Elmi redaktor:
Rəyçilər:
i.e.d. prof.
Cavadov N.Ə.
Azərbaycan Texnologiya Universitetinin
“Marketinq” kafedrasının müdiri, dosent,
i.
e.n.
Nüşabə Aslan qızı Hacıyeva
Azərbaycan Dövlət Aqrar Universitetinin
“Aqrar Menecment və marketinq”
kafedrasının dosenti, i.e.n.
V.T. Əmrahov
Tərtib edənlər: Aybəniz Məhəmməd qızı
Allahverdiyeva Vüqar Ağamusa oğlu
İsmayılov Fizuli Əziz oğlu
Məmmədov Xədicə Fizuli qızı
Məmmədova Şakir Sərdar oğlu
Əlizadə
Dövlət qulluğu. Dərs vəsaiti
"
Gəncə-Poliqrafiya" ASC. Gəncə - 2016. səh. 428.
Bu kitab ali məktəblərin “İİ03100” — “Dövlət və
Bələdiyyə idarəetməsi’’ ixtisasında kredit sistemi ilə təhsil
alan tələbələr üçün nəzərdə tutulmuşdur.
‘Dövlət qulluğu’’ adlı dərs vəsaiti sadə, dolğun və
məzmunlu yazılmış, “Dövlət qulluğu’’ dərsi keçən tələbələrin
bilik və bacarıqlarını artırmaq üçün istifadə oluna bilər.
© Azərbaycan Texnologiya Universiteti, 2016
/
ON SOZ
Respublikamız müasir dünyada qəbul edilmiş dövlət
idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu
istiqamətində islahatlarım uğurla davam etdirir. Apanlan
islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin
formalaşdırılması, elektron hökumətin qurulması, insan və
vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail
olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir. Bu
istiqamətdə atılan mühüm addımlardan biri dövlət qulluğu
sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci ildə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun qəbul edilməsi olmuşdur. Bu qanunun qəbul
edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu
sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasmın əsası
qoyulmuşdur desək yanılmarıq.
Dövlət qulluğunda insan resurslarının idarə edilməsi
istiqamətində siyasətin inkişaf etdirilməsi və bu siyasətə
ictimai etimadın artırılması dövlətin əsas məqsədlərindən
biridir. Dövlət qulluğunda insan resurslarının səmərəli idarə
edilməsi, ilk növbədə, bu sahəyə vətənpərvər, yüksək ixtisaslı,
müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsi
və yerləşdirilməsi hazırlanması əsas məqsəddir.
Bu
kitab
da
Azərbaycan
Respublikasının
Konstitusiyası Qanunu, İcra hakimiyyəti orqanlarının anlayışı,
növləri, hüquqi statusu, Azərbaycan Respublikasının
Prezidenti və Nazirlər Kabinetinin icra hakimiyyəti sahəsindəki
səlahİ
3
^ətləri, Yerli icra hakimiyyəti orqanları, Dövlət
3
-
qulluğu və dövlət qulluqçuları, Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın
məbləğlərinin müəyyənləşdirilməsi, Dövlət qulluqçularının
inzibati-hüquqi statusu, Dövlət qulluqçularının mükafatlan-
dırılmaları və məsuliyyətləri, Dövlət qulluğuna qəbul, Dövlət
qulluğunda irəli çəkilmə, Dövlət qulluğuna xitam verilməsi.
Mərkəzi icra hakimiyyəti orqanlarında idarəetmənin anlayışı
fəaliyyəti,
vəzifələri
və
hüquqları.
Azərbaycan
Respublikasının
Əmək
müqaviləsinin
məzmunu,
bağlanmasının ümumi qaydaları. “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanunu, “Normativ -
hüquqi aktlar haqqında” və s mövzular bilik səviyyəmizi
artırmaq üçün nəzərdə tutulmuşdur.
Sizə təqdim edilən bu kitab “Dövlət və bələdiyyə
idarəetməsi” ixtisasında təhsil alan tələbələr üçün nəzərdə
tutulub.
Əvvəlcədən kitabda olan texniki və digər səhvlərə
görə üzr istəyir, bununla bağlı hər hansı fikir və
mülahizələrinizi səbirsizliklə gözləyirik.
-
4
-
i
Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il
noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin
28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet Hakimİ
3
^əti
qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina
edilmişdir.
Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa
edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul
edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası
Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli
üç Üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq
qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng -
-5-