Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin


Dialektoloji təcrübənin keçirilməsinin məqsəd və vəzifələrini yazın



Yüklə 26,22 Kb.
səhifə2/6
tarix20.04.2022
ölçüsü26,22 Kb.
#85696
1   2   3   4   5   6
IV Referat

Dialektoloji təcrübənin keçirilməsinin məqsəd və vəzifələrini yazın.

Dialektologiyadan təcrübə zamanı başlıca olaraq üç vəzifə qarşıda durur: a) tədris-təcrübi məqsəd, b) elmi-tədqiqat məqsədi, c) peşə və pedaqoji hazırlıq məqsədi.



  1. Tədris-təcrübi məqsəd. Tələbələr təcrübə zamanı bir fənn kimi, bir elm sahəsi kimi azərbaycan dialektologiyası üzrə biliyini genişləndirir, dərinləşdirir, dilimizin məhəlli müxtəlifliyini əyani olaraq duyur və özü onun ədəbi dildən ayrılan cəhətlərini fərqləndirməyə səy edir.

  2. Elmi-tədqiqat məqsədi. Bu təcrübə zamanı biliyini praktikada yoxlayan tələbələr müşahidə və qeydləri əsasında ümumiləşdirmək, seçmək, ayırmaq vərdişləri qazanır, ilkin elmi tutuşdurmalar aparır.

  3. Peşə və pedaqoji hazırlıq məqsədi. Bütün bu dialektoloji işlər tələbələri dil faktlarına öz gələcək ixtisasları baxımından qiymət verməyə hazırlayır. Onların qarşısında belə bir pedaqoji vəzifə qoyur ki, kənd məktəblərində o, belə faktlarla qarşılaşacaqdır. Ona görə tələbə indidən şivə xüsusiyyətlərini xarakterinə görə qruplaşdırmağa alışmalı, gələcəkdə şivəçiliyin ədəbi dili, onun normalarını öyrətməkdə nə kimi çətinliklər törədəcəyini hiss edib onların aradan qaldırılmasına hazırlaşmalıdır. Axı hər bir müəllim, xüsusən dil-ədəbiyyat müəllimi işlədiyi məktəbdə şagirdlərin nitqindəki şivəçiliyi aradan qaldırmaq üçün xüsusi işlər görməlidir. O şagirdlərin nitqində olan şivə xüsusiyyətlərini müşahidə etdikcə qeydlər aparıb onları asan və çətin dərəcələrinə görə qruplara ayırmalı, sonra isə həmin məhəlli xüsusiyyətləri şagirdlərin nitqindən yox etmək üçün bir çox metodiki priyomlardan istifadə etməlidir. Nəticədə ədəbi dilə yiyələnmək yolunda bir maneə olan şivəçiliyi şagirdlərin nitqindən yox etməyə çalışmalıdır.

Dialektologiyadan çöl təcrübəsi tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, ədəbi dildə şivələrin oxşar və ayrılma nöqtələrini dərindən başa düşməsinə, onların ixtisas biliyinin dərinləşməsinə, habelə gələcəkdə dialektoloq kadrların hazırlanmasına kömək edəcək işdir. Bu təcrübə zamanı həm də tələbələr dilin qədim dövrlərinə aid dil faktlarının şivələrdə yaşadığını müşahidə edir, bu canlı tarixi mənbəyin bir çox əlamətdar cəhətlərinin şahidi olurlar. Ona görə də bu təcrübəyə təlimin bir növü kimi yanaşılmalıdır.


Yüklə 26,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə