GəNCƏ ŞƏHƏr məDƏNİYYƏt və turizm idarəSİ GƏNCƏ ŞƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 52,08 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü52,08 Kb.
#49942


             

 

GƏNCƏ ŞƏHƏR MƏDƏNİYYƏT VƏ  TURİZM İDARƏSİ 

  GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ 

 

 

 

                                                                      

 

 

 

 

 

 

 

 

 

 

 

 

QƏHRƏMANLIQ UNUDULMUR 

 

 Həzi Aslanov‐100  

( Biblioqrafik yaddaş ) 

 

 

 

 

 

 

 

 

Gəncə‐2010

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

                          

O, el üçün keçdi candan, 

                          O yaşadı insan kimi, 

                          Demə öldü o qəhrəman, 

                          O müqəddəs diləklərdə, 

                          Bir də təmiz ürəklərdə 

                          Yaşayacaq dastan kimi. 

 

                                                                         



Səməd Vurğun. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


         

Azərbaycanın  qəhraman  oğlu  Həzi  Əhəd  oğlu  Aslanov  1910‐cu  il 

yanvarın 22‐də Lənkəran şəhərində anadan olub. Ibtidai təhsilini şəhər 1 

saylı  orta  məktəbində  alıb.  13  yaşında  atasını  itirən  Həzi  kərpic 

zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra o komsomol putyovkası 

ilə  Zaqafqaziya  hərbi  hazırlıq  məktəbinə  göndərilib.  1924‐30‐cu  illərdə 

Bakı  və  Leninqrad  hərbi  məktəblərində  oxumuşdur.  1929–cu  ildə  oranı 

bitirdikdən  sonra  Leninqrad  süvari  məktəbinə  daxil  olub.Iki  illik 

təhsildən  sonra  o  Kotovski  adına  III  Bessarabiya  süvari  diviziyasında 

vzvod  komandiri  kimi  fəaliyyətə  başlayıb.  Hərb  sənətinə  möhkəm 

bağlanan  Həzi  döyüş  texnikası  ilə  yaxından  maraqlanır,  həm  öyrənir 

həm də öyrədirdi. 

 

Ikinci  dünya  müharibəsi  başlananda  o  Ukraynada  xidmət  edirdi. 



1941  ci  il  iyunun  23‐nə  keçən  gecə  alman  zirehli  qoşunları  ilə  qeyri 

bərabər  döyüşdə  Həzi  özünü  bacarıqli  sərkərdə  kimi  göstərdi.  O  öz 

döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücümlarını düz beş 

ay  dəf  etdi,  onu  ağır  tələfata  uğratdı.  1941  ci  ilin  dekabrında  Moskva 

ətrafında  vuruşmalarda  qəhrəmənlığına  görə  Qırmızı  Ulduz  ordeninə 

layiq görüldü. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin 

başçılığı  ilə  55‐ci  tank  briqadasının  tankçıları  düşmənə  ağır  zərbələr 

endirdilər.  Aslanovun  tankçıları  vuruşa  –  vuruşa  40  km‐dən  artıq  yol 

gedib  Stalin‐qrad‐Salsk  dəmir  yolunu  tutub  almanları  Stalinqrad 

qruplaşmasının əsas magistralından məhrum etdilər. Tanklar düşmənin 

xeyli qüvvəsini və texnikasını sıradan çıxardılar. 

 

Aslanovun  döyüşçüləri  Kotelnikovo  yaxınlığında  gedən  döyüşlər‐



də böyük şücaət göstərdilər. Düşmənin 30 əks‐hücumunu dəf etdilər, bir 

batalyon piyada qoşunu , 30 tankı 50 avtomobili sıradan çıxartdılar. Bu 

döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942–ci il 22 

dekabrda Sovet Ittifaqı Qəhrəmanı adına layiq görüldü. O daim öz hərbi 

biliyini  artırmağa  səy  göstərirdi.  1943  cü  il  dekabrın  17‐dən  1944‐cü  il 

aprelin  6‐na  kimi  Həzi  Zirehli  Tank  Qoşunları  Akademiyasının  birillik 

təhsil  proqramını  3  aya  mənimsədi.  Sonra    yenidən  doğma  35‐ci 

qvardiya  tank  briqadasına  qayıtdı.  1944–cü  il  13  martda  ona  tank 

qoşunları  general‐mayoru  adı  verildi.  1944‐cü  il  iyunun  axırlarında 

Belorusiya  və  I  Pribaltika  cəbhəsinin  qoşunları  hücuma  keçdilər.  Be‐

lorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən  

 

 



 

 

 



 

 

 



 

 

 



 


sonra  Aslanovun  tankları  Vilnüsə  hucumları  davam  etdirdilər. 

Aslanovun  briqadası  iyunun  24‐dən  iyulun  13‐dək  düşmənə  ağür 

zərbələr  endirdi.  Bu  döyüşdəki  qələbəyə  görə  35‐ci  qvardiya  tank 

briqadası  Qımızı  bayraq  ordeninə  ,  general  özü  isə  ikinci  dərəcəli 

Suvorov  ordeninə  layiq  görüldü.  Böyük  Vətən  müharibəsinin  ilk 

günlərindən  döyüşlərdə  iştirak  edən  kapitan  Aslanov  Moskva 

ətrafındakı  vuruşmalarda  (1941)  göstərdiyi  igidliyə  görə  və 

komandanlığın  tapşırığını  ləyaqətlə  yerinə  yetirdiyinə  görə    Qırmızı 

Ulduz  ordeni  ilə  təltif  edilmişdir.  Aslanovun  55‐ci  əlahiddə  tank  polku 

feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi 

məharət  göstərmişdir.  Həzi  Aslanova  Sovet  İttifaqı  Qəhrəmanı  adı 

vermək  haqqında  SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  Fərmanında 

yazılmışdır  ki,  cəbhə  komandanlığının  döyüş  tapşırığının  nümunəvi 

surətdə yerinə yetirdiyinə, bu işdə qəhrəmanlıq və şücaət göstərdiyinə, 

ona  tabe  olan  hissələrə  bacarıqla  və  mətanətlə  komandanlıq  etdiyinə 

görə  Həzi  Əhəd  oğlu  Aslanova  Sovet  İttifaqı  Qəhrəmanı  adı  verilsin. 

Aslanovun  polkuna  isə  qvardiya  adı  verilmişdir.  Aslanovun  polku 

Rostov, 


Taqanroq 

şəhərlərinin 

azad 

olunmasında 



və 

Kursk 


vuruşmasında  fəal  iştirak  etmişdir.  1944  ildə  Aslanovun  35‐ci  qvardiya 

tank  briqadası  Belorusiyanı,  Pribaltika  respublikalarını  azad  etmək 

uğrundakı  vuruşmalarda  xüsusilə  fərqlənmişdi.  Stalinqraddan  Baltik 

sahillərinədək  döyüş  yolu  keçən  Həzi  Aslanov  Mitava  şəhəri 

yaxınlığındakı  vuruşmada  qəhrəmancasına  həlak  olmuşdur.  Həzi 

Aslanov,  Böyük  Vətən  müharibəsi  cəbhələrində  göstərdiyi  şəxsi  igidlik 

və  qoçaqlığına  görə  3  Qırmızı  Bayraq  ordeni,  2‐ci  dərəcəli  Suvorov 

ordeni, Aleksandr Nevski ordeni, 1‐ci dərəcəli Vətən müharibəsi ordeni, 

2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.  

        1944‐cü il avqustun 1‐də Aslanovun briqadası başqa ordu hissələri 

ilə  birlikdə  Yelqava  şəhərini  düşməndən  təmizlədilər.  O  Volqadan  baş‐

lamış  Baltikədək  bütün  döyüşlərdə  özünü  bacarıqlı  sərkərdə  ,  fitri 

istedad  sahibi  kimi  göstərmişdi.  Təkcə  1944‐cü  ilin  hücum  döyüşləri 

dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür almışdır. Iki 

dəfə  Qırmızı  Ulduz,  3  dəfə  Qırmızı  bayraq  ,  Aleksandr  Nevski,  Ikinci 

dərəcəli  Suvorov  Ordeni,  1–ci  dərəcəli  Vətən  Müharbəsi  Ordeni  və 

sız medallarla təltif edilmişdir. 

say


      

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

 



 

 

 



 

 

1945–ci  il  yanvarın  24‐də  Mitava  (indiki  Yelqava)  şəhəri  yaxın‐



lığında    Həzi  Aslanov  ağır  yaralı  elan  olunur:  guya  onun  yanında  top 

mərmisi  partlamışdır.  Müharibə  iştirakçıları  bilirlər  ki,  insanın  yanında 

top  mərmisi  partlayanda  partlayış  dalğası  və  yüzlərlə  qəlpə  onun 

bədənini  tanımaz  hala  salır.  Yaralanan  anda  Aslanovun  əynində  olmuş 

gödəkçə  Azərbaycan  Tarixi  Muzeyində  qorunur  və  həmin  gödəkçənin 

yalnız  ürək  nahiyyəsində  cəmi  bir  dəlik  vardır.  Aslanovun  müəmmalı 

şəkildə yaralanmasının səbəbləri indiyədək araşdırılmayıb. 

       Tibbi sənədlərdən aydın olur ki, Aslanovun yarası ölümcül deyilmiş 

və  ona  vaxtında  yardım  göstərilsəydi,  həyatını  xilas  etmək  olarmış. 

Lakin  Aslanova  adicə  sarğı  qoyulur,  cərrahi  əməliyyat  isə  qeyri  – 

müəyyən,  daha  doğrusu,  gülünc  səbəblərdən  ləngidilir.  Nəticədə  Həzi 

Aslanov qan itkisindən keçinir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı 

Qəhrəmanı  adının  verilməsi  haqqında  təqdimat  sənədləri  isə  naməlum 

səbəbdən  itirilir.  Yalnız  1991‐ci  ildə,  ölümündən  46  il  sonra  xalqımızın 

igid oğluna ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 

     Həzi  Aslanovun  qəbri  Bakıda  Şəhidlər  xiyabanındadır.  Burada 

qəhrəmanın abidəsi ucaldılmış, 1969–cu ildə Həzinin vətəni Lənkəranda 

onun  ev‐muzeyi  açılmışdır.  1983–cü  il  8  mayda  Lənkəran  şəhərinin 

mərkəzində onun boyük heykəli ucaldılmışdır. 

        Faşizm üzərində Böyük Qələbənin 65‐ci ildönümü günü yaxınlaşır. 

Sevinc  günü,  kədər  günü…Bu  Qələbə  üçün  10  minlərlə  həmvətənimiz 

həyatını  qurban  verdi.  Onlar  Vətəndən  uzaqlarda,  həm  də  doğma 

Azərbaycan  torpağını  qoruyaraq,  mərdliklə,  fədakarcasına  döyüşdülər,  

heç də hamısı evlərinə dönə bilmədi. Lakin onlar qədirbilən xalqımızın  

xatirəsində  yaşayır  və  əbədi  olaraq  yaşayacaqlar.     Çünki  qəhrəmanlıq 

insanın  ən  ali  keyfiyyətidir  və  heç  vaxt  unudulmur.  Sonrakı  nəsillər 

Vətən  uğrunda  qəhrəmanlıq  göstərənləri  daim  rəhmətlə  anır  və  qəh‐

rəmanlıq  dərsini  onlardan  öyrənirlər.  Xalqımız    Həzi  Aslanov  kimi 

oğulları ilə fəxr edir. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

Həzi Aslanov haqqında kitablar: 

 

 

 

1. Aslanov.H. Azərbaycan Sovet esklopediyası.1‐ci cild. ‐Bakı: Azərbay‐

can Sovet ensiklopediyasının baş redaksiyası, 1976.‐ 437. S. 



2. Azərbaycanın sovet ittifaqı Qəhrəmanları.‐Bakı: 1963.‐ S. 5‐11. 

3. Əbdülhüseyn Ə. Aslanov Həzi Əhəd oğlu / Ə. Əbdülhüseyn. 20‐ci Əs‐

rin  Yüz  görkəmli  Azərbaycanlısı.‐Bakı:  “Sumqayıt”  nəşriyyatı,  2002.‐ 

S.18‐19. 

4. Əhmədov. S. Azərbaycan tarixindən yüz şəxsiyyət / Səbuhi Əhmədov; 

red. İ. Qasımzadə.‐ B.: Ayna Mətbu Evi, 2006.‐ S. 200 – 202. 



5. Həzi Aslanov / Azərbaycanın Qızıl Ulduzları.‐ Bakı: İşıq, 1975.‐ S.16‐

17 


6. Həzi Aslanov / Əlamətdar və tarixi günlər təqvimi.‐ Bakı: 2009.‐ S. 30‐

32 


7. Salam, general. Bakı: Azərnəşr, 1983.‐ 226 S. 

8. Sovet İttifaqı Qəhrəmanı, Xalq qoşunları ‐ mayoru Həzi Aslanov: Bib‐

lioqrafik göstərici.‐Bakı: Azərnəşr, 1985.‐ 88.S. 



 

 

 

 

 

Rus dilində : 

9.  Багиров.М / Путь Генерала : Историков – Биограф. Очерк о гене‐

рале Ази Асланове .‐ Баку : Язычы.‐1988.‐179.С. 



10. Письмо Героя Советского Союза Азии Асланова / Письма славы 

и бессмертия.‐ Баку: Элм,1987,‐ Стр,119‐121. 



11. Письма славы и бессмертия.‐ Баку: Элм, 1987.‐ 220с. 

 

 

 

 

 

 

Dövrü mətbuatda : 

1. Nəsillərə nümunə. Unudulmaz Qəhrəman: [ Həzi Aslanov haqqında] 

//Azərbaycan.‐2005.‐23 oktyabr. 



2.  Nəsillərə  nümunə.  Qəhrəmanlıq  salnaməsi  //  Azərbaycan  ordusu.‐

2006.‐ 15 fevral  21,28 fevral.‐S.4 



3.  Əliyeva Elmira. İki dəfə Sovet İttifaqı qəhrəmanının layiq görüldüyü 

ikinci “Qızıl ulduz” dan xəbəri olmadı // İki sahil.‐ 2009.‐7 may.‐ № 84.‐

s.8. 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

4.  Ağayeva  Natiqə.  Cəsur  sərkərdənin  ruhuna  ehtiram:  İki  dəfə  Sovet 

İttifaqı  qəhrəmanı  General  Həzi  Aslanovun  Lənkərandakı  evmuzeyilə 

bağlı təəsuratlar // 525‐ci qəzet.‐2009.‐ 4 iyun.‐S.7. 

5.  Belarusda  iki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  Həzi  Aslanovun  heykəli 

ucalıb // Azərbaycan.‐2009.‐11 iyul.‐ S.3. 



6.  “  İki  dəfə  Sovet  İttifaqı  Qəhrəmanı  Həzi  Aslanov”  kitab  –  albomun 

təqdimatı olmuşdur // Azərbaycan.‐ 2009.‐ 4 dekabr.‐ S.5. 



7. Məmmədova Nara. Həzi Aslanovun qəhrəmanlıq biblioqrafiyası  

// Respublika.‐ 2010.‐ 23 yanvar.‐ №16.‐S.5. 



8. Nəcəfxanlı Əli. Qəhrəmanın yubiley tədbiri  // Xalq qəzeti.‐ 2010.‐ 23 

yanvar.‐ №17.‐S.6. 



9.  O  ki, sizləri  dünyalar qədər  sevirdi və  həyatını  qurban  verdi //  Əda‐

lət.‐ 2010.‐23 yanvar.‐ №13.‐S.17. 



 

 

 

 

 

Həzi Aslanovun surəti bədii ədəbiyyatda: 

 

 

1. Abbaszadə Hüseyn. General: Roman.‐Bakı: Gənclik, 1981.‐354 S. 

2. Vurğun S. Qəhrəmanın ölümü. Əsərləri.‐Bakı:Elm,1985.‐S.127‐128. 

 

 



 

 

 



        

Tərtib edən :                               Məlumat biblioqrafiya   

                              şöbəsinin müdiri Məmmədova Tamella 

     Kompüter dizayneri:                 Məlumat biblioqrafiya  

                                şöbəsinin biblioqrafı  Abbasova Leyla 

 

 



 


 

 

 



 

Yüklə 52,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə