GəNCƏ neftli-qazli rayonu



Yüklə 14,22 Kb.
tarix01.02.2018
ölçüsü14,22 Kb.
#23392

GƏNCƏ NEFTLİ-QAZLI RAYONU
Bu rayon Yevlax-Ağcabədi neftli-qazlı rayonunun qərb hissəsində yerləşir. Bu rayon cənubdan Kiçik Qafqaz dağlıq sistemi ilə sərhədlənir. Nisbətən mürəkkəb quruluşlu, cənub-qərb dağətəyi zonasında üst Təbaşir və Paleogen yaşlı çöküntülər müxtəlif hündürlüyə malik yüksəkliklərdən və təpələrdən ibarətdir. Bu rayonun cənub hissəsinin oroqrafiyasında Kiçik Qafqazın şimal yamacından Kür düzənliyinə qədər uzanan çay dərələrinin rolu vardır. Rayonun əsas hissəsini müxtəlif qalınlığa və litoloji xüsusiyyətlərə malik olan Üst Pliosen və antropogen yaşlı çöküntülərlə örtülmüş Qazax-Gəncə, Qarabağ və Mil düzənlikləri təşkil edir.

Rayonun geoloji quruluşunda Mezozoy və Kaynozoy yaşlı çöküntülər iştirak edir.

Mezozoy yaşlı çöküntülər Yura və Təbaşir çöküntüləri ilə qeyd olunur. Yura çöküntüləri Gəncə neftli-qazlı rayonunun cənub-qərb hissəsində daha çox inkişaf etmişdir.

Yuranın kəsilişində gilli şistlər, gillər və metamorfizmləşmiş əhəngli qumlar mühüm rol oynayır. Yuranın qalınlığı 2500-4000 m arası dəyişir. Təbaşir yaşlı çöküntülər – bu ərazidə Alt Təbaşir Barrem, Alb, Apt mərtəbələri; ilə , Üst Təbaşir isə bütün mərtəbələri ilə iştirak edir. Kəsilişdə iştirak edən Üst Təbaşir çöküntüləri Senoman, Konyak, Turon, Kampan, Danimarka,Maastrixt və Dat mərtəbləri ilə iştirak edir. Əsasən gilli qumdaşlarının, əhəngdaşının mergellərlə və tufogen qumdaşları ilə qeyri-müntəzəm növbələşməsindən ibarətdir. Paleosen yaşlı çöküntülər Kiçik Qafqazın şimal ətəklərində eninə uzanmış çay vadilərində yer səthinə çıxır. Paleosenin geoloji kəsilişi müxtəlif rəngli gillərin,gilli mergellərin, kiçik qalınlıqlı əhəngdaşlarının və s. müntəzəm növbələşməsindən ibarətdir.Paleosen çöküntülərinin qalınlığı 200-250 m-dir.

Miosen və Eosen çöküntüləri Gəncəçaydan başlayaraq Tərtərçaya qədər cənub-şərq istiqamətində uzanır. Əsasən gilli süxurlardan təşkil olunmuşdur.Eosen çöküntüləri alt,orta və üst horizontları ilə xarakterizə olunur.Qazax-Tovuz ,Dəllər sahəsində Eosen çöküntüləri əsasən gilli suxurlardan təşkil olunmuşdur.

Maykop çöküntüləri demək olar ki, çayların vadilərində yer səthinə çıxır, konqlomerat və alevritlərdən təşkil olunmuşdur (qalınlıq 2200m).

Torton mərtəbəsi kəşfiyyat quyuları vasitəsi ilə Ağcabədi, Şirvanlı, Bərdə sahələrində açılmışdır (qalınlıq 550 m).

Sarmat mərtəbəsi tədqiq olunan rayonda çox geniş yayılmışdır. Qumlar və qumdaşlarından təşkil olunmuşdur (qalınlıq 600 m).

Ağcagil mərtəbəsi transqressiv olaraq bucaq uyğunsuzluğu ilə daha qədim çöküntülər üzərində yatır. Gillərdən, gilli qumdaşlarından təşkil olunmuşdur (qalınlıq 200-400 m).

Abşeron mərtəbəsi demək olar ki, çox da geniş yayılmamışdır (qalınlıq 400 m).

IV dövr çöküntüləri ərazidə geniş yayılmışdır (qalınlıq 100 m).

Gəncə neftli-qazlı rayonu tektonik cəhətdən Kür çökəkliyinin cənub-qərb və Kiçik Qafqaz meqaantiklinoriumunun şimal-şərq qanadını təşkil edir. Əsasən Kiçik Qafqaz sinklinorimununa daxildir. Gəncə neftli-qazlı rayonu əsasən iki iri tektonik elementlərlə xarakterizə olunur. Gəncə neftli-qazlı rayonunda, Naftalan, Qazanbulaq, Borsundu, Dəliməmmədli, Tərtər kimi sahələr ayrılır. Naftalan istisna olunmaqla bu sahələrin kəsilişində az miqdarda sənaye əhəmiyyətli neft yığımları aşkar edilmişdir.



Naftalan neft yatağı
Bu yataq Gəncə neftli-qazlı rayonunun mərkəzində yerləşir. Eyni adlı istirahət zonasında yerləşir. Təbii neft və qaz çıxışları hələ XIII əsrdə insanların diqqətini özünə cəlb etmişdir. Geomorfoloji cəhətdən yataqda üç kiçik təpə qeydə alınır. Ərazidən Naftalan qırı çıxır. 1930-1935-ci illərdən Naftalan sahəsində 20-dən çox quyu qazılmışdır ki, bu quyularda Maykop çöküntülərindən neft alınmışdır. Maykop lay dəstəsinin çöküntülərində alt hissədə II, III, IV, V, VI, VII horizontlar, üst hissədə isə I, A, B, C, D, E horizontları ayrılır. Ümumiyyətlə Naftalan yatağının geoloji quruluşunda demək olar ki, Eosen çöküntülərindən Abşeron çöküntülərinə qədər çöküntü kompleksi iştirak edir. Eosen gillərlə, mergellərlə, qumdaşları ilə xarakterizə olunur (qalınlıq 300m). Maykop lay dəstəsi gillərlə qumların növbələşməsindən ibarətdir. Maykopun alt hissəsində II, III, IV, V, VI, VII qumlu horizontları ayrılır. Maykopun üst hissəsində isə qeyd etdiyimiz kimi qumdaşları və gillərin növbələşməsindən təşkil olunan I, A, B, C, D, E horizontları müəyyən olunmuşdur.

Ağcagil mərtəbəsi gillərlə və az miqdarda qumların növbələşməsindən təşkil olunmuşdur (qalınlıq 700 m). Abşeron mərtəbəsi gillərlə qumlarla və qravelitlərlə xarakterizə olunur (qalınlıq 300 m). Tektonik cəhətdən Naftalan sahəsi Maykop çöküntülərinə görə assimmetrik braxiantiklinal quruluşa malikdir. Şərq qanadı nisbətən yastı olub 15-250, qərb qanadı isə dik olub 40-450 təşkil edir. Ağcagil mərtəbəsinin çöküntülərinə görə qurulumuş struktur xəritədə üç lokal qalxım müşayət olunur: Naftalan, Qaraqoyunlu və Borsunlu qalxımları. Burada qalxımlar əsasən qırılmalarla mürəkkəbləşmişdir. Aparılmış kəşfiyyat işləri nəticəsində Maykop çöküntülərinin kəsilişində bir neçə neftli horizont müəyyən edilmişdir. Onlardan üçü ( 1hor., mergelli, 11hor.) müalicəvi əhəmiyyət daşıyır və ondan altda yatan III, IV, V, V1 horizontları ilə sənaye əhəmiyyətli neft yataqları əlaqədardırlar. Bundan başqa bu sahədə qazılmış iki quyu vasitəsilə Eosenin üst hissəsi açılmışdır.
Yüklə 14,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə