-65 (üç su) suvarma rejimidir. Birinci suvarma çiçəkləmə farası ərəfəsində aparılmalıdır. Torpağın su tutumundan asılı olaraq suvarmalar arası müddət 14-17 gündən çox olmamalıdır.

Uc vurma bitkilərdə 12-14 meyvə budaqları əmələ gəldikdə, axırıncı vegetasiya suyundan əvvəl aparıldıqda çox səmərəli olur.

Sələf – Gəncə - 8 pambıq sortu üçün əlverişli yonca, tərəvəz, paxlalı və pambıq bitkiləridir.




GƏNCƏ - 110 PAMBIQ SORTU
Təcrübi mitaqenez yolu ilə alınıb. Tezyetişəndir

Hündürlüyü – 90-110 sm

Forması – yığcam, piramidial

Monopodiya – 1 ədəd

Gövdə - solğun, yaşıl rəngli, zəif tüklü

Möhkəmliyi – yatmağa davamlıdır

Simpodiya – I-II tip, aytosian ləkəli, 4-5-ci buğumda əmələ gəlir.

Yarpağı – orta iri, 3-5 dilimli, barmaqvari tünd yaşıl, ürəkvari

Çiçəyi – orta iri, sarı krem rəngli, antosion ləkə yoxdur, tozcuğu sarı

Çiçək yanlığı – orta irilikdə, dişli, qozanın 2/3 hissəsini örtür, 9-11 ədəd

Qozası – iri yumurtavari, ulduzcuqlu, hamar, qonur ləkəli, yaşıl rənglidir

Açımı – normal

Tökülməsi – məhsulu tökülmür

Toxum - orta iri, 1000 toxumun kütləsi 115-120 qr, yumurtavari, tünd yaşıl rəngli, orta dərəcədə tüklü

Lif uzunluğu – 36,1 mm

1 qozanın kütləsi – 6,2 qr.


Az.NİXİ – 195 PAMBIQ SORTU

Sortun müəllifləri: (T.Q.Mahmudov, A.C.Sadıxova, F.X.Məmmədov, S.İ.Eldarov, M.İ.Kazımov, Q.Ə.Axundov)

Az.NİXİ – 195 pambıq sortu 1998-ci ildə rayonlaşıb.

Sortun mənşəyi: Sort təkrar bekkros etməklə (Akala – 4-42x3012) x C-472x3273

Istiqamətli seçmə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda yaradılmışdır. AzNİXİ – 195 pambıq sortu lifli G.Hirsutum L növünə aiddir:



Kolu-yığcam, piramidaşəkillidir, hündürlüyü 90-100 cm-dir.

Gövdəsi-antosian ləkəli, zəif tüklü və yatmağa davamlıdır.

Meyvə budaqları – I-II tip budaqlanmaya aiddir.

Monopodial budaqları – 1-2 ədəd olur.

Yarpaqları – orta irilikdə, tünd yaşıl rəngli 3-5 dilimlidir.

Çiçəyi ota böyüklükdə, sarımtıl krem rəngindədir. Tozcuqları sarı rəngdədir.

Qozası – iri, forması yumurtavari olmaqla küt uca malikdir, zəif ulduzcuqludur.

Çiyidin rəngi bozdur, 1000 ədəd çiyidin rəngi mütləq çəkisi -122 qramdır.

Vilt xəstəliyinə nisbətən davamlı sortdur.
Az.NİXİ – 195 pambıq sortu tezyetişən olmaqla vegetasiya müddəti 124 gündür.

Təsərrüfat göstəriciləri: Sortun potensial məhsuldarlığı -45-50 sen./hek-dir, müsabiqəli sort sınağında orta məhsuldarlığı – 31,8 sen/hek, bir qozadan alınan xam-pambığın kütləsi – 62 qramdır. Lifin uçağında uzunluğu – 35,0 mm, lif çıxımı – 35,6%, lif məhsulu – 11,3 sen/hek-dır.

Lifin texnoloji keyfiyyəti: Lifin qırılma yükü 4,9 qq, xətti dolğunluğu – 6000 m teks, nisbi qırılma uzunluğu – 29,4 qq,/teks, ştapel uzunluğu – 34/35 mm-dir.

AzNİXİ – 195 pambıq sortu IV tipin tələbatına cavab verir.



Becərmə texnologiyası:

Vaxtında və düzgün aparılmış dondurma şumu məhsuldarlığın əsas amillərindən biri olmaqla dekabr ayının 10-a kimi başa çatdırılmalıdır.

Əgər yoncadan sonradırsa oktyabr ayınin 20-dək üzləmə, dekabrın I-ci ongünlüyündə isə şum aparılmalıdır.

Üzləmə zamanı yoncanın kök boğazı 8-10 sm dərinliyində kəsilməlidir. Yanvarın 15-dək arat aparılmalıdır. Şumla arat arasında 20 gün fasilə verilməlidir. Əgər torpağın su saxlama qabiliyyəti pisdirsə və ya torpaq qumsaldırsa torpaq yaz aratına qoyulmalıdır. Yaz aratının aparılma müddəti mart ayının 15-dən, aprel ayının 5-dəkdir. Pambıq altından çıxan sahələr 28-0 sm, yonca altından çıxmış sahələr isə birinci il 32-35 sm, ikinci il isə 22-24 sm dərinliyində iki yaruslu və ön kotancıqla kotanla dondurma şumu aparılmalıdır.

Səpin qabağı becərmə zamanı “ziqzaq” və ya yerli ağır maladan istifadə edilməklə sahə tam hamarlanır. Aqrotexniki qaydalara düzgün əməl edilməsi toxumun normal çıxışına nəmliyin itməməsinə və alaq otlarının 60-70% məhvinə səbəb olur.

Torpaqda temperatur 12-14 C olduqda respublikanın qərb bölgəsində aprelin 20-25-də Mil-Qarabağ bölgəsində 15-20-də Şirvan, Muğan-Salyan bölgəsində isə aprelin 5-10-dək səpin aparılmalı ümumiyyətlə aprel ayının 25-dək səpin başa çatdırılmalıdır.

Mil-Qarabağ bölgəsində səpin zamanı alaq otlarına qarşı zolaq üsulu ilə herbisid verilir.

Səpindən 12-14 saat əvvəl toxumlar nəmləndirilir, həmçinin xəstəlik və zərərvericilərə qarşı dərmanlanır.

Arat olunmuş torpaqlarda toxumlar 4; yüngül torpaqlarda 5; səpsuvar olduqda isə 3-4 sm dərinliyə basdırılır.

Səpin norması hektara tüklü toxumlarda 70-80 kq, lütlənmiş toxumlarda isə 30-5 kq olmaqla hər xətti metrə 40-45 ədəd toxum səpilir.

Tam cücərtilər alındıqdan 5-7 gün sonra becərmələr başlanır.

Cərgə aralarının becərilməsi 60 sm-lik əkinlərdə 40-45 sm, 90 sm-lik əkinlərdə isə70-75 sm enində aparılır.

Kultivatorun işçi orqanları bitkilərdən 8-10 sm aralı 6-8 sm, pəncələr isə 12-14 sm dərinliyə quraşdırılır.

Cərgəaraları 90 sm olan əkinlərdə isə bu dərinlik 10-12 və 16-18 sm təşkil edir. Kultivasiyaların aparılması arasında müddət 22-25 gün olmalıdır.

Ketmənləmə 5-6 sm dərinlikdə aparılmalıdır. May ayının 15-dək I kompleks becərmə başa çatmalıdır.

Seyrəltmə 60 sm-lik əkinlərdə 12-15 sm-dən bir bitki (hektarda 100-120 min), 90 sm-lik əkinlərdə isə 8-10 sm-dən bir bitki (120-140) min saxlanılmalıdır. Ağır torpaqlarda bu miqdarı 10-15% artırmaq olar.

Fosfor kübrəsinin 80%-i dondurma şumu altına, yerdə qalanı isə səpinlə birgə və ya qönçələmə dövrünədək verməlidir.

Azot kübrəsinin 40%-i səpin qabağı becərmədə qalanı çiçəklənmə fazasınadək verilir. Kalium kübrəsinin şum altına verilməsi məsləhətdir. Mineral gübrələr olmadıqda hər hektara 25 ton olmaqla dondurma şumunun altına üzvi kübrə peyin verilməli və yaxud aralıq paxlalı bitkilərdən payızlıq noxud, soya və s. əkilməsi məsləhətdir.

Qərb bölgələrində sələf yonca olduqda azot 75-10, fosfor 100-120 kq; sonrakı illərdə isə əksinə azot çox, fosfor az tələb olunur. 65-70-65% suvarma rejimində çiçəkləmədən əvvəl suvarmaya başlanır.

Şirvan bölgəsində azot 160-200 kq, fosfor 130-165 kq; kalium 80-10 kq verilməli, 65-70-65% suvarma rejimində çiçəkləmə fazasından əvvəl suvarmalıdır. Mil-Qarabağ bölgəsində azot 120-160; fosfor 85-110; kalium 60-8- kq tələb olunmaqla 70-70-65% suvarma rejimində suvarmaya bağlanmalıdır.

Muğan – Salyan bölgəsində bu miqdar müvafiq olaraq 150-160 kq, 120-130 kq, 50-70 kq təşkil edir. Bu bölgə üzrə suvarma çiçəkləmə fazasından əvvəl 70-70-65% rejimində aparılır.

Pambıq kollarında 13-15 və ya 16-18 ədəd meyvə budağı olduqda, yaxud hər kolda 3-4 ədəd normal qoza olduqda avqust ayının 5-dək kimyəvi və ya mexaniki ucvurma aparılmalıdır.

75 q 5%-li PİKS və ya 250 q t.e.m.60% TUR preparati 250-300 1 suda həll edilib OVX-28 və ya əl çiləyicisi ilə bir hektara çilənir.

KƏPƏZ” QARĞIDALI SORTU


Sortun müəllifləri ( N.Y.Seyidəliyev, S.P.Brhbudova, M.C.Şabanov)

“Kəpəz” qarğıdalı sortu AKTA-nin qarğıdalıdan fərdi seçmə yolu ilə alınmışdır.

“Kəpəz” sortu dişvari qarğıdalıdır:

-Dəni dişvari, sarı rəngdə, təpəciyi çuxuru, kənarları isə zəif qarışıqdır.

-1000 dənin kütləsi 300-350 qramdır. Qıcası iri 20-25 sm uzunluğunda.

-Bir qıcada cərgələrin sayı 18-20 ədəd olur.

-Qıcasının çəkisi 300-350 qramdır.-Dən çıxımı 80-82%-dir.

Bitkidə əsas gövdənin hündürlüyü 300-350 sm, əsas yarpaqların sayı 18-20 ədəddir.

Quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlı sortdur.

-Orta gec yetişkəndir.

-Vegetasiya müddəti 118-120 gündür.

-Bu sort hektardan 70-75 sentner dən məhsulu, 800-900 sentner yaşıl kütlə məhsulu verir.

“Kəpəz” qarğıdalı sortu sənaye texnologiyası ilə becərilməyə və mexanikləşdirilmiş yığım üçün tam yararlıdır.

-Bu sort Azərbaycanın bütün rayonlarında becərilə bilər.

-Üzvi və mineral gübrələrə tələbkardır.

-Dağ ətəyi və düzan zonalarda becərmək üçün daha yararlıdır.

Respublikanın sort sınaq məntəqələrində “Kəpəz” qarğıdalı sortunun sınağının nəticələri (2001-2003 cü illər) göstərmişdir ki, bu sort suvarma şəraitində Zaqatala yerli yaxşılaşdırılmış sortundan:

-6,1 sen/ha və ya 19,4% çox dən məhsulu;

-0,8 sen/ha və ya 29,6% çox zülal artımı vermişdir.

Dəmyə şəraitində isə Zaqatala 514 sortundan;

-5,5 sen/ha və ya 16,8% çox dən məhsulu;

-0,7 sen/ha və ya 29,1% zülal artımı vermişdir.

Azərbaycanda “Kəpəz” qarğıdalı sortunun becərilməsi onun bioloji tələbatının ödənildiyi rayonlara tövsiyə edilir.

2007-ci ildə “Nail” süfrə üzüm sortu sort mkimi təsdiq olunmuşdur.(müəlliflər F.Şərifov, S.Abduləliyeva).

“ADAU 80” 2010- cu ildə, “Gəncə”- 2014-cü ildə və “Məhsuldar” qarğıdalı sortu 2016- cı ildə sort kimi təsdiq olunmuşdur. Müəlliflər ADAU-nun professor müəllim kollektividir (İ.Cəfərov, N.Seyidəliyev. F.Qurbanov, A.İbrahimov, M.İsmayılov bə başqalarıdır)

2017 –ci ildə “Tritikale Qismət” yemlik taxıl sortu sort kimi təsdiq olunmuşdur.(müəlliflər: İ.Cəfərov M.İsmayılov.. F.Qurbanov)




Toxumçuluq

Giriş

Ölkəmizin sosial və iqtisadi inkişafında kənd təsərrüfatının xüsusi rolu vardır. Ona görə də kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində çoxşaxəli tədqiqat işləri aparmaqdadır. Fermer təsərrüfatlarında yüksək gəlir əldə etməkdən ötrü tətbiq olunan aqrotexniki tədbirlərlə yanaşı, keyfiyyətli sort toxumlar əkilməlidir. Torpaq-iqlim şəraitindən asılı olaraq toxumun genetik və irsi xüsusiyyətlərinin saxlaması, yəni uzun illər boyu məhsul verməsi üçün tələb olunan aqrotexniki tədbirlərə düzgün əməl edilməlidir.

Toxum strateji əhəmiyyətli məhsul olub, çox baha başa gəlir. Bəzən fermer hər hansı bitki toxumunu baha qiymətə alıb gətirsə də ona lazım olan aqrotexniki tədbirləri düzgün bilmədiyindən, lazımı nəticə əldə edə bilmir. Təsərrüfatı yaxşı bilən fermer toxumdan 10 illərlə yüksək məhsul əldə edilə bilər.

Azərbaycan Respublikasının qərb bölgəsində Gəncə Regional Məsləhət Mərkəzinin (GRMM) mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərmişdir ki, keyfiyyətli toxumun əldə edilməsi və onun uzun illər qorunub saxlanılması bölgədə mövcud olan problemlərdəndir. Hələ də toxumun əldə olunmasında kortəbiilik hökm sürür. Belə ki, fermerlər toxumu çox vaxt sertifikatsız və qarantiyasız olmaqla alırlar. Ona görə də fermerin toxumçuluğun əsas şərtlərini öyrənməsi vacibdir.

Yaxşı bitki sortu və yaxşı heyvan cinsi həmişə yalnız normal aqrotexnika və zootexnika şəraitində yaradılmış və yaradılmaqdadır. Pis aqrotexniki şəraitində, hətta yaxşı mədəni sortlar bir neçə nəsildən sonra xarab olub sıradan çıxır. Onun qarşısını almaq üçün fermer yaxşılaşdırıcı seçmə aparılmalıdır.

Yaxşılaşdırıcı seçmə. Sort toxumların keyfiyyətini yaxşılaşdırmaq üçün tətbiq edilən üsullar o zaman səmərəli olur ki, bunlar bir-birini tamamlamış olsun. Xüsusilə, sortlararası və sort-daxili tozlandırma, habelə əlavə tozlandırma yüksək aqrotexniki şəraitində becərilən sahələrdə aparıldıqda daha yaxşı nəticə verir.

Fermer həm başlanğıc sortlardan, həm də nəsillərdən həmişə seçmə aparmağı bacarmalıdır.

Sort toxumların cins xüsusiyyətlərini yaxşılaşdırmaq üçün seçmə və tərbiyə iş üsullarının kompleks formalarını seçərkən, onun standartına, yetişkənliyinə və fiziki çəkisinə xüsusi diqqət yetirilməlidir. Çünki bütün bitkilərdə eyni sortların bir-birindən müəyyən qədər fərqlənməsinin şahidi oluruq. Ona görə də fermerlər özləri sort təzələmə, sort dəyişməni bilməlidirlər.

Sort təzələmə və sort dəyişmə. Sort uzun müddət əkildikdə mexaniki və bioloji zibillənmə, aqrotexnikanın aşağı olması, öz-özünə tozlanma və sairə nəticəsində pisləşir, keyfiyyəti aşağı düşür və daha təsərrüfatın tələbatını ödəmir. Ona görə də sort, həmin sortun yüksək və cins təmizliyinə malik olan toxumları ilə təzələnir ki, buna sort təzələmə deyilir.

Müxtəlif bitkilərdə sort təzələmə müddəti fərqlidir. Məsələn, dənli-paxlalı bitkilərdə 6, buğda, vələmir, arpa, lərgə, soya 5, çovdar, darı, çəltik, qarabaşaqda 4 ildən bir toxumlar dəyişdirilərək 2-ci nəsil toxumlarla əvəz edilir. Hibrid qarğıdalı toxumları isə hər il dəyişdirilərək birinci hibrid nəsil toxumları ilə əvəz edilməlidir. Hər hansı rayon üzrə sort təzələmə planı tutulduqda mövcud olan əkin sahəsi və onun gələcək inkişafı nəzərə alınmalıdır. Toxumçuluq təsərrüfatlarının sahələri elə hesablanmalıdır ki, sort təzələmə planına uyğun olaraq hər bir fermer təsərrüfatı toxumla təmin edilə bilsin.

Əgər hektardan 15 sentner standarta uyğun toxum alınarsa, 304,7 sentner toxum almaq üçün (304,7 sentner: 15=20,32) 20,32 hektar sahə olmalıdır. Əgər fermerin 20,32 hektar sahəsi olarsa, hər il 304,7 sentner birinci nəsil toxum istehsal edər və 4 ildə sort təzələmə başa çatar.

Dövlət səviyyəsində köhnə sortlar o zaman yenisi ilə əvəz edilə bilər ki, o, yüksək məhsuldar, məhsulun keyfiyyəti və digər əlamətlərinə görə köhnə sortlardan üstün olsun.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə