GəNCƏ- 2017 MÜNDƏRİcat mövzu I genetikanin predmeti


Dihibrid və polihibrid çarpazlaşdirma



Yüklə 2,04 Mb.
səhifə8/23
tarix08.04.2018
ölçüsü2,04 Mb.
#36614
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

10. Dihibrid və polihibrid çarpazlaşdirma

Mendel monohibrid çarpazlaşma uzrə apardığı təcrübələrdə əlamətlərin nəsillərə ötürülməsini öyrənərkən iki qanun kəşf etmişdir: Dominantlıq qanunu və əlamətlərin parçalanması qanunu. Mendel get- gedə təcrübələrini mürəkkəbləşdirirdi. Əvvəllər yalnız bir cüt allel ilə ( sarı və yaşıl noxud) bir- birindən fərqlənən valideyinləri çarpazlaşdırırdırsa, sonralar iki cüt alternativ əlamətlə, yəni iki cüt allel ilə fərqlənən valideynləri çarpazlaşdırırdı. Bu cür çarpazlaşdırma dihibrid çarpazlaşdırma adlanır. Yaxud iki cüt alternativ əlaməti ilə fərqlənən valideyn formalarının çarpazlaşdırılmasına dihibrid carpazlaşdırma deyilir.

Mendel toxumlarının rəngi sarı və forması hamar (yumru) olan noxud sortu ilə toxumlarının rəngi yaşıl, forması qırışıq olan noxud sortunu carpazlaşdırdı. Bu cür carpazlaşdırmada iki cüt allel iştirak edir:


  1. Sarı – yaşıl; 2. Hamar – qırışıq. O, hər cüt alleli böyük və kiçik həriflərlə işarə etdi: Sarı – AA, yaşıl – aa, hamar – BB, qırışıq – bb. Bu çarpazlaşdırmanı həriflərlə belə yazmaq olar:

AABB x aabb

Qametlər AB ab

F1 AaBb

F1-də alınan diheteroziqot orqanizmlər meyoz prossesində 4 cür qamet hazırlayır. Allel genlərdən qametlərə ancaq biri düşür. F1 – aAbB qametlər – AB, aB, aa. Noxud öz – özünü tozlayan bitki olduğundan F1 hibrid orqanizm mayalanmağa qabil 4 cür dişi cinsiyyət hüceyrəsi ( yumurta) və 4 cür də erkək cinsiyyət hüceyrəsi (spermotozoid) hazırlayır. Hər bir cüt allelik dihibrid nəsildə özünü necə aparmasını aydınlaşdırmaq üçün cüt allelərin yaratdığı qeydiyyat metodundan istifadə edək. Mendel öz – özünə tozlanan 15 hibrid bitkidən F2 –də 556 toxum almışdır. Onlardan 315 toxum hamar-sarı, 101 – i qarışıq – sarı, 108 – hamar – yaşıl və 32 toxum qırışıq – yaşıl olmuşdur. Bu toxumları iki sinifə bölək.



  1. Formalarına görə : 315 + 108 = 432 hamar və

101+ 32 =133 qırışıq ;

  1. Rənginə görə : 315+ 101+416 sarı və

108 + 32 + 140 yaşıl olmuşdur

Hər cüt əlamətə görə parçalanmanın 3:1 nisbətində baş verdiyini bilərək, noxudların ümumi sayının3\4 hamar və 1\4 hissəsinin qırışıq olduğunu deyə bilərik.

Cədvəldə göstərilən 16 kombinasiyanı xarici görünüşlərinə görə təhlil etdikdə 9:3:3:1 nisbətində, 4 cür fenotipə rast gəlirik. 16 kombinasiyada hər cüt allelin miqdarı ayrı-ayrı hesablandıqda Mendelin üçüncü qanunu aşkara çıxır. Əvvəlcə ikinci cüt alleli nəzərə almadan ancaq birinci cüt alleli götürək:

Sarı-12, yaşıl- 4=3:1. İndi ikinci cüt alleli gözdən keçirək: hamar -12, qırışıq -4=3:1. Deməli, dihibrid çarpazlaşdırmadan alınan birinci nəsildə (F1 –də) 2 cüt əlamətin faktorları (genləri A, a, B, b ) bir orqanizmdə toplanmalarına baxmayaraq, qamet hazırlanarkən bunlar bir-birlərindən asılı olmadan aralanır, paylanır və mayalanmada, yəni ikinci nəsil (F2) aldıqda hər cüt allelin əlamətləri 3:1 nisbətində alınır. Buradan Mendel əlamətlərin sərbəst paylanması qanunu kəşv etmişdir.


11.Əlamətlərin sərbəst paylanmasi qanununun mahiyyəti
Bu qanunu Mendel F2 –də alınan noxudların fenotiplərinə görə miqdarını hesabladıqla kəşv etmişdir.

F2 –də Mendel 556 noxud toxumu almışdır. Bunlardan yaşıl qırışıq -32 ədəd olmuşdur. Lakin qeyd etməliyik ki, təcrübə daha geniş ölçüdə aparıldıqda nəzəri nəticələrlə təcrübədən çıxan nəticələr arsında fərqlər azalmış olur. Deməli, dihibrid çarpazlaşmada ayrı-ayrı cüt əlamətlərin irsiliyi sərbəst gedərək, bir-biri ilə mümkün olan kombinasiyaları yaradır. Əgər valideynlərdə hamar forma ilə sarı rəng, qırışıq forma ilə yaşıl- rıng birləşirsə, ikinci nəsildə iki yeni kombinasiyalı qeyri-rəng birləşirsə, ikinci nəsildə iki yeni kombinasiyalı qeyri-allel əlamətlər; hamar-yaşıl və qırışıq-sarı meydana çıxır. Beləliklə F2-də analizedici çarpazlaşmada olduğu kimi kombinasiya dəyişğənliyi müşahidə edilir.

Dihibrid çarpazlaşdırmanın ikinci nəslini genotipcə analiz etdikdə aşağıdakı nisbətlərdə 9 genotipə rast gəlirik.


  1. AABB –I 5. Aabb –I

  2. AAAb -2 sarı hamar 6. Aabb -2 sarı qırışıq

3. AaBB -2 7. aaBB –I

8. aaBb -2 yaşıl-hamar

9.aabb – I yaşıl- qırışıq.

Nə üçün qeyri – allel genlər sərbəst parçalanır?

Buna səbəb hər cüt allellin müxtəlif homoloji xromosomlarda yerləşmələridir. Məlum olduğu üzrə hər cüt homoloji xromosomlar meyoz prosesində bir – birindən ayrılır, əmələ gələn cinsiyyət hüceyrəsinə bunlardan ancaq biri düşür.

V

F1



Qametlər
F1


Sarı hamar

AA

BB



Sarı hamar

AA

Bb



Sarı hamar

Aa

BB



Sarı hamar

Aa

Bb



Sarı hamar

AA

Bb



Sarı qırışıq

AA

Bb



Sarı hamar

Aa

Bb



Sarı qırışıq

Aa


Bb

Sarı hamar

Aa

BB



Sarı hamar

Aa

Bb



Yaşıl hamar

aa

BB




Yaşıl hamar

Aa

Bb



Sarı hamar

Aa

Bb



Sarı qırışıq

Aa

Bb



Yaşıl hamar

aa

Bb




Yaşıl qırışıq

aa

bb


İki cüt əlamətin tam dominatlıq şəraitində sərbəst paylanması


12.Tirihibrid çarpazlaşdirma

Üç cüt allel əlaməti ilə fərqlənən valideyn formalarının çarpazlaşdırılmasına trihibrid çarpazlaşdırma deyilir.

Mendel 3 allel fərqlənən noxud sortlarinı çarpazlaşdırmışdır.

I – ci cüt allel Aa

2 – ci cüt allel Bb

3 – cü cüt - Cc

Bu allelləri nəzərə almaqla çarpazlaşdırmanı yazaq:

P – AABBCC x aabbcc

F1 qametlər ABC x abc

AaBbCc


F1-də alınan hər bir trihetereziqot hibrid (meyoz prosesində) 8 tip qamet hazırlayır.

ABC, ABc, AbC, Abc, aBC, aBc, abC, abc.

Birinci nəsildə 8 tip tozcuq və 8 tip yumurtacıq əmələ gəlmiş olur ki, bunarı da cədvəl üzrə yerləşdirsək, 64 kombinasiya nəticəsində 8 fenotip almış olarıq:

27:9:9:9:3:3:3:1

Tirihibrid çarpazlaşmada ikinci nəsil (F2) fenotipik analiz etmək üçün fenotipik radikaldan istifadə etdikdə 8 fenotipik siniflər aşağıdakı nisbətdə alınır:

27 ABC + 9 ABc + 9AbC +9 aBC +3 abC +3 abc + 3Abc + 1 abc = (3 A +1 a) x (3 B + 1 b) x ( 3C + 1 c)

Mendel trihibrid çarpazlaşmada aldığı ikinci nəsli genotipcə təhlil etdikdə götürmüşdür ki, hər cüt allel digər cütdən asılı olmadan sərbəst olaraq 3:1 nisbətilə parçalanır.

Trihibrid çarpazlaşmada F2 –də 27 genotip alınır. Bunu müəyyən etmək üçün ilk dəfə Pinnet cədvəlini tərtib etmək lazımdır.

Bu qayda üzrə öyrənilən allel əlamətlərin genləri əgər ayrı –ayrı homoloji yerləşmişsə, o zaman tetra, pentahibrid və i.a çarpazlaşdırmada da hər cüt allel F2 –də sərbəst paylanacaqdır, yəni hər cüt allel tam dominantlıq 3:1 nisbətində parçalanmalıdır. Hibridləşdirmədə allellər artdıqca fenotipik siniflərdə müəyyən ardıcıllıqla artır:

Monohibrid - 3:1

Dihibrid - 9:3:3:1

Tirihibrid - 27:9:9:9:3:3:3:1

Tetrahibrid - 81:27:27:27:9:9:9:3:3:3:1 və i.a. Çarpazlaşmalarda ikinci nəsildə fenotipcə parçalanma belə bir qanunauyğunluqda gedir.

(3+1)1; (3+2)2; (3+1)3; (3+1)4; və i.a. (3-1)n nisbətləri alınır. n = qeyri allel genlərin sayını göstərir. Deməli, çarpazlaşdırmada alınan müxtəlif fenotipik siniflərin 2 p ilə hesablana bilər.Belə ki, monohibrid 2I yəni iki fenotipik sinif dihibriddə 2II=4, trihibriddə 2III=8 və i.a. fenotipik siniflər alınır.

Yuxarıda qeyd olunan qanunauyğunluqlar ancaq aşağıdakı şəraitə özünü doğrulda bilir:


  1. Nəzərə alınmış qeyri –allel genlər qeyri –homoloji xromosomlarda yerləşmiş olsun.

2. Allel genlər biri digəri üzərində tam dominant olsun.

  1. Meyoz prosesində gözlənilən bütün tipdən olan qametlər eyni ehtimalda yaransın.

  2. Yaranmış ziqotların və yaşıl orqanizmlərin yaşama qabiliyyəti eyni ehtimalda olsun.

  3. Əlamətlər xarici mühit faktorlarından asılı olmadan tam üzə çıxsın və s.


13.Parçalanmanin statistik analizi

Laboratoriyada və tarlada, çöldə aparılan genetik və seleksiya təcrübələrində alınan rəqəmlər nəzəri nəticələrə həmişə tam uyğun gəlmir.

Təcrübədə alınan nəticələrlə gözlənilən nəzəri nəticələrin uyğun gəlib gəlməməsi təcrübənin həcmindən çox asılıdır. Məlum olduğu üzrə analizedici çarpazlaşmada iki bərabər nisbətdə (I:I) fenotipik sinif alınır. Monohibrid çarpazlaşmada da ( tam dominantlıqda) 351 nisbətində iki fenotipik sinif alınır. Dihibrid çarpazlaşmada 9535351 nisbətində dörd fenotipik sinif alınır və i.a.

Alınan eksperimental nəticələrin gözlənilən nəzəri nəticələrin uyğunluğunu müəyyən etmək üçün X –kvadrat X2 adlanan üsuldan istifadə edirlər. X2 (sm) anlayışı bu düstur üzrə hesablanır.

X2=∑ Bu düsturda ∑ cəm işarəsi kimi qəbul olunmuşdur. D gözlənilən nəticədən uzaqlaşmaları, q – parçalanmada meydana gələn hər sinif alınmış fərdlərin miqdarı:

x2 = _4__ + _9_ + _16__ + _9_ = 0,51

313 104 104 35

x=0,51

Ümumiyyətlə, statistka qanunlarına görə nəzəri gözlənilən rəqəmlərdən meyllənmələrdir. 20 nümunədə 1 –dən çox olarsa (1) 20=0, 05), bu təsadüfi hesab edilməməlidir. Bizim misalımızda uzaqlaşmalar 0,05 alınanda bu rəqəm 0,05 –dən çoxdur.



14. Genlərin komplementar təsiri

Komplementar genlər hər biri ayrılıqda müəyyən bir əlaməti inkişaf etdirdiyi halda, birlikdə müəyyən bir orqanizmə düşdükdə homo aə hetereziqot halda (A –B) bir –birinə qarşılıqlı təsir göstərməkdə müəyyən bir yeni əlaməti meydana gətirir. Buna bir misal göstərək. Ağ çiçəkləri olan ətirli noxud athyrus odoratus bitkisini çarpazlaşdırdıqda birinci nəsildə (F1) ağ çiçəkli bitkilər deyil, pupurrəngli çiçəkləri olan bitkilər alınmışdır. Lakin ikinci nəsildə (F2) meydana çıxan parçalanma 9 hissə purpur, hissə ağ nisbətində alınır.

Deməli çarpazlaşdırılan iki ağ çiçəkli bitkilərin genotipləri müxtəlif imiş. Bu baxımdan çarpazlaşdırılan bitkilərin genotiplərini belə yazmaq olar: AAbb x aaBB. Valideynlərin dominant genlərinin A –B qarşılıqlı təsirləri sayəsində çiçəkləri purpur rəngli dihetereziqot birinci nəsil alınır: AaBb.

Əgər purpur çiçəkli bir –biri ilə çarpazlaşdırıb, alınan ikinci nəsil kombinasiyalarını Pinnet cədvəli üzrə yerləşdirib və fenotipik cəhətdən analiz etsək, 957 nisbəti alınar. A və B genləri olan bitkilər A –B-(AABB, AaBB, AaBb), yəni onlar istər homo istərsə də hetereziqot halında olsun, purpur rəngin alınmasını təmin edir. Lakin dominant genlərdən birinin (A və ya B) iştirak etmədiyini kombinasiyaların hamısının aaB –və Abb çiçəkləri ağ olacaqdır.Belə anlaşılır ki, aaB kombinasiyalarında dominant A geni, A –bb kombinasiyasında isə dominant B geni iştirak etmədiyi şəraitdə çiçəklərin ağ çiçəkli (3Ab + 3aB + 1ab) bitkilər əldə edilir. Göstərilən təcrübənin zahiri izahını verdik. Onun biokimyəvi izahı necədir. Məlum olmuşdur ki, çiçəkləri rəngi (purpur) bitkilərdə antosion piqmentlərin inkişafı üçün iki dominant genin iştirakı və qarşılıqlı təsiri vacibdir. Deməli bu iki dominant gen ayrılıqda həmin piqmentlərin əmələ gəlməsinə təsir göstərə bilmir.

Həmçinin siçanlar üzərində aparılan təcrübələrdən aydın görünür ki, iki komplementar gen ayrılıqda müstəqil əlaməti inkişaf etdirdiyi halda, ikisi eyni orqanizmə düşdükdə yeni bir əlamətin meydana çixmasına səbəb olur. Siçanlarda üç tipdən tük rənginin irsiliyini nəzərdən keçirək: vəhşi –qonur –boz (aqutl), qara və ağ. Qara siçanı ağ siçanla çarpazlaşdırdıqda F1-də aquti siçanlar əmələ gəlir, lakin F2-də 3/16, aquti, 3/16 qara, 4/16 ağ siçanlar meydana gəlir.Çarpazlaşma üçün götürülən albinos siçanda albinosluq (aaBB) yəqin ki, resessiv a geninin homoziqot (aa) və tüklərdə piqmentin zolaqla təmin edən dominant B genini homoziqot halda BB təsiri sayəsində meydana gəlmişdir. Qara siçan isə dominant rəng –genin homoziqot halda (AA)və resessiv genin homoziqot halda (bb) təsiri sayəsində əmələ gəlir. (AAbb). F1 hibridində (AaBb) hər iki dominant genin (A və B) qarşılıqlı təsiri ilə aquti (vəhşi) rəng alınmışdır.F2 –də A və B geni iştirak edən (A-B) bütün fərdlərin 9\16 hissəsinin rəngi aquti, qara rəng A-bb genotipinə və ağrəng isə aaB və aabb genotipinə malik olan siçanlar olacaq. B geni genotipdə A geni olmadıqda təsir göstərə bilmir.

Genlərin komplementar təsirində 9:6:1 nisbətində fenotipik parçalanmanin balqabaq bitkisi meyvəsinin formasının irsiliyində də görmək olur. Genlərin komplementar təsiri başqa bitki və heyvanlarda da baş verir və müxtəlif kombinasiya dəyişgənliklərinə səbəb olur.


15. Genlərin epistatik təsiri

Qeyri allel genlərin qarşılıqlı təsirinin maraqlı formalarından biri də epistatik təsir adlanır. Epistatik təsirdə qeyri – allel dominant genlərin biri, digər qeyri allel dominant genin fəaliyyətinin qarşısını alır, üzərini örtür (epistaz). Bu cür genlərə supressor və inkibitor genlər deyilir.

Adi hallarda allel genlərdən birinin digəri üzərində dominantlığı bizə yuxarıdakı fəsillərdən məlumdur ki bunu ümumi şəkildə belə ifadə etmək olar:

Aa; Bb; Cc.

Lakin genlərin epistatik təsirində bir – birindən asılı olmayan bir gen o biri gen üzərində dominantlıq göstərir : A B və B A və i. a. Misal oiaraq, toyuqlarda lələklərin rənginin irsiliyini göstərmək olar. Ağ leqqorn cinsindən olan toyuqlarında lələkləri ağ olur. Viandont cinsindən olan toyuqlarında lələkləri ağ olur. Lakin bu ağlıq ayrı – ayrı cinslərdə müxtəlif genlərin təsirindən meydana gəlmişdir. Burada müxtəlif qeyri – allel genlər iştirak edir.

Piqment ( rəng) verən geni S ilə işarə etsək, piqmentsizliyi S ilə işarə etməliyik. Lakin genotipdə S geni (rəng verən) həmin genotipdə Y geni olduqda o, fəaliyyət göstərə bilmir. Belə hallarda lələk piqmentsiz, yəni ağ görünür. Dediyimiz iki ağ lələkli toyuq cinsini çarpazlaşdıraraq ( ağ leqron SSYY – ssyy ağ viandont), bundan alınan F1 – də SsYY – də piqment verən S geni olduğu halda qeyri-allel Y geni (supressor, inkibator) onun qarşısını alır və toyuqların rəngi ağ olur. F2 alındıqda 13\16 hissə ağ və 13\16 hissə isə çil rəngli toyuqlar əmələ gəlir. Pinnet cədvəlinin fenotipik cəhətdən analiz etdikdə aşağıdakı nəticələr alınır. 9 s – y- 3 ssyy və 1 Ss kombinasiyalarının hamısı ağ olmalıdır. Bu cür kombinasiyalar isə 13\16 hissə təşkil edir. Lakin supressor geni Y iştirak etməyən kombinasiyalarda toyuqların lələkləri olacaqdır. Bu isə S – genotipində yazıla bilər və belə fərdlər 3\16 hissəsini təşkil etməlidir. Epistaz və supressor genlər dominant və ressesiv xarekter daşıyıb xromosomların müxtəlif lokuslarında yerləşir. Dominant tipli epistazlıq atların, itlərin rəngində və balqabaq bitkisinin meyvəsinin rənginin irsiliyində də müəyyən edilmişdir.

Ressesiv tipli epistazlıqda genotiplə və ya ressesiv genin meydana çıxmasına imkan vermir: aa aaab və ya aa bb.

Buna misal olaraq siçanlarda qara və ağ rəngin irsiliyini göstərmək olar. Yuxarıda gördük ki, qara və ağ siçanları çarpazlaşdırdıqda F1 – də bütün siçanlar aquti rəngli olur. F2 – də 9\16 aquti (A-B), 3\16 qara (A –bb) və 4\16 ağ (aaB və aabb) olur. Bu hadisəni aa B və aa bb ressesiv epistazlıq hesab etməkdə də izah etmək olar. Bu zaman aaB və aabb genotiplərin ağ rəngli olması a genin homoziqot vəziyyətdə piqment paylayan B genin və qara rəng yaradan b geninin fəaliyyətinin alınmasına səbəb olur.



16.Genlərin polimer təsiri

Genlərin qarşılıqlı təsir formalarından biri də polimeriyadır. Polimeriya (yunanca Polimeria – çox ölçülü deməkdir) eyni əlamətin inkişafını təmin edən müxtəlif qeyri – allel genlərin qarşılıqlı təsirinə deyilir.Bu hadisə kəmiyyət əlamətlərinin heyvanlarda böyümə sürəti (tempi), diri çəki, toyuqlarda yumurta məhsulu, qaramalda südün və.s. kimi əlamətlərin irsiliyini özündə göstərir. Burada rəng, forma və s. kimi keyfiyyət əlamətlərinin irsiliyində olduğu kimi alınan nəticələri fenotipik siniflər üzrə ayırmaq çətindir.Polimeriyada eyni kəmiyyət əlamətlərinin qeyri allel genləri idarə edir. Lakin əlamətin fenotipik üzə çıxma dərəcəsi həmin genlərin orqanizminin genotipində miqdarından asılıdır. Məs.qarğıdalının endospermində A vitaminin miqdarını öyrəndikdə məlum olmuşdur ki, bu dominant genlərin dozaları (UUU) artdıqca endospermin vitamin tutumuda artır və əksinə, dominant genlərin dozası genotipdə azaldıqca (UUu, Uuu) vitaminin miqdarı da azalır.

İlk dəfə genlərin ploimeriyası Nilson Ele tərəfindən (1908) təcrübə ilə öyrənilmişdir.

O, toxumunun qılafı qırmızı rəngli (piqmentli) buğda ilə toxumun qılafı ağ (piqmentsiz) buğdanı çarpazlaşdırdıqda F2-də 3:1 nisbətində parçalanma müşahitə etmişdir. Bu monohibrid çarpazlaşmada alınan parçalanmaya bənzəyir.Lakin başqa bir çarpazlaşdırmada 15:1 nisbətində parçalanma alınmışdır. Bu nisbət isə dihibrid çarpazlaşdırmanı xatırladır. Lakin 16-dan 15 hissə rəngli toxumun hamısını eyni rəngdə olmamışdır. Tünd qırmızıdan tam açıq qırmızı formalar alınmışdır. Deməli toxum qılafında piqmentin çoxluğu və ya azlığı allel olmayan eyni təsirli genlərin çox və ya az miqdarda iştirakından asılıdır. Bu təcrübəni belə yazmaq olar.

A1A1A2A2 x a1a1a2a2

Bu çarpazlaşmada F1-də (A1a1A2a2 ) dominant genlərdən ancaq ikisi iştirak etdiyindən toxumların rəngi valideynlərdə olduğundan açıq olur. İkinci nəsildə çoxlu siniflər alınır və bunlar bir –birindən rənglərinin tündlülük dərəcəsinə görə fərqlənir. Ümumiyyətlə götürdükdə 16 kombinasiyadan 15 –i rəngli 1-i ağ (rəngsiz) alınır.

Kəmiyyət əlamətərinin irsiliyi və onların dəyişməsini öyrəndikdə statistik üsulun tətbiq olunması lazımdır. F1 və F2 –də alınan nəticələrin meydana çıxması bir daha göstərir ki, orqanizlərini bir çox genlər idarə edir. Bu genlərin nəslə ötürülməsi və onların təsirini analiz etmək çox da asan deyildir. Hətta bir kəmiyyət əlamətlərin inkişafını idarə edən polimer genlərin sayı dəyişkən olur. Digər tərəfindən də polimer genlərdən hər birinin təsir gücü spesfik ola bilər. Nəhayət polimer genlərdən hər biri müxtəlif dərəcədə dominant ola bilər. Bu çətinliyə baxmayaraq hər halda genlər çoxluğu nəzəriyyəsi kəmiyyət əlamətlərinin irsiliyinin anlaşılmasında əsas yer tutur. Bu nəzəriyyə bitki və heyvanların seleksiyası sahəsində aparılan işlərdə böyük kəmiyyət kəsb edir. Polimer genlər kəmiyyət əlamətlərinin irsən ötürülməsini idarə etdiyi kimi, eyni zamanda alternativ əlamətlərində, başqa sözlə keyfiyyət əlamətlərin irsiliyində təmin edə bilir. Buna bir misal gətirək. Quşəppəyi (Carsella burso) bitkisində meyvənin (qanın) formasının nəslə keçməsini gözdən keçirək. Bu növün meyvələrində çox hallarda üçbucaq formaya az hallarda isə yumurta formaya rast gəlinir. Bunları bir-biri ilə çarpazlaşdırdıqda F1-də bütün bitkilərdə meyvələr üçbucaq şəklində F2-də isə 15:1 nisbətində parçalanma alınır. Yəni 15 üçbucaq və 1 hissə yumurta formasında meyvələr meydana çıxır. Bu əlamətlər qeyri –allel dominant A1A2 və resessiv a1a2 genləri ilə idarə edilir. Üçbucaq meyvənin genotipini iki dominant genin homoziqot halda A1A1A2A2 təsiri sayəsində meydana gəlir. Yumurta formasında olan bitkidə iki resessiv genin homoziqot halında a1a1b2b2 təsiri ilə inkişaf edir. İkinci nəsildə hansı bitkidə dominant gen iştirak edirsə A1 –A2 bunlar üçbucaqlı meyvə verəcəkdir. 16 kombinasiyadan bu cür genotiplər 15/16 hissə təşkil edir.

Heyvanlar aləmində buna misal olaraq cücələrin ayaqlarının lələkliliyinin irsiliyini göstərmək olar. Ayaqları lələkli xoruzları, lələksiz toyuqlarla çarpazlaşdırdıqda, F1-də ayaqları lələkli cücələr alınır. İkinci nəsildə 15/16 hissə ayaqları lələkli, 1/16 hissə ayaqları lələksiz nisbətində parçalanma baş verir.

Dominant genin miqdarından asılı olmayaraq genotipdə dominant gen iştirak etdikdə ayağı lələkli cücələr alınır. Polimer genlər son iki misalda qeyri kumulyativ polimer təsir adlanır.

Qeyri –allel genlərin qarşılıqlı təsiri nəticsində parçalanmada baş verən kənarlanmalar heç də parçalanmanın genetik mexanizminin pozulmasından irəli gəlməyib, fərdi inkişaf prossesind genlərin bir –biri ilə qarşılıqlı təsirindən meydana çıxır.



17. Genlərin pleytrop təsiri

Pleytropiya (yunanca Pleystos daha artıq deməkdir). Genlərin qarşılıqlı təsiri formasından biri də pleytropiyadır. Bir çox genlərin təsiri öyrənildikdə belə müəyyən inkişafını idarə edir. Buna genlərin pleytropiyası (əlavə təsir) deyilir. İlk dəfə Mendel öz təcrübələrində purpur rəngli çiçəkləri olan noxud bitkisində toxumlarının qabığı isə ağ rəngli olur. Mendel göstərmişdi ki, həmin əlavə əlamətlər purpur rəngin inkişafını təmin edən eyni faktorun təsiri sayəsində əmələ gəlir.N.İ. Vavilov və O.V.Yakuşkin iran buğdasına qara rəng verən dominant bir genin, eyni zamanda dənlərində pulcuqların olmasına təsir göstərdiyini müşahidə etmişlər.

Pleytrop genlərin təsirini iki kateqoriyaya ayırırlar: birinci dərəcəli təsir və ikinci dərəcəli təsir. Məlum olmuşdur ki, genlərin pleytrop təsiri zülal –fermentlərinin biosintez reaksiyasına, ikinci təsiri ilə o da öz növbəsində orqanizmin başqa əlamətlərinə təsir göstərir. Başqa sözlə desək , genlərin pleytrop təsiri biokimyəvi reaksiyaların qarşılıqlı təsiri ilə izah edilir.

İnsanlarda da mütasiya yolu ilə meydana gələn bir dominant genin pleytrop təsiri öyrənilmişdir. Marfon sindromunda bir dominant gen əsasən ayaqların, xüsusən, barmaqların anormal dərəcədə uzanmasına təsir göstərir. Bu cür barmaqlara hörümçək barmaqlılıq da deyilir. Bu dominant gen hörümçək barmaqlılıqdan əlavə həm də gözlərin büllur cismində də deffektlik verir.

Genlərin pleytropiyasında əlamətlərin tam korrelyasiyası müşahidə olunur. Bir gen eyni zamanda həm müsbət, həm də mənfi, bir əlamətin yaranmasına səbəb ola bilər. Bu hal seleksiyaçılar üçün çətinlik törədir. Seleksiyaçı faydalı əlamətə malik fərdləri seçdikdə eyni zamanda ona korrelyativ olan əlaməti də seçmiş olur. Drozofil milçəyində ağ gözlülük geni eyni zamanda da bədənin rənginə, daxili orqanların bəzilərinə, döllülüyə, yaşama qabiliyyətinə təsir göstərir. Bir sözlə, eyni genin çoxlu təsirinə pleytropik təsir deyilir.
18. Genlərin modifikasiyalaşdirici təsiri.
Bu və ya başqa genlərin təsirini gücləndirən və ya zəiflədən genlərə modifikator genlər deyilir. Göstərmişdik ki, allel genlərdən biri dominant, digəri resessiv təsirə malikdir. Qırmızı çiçəkli noxudu çarpazlaşdırdıqda F1-də qırmızı çiçəkli noxud əmələ gəlir. Buynuzsuz qaramal ilə buynuzlu qaramalı çarpazlaşdırdıqda F1-də buynuzsuz nəsil alınır. Qara siçanlarla ağ siçanları çarpazlaşdırdıqda F1-də qara siçan əmələ gəlir.

Lakin çox hallarda heyvanlarda tam dominantlıqdan əlavə aralıq formalarda məs. bozumtul, boz, sarı və i.a. rənglər müşahidə olunur. Modifikator genlər özü təzahür etmir, onlar başqa allel genlərin effektini dəyişdirir. Kəmiyyət əlamətlərinin irsən keçməsində modifikator genlərin öyrənilməsinin böyük əhəmiyyəti vardır. Modifikator genlərin arzu olunan əlamətin güclənməsinə və ya zəifləməsinə səbəb ola bilər. Hətta dominantlıq dərəcəsinə təsir göstərir. Məs. Qara –alabəzək inəklərin başında, bədənin müxtəlif sahələrində ağ ləkələrin əmələ gəlməsi ən azı iki cüt modifikator genin təsiri ilə əmələ gəlir. Lakin bu ağ ləkələr bəzi heyvanların belində, bəzilərinin qarnının altında, bəzilərində isə beldə ağ kəmər kimi görünür. Bəzilərində bütün bədən ağ rəngdə olur. Cüt allellərdən biri dominant geni tük örtüyünün rəngli sahəsinin ölçüsünü azaldır, o biri cüt allelin resessiv geni əksinə rəngli sahənin yayılmasını artırır.

Kəmiyyət əlamətlərinin (südlülük, çəki, yumurtalama qabiliyyəti və s. irsən keçməsində xarici mühit şəraitinin (yemləmə, bəsləmə və s.) müəyyən rolu varsa da, lakin bu əlamətlər modifikator genlərin paylanmasından da, xeyli asılıdır.

Seleksiya işlərində hibridləşdirmə üsulu ilə orqanizmlərdə modifikator genlərin toplanması və zənginləşməsinə çalışırlar. Bu qayda üzrə dəyişgənliyin vüsəti artır və seçmə yüksək effekt verir.



Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə