GəNCƏ ŞƏHƏr turizm və MƏDƏNİYYƏT İdarəSİ GƏNCƏ ŞƏHƏr məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi



Yüklə 268,5 Kb.
tarix08.09.2018
ölçüsü268,5 Kb.
#67197

GƏNCƏ ŞƏHƏR TURİZM VƏ MƏDƏNİYYƏT İDARƏSİ

GƏNCƏ ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

MƏRKƏZİ ŞƏHƏR KİTABXANASININ MƏLUMAT BİBLİOQRAFİYA ŞÖBƏSİ



Bizim bayrağımız qürur mənbəyimizdir

Dövlət Bayrağı Günü ilə əlaqədar tərtib edilmiş

BİBLİOQRAFİK YADDAŞ

GƏNCƏ 2011

BU AY, YILDIZ, BOYALARIN QURULTAYI NƏ DEMƏK ?

BİZCƏ BÖYLƏ SÖYLƏMƏK !

BU GÖY BOYA GÖY MOĞALDAN QALMIŞ BİR TÜRK NİŞANI ,

BİR TÜRK OĞLU OLMALI !

YAŞIL BOYA İSLAMLIĞIN SARSILMAYAN İMANI ,

ÜRƏKLƏRƏ DOLMALI !

ŞU AL BOYA AZADLIĞIN , TƏCƏDDÜDÜN FƏRMANI ,

MƏDƏNİYYƏT BULMALI .

CƏFƏR CABBARLI.

* * *  

Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün

təsis edilməsi haqqında:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada  Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.

Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə qərara alıram: 


1. Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin.


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 


İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 17 noyabr 2009-cu il.



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi əhəmiyyətli sərəncamı imzaladı.

Sərəncama görə, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.

Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə də əlavə edildi.

Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olundu və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edildi.

Xatırladaq ki, hazırda Azərbaycanda qeyri-iş günü olan dövlət bayramları bunlardır: Yeni il, Qadınlar Günü, Novruz bayramı, Faşizm Üzərində Qələbə Günü, Respublika Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Ramazan bayramı (2 gün), Qurban bayramı (2 gün).
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı



21 iyun 1918-9 noyabr 1918- ci il arası istifadə olunub. 9 noyabr 1918-ci ildən hazırki (müasir) bayraqla əvəzlənib.

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cumhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edildi. Milli bayraq haqqında Azərbaycan hökumətinin Nazirlər Şurası sədrinin 9 noyabr 1918-ci il tarixli milli bayraq haqqında məruzəsində qərara alındı - Göy, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında:




İlk dəfə Azərbaycanın üçrəngli bayrağı 7 dekabr 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikası Parlamentində ucaldı. 

"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:

  1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

  2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir.Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir.Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

  3. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir."

Üçrəngli bayrağın simvolları

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafı istəyini ifadə edir. Məlum olduğu kimi XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!" Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – islam sivilizasiyasına , islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası nədir? Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. (Bax: M. Əliyev. "Qobustan" jurnalı, 1989, N3).

Tarixçi Cəbi Bəhramov: “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, - deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə bu,“Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.

Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib”.

Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli belə açıqlayıb: “Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunmuş və səkkiz güşə, səkkiz türk xalqının simvoludur.

Cəfər Cabbarlı "Azərbaycan bayrağına" şeirində yazır:



Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?


Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,


Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,


Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,


Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu


Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,


Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,


Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,


O gün olsun bir göy bayraq Turan üstə açılsın.


Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M. Ə. Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: "bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur"



Azərbaycan dövlətlərinin bayraqları:



Midiya dövlətinin bayrağı

 



Azərbaycan Atabəylər dövlətinin bayrağı



Qaraqoyunlu dövlətinin bayrağı

 



Ağqoyunlu dövlətinin bayrağı

 



Şah İsmayıl Xətainin hakimiyyəti dövründə Səfəvilərin bayrağı

 



İrəvan xanlığının bayrağı

 



İrəvan xanlığının bayrağı

 



Cavad xanın dövründə Gəncə xanlığının bayrağı

 



Şahverdi xanın dövründə Gəncə xanlığının bayrağı

 



Bakı xanlığının bayrağı

 



Şəki xanlığının bayraqlarından biri [4]

 



Mehdiqulu xanın dövründə Qarabağ xanlığının bayrağı

 



Azərbaycan Demokratik Respublikasının 1918-ci ildəki ilk bayrağı

 



Azərbaycan Demokratik Respublikasının 1918-1920-ci illərdəki bayrağı 



Azərbaycan SSR-nin 1920-1921-ci illərdəki ilk bayrağı

 



Azərbaycan SSR-nin

1921-1922-ci illərdəki bayrağı

 



Azərbaycan SSR-nin

1922-1923-cü illərdəki bayrağı

 



Azərbaycan SSR-nin

1937-1939-cu illərdəki bayrağı

 



Azərbaycan SSR-nin

1939-1952-ci illərdəki bayrağı

 



Azərbaycan SSR-nin 1952-1991-ci illərdəki bayrağı

Dünyanın ən uca bayrağı



Dövlət Bayrağı Meydanı

Dünyanın ən uca bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il 30 dekabrda Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkətinin hazırladığı layihəni Azərbaycanın "Azenko" şirkəti icra edib.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. 

Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevtərəfindən həyata keçirilmişdir. Mərasimdə ölkə ictimaiyyətinin nümayəndələri və xarici ölkə səfirləri iştirak etmişlər.

Dövlət bayrağımız haqqında kitablarda:

1. Azərbaycan dövlət bayrağı. // Azərbaycan dövlət kitabı. Bakı: - 2001.- S. 22- 25.

2. Fikrət Qoca. Bayraq tutan oğullara: Şeir // Azərbaycan harayı. Şeirlər və poemalar toplusu.- Bakı: Respublika Xatirə kitabı redaksiyası.- 2002.- S.87.

3. Xəlil Rza Ulutürk. Qanım Bayrağımdadır: Şeir // Azərbaycan harayı, şeirlər və poemalar toplusu.- Bakı: Respublika Xatirə kitabı redaksiyası.- 2002.- S.353.

4. Duyğun Ramiz. Bir kərə yüksələn bayraq: Şeir // R. Duyğun. Təki Vətən yaşasın.- Bakıı: Əbilov, Zeynalov və oğulları.- 2002.- S.179.

5. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası: Azərbaycan Respublikasının Dövlət bayrağı // Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. İki cilddə. I cild. Bakı: “Lider nəşriyyatı”, 2004.- S.158- 160.

6. Rəfiq Zəka. Bayrağım, Bayrağımız: Şeirler // Rəfiq Zəka. Seçilmiş əsərləri. Bakı: “Şərq- Qərb”.- 2004.- S.164- 190.

7. İlqar Cəfərov. Azərbaycan dövlətinin rəmzləri. // İlqar Cəfərov. Azərbaycan Respublika Konstitusiyasının şərhi. “Hüquq ədəbiyyatı” nəşriyyatı. Bakı: 2004.- S.73-77.

8. Cabbarlı C. Azərbaycan Bayrağına: Şeir // Cabbarlı C. əsərləri. Dörd cilddə.I cild.- Bakı: Şərq- Qərb.- 2005.- S.63.

9. Cavad Ə. Azərbaycan Bayrağına; Elin Bayrağı; Al Bayrağa. Şeirlər:

// Əhməd Cavad. Seçilmiş əsərləri.- Bakı: Şərq- Qərb, 2005.- S.127, 129, 130.

Dövlət bayrağı haqqında dövrü mətbuatda:

1. Dövlət bayrağımızın qəbul edilməsinin 90 illiyi tamam olur: 9 noyabr- Azərbaycan bayrağının qəbul olunduğu gün // Yeni nəfəs.- 2008.- noyabr.-№ 02.- S.2.

2. 5 fevral Dövlət Bayrağı Günüdür // Xalq qəzeti.- 2009.- № 28.- S.3

3. İmanzadə İsmayil. Gerbim, himnim, bayrağım: Azərbaycan bayrağı haqqında şeir./ İ. İmanzadə // Savalan.- 2009.- 6- 8 oktyabr.- № 41.- S.5.

4. Mirzəbəyli İttifaq. Azərbaycan bayrağı fəxrimiz, vüqarımız: İndiyədək mövcud olan bayraqlqrımız / İ. Mirzəbəyli // Xalq qəzeti.- 2009.- 10 noyabr.- № 251.- S.5.

5. Anar Turan. Azərbaycan Respublikasının dövlət rəmzləri, onların mahiyyəti və tərbiyəvi əhəmiyyəti // Dövlət və din.- 2010.- № 7/8.- S.44-50.

6. Abbaszadə Turan. Dünyanın ən hündür bayrağı Azərbaycandadır // Azad Azərbaycan.- 2010.- 3 sentyabr.- № 125.- S.2.

7. Cavadov Seyran. Bayraq: Dövlət bayrağına həsr olunmuş şeir // Azərbay-can.- 2010.- 5 sentyabr.- № 195.- S.2.

8. Hacıalıyev E. Ən uca bayraq: Azərbaycanın dövlət bayrağı abidəsi // Azər-baycan.-2010.- 5 sentyabr.- № 195.- S.1-2.

9. Cəbrayılov Rafael. Dünyanın ən uca dövlət bayrağı // Xalq qəzeti.- 2010.- 9 sentyabr.-№ 198.- S.4.

10. Qaraca Bəxtiyar. Ən uca bayraq Azərbaycandadır // Azərbaycan.- 2010.- 21 sentyab.-№ 205.- S.3.

11. Ağayev Nadir. Dünyanın ən uca bayrağı: 9 noyabr Dövlət Bayrağı günüdür // Respublika.- 2010.- 6 noyabr.- № 243.- S.4.

12. Rüzigar Füzuli. Bir kərə yüksələn bayraq: 9 noyabr Dövlət Bayrağı günü

// Gəncənin səsi.- 2010.- 8 noyabr.- № 28.- S.2.

13. Rasim. Bu gün Dövlət bayrağının yaradılmasından 92 il ötür // Azad Azərbaycan.- 2010.- 9 noyabr.- 161.- S.5.

14. Nuruyev Azər. Bayraq haqqı: Bayraqların tarixi- xanlıqlar dövrü üçrəngli bayrağın simvolları // Kaspi.- 2010.- 9 noyabr.- № 199.- S.8.

15. Məhsəti Əsmət. Dalğalan bayrağım, ucal bayrağım: Şeir // Respublika.- 2010.- 9 Noyabr.- № 246.- S.5.

16. İsmayil Öməroğlu, Vəli. Bayrağım: Şeir // Respublika.- 2010.- 9 noyabr.- № 246.-S.5.

17. Əşraf. Üçrəngli bayrağım: Şeir // Respublika.- 2010.- 9 noyabr.- № 246.-S.5.

18. Hacıalıyev E. Dünyanın ən uca Bayrağı Azərbaycandadır // Azərbaycan.- 2010.- 11noyabr.- № 249.- S.4.

19. Rzalı Rəsmiyyə. Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi: Azərbaycan bayrağı // Azərbaycan.- 2010.- 11 noyabr.- № 246.- S.4.

20. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin Strukturu haqqında: Əsasnamə // Azərbaycan.- 2010.- 9 aprel.- S.5

21. Ramiz Qusarçaylı. Azərbaycan Bayrağı: Şeir // Hüquqi Dövlət və Qanun.- 2011.- № 7.- S.99.

22. Nuruyev Azər. Suverenlik Rəmzimiz: Milli bayrağımız- türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və Avropa demokratik əsaslarının simvolu kimi // Kaspi.- 2011.- 3 avqust.- № 136.-S.12.



Tərtib edən :

Məlumat biblioqrafiya şöbəsinin

böyük biblioqrafı: Qurbanova Surayə

Redaktor : Məmmədova Tamella

Kompyuter tərtibatçısı: Abbasova Leyla


Yüklə 268,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə