Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

matiya  hüququ  müxtəlif  əhəmiyyətə  malik  olub,  müxtəlif 

təyinat  üçün  istifadə  oluna  bilər.  Diplomatiyadan  sosialist 

dövlətləri tərəfindən, sülhsevər xarici siyasət qarşısında duran 

vəzifələrin  həyata  keçirilməsi  üçün,  sülh,  dostluq  və 

əməkdaşlığın təmin edilməsinə xidmət edən mühüm bir vasitə 

kimi  istifadə  olunur.  Bunun  tam  əksi  olaraq,  imperialist 

dövlətləri  diplomatiya  hüququndan  özlərinin  xalqa  zidd, 

işğalçılıq siyasətinin bir aləti kimi, sülhə qarşı bir vasitə kimi 

istifadə etməyə cəhd edirlər ki, bu da dünyanın tərəqqipərvər 

qüvvələrinin müqavimətinə rast gəlir. 



194

-

 


“Azərbaycan Respublikasının Konsulluğu 

haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI 

PREZİDENTİNİN FƏRMANI 

(26 fevral 2007-ci il, №532) 

1.

 

“Azərbaycan 



Respublikasının 

Konsulluğu 

haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur). 

2.

 



Azərbaycan  Respublikasının  Xarici  İşlər 

Nazirliyinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri 

öz səlahiyyətləri daxilində həll etsin. 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 

26 fevral tarixli 532 nömrəli Fərmanı ilə 

təsdiq edilmişdir. 

Azərbaycan Respublikasının Konsulluğu haqqında 

Ə S A S N A M Ə  

Əlavə və dəyişikliklər: 

1.

 



6 fevral 2009-cu il, dərd 10.02.2009 

I.

 

ÜMUMt MÜDDƏALAR 

1.  Azərbaycan  Respublikasının  Konsulluğu  (bundan 

sonra  Konsulluq)  qəbul  edən  dövlətin  ərazisindəki  müvafiq 

konsul dairəsi hüdudlarında Azərbaycan Respublikası adından 

konsul 

funksiyalarını 



yerinə 

yetirən 


Azərbaycan 

Respublikasının  dövlət  orqanıdır.  Konsulluq  Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra nazirlik) 

rəhbərlik etdiyi diplomatik xidmət orqanlarının vahid sisteminə 

daxildir. 

-

195

-

 



2.

 

Konsulluqlar  Azərbaycan  Respublikasının  baş 



konsulluqlarından, 

konsulluqlarından, 

vitse-konsulluq- 

larından, konsul agentliklərindən ibarətdir. 

3.

 

Konsulluqlar Azərbaycan Respublikası xarici işlər 



nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti 

tərəfindən təsis edilir. 

4.

 

Konsulluqlar  Azərbaycan  Respublikasının 



qəbul  edən  dövlətdəki  diplomatik  nümayəndəliyinin  (olduğu 

halda  )  başçısının  ümumi  siyasi  rəhbərliyi  altında  fəaliyyət 

göstərir. 

5.

 



Konsulluq 

öz 


fəaliyyətində 

Azərbaycan 

Respublikasının  Konstitusiyasını,  “Diplomatik  xidmət 

haqqında”  Azərbaycan  Respublikasının  qanununu  və  digər 

qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və 

sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

qərar  və  sərəncamlarını,  “Konsulluq  əlaqələri  haqqında” 

Vyana  Konvensiyasını  və  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı digər müvafiq beynəlxalq müqavilələri, eləcə 

də  beynəlxalq  hüququn  digər  tətbiq  edilə  bilən  normalarım, 

Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi  haqqında 

Əsasnaməni, 

Azərbaycan 

Respublikasının 

Konsul 

Nizamnaməsini, bu əsasnaməni,  nazirliyin  əmr,  sərəncam  və 



göstərişlərini  rəhbər  tutan  və  qəbul  edən  dövlətin 

qanunvericiliyini nəzərə alır. 

6.

 

Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi qəbul 



edən dövlətlə razılıq əsasında müəyyənləşdirilir. 

7.

 



Konsulluğun binasında və  ya onun  ərazisində, 

konsulluğun 

başçısının 

iqamətgahında 

Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  Azərbaycan 

Respublikasının  dövlət  bayrağı  'qaldırılır.  Konsulluğun 

binasında və ya onun ərazisində Azərbaycan Respublikasının 



-

196

-

 


dövlət  gerbinin  təsviri  və  Azərbaycan  dilində  və  qəbul  edən 

dövlətin dilində (dövlət dillərində) Konsulluğun adı olan lövhə 

vurulur.  Konsulluğun  başçısının  nəqliyyat  vasitəsi  üzərində 

Azərbaycan  Respublikasının  dövlət  bayrağı  yerləşdirilir. 

Azərbaycan  Respublikasının  dövlət  rəmzləri  qəbul  edən 

dövlətin protokol təcrübəsi nəzərə alınaraq istifadə olunur. 

8.

 

Konsulluq,  Konsulluğun  işçiləri  və  onlarla 



birlikdə  yaşayan  ailə  üzvləri  qəbul  edən  dövlətdə  beynəlxalq 

hüquq  normalarına  və  qəbul  edən  dövlətin  qanunvericiliyinə 

uyğun  olaraq  immunitet  və  imtiyazlardan  istifadə  edir. 

Konsulluğun  işçiləri  və  onlar  birlikdə  yaşayan  ailə  üzvləri 

qəbul  edən  dövlətin  qanunvericiliyinə,  adət  və  ənənələrinə 

hörmət etməli, qəbul edən dövlətin daxili işlərinə qarışmaqdan 

və daxili işlərinə qarışmaq kimi təfsir oluna bilən hərəkətlərdən 

çəkinməlidir. 

9.

 

Konsulluq  nazirlik  tərəfindən  təsdiq  edilmiş 



Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı 

həkk  olunmuş  möhürə,  ştamplara,  blanklara  və  bank 

hesablarına malikdir. 

10.


 

Konsulluğun 

Azərbaycan 

Respublikasının 

mülkiyyəti  olan  torpaq  sahələri,  binaları,  qurğuları  və  digər 

əmlakı  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş qaydada Konsulluğa təhkim olunur. 

11.


 

Konsulluq ona təhkim olunmuş əmlak üzərində 

sahiblik,  istifadə  və  sərəncam  hüququnu  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericilik  aktları  ilə  müəyyən 

edilmiş qaydada həyata keçirir. 

12.


 

Bu əsasnamə fəxri (ştatdankənar) konsullara şamil 

edilmir. 

-

197

-

 



Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə